Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-658/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (xx.xx.1977-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-25/2020 nömrəli qərardadından ərizəçi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 10.07.2017-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, məhkəmə sorğusu ilə digər fiziki şəxsin kim olduğunun və hansı sənədə əsasən onun istifadəsində olan torpaq sahəsinin ona verildiyinin müəyyən edilməsi, digər fiziki şəxsə verilən çıxarışın ləğv edilməsi və ona ayrılan 1-ci yaşayış massivində 1B saylı torpaq sahəsinin onun mülkiyyətinə çıxarış verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 04.10.2017-ci il tarixdə cavabdeh məhkəməyə vəsatət təqdim edərək, X3 üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli, 2-1(81)- 4446/2017 saylı qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.11.2017-ci il tarixli, 2-1(81)-4446/2017 saylı qərardadı ilə (hakim T.Əsədova) iş üzrə icraat dayandırılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.08.2019-cu il tarixli, 2-1(81)-38/2019 saylı qərardadı ilə X4 inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs siyahısından xaric olunmuşdur. 09.06.2020-ci il tarixdə X4 məhkəməyə ərizə təqdim edərək, üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2-1(112)-25/2020 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmiş, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1998-ci il tarixli, 1971 saylı sərəncamına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 300 kv.m-dən ibarət 1B saylı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 61,52 manat cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən alınaraq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-25/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə X4 tərəfindən verilmiş üçüncü şəxs qismində cəlb edilmə barədə ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan ərizəçi X4 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2-1(112)-25/2020 nömrəli qərardadının ləğv edilməsini (mətnə əsasən) xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hal-hazırkı məhkəmə mübahisəsinin predmetini təşkil edən həmin torpaq sahəsinin həqiqi mülkiyyətçisi olduğuna görə həmin torpaq sahəsinə dair hüquqi prosedurlar birbaşa olaraq onun maraqlarına toxunmaqdadır. İşin apellyasiya icraatı zamanı X4 30.12.2020-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2-1(112)-25/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən ərizəçi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 hazırkı iş üzrə inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qayadada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarına əsasən, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2381/2018 saylı, 19 aprel 2018-ci il tarixli qərarı ilə iddiaçı X3 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı Bakı şəhəri, Badamdar qəsəbəsi, Badamdar şossesinin kənarında olan 270 kv.m torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 27 noyabr 2018-ci il tarixli, 2-1(103)-1617/2018 saylı qərarı ilə iddiaçı X3 və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin apellyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2080/2019 saylı 24 iyul 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2018-ci il tarixli 2-1(103)-1617/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmış, iddiaçı X4 və onun vəkili X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, Səbail rayonu Badamdar Bələdiyyəsinin 199 nömrəli 16.10.2007-ci il tarixli «Bələdiyyə ərazisində olan torpaq sahəsinin X3 mülkiyyətinə verilməsi barədə» qərarına əsasən X3 adına sənədləşdirilməsi nəzərdə tutulan mübahisələndirilən torpaq sahəsi ilə bağlı iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər İddiaçı, Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri) qarşı iddia tələbi təmin edilməmiş və bu barədə yekun məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları tam və hərtərəfli araşdırdıqdan sonra məcmu şəkildə qiymətləndirərək haqlı olaraq bu qənaətə gəlmişdir ki, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-25/2020 saylı 08.09.2020-ci il tarixli qərarının X1 qanunla qorunan hüquq və maraqlarına toxunmur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı : X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-25/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-658/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-658/2021
16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver