Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-658/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı X6, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “imtiyazlı şəxs kimi mənzillə təmin edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1313/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X13 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən onun 16 may 2006-cı il tarixdən mənzil növbəsinə dayanmış imtiyazlı şəxs kimi növbədən kənar (16 may 2006-cı ildən növbədə olmağı nəzərə alınmaqla) mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən onun 16 may 2006-cı il tarixidən mənzil növbəsinə dayanmış imtiyazlı şəxs kimi (16 may 2006-cı il tarixdən növbədə olması nəzərə alınmaqla) mənzillə təmin olunmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi kimi dəqiqləşdirilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1972-ci ildə Qazax rayon, Fərəhli kəndində anadan olmuşdur. 1 il 6 ay sovet ordusunda, xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilədək N saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, ağır yaralanmış, bir gözünü itirmiş və bədəninin digər nahiyələrindən xəsarət almışdır. xx.xx.1998-ci ildən 2-ci dərəcə müddətsiz müharibə əlillidir. Yasamal Rayon İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən xx.xx.2006-cı il tarixdən Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncamına əsasən mənzil növbəsində dayanmışdır. İddiaçı qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixdən imtiyazlı şəxs kimi mənzil növbəsinə dayanan müharibə əlilləri tam şəkildə mənzillə təmin ediliblər. Mənzillə təmin olunmağı barədə dəfələrlə cavabdehə elektron və yazılı müraciət etsə də müraciətinə cavab verilməmişdir. İddiaçı hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Ağentliyinin ona qarşı hərəkətsizliyi qanunsuz və tam əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. Həmçinin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrindən biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56-cı maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə. Eyni zamanda bildiririlir ki, iddiaçı Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 25-ci bəndində nəzərdə tutulan şəxslərin əhatə dairəsinə düşmür. Belə ki, Qaydaların tələblərinə görə İ qrup əlillərə və əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yasinədək şəxslərə növbədənkənar qaydada mənzil verilir. İddiaçı İİ qrup müddətsiz əlil olduğuna görə növbədənkənar qaydada mənzil ilə təmin olunması məsələsi aradan qalxır. Yuxarıda qeyd olunanları nəzərə alaraq cavabdeh iddia tələbinin təmin olunamaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1313/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Respublika üzrə demək olar ki, xx.xx.2006-cı il tarixdən imtiyazlı şəxs kimi mənzil növbəsinə dayanan müharibə əlilləri tam şəkildə mənzillə təmin ediliblər. Mənzillə təmin olunmağı barədə dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Ağentliyinə elektron və yazılı müraciət etsə də, müraciətinə cavab verilməmişdir. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin müharibə əlillinə qarşı hərəkətsizliyi qanunsuz və tam əsassızdır, belə ki, o, xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, xəsarət almışdır, xx.xx.1998-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qazandığı xəstəliklərdən səhhətində olan dəyişikliklə bağlı ona 2-ci dərəcə müddətsiz Qarabağ müharibə əlilliyi təyin edilmişdir və eyni zamanda Yasamal rayon İcra Hakimiyyəti Başçısının Sərəncamına əsəsən 2006-cı ildən etibarən güzəştli şəxs kimi mənzil növbəsindədir, lakin mənzillə təmin edilməmişdir. Hal-hazırda mənzillə təmin olunmağı barədə tam şəkildə tələb olunan sənədləri poçt vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə göndərilmişdir. Bu barədə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə cavabdehin saxta yolla əldə edib məhkəməyə təqdim etdiyi formal xarakterli sənədlər əsasında iddia tələbini təmin etməmişdir. Hesab edir ki, məhkəmə qərarı ləğv edilməli və yenidən ətraflı araşdırma aparılaraq ədalətli qərar qəbul edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətdə yazılanlara uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozuntusu ilə qərar qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia tələbi qismən təmin olunmalıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. İddianın mahiyyəti: Məhkəmə kollegiyası hesab edir ki, iddia mahiyyəti üzrə də qismən əsaslıdır. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün iş materiallarındakı sübutlara nəzər yetirir: -AR ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə qanunvericiliyə uyğun baxılacağı bildirilmişdir. -Elektron hökumət portalının “”giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat sistemindəki 1 saylı ASAN xidmət Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AA4111006 nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X13 xx.xx.1972-ci ildə Qazax rayonu, Fərəhli kəndində doğulmuşdur. ünvan 1də qeydiyyatdadır. -3 saylı Bakı ASAN xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X6 (xx.xx.1972-ci ildə Qazax rayonu, Fərəhli kəndində doğulmuş) ailə tərkibi aşağıdakılardan ibarətdir: arvadı- X5, qızı- X7, oğlu- X19. -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1972-ci il təvəllüdlüdür. -Müvafiq elektron sistemdən çıxarışdan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı xx.xx.1998-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konsitusiya quruluşunun müdafiəsi səbəbi ilə ikinci dərəcəli müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. -Yasamal Rayon İcra Hakimiyyəti başçısının 184 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4337/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı, xx.xx.2023-cü il tarixli qərardadı və xx.xx.2023 tarixli məktubu ilə X6 Qazax Rayon İcra Hakimiyyəti Başçısının 16 may 2006-cı il tarixli sərəncamına əsasən İİ qrup Qarabağ müharibəsi əlili olaraq imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülməsi nəzarə alınmaqla, 16 may 2006-cı il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına 4 (dörd) nəfərdən ibarət ailə üzvləri ilə birlikdə daxil edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. X1 ünvan 1 ünvanında qeydiyyatdadır və və 4 nəfər ailə tərkibi (özü, həyat yoldaşı Nəbiyeva Könül, oğlu Nəbiyev Eyvaz, gəlini Bilalova Nəzrin) ilə birgə təsərrüfat aparırlar. İddiaçı mənzil növbəsinə qəbul olunması üçün tələb olunan müvafiq sənədləri təqdim etmişdir. Qeyd olunanları nəzərə alaraq X6 4 nəfər ailə tərkibi (özü, həyat yoldaşı Nəbiyeva Könül, oğlu Nəbiyev Eyvaz, gəlini Bilalova Nəzrin) ilə yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülməsi və mənzil növbəsinin tarixi saxlanılmaqla (xx.xx.2006-ci il) İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil-uçot siyahısına daxil edilməsi qərara alınmışdır. Qeyd olunan Sərəncamın verilməsi üçün əsas olmuş və Yasamal RİH tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki: -Qazax Rayon İcra Hakimiyyəti başçısının 9-21/382 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamı ilə X6 yaşayış yerini Bakı şəhərinə dəyişməsi ilə bağlı ərizəsi nəzərə alınaraq Qazax RİH-də İİ dərəcə Qarabağ müharibəsi əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması və yaşayış sahəsinə ehtiyacı olan qismində uçot sənədləri Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır. -Məhkəmənin sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentiyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, X3 Rayon İcra Hakimiyyətində xx.xx.2006cı il tarixdən 4 nəfər ailə üzvü ilə birgə yaşayış yeri ilə təmin edilməsi üçün növbəyə alınmış və xx.xx.2015-ci il tarixli 67 nömrəli məktub əsasında onun yaşayış yeri ilə təmin edilməsi məqsədəuyğun hesab edilmişdir. Daha sonra vətəndaş İsə Nəbiyevin mənzil növbəliliyi Yasamal RİH-ə keçirilmiş və 2-ci qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil uçotu siyahısı üzrə 6-cı şəxs olmuşdur. -Qazax Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 04 mart 2024-cü il tarixli sorğuya cavab məktubunda xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (İsə) Mustafa oğlunun 2006- 2021-ci illərdə İİ dərəcəli Qarabağ müharibəsi əlili kimi Qazax rayonu ərazisində mənzillə və ya torpaq sahəsi ilə təmin edilmədiyi bildirilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2024cü il tarixl sorğuya cavab məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı (İsə) Mustafa oğlunun adına dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. -Qazax Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubundan bildirilmişdir ki, “Azəriqaz” X10 X20 İdarəsi Qazax xidmət sahəsinin xx.xx.2024-cü il tarixli 01/08 ŞƏ-26 nömrəli arayışına əsasən sizin adınıza Qazax rayonunun Fərəhli kəndində **********00000 nömrəli abonent kodu mövcuddur və qaz xətti üzərində Zenner G-4T smart tipli **********434 nömrəli qaz sayğacı quraşdırılmışdır. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Qazax Rayon İcra Hakimiyyəti tərəfindən sizə mənzil və ya fərdi yaşayış evi verilməmişdir. Müvafiq sorğuya cavab olaraq “Azəriqaz” İB tərəfindən İddiaçı dair sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin materiallarda olan: “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli, 35/6294 saylı müqavilənin surətindən görünür ki, Şəmkir RQİİ-nin Qazax xidmət sahəsində “Paylayıcı” Şəmkir RPİİ-nin rəisi ilə “İstehlakçı” İddiaçı (AZE ********) arasında Qazax şəhəri, N.Tusi küçəsi ünvanda yerləşən evə dair müqavilə bağlanmışdır (abonent kodu **********732, sayğacın markası və nömrəsi G-4T, **********9, quraşdırılma tarixi xx.xx.2019-cu il). “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, Qazax şəhəri, N.Tusi küçəsi ünvanda yerləşən evə dair “Azəriqaz” İB ilə X8 (istehlakçı) arasında (AKX06110xx/xx-2024 saylı) və xx.xx.2024-cü il tarixli, 35/6294 saylı müqavilə bağlanmışdır (abonent kodu **********732). X13 tərəfindən səlahiyyətlərə orqanlara verilməsi üçün tərtib edilmiş və notarial qaydada təqdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, “Azəriqaz” İB-də ona məxsus və istifadəsində olan 29**********732 nömrəli abonent kodunun X4 adına dəyişdirilməsinə və onunla yenidən müqavilə bağlanmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi X4 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. -Cavabdeh Sosial Xidmətlər Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 27 may 2024-cü il tarixli məktubda bildirilmişdir ki, Qazax Rayon İcra Hakimiyyətinin mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə 12 mart 2014-cü il tarixli 6/113 nömrəli məktubu ilə Nazirliyə təqdim olunmuş siyahıda X6 16 may 2006-cı il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı göstərilmişdir. AR Prezidentinin xx.xx.2014-cü il tarixli, 569 nömrəli Sərəncamı ilə əhatə olunan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2014-cü il tarixli 946 nömrəli Sərəncamına əsasən Nazirliyə ayrılmış 10,0 (on) milyon manat vəsait hesabına imtiyazlı şəxslərə Nazirlik tərəfindən fərdi yaşayış evləri inşa olunmuş, o cümlədən İsə Nəbiyev üçün 2016-cı ildə üçotaqlı fərdi yaşayış evi tikilərək vətəndaşın istifadəsinə verilmişdir. Tikinti işləri Nazirliklə podratçı təşkilat "xxxx" MMC arasında bağlanmış 29 dekabr 2015-ci il tarixli T013/15 nömrəli işlər (mallar və xidmətlər) üzrə satınalma müqaviləsi əsasında aparılmışdır ki, qeyd olunan tarixdə imzalanmış “Müqavilənin xüsusi şərtləri”ndə Sifarişçi tərəfindən İcraçıya Qazax rayonunun Fərəhli kəndində 1 ədəd üçotaqlı fərdi evin tikintisi tapşırılmışdır. Həmçinin bildirilir ki, Nazirliyin yanında Dövlət Sosial Təminat Xidmətinin (DSTX) Nazirliyin Tikilməkdə olan Obyektlərin Müdiriyyətinə (TOOM) ünvanlanmış 31 mart 2015-ci il tarixli 67 nömrəli məktuba əlavə edilmiş qoşmada Qazax rayonunda fərdi yaşayış evi tikiləcək 5 nəfərin, o cümlədən X6 adı qeyd edilmişdir. Məlumat üçün bildirilir ki, İddiaçı yazaraq imzaladığı və Bakı şəhəri 27 saylı Notariat ofisinin notariusu E.H.Qurbanovun təsdiq etdiyi **********2881 nömrəli ərizədə Qarabağ müharibəsi əlili kimi Qazax rayonunun Fərəhli kəndində ona tikilən fərdi evin tikintisinin başa çatdırılması və fərdi evlə bağlı heç bir şikayətinin olmaması qeyd edilmişdir. İddiaçı daimi yaşayış yeri üzrə qeydiyyatı 19 oktyabr 2022-ci il tarixinədək Qazax rayonu, Fərəhli kəndində olmuş, həmin tarixdən sonra qeydiyyatını ünvan 1 ünvanına dəyişmişdir. 16 may 2006-cı il tarixindən mənzil növbəsində olması nəzərə alınaraq İddiaçı növbəlilik qaydasında Nazirlik tərəfindən Qazax rayonunda fərdi evi ilə təmin edildiyi halda Qazax Rayon İcra Hakimiyyətində olan həmin növbənin Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə köçürülməsi ilə bağlı sonuncuya müraciət etmişdir. Müraciətinə imtina verildikdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin mənzil növbəsi siyahısına Qazax Rayon İcra Hakimiyyətində uçota alındığı 16 may 2006-cı il tarixindən daxil edilməsi vəzifəsinin Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Vətəndaş üçün Qazax rayonunda fərdi yaşayış evinin inşa olunması barədə məhkəməyə məlumat verilməmişdir. Əlavə olaraq bildirilir ki, yaşayış sahəsinə ehtiyacı olan qismində növbəyə alınmış və həmin növbə əsasında dövlət vəsaiti hesabına mənzil və ya fərdi evlə təmin edilmiş imtiyazlı şəxsə təkrarən dövlət vəsaiti hesabına mənzil və ya fərdi evin verilməsi nəzərdə tutulmamışdır. Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki: Qazax RİH tərəfindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sorğusu əsasında 12 mart 2014-cü il tarixli məktub ilə Qazax RİH-də mənzil növbəsinə dayanmış imtiyazlı vətəndaşların siyahısı həmin quruma göndərilmişdir. Siyahıdan görünür ki, 16 may 2006-cı il tarixdən mənzil növbəsinə götürülmüş İİ Qarabağ əlili, Fərəhli kənd sakini X6 adı siyahının 17-ci bəndində qeyd olunmuşdur. AR ƏƏSMN Dövlət Sosial Təminat Xidməti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tikilməkdə olan Obyektlərin Müdiriyyətinə ünvanlanmış xx.xx.2015-ci il tarixli, 67 nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli sərəncamının icrası çərçivəsində Ağdaş, Ağcabədi, Qazax, Salyan və Zaqatala rayonlarında növbəlilik əsasında qoşmada adları qeyd edilən şəxslərə fərdi evlərin tikilməsi məqsədəuyğundur. “2015-ci ildə Qazax rayonu üzrə fərdi ev inşa ediləcək imtiyazlı şəxslərin adlı siyahısı”nda X6 (növbəyə götürüldüyü tarix: xx.xx.2006-cı il, ailə üzvünün sayı: 4 nəfər, otaq sayı: 3) 2-ci sırada olduğu görünür. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin xüsusi şərtlərindən görünür ki, müqavilənin 2-ci bəndinə əsasən “sifarişçi” “icraçı”ya LOT-3 üzrə Qazax rayonunun Fərəhli kəndində 1 ədəd üç otaqlı fərdi evin tikintisi tapşırılmışdır. Qazax rayonunun Fərəhli kəndində qeydiyyatda olan İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı 26 dekabr 2018ci il tarixli **********881 saylı notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı Qarabağ müharibəsi əlili kimi Qazax rayonunun Fərəhli kəndində ona tikilən fərdi evlə əlaqədar heç bir şikayətinin olmadığı, tikintinin başa çatdırıldığı və nəzərə alınmasını xahiş etmişdir. -Məhkəmənin sorğusuna cavab olaraq DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X6 adına dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlakın aşkar edilmədiyi bildirilmişdir. -AR Ədliyyə Nazirliyi Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı doğum haqqında akt qeydində adının “İsə”yə dəyişdirilməsi barədə müraciəti daxil olmamış, həmçinin “Vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış adın dəyişdirilməsinə dair hər hansı bir məlumat aşkar edilməmişdir. -AR Ədliyyə Nazirliyi Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 02 avqust 1972-ci il tarixdə Qazax rayonu, Fərəhli kəndində anadan olan X9 məxsus doğum haqqında akt qeydinin üzərində heç bir düzəliş və əlavə aparılmamışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, Qazax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli sərəncamı ilə iddiaçı İİ dərəcə Qarabağ müharibəsi əlili kimi yaşayış sahəsinə ehtiyacı olan şəxslərə mənzil növbəsinə götürülmüş, sonradan yaşayış yerini Bakı şəhərinə dəyişməsi ilə əlaqədar Qazax RİHB-nin xx.xx.2022-ci il tarixli, 9-21/382 nömrəli sərəncamı ilə Qazax RİH-də mənzil uçotundan çıxarılmış və mənzil uçot sənədləri Yasamal RİH-ə göndərilmişdir. Yasamal RİHB-nin xx.xx.2023-cü il tarixli, 184 nömrəli sərəncamı ilə iddiaçı 4 nəfər ailə üzvü ilə bilrikdə güzəştli mənzil növbəsinə götürülmüş mənzil növbəsinin tarixi saxlanılmaqla (xx.xx.2006-cı il) 2-ci dərəcə Qarabağ əlillərinin güzəştli mənzil uçot siyahısına daxil edilmişdir. İddiaçı hazırki tələbində 2006-cı ildən mənzil növbəsində götürülməsinə baxmayaraq, hazıradək yaşayış sahəsi ilə təmin edilməməsinə istinad edərək mənzillə təmin olunmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdehin imtina dəlili ondan ibarətdir ki, iddiaçı mənzil növbəsinə götürüldüyü əsaslar üzrə 2016-cı ildə yaşayış sahəsi ilə təmin edildiyindən onun yenidən eyni əsaslarla yaşayış sahəsi ilə təmin edilməsi imkan xaricindədir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərlə iddiaçının Qazax Rayon İcra Hakimiyyətində 4 nəfər ailə üzvü ilə birlikdə mənzil növbəsinə dayanmış imtiyazlı şəxs kimi AR Prezidentinin xx.xx.2014-cü il tarixli, 569 nömrəli Sərəncamı ilə əhatə olunan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması çərçivəsində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qazax rayonunun Fərəhli kəndində 2016-cı ildə üçotaqlı fərdi yaşayış evi inşa edilərək istifadəsinə verildiyi təsdiqini tapmışdır. Bununla bağlı iddiaçı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə notarial qaydada təsdiq edilmiş 26 dekabr 2018-ci il tarixli ərizə ilə müraciət edərək Qarabağ müharibəsi əlili kimi ona tikilib təhvil verilmiş fərdi yaşayış evi ilə bağlı heç bir şikayətinin olmadığını bildirmişdir. Göründüyü kimi iddiaçı hər nə qədər təkzib etmiş olsa da, onun güzəştli əsaslarla mənzil növbəsində olduğu vaxt yaşayış sahəsi ilə təmin edilməsi işin məhkəmə araşdırması ilə sübuta yetirilmiş və iddiaçı tərəfindən bu qənaətin əksini təsbit edən hər hansı tutarlı dəlil təqdim edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı ona verilmiş hüquqdan, yəni əvəzsiz olaraq yaşayış sahəsi almaq hüququndan artıq bir dəfə istifadə etmişdir və o, hazırkı iddianı irəli sürməkdə haqlı sayıla bilməz. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: -12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. -16.1-ci maddəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. -43.2-ci maddəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» AR Qanununun 31.1-ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Mənzil Məcəlləsinin 57.1-ci maddəsinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən ər və arvad istisna olmaqla, ayrı cinslərdən olan şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli sərəncamının 1-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda inşa edilmiş 197 mənzil, həmçinin 2021 -ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 576 mənzil və Abşeron rayonunda inşa edilən 1152 mənzil hesabına Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilsin. Qeyd olunan Sərəncamın 3.1-ci bəndinə əsasən bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsini təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır. Hazırki işdə iddiaçı X13 xx.xx.1972-ci il təvəllüdlü olmaqla İİ qrup Qarabağ müharibəsi əlilidir. İddiaçı İİ qrup Qarabağ müharibəsi əlili kimi 4 (dörd) nəfərdən ibarət ailə üzvləri ilə birlikdə 16 may 2006-cı il tarixdən mənzil növbəsindədir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən yalnız işdə olan (səh 176) iddiaçının AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizəsinə istinad etməklə, qeyd etmişdir ki, iddiaçı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə notarial qaydada təsdiq edilmiş 26 dekabr 2018-ci il tarixli ərizə ilə müraciət edərək Qarabağ müharibəsi əlili kimi ona tikilib təhvil verilmiş fərdi yaşayış evi ilə bağlı heç bir şikayətinin olmadığını bildirmişdir. İddiaçı tərəfindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizənin məzmunu isə aşağıdakı kimidir: “Yazaraq bildirirəm ki, Qarabağ müharibəsi əlili kimi Qazax rayonunun Fərəhli kəndində mənə tikilən fərdi evlə əlaqədar heç bir şikayətim yoxdur, tikinti başa çatdırılıb.” Göründüyü kimi ərizənin məzmununda qeyd olunan fərdi evin iddiaçıya təhvil verilibverilməməsi ilə bağlı heçbir məlumat öz əksini tapmamışdır. Əksinə iş materiallarına əlavə edilmiş iddiaçının müxtəlif vaxtlarda inzibati orqana müraciətinə cavab məktublarının (xx.xx.2022-ci il, xx.xx.2022-ci il,xx.xx.2023-cü il tarixli) məzmununda iddiaçının sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə mövcud qanunvericiliyə uyğun olaraq növbəlik qaydasında baxılacağı barədə məlumatlar verilmişdir. Həmçinin Qazax Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş müxtəlif sorğulara 04 mart 2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli cavab məktublarında iddiaçının 2006-2021ci illərdə İİ dərəcəli Qarabağ müharibəsi əlili kimi Qazax rayonu ərazisində mənzillə və ya torpaq sahəsi ilə təmin edilmədiyi bildirilmişdir. Bununla yanaşı apellyasiya instansiya məhkəməsində araşdırma zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının fərdi yaşayış evi ilə təmin edilməsinə dair əsaslı sübutlar, təhvil-təslim aktı tələb edilmiş, cavabdeh inzibati orqanın nümayəndələri təhviltəslim aktının mövcud olmadığını, sadəcə iddiaçıya məxsus notarial ərizə və onun adına qaz sayğacının olmasına istinad etmişdirlər. Bundan əlavə apellyasiya instansiya məhkəməsində icraat zamanı Qazax Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanaraq, xx.xx.1972-ci il təvəllüdlü Nəbiyev İsə (İsa) Mustafa oğluna 2006-2021-ci illərdə İİ dərəcəli Qarabağ müharibəsi əlili kimi Qazax rayonu ərazisində (şəhərdə və kəndlərində) mənzil (fərdi yaşayış evi) verilib-verilməməsi barədə məlumatların və verildiyi halda müvafiq sənədlərin təsdiq edilmiş surətlərinin, həmçinin, ümumiyyətlə imtiyazlı şəxslərə inzibati orqan tərəfindən mənzil verilərkən icra hakimiyyətinin nümayəndəsinin proses zamanı (təhvil-təslim zamanı) iştirak edibetməməsi, şəxslərə mənzil verilməsi ilə bağlı icra hakimiyyətinin məlumatlı olub-olmaması barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya 07 fevral 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X13 yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcəli əlil kimi 16 may 2006-cı il tarixdə Qazax Rayon İcra Hakimiyyətində mənzil uçotuna alınmışdır, lakin vətəndaş ötən dövr ərzində qeydiyyat və yaşayış yerini dəyişərək ünvan 1 ünvanında qeydiyyata düşmüş və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətində 16 may 2006-cı il tarixdən mənzil uçotuna götürülmüşdür, Qazax Rayon İcra Hakimiyyəti tərəfindən X9 ötən dövr ərzində, o cümlədən 2006-2021-ci illərdə rayon ərazisində mənzil və ya fərdi yaşayış evi verilməmişdir, əlavə olaraq qeyd edirlər ki, imtiyazlı şəxslərə aidiyyəti orqan tərəfindən mənzil və ya fərdi yaşayış evi verilərkən (təhvil-təslim zamanı) Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı təmin edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının adına hər hansı bir qaz sayğacının mövcudluğu faktı da hələ iddiaçıya evin təhvil verilməsi anlamına gəlmir. Belə ki, məhkəmə iclasında verdiyi izahatlarında iddiaçı əslən Qazax rayonunun, Fərəhli kəndindən olduğunu, anasının və digər qohumlarının həmin kənddə evləri olduğunu, anasına məxsus evdə sayğacın onun adına olduğunu bildirmişdir. Beləliklə, apellyasiya instansiya məhkəməsində icraat zamanı işin araşdırılması nəticəsində iddiaçının İİ qrup Qarabağ müharibəsi əlili kimi 16 may 2006-cı il tarixdən mənzil uçotuna götürülməsinə baxmayaraq, mənzil və ya fərdi yaşayış evi ilə təmin edilməməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi, iş üzrə müəyyən olunur ki, iddiaçı yuxarıda istinad olunan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamının qüvvəyə mindiyi tarixədək mənzil uçotuna alındığından onun qeyd edilən sərəncamın icrası ilə əlaqədar İİ qrup Qarabağ müharibəsi əlili kimi mənzil məişət şəraitinin yaxşılaşdırılması və mənzillə təmin edilməsini tələb etmək hüququ vardır. Qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və əsassız olaraq iddiaçının mənzillə təmin edilmə öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasına dair iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası iddia tələbini iddiaçının növbədən kənar qaydada mənzillə təmin edilməsi hissəsində əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 56.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: 56.2.1. yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; 56.2.2. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; 56.2.3. bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara. Qanunvericilik normalarından aydın göründüyü kimi, yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri növbəlik (uçota alınma tarixi nəzərə alınmaqla) və növbədənkənar qaydada verilir. Növbədənkənar yaşayış sahələrinin verildiyi şəxslərin dairəsi isə Məcəllənin 56.2-ci maddəsində qeyd olunmuşdur, hazırki iş üzrə iddiaçı növbədənkənar qaydada yaşayış sahələrinin verildiyi şəxslərin əhatə dairəsinə düşmədiyindən onun İİ qrup Qarabağ müharibəsi əlili kimi Bakı şəhərində müvafiq növbəlilik qaydasında mənzillə təmin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, qeyd olunanlarla bağlı apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1313/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, iddiaçı X6 İİ qrup Qarabağ müharibəsi əlili kimi Bakı şəhərində növbəlilik qaydasında mənzillə təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1313/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı X6 İİ qrup Qarabağ müharibəsi əlili kimi Bakı şəhərində növbəlilik qaydasında mənzillə təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulsun. Qalan hissədə iddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-658/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-658/2025
05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver