Məhkəmə qərarları › İş №2-1(103)-658/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-658/2022

28.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-658/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Bakı şəhəri Xətai rayon Xidmət Nümayəndiliyinə qarşı fərq məbləğinin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3711/2021 saylı 29.09.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 25-28 yanvar 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1987-1989-cu illərdə hərbi xidmətdə olduğu dövrün əmək stajına daxil edilərək pensiya məbləğində yaranmış fərqin 1994-cü ildən 2016cı ilə kimi təyin edilmiş əlilliyə görə əmək pensiyasına əlavə edilərək ödənilməsi, 17.09.2000-ci ildən 01.07.2009-cu ilədək X1 işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xəstəliyi ilə əlaqədar ona 1994-cü ildə əlillik dərəcəsi verilmiş və həmin ildən DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Ona pensiya təyin olunan zaman hərbi biletində olan texniki səhvlərlə əlaqədar olaraq 1987-1989-cu illərdə hərbi xidmətdə olduğu dövr əmək stajına daxil edilməmişdir. Daha sonra aidiyyəti qurumlara müraciət etdikdən sonra hərbi biletində 1987-1989-cu illərdə hərbi xidmətdə olduğu barədə müvafiq qeydlər aparılmışdır. O, hərbi bileti cavabdeh orqana təqdim edərək təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq, 1994-cü ildən ödənilməmiş fərq məbləğinin ödənilməsini xahiş etmiş, lakin DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsi yalnız son 3 il üçün əmək pensiyasını ödəmişdir. O, 13.05.2019-cu il tarixdə təkrarən yazılı formada ərizə ilə DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh orqan heç bir səbəb gətirmədən əvvəlki illər üzrə pensiyanın ödənilməsindən əsassız olaraq imtina etmişdir. Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dövlət Arxivinin 20.11.2018-ci il tarixli 265877 saylı arxiv arayışı ilə onun 22.11.1987-ci ildən 28.12.1989-cu ilədək N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olduğu müəyyən edilir. Müvafiq qeyd onun hərbi biletində də aparılmış, soyad və ata adının dəyişilməsi də təsdiq edilmişdir. Əlillik kitabçasında aparılmış qeydə əsasən 28.03.1994-cü ildə ona əlillik təyin edilmiş, 2018-ci ildən isə əlillik ömürlük hesab edilmişdir. Onun pensiya almaq hüququ yaranan zaman qüvvədə olan qanunvericiliyə əsasən hərbi xidmət dövrü əmək stajı hesab olunurdu. Bundan əlavə cavabdeh orqan iddiaçıya pensiya hesablanan zaman 2000-2009-cu illərdə X1 gözətçi vəzifəsində işlədiyi dövrü də əmək stajı olaraq qəbul etməmişdir. Onun əmək kitabçasında bu barədə müvafiq qeyd aparılmışdır. Əmək kitabçasının surəti DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinə təqdim edilmiş, cavabdeh orqan iddiaçının 1987-1989-cu illərdə hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla 1994cü ildən yaranmış pensiya fərqini, həmçinin 2000-2009-cu illərdə işlədiyi dövrü əmək stajına daxil edərək əmək pensiyasnın yenidən hesablanaraq ödənilməsindən imtina etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.11.2019-cu il tarixli 2-1(82)-2476/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması, həmin müraciət üzrə müvafiq qərar qəbul edilməsi və ya müraciət edən şəxsə qanuni və əsaslandırılmış cavab verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 18 avqust 2020-ci il tarixli 2-1(103)-969/2020 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon xidmət nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.11.2019-cu il tarixli 2-1(82)-2476/2019 nömrəli qərarı ləğv edilmiş, inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1987-1989-cu illərdə hərbi xidmətdə olduğu dövrün əmək stajına daxil edilməsi nəticəsində pensiya məbləğində yaranmış fərqin 1994-cü ildən 2016-cı ilə kimi ona təyin edilmiş əlilliyə görə əmək pensiyasına əlavə edilərək ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3711/2021 saylı 29.09.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. (hakim: Ş.Həsənova) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Filial tərəfindən məhkəməyə ünvanlanmış 06.05.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçının 01.01.2006-cı il tarixdən 01.07.2009-cu il tarixədək hər hansı sığortaedən tərəfindən təqdim edilmiş hesabatlara əsasən xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilməsi barədə məlumatlar aşkar olunmamışdır. Nazirliyin “MEİS”in “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində təşkilatın sığortaedən kimi uçot məlumatları aşkar olunmadı. Təşkilat barədə rekvizitlər (VÖEN, SUN) dəqiq qeyd edildikdən sonra müraciətdə qeyd edilmiş məsələyə baxılacaqdır. Bu hissədə məhkəmə tərəfindən araşdırılma tam şəkildə aparılmamışdır. İsmayıllı rayon İcra Hakimiyyəti İsmayıllı rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanan 25 nömrəli 21.05.2021-ci il tarixli, 29 nömrəli 09.06.2021-ci il tarixli məktublardan görünür ki, İsmayıllı rayon Dövlət Arxivi fonduna təşkilatın sənədləri təhvil verilməyib. Ona görə də iddiaçıya aid əmrlərdən və ya əmək haqqı ödənişi üzrə hesablaşma cədvəllərindən çıxarış göndərilməsi mümkün olmamışdır. Bu hissədə hesab edir ki, təşkilatın sənədlərinin arxivə verilməməsi iddiaçının günahı deyil. Bu hissədə məhkəmə tərəfindən araşdırma tam şəkildə aparılmamışdır. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı 1987-1989-cu illərdə hərbi xidmətdə olduğu dövrün əmək stajına daxil edilməsi nəticəsində pensiya məbləğində yaranmış fərqin 1994-cü ildən 2016cı ilə kimi ona təyin edilmiş əlilliyə görə əmək pensiyasına əlavə edilərək ödənilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, əmək pensiyası təyin edildikdən sonra onun yenidən hesablanması zaman yaranmış fərq məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Hazırki işin hallarından göründüyü kimi iddiaçı hərbi xidmət illəri ilə bağlı müddətin sığorta stajına daxil edilməsi barədə 16.05.2019-cu il tarixdə cavabdeh orqana müraciət etmiş və cavabdeh inzibati orqan yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olaraq həmin dövr sosial sığorta stajına daxil edilərək iddiaçıya əlilliyə görə təyin edilmiş pensiya məbləğini yenidən hesablamış və hesablanma zamanı yaranmış fərq məbləğini 01.03.2016-cı il tarixindən 01.01.2019-cu il tarixinədək əmək pensiyasının üzərinə əlavə edilərək ödəmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə düzgün əməl edilmiş, iddiaçının hüquqlarının pozulması hallarına yol verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında işə daxil olanadək əmək stajı olmamış, 1984-cü ildən 1987-ci ilədək Bakı şəhər 10 saylı Peşə texniki məktəbində təhsil almış, 100-K saylı, 12.12.1996-cı il tarixli əmrlə 10.12.1996-cı il tarixdən Azərbaycan Dövlət Xor kapellasına səhnə quraşdırıcısı vəzifəsinə qəbul edilmiş, 14-K saylı, 28.01.1998ci il tarixli əmrlə 16.01.1998-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş, 32 saylı, 21.06.2000-ci il tarixli əmrlə 01.09.1996-cı il tarixdən Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecində 1996-cı ildən 21.06.2000-ci ilədək "Opera kamera müğənnisi” ixtisası üzrə təhsil almışdır. 06 saylı, 17.09.2000-ci il tarixli əmrlə 17.09.2000-ci il tarixdən X3na gözətçi vəzifəsinə qəbul edilmiş, 81 saylı, 01.07.2009-cu il tarixli əmrlə 01.07.2009-cu il tarixdən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş, 3745/15 saylı, 12.01.2015-ci il tarixli əmrlə 12.01.2015-ci il tarixdən "McDonald”s Azərbaycan” MMC "McDonald”s Restoranına briqada üzvü vəzifəsinə qəbul edilmiş, 280 saylı, 10.03.2015-ci il tarixli əmrlə 10.03.2015-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İş materiallarında olan İddiaçı aid pensiya işinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, DSMF-nin Xətai rayon şöbəsi tərəfindən qəbul edilmiş 26.05.1994-cü il tarixli, 4/147 nömrəli qərara əsasən İddiaçıa 13.05.1994-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Penisya işinin materiallarına İddiaçı hərbi xidməti barədə məlumat əlavə edilməmişdir. İş materiallarında olan AO seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı Məhəmməd oğlu 22.11.1987-ci ildə Balakən RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 25.12.1987-ci ildən 28.12.1989-cu ilədək hərbi xidmətdə olmuşdur. N saylı hərbi hissə komandirinin N nömrəli əmri ilə tərxis edilmişdir. İş materiallarında olan Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dövlət Arxivinin 20.11.2018-ci il tarixli 265877 saylı arxiv arayışından görünür ki, 1968-ci il təvəllüdlü İddiaçı Məhəmməd oğlu 22.11.1987-ci ildən 28.12.1989-cu ilədək N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan İddiaçı DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinə ünvanladığı 16.05.2019-cu il tarixli, **********5 saylı ərizədən görünür ki, İddiaçı həmin ərizəsində 1987- 1989-cu illərdə hərbi xidmətdə olduğu dövrün əmək stajına daxil edilərək 1994-cü ildən əlilliyə görə təyin edilmiş əmək stajına fərqin hesablanaraq ona ödənilməsini xahiş etmişdir. İş materiallarında olan DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinin həmin ərizəyə cavab olaraq İddiaçı ünvanladığı 21.05.2019-cu il tarixli məktubundan görünür ki, vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları 01.01.2006-cı ildən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. 17.09.2000-ci il tarixdən 01.07.2009-cu il tarixədək X1 gözətçi vəzifəsində işlədiyi faktı yerində araşdırmaq mümkün olmadığından və həmin təsərrüfat fəaliyyət göstərdiyi müddət ərzində fondun müvafiq şöbəsinə heç bir sosial sığorta ayırmaları üzrə ödəniş edilmədiyindən həmin illəri sığorta stajı kimi nəzərə almaq mümkün deyil. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 367 №li, 22.04.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı 22.11.1987-ci il tarixindən 28.12.1989-cu il tarixinədək keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. İddiaçı 10.05.1990-cı il tarixində keçmiş Balakən Rayon Hərbi Komisarlığı tərəfindən hərbi qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış **********0 №-li, 06.05.2021-ci il tarixli məktubdan görünür ki, Nazirliyin “Mərkəzləşdirilmiş Elektron informasiya Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündən əldə edilən məlumatlara əsasən İddiaçı (FİN: xxxxxxx) 01.01.2006-cı il tarixdən 01.07.2009-cu il tarixədək hər hansı sığortaedən tərəfindən təqdim edilmiş hesabatlara əsasən xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilməsi barədə məlumatlar aşkar olunmamışdır. Nazirliyin "MEİS"in "Sığorta" (Monitorinq) altsisteminin "Sığortaedənlərin reyestri" bölməsində X2 sığortaedən kimi uçot məlumatları aşkar olunmadı. X3 barədə rekvizitlər (VÖEN, SUN) dəqiq qeyd edildikdən sonra müraciətdə qeyd edilmiş məsələyə baxılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış **********381300 №-li, 02.06.2021-ci il tarixli məktubdan görünür ki, dövlət reyestrində X3 adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Sorğunun cavablandırılması üçün sorğu edilən hüquqi şəxsin adı dəqiqləşdirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış **********0 №-li, 06.05.2021-ci il tarixli məktubdan və ona əlavə edilmiş **********2 №-li, 09.06.2021-ci il tarixli xidməti məktubdan görünür ki, vətəndaşın təqdim etdiyi hərbi biletin surətinə əsasən hərbi xidmətdə olduğu 22.11.1987-ci il tarixindən 28.12.1989-cu il tarixinədək olan dövr sosial sığorta stajına daxil edilmişdir. Hərbi xidmət illəri üzrə yaranmış fərq məbləği 01.03.2016-cı il tarixindən 01.01.2019-cu il tarixinədək əmək pensiyasının üzərinə əlavə edilərək ödənilmişdir. İş materiallarında olan İsmayıllı rayon İcra Hakimiyyəti İsmayıllı rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanan 25 №-li, 21.05.2021-ci il tarixli, 29 №-li, 09.06.2021-ci il tarixli məktublardan görünür ki, İsmayıllı rayonu Dövlət Arxivi fonduna X3 adında təşkilatın sənədləri təhvil verilməyib. Ona görə də İddiaçı Mahma oğluna aid X3 əmrlərdən və ya əmək haqqı ödənişi üzrə hesablaşma cədvəllərindən çıxarış göndərilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur Həmin Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 №-li, 08.10.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan "müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə" müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 13.05.1994-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əlilliyə görə əmək pensiyası təyin edilən zaman iddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd olunmuş dövrlər nəzərə alınmışdır. İddiaçı 22.41.1987-ci il tarixindən 28.12.1989-cu il tarixinədək keçmiş Sovet Ordusu sıralarında xidmət etməsi barədə məlumatı 16.05.2019-cu il tarixdə cavabdeh inzibati orqana təqdim edərək 1987-1989-cu illərdə hərbi xidmətdə olduğu dövrün əmək stajına daxil edilərək 1994-cü ildən əlilliyə görə təyin edilmiş əmək stajına fərqin hesablanaraq ona ödənilməsini xahiş etmiş, cavabdeh isə hərbi xidmət illərini iddiaçının sığorta stajına əlavə edərək yaranmış fərq məbləğini 01.03.2016-cı il tarixindən 01.01.2019cu il tarixinədək əmək pensiyasının üzərinə əlavə edilərək ödəmişdir. İddiaçı isə hazırda hərbi xidmətdə olduğu dövrün əmək stajına daxil edilməsi nəticəsində pensiya məbləğində yaranmış fərqin ona əlilliyə görə əmək pensiyasının təyin edildiyi vaxtdan, yəni 1994-cü ildən ödənilməsini tələb edir. Halbuki, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən əmək pensiyası təyin edildikdən sonra onun yenidən hesablanması zaman yaranmış fərq məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. İşin hallarından da göründüyü kimi cavabdeh orqan İddiaçı 22.41.1987-ci il tarixindən 28.12.1989-cu il tarixinədək keçmiş Sovet Ordusu sıralarında xidmət keçdiyi dövrü sığorta stajına əlavə edərək yaranmış fərq məbləğini qanunvericiliyin tələbinə əsasən müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il 01.03.2016-cı il tarixdən 01.01.2019-cu il tarixədək əmək pensiyasının üzərinə əlavə edilərək ödəmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə düzgün əməl edilmiş, iddiaçının hüquqlarının pozulması hallarına yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3711/2021 saylı 29.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar