Məhkəmə qərarları › İş №2-1(103)-658/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-658/2023

16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-658/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6759/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə X6 iddiaçının atasıdır. Atası xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Anası isə astma xəstəsidir, İİ qrup əlildir, həm də işləmir. İddiaçının özü isə halhazırda 19 yaşında tələbədir. Ailənin maddi vəziyyəti yaxşı deyildir. Bu səbəbdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 03 fevral 2022-ci il tarixli, **********2 saylı məktubla ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh iddia ərizəsinə etirazında iddinın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının atası mərhum X2 işlədiyi xx.xx.1994xx.xx.1998-ci illər ərzində əmək haqqı cədvəlləri aşkar edilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi və İddiaçı ailə başçısı itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6759/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə baxılması zamanı qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Belə ki, İş materiallarına əsasən İddiaçı mərhum atası X4 məxsus xx.xx.2006-cı il tarixli 4/161 nömrəli “vəsiqə”yə müvafiq olaraq H.P.İsmayılovun xx.xx.1982 - xx.xx.1984-cü illər ərzində hərbi xidmətdə olduğu , xx.xx.1986-cı il tarixli 013735 nömrəli diploma müvafiq olaraq H.P.İsmayılovun 1980- 1986-cı illər ərzində təhsil aldığı müəyyən edilmişdir. Azərbaycan Dövlət İqtisad Universitetinin xx.xx.2021-ci il tarixli 330 nömrəli “arxiv arayışf’na müvafiq olaraq İddiaçı mərhum atası X2 xx.xx.1980-ci il tarixli 133/c N°li əmrlə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunun “Əmtəəşünaslıcı” fakültəsinin “Əmtəəşünaslıq və sənaye malları ticarətinin təşkili” ixtisası üzrə əyani şöbəsinin İ kursuna qəbul edildiyi, xx.xx.1982-ci il tarixdə 202/c №li əmrlə hərbi xidmətə çağırılması ilə əlaqədar İİ kursdan tələbələr sırasından xaric edildiyi, xx.xx.1984-cü il tarixdə 255/c №li əmrlə hərbi xidmətdən qayıtdığı üçün universitetə bərpa edildiyi, xx.xx.1986-cı il tarixdə isə 125/c №li əmrlə universiteti bitirmişdir.Ona məxsus xx.xx.1980-ci il tarixdə tərtib edilmiş ******* nömrəli “əmək kitabçasfna müvafiq olaraq onun xx.xx.1986-xx.xx.1988, xx.xx.1988xx.xx.1989, xx.xx.1989-xx.xx.1990, xx.xx.1990-xx.xx.1990, xx.xx.1990- xx.xx.1991 və xx.xx.1991-xx.xx.1998- ci illər ərzində işlədiyi müəyyən edilmişdir. AR Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli BA- 06211/2021 nömrəli “arxiv arayışı’na müvafiq olaraq İddiaçı mərhum atası X2 xx.xx.1990-cı il tarixdə “AR Ticarət Nazirliyi Bakı şəhər Baş Ticarıt İdarəsi Nəsimi rayon Ticarət və X7 Birliyi”nə işə qəbul edildiyi, xx.xx.1990-cı il tarixdə işdən azad edildiyi, daha sonra xx.xx.1991 -ci il tarixdə yenidən işə qəbul edildiyi, xx.xx.1998-ci il tarixdə isə işdən azad edildiyi müəyyən edilmişdir. Həmçinin, 1990-1994-cü illər ərzində əmək haqqı alması, bununla yanaşı 1995 - 1998-ci illər ərzində əməkhaqqına dair hər hansı bir məlumatların olmaması da arayışda qeyd edilmişdir. İşin mübahisələndirilən halı:xx.xx.1994-xx.xx.1998-ci illər ərzində işlədiyi dövr. Dövlət arxivində İddiaçı sözügedən illərə dair əmək haqqı cədvəlləri aşkar edilmədiyindən iddiaçının həmin müəssisədə işləməsi faktı şübhə doğurur. Mübahisələndirilən sosial sığorta stajı 03 il 11 ay 20 gündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayənəsi V.İsmayılova apellyasiya şikayətini müdafiə etdiyini bildirərək şikayətin təmin olunmasını, iddiaçının nümayəndəsi K.Əliyeva isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.1.1.3-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının - təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 12.1-ci maddəsininin hazırda qüvvədə olan redaksiyasına görə əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, vəfat etmiş ailə başçısının 23 yaşına çatanadək təhsil alan ailə üzvü - vəfat etmiş ailə başçısının ümumilikdə, sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, ailə başçısını itirməyə görə pensiya almaq hüququna malikdir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının mərhum atası xx.xx.1963-cü il tarixdə doğulmuş, xx.xx.2021-ci il tarixdə - yəni, 57-ci yaşının 11-ci ayının 20-ci günündə (58 yaşının tamamına 10 gün qalmış) vəfat etmişdir. Qanunvericiliyin qeyd olunan tələbləri baxımdan, əmək qabiliyyətli 15 yaşından etibarən hesablama aparıldıqda, onun əmək qabiliyyətli yaş dövrü 42 il 11 ay 20 gün təşkil edir. Belə olan halda, 42 ilin hər ilinə 4 aydan olmaqla 168 (42x4) ay sığorta stajı, qalan 11 aya görə 3 ay 6 gün (11x4:12), 20 günə görə isə 6 (20.120:365) gün - ümumilikdə, əmək qabiliyyətli yaş dörü üçün - 171 ay 12 gün sığorta stajı tələb olunur ki, bu da 14 il 3 ay 12 günə bərabərdir. İş materiallarına əsasən də onun qeyd olunan sığorta stajına malik olduğu öz təsdiqini tapır. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığorta olunanın sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə görə, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. xx.xx.1992-ci tarixdən 2006-cı ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 5-ci hissəsi isə nəzərdə tuturdu ki, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Cavabdehin iddia ərizəsinə etirazına və onun apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, iddiaçının mərhum atasının iş materialları üzrə hərbi bileti, diplomu və əmək kitaçası üzrə qeydlərinə əsasən xx.xx.1982-xx.xx.1984-cü illərdə 2 il hərbi xidmət dövrü, xx.xx.1980-xx.xx.1982, xx.xx.1984-xx.xx.1986-cı illərdə 03 il 08 ay 11 gün təhsil aldığı müddət və xx.xx.1986-xx.xx.1988, xx.xx.1988-xx.xx.1989, xx.xx.1989- xx.xx.1990, xx.xx.1990-xx.xx.1990, xx.xx.1990-xx.xx.1991 və xx.xx.1991-xx.xx.1994- cü illərdə 08 il 02 ay 23 gün əmək fəaliyyəti dövrü – ümumilikdə 13 il 11 ay 14 gün sığorta stajı cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdeh mübahisələndirir ki, ailə başçısının xx.xx.1994-xx.xx.1998-ci illər ərzində işlədiyi 03 il 11 ay 20 gün - dövlət arxivində sözügedən illərə dair əmək haqqı cədvəlləri aşkar edilmədiyindən onun həmin müəssisədə işləməsi faktı sübhə doğurur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı əldə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən müəyən olunmuşdur ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan Azərbaycan Respublikası Ticarət Nazirliyi Bakı şəhər Baş Ticarət İdarəsi Nəsimi rayon Ticarət və X7 Birliyinin natamam arxiv sənədlərinin 1995, 1996, 1997 və 1998-ci illərə dair əmək haqqı cədvəllərində vət.X4 əmək haqqı hesablanması barədə heç bir məlumat yoxdur. Qeyd olunan hal onu deməyə əsas verir ki, hazırda mövcud olmayan Azərbaycan Respublikası Ticarət Nazirliyi Bakı şəhər Baş Ticarət İdarəsi Nəsimi rayon Ticarət və X7 Birliyinin sənədləri - Dövlət Arxivinin Bakı filialına natamam təhvil verilmişdir ki, bütün bunlar iddiaçının təqsirinə yozularaq, həmin dövrün onun sığorta stajı kimi nəzərə alınmaması üçün əsas ola bilməz. Çünki, həmin dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinin 1-ci hissəsi nəzərdə tuturdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Digər tərəfdən, hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. İddiaçının da konkret halda, əmək kitabçası mövcuddur və onun iş materiallarında olan xx.xx.1986-cı ildə doldurulmasına başlanılmış əmək kitabçasının notarial təsdiq olunmuş surətinə əsasən müəyyən olunur ki, xx.xx.1994-xx.xx.1998-ci illərdə Nəsimi Rayon Ərzaq Ticarəti sistemində işləmişdir. Belə ki, əmək kitabçasının 15-21-ci qeydlərindən görünür ki, mərhum 15.051991-ci il tarixində, yəni, hələ “Sovetlər” dövründə 129 və 64 saylı mağazalarda müdir vəzifəsinə təyin olunaraq işləmiş, xx.xx.1995-ci il tarixdən isə o, Nəsimi rayon Ticarət və İctimayi İaşə idarəsinin ştatında 129 saylı pavliyonnun müdiri vəzifəsində hesab edilmiş və xx.xx.1998ci il tarixdə həmin pavliyonun özəlləşdirilməsi ilə əlaqədar işdən azad edilmişdir. Qeydlərin tamlığı pozulmamış qaralamallar mövcud deyil, kadrlar şöbəsinin məsul əməkdaşının imzası və təşkilatın möhürü ilə təsdiq olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə də cavabdeh tərəfindən iddiaçının ailə başçısı mərhum atasının əmək kitabçasının xx.xx.1994-xx.xx.1998-ci illər üzrə əmək fəaliyyətinin onun sığorta stajı kimi nəzərə alınmaması qanunvericiliyin qeyd olunan tələbələrinə zidd olduğu sübuta yetirilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin - birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə baxılması zamanı prosessual hüquq normalarının tələblərini pozaraq işin hallarının tam və hərtərəfli araşdırılmasının təmin olunmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6759/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6759/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar