Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-659/2023 08.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X16 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3334/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona peşə xəstəliyi səbəbi ilə əlillik təyinatına hüququ yarandığı xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-3334/2022 saylı, 31 avqust 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sağlamlığını təsdiqləyən tibbi arayışı işəgötürən müəssisəyə təqdim edəndən sonra xx.xx.2006-ci il tarixdən xx.xx.2014cü il tarixinə qədər "xxxx" X18 Cəmiyyətinin “Metalkonstruksiya və mancanaq dəzgahlarının yığma sexi”ndə elektrik qaynaqçısı peşəsində işləmişdir və həmin müəssisədə işlədiyi müddətdə sağlamlığını itirərək peşə xəstəliyinə düçar olmuşdur. Uzun müddət Səhiyyə Nazirliyinin V.Y.Axundov adına X4 X7 Klinikasında müayinə və müalicə olunandan sonra 19 noyabr 2012-ci il tarixdə onun əsas xəstəliyinin işlədiyi elektrik qaynaqçısı peşəsi ilə əlaqəli olduğu, yəni peşə yönümlü olması müəyyən edilmiş və xəstəliyinin klinik diaqnozu “Xroniki toksiki bronxit, astmoidli komponentlə. Ağ ciyərlərin emfizeması. Tənəffüs çatmamazlığı İİ dərəcə: Yanaşı: ÜİX: gərginlik stenokardiyası (f.S.İİ), ipoxondrik sindrom” kimi müəyyən edilmiş, sahə həkiminə göndərilərək onun HSEK-na göndərilməsi tövsiyə edilmişdir. Daha sonra isə 8 ay da həkim nəzarətində qalaraq yuxarıda qeyd olunmuş diaqnozlarla 2 dəfə xx.xx.2013-xx.xx.2013 və xx.xx.2013xx.xx.2013-cü il tarixlərdə 3 saylı Şəhər Kliniki Xəstəxanasının terapiya şöbəsində stansionar müalicə alandan sonra ilk dəfə olaraq 24 iyul 2013-cü il tarixdən başlayaraq Bakı şəhəri, Xəzər rayon 9 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2013-cü il tarixli, 1090 saylı müayinə aktına əsasən ona peşə xəstəliyi səbəbi ilə 3-cü dərəcəli əlillik qrupu və 60% əmək qabiliyyətinin itirilməsi müəyyən edilmişdir. Sonuncu dəfə əlillik müddəti 27 iyul 2016-cı il tarixdə 5 (beş) il müddətinə üzadılmış və növbəti müayinə xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. 27 iyul 2016-cı il tarixdə onun əlilliyi 5 il müddətinə üzadılandan bu günə qədər hər il bir dəfə olmaqla yuxarıda qeyd olunmuş diaqnozlarla xəstəxanalarda stansionar olaraq ixtisaslı müalicələr almışdır. V.Y.Axundov adma Milli X4 X7 Klinikası tərəfindən verilmiş 30/2021 saylı, xx.xx.2021-ci il tarixli xəstəlik tarixindən çıxarışda və həmin klinika tərəfindən verilmiş digər xəstəlik tarixindən çıxarışlarda onun xəstəliyinin kliniki diaqnozları aşağıdakı kimi qeyd olunmuşdur: Xroniki toksiki bronxit astmoidli komponentlə, uzanmış gedişli, tez-tez fəsadlaşan. Ağ ciyərlərin emfizeması. Tənəffüs çatmamazlığı İİ dərəcə. Ağ ciyərlərin fıbrozu. Diffuz pnevmoskleroz. Yanaşı: ÜİX, gərginlik stenokardiyası (f.s.İİ), hipotoniya xəstəliyi, xroniki hepatoxolesistit. Bel fəqərələrinin osteoxondruzu fonunda davamlı ağrı sindromu ilə gedən tez-tez fəsadlaşan xroniki bel-oma radikulopatiyası. İpoxondrik sindrom. Əsas xəstəliyinin peşə mənşəli olması X14 tərəfindən verilmiş bütün xəstəlik tarixlərindən çıxarışlarda qeyd olunmuşdur. Ərazi üzrə 29 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən 11 avqust 2021-ci il tarixdə onun peşə xəstəliyi səbəbilə əlillik müddətinin qurtarması ilə əlaqədar əlilliyin yenidən qiymətləndirilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (X1 Tibbi Sosial Ekspertiza və X15 - TSERAS) elektron formada göndəriş göndəriləndən, həmin göndərişə əlavə ixtisaslı müalicəyə ehtiyacın olması səbəbi ilə imtina veriləndən, həmin səbəb aradan qaldırılandan və xx.xx.2021-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasında əyani müayinə zamanı şifahi olaraq ona əlillik təyinatı ilə bağlı imtina cavabı veriləndən sonra hazırkı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. O, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edəndən sonra cavabdeh məhkəməyə İddiaçı “əlilliyin təyin edilməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim etmişdir. Cavabdehin yuxarıda qeyd olunmuş etirazında həqiqəti əks etdirməyən çoxlu məlumatlar olduğundan o, məhkəməyə bununla əlaqədar 05 yanvar 2022-ci il tarixdə izahat yazaraq məhkəmədən onun iddia ərizəsində göstərdiyi faktiki halları, iddia ərizəsinə əlavə etdiyi rəsmi sənədləri cavabdehin məhkəməyə təqdim etdiyi etirazla yanaşı qoymağı və həqiqəti müəyyən edərək cavabdehin məhkəməyə təqdim etdiyi etiraza hüquqi qiymət verilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi etirazında qeyd etdiyi əsas məlumatlar həqiqəti əks etdirmir. Birinci instansiya məhkəməsi həmin məlumatların dəqiqliyini yoxlayıb onlara hüquqi qiymət vermək əvəzinə, qərar qəbul edərkən həmin dəqiq olmayan və həqiqəti əks etdirməyən məlumatlara istinad etmişdir. Birinci fakt: Ona ilk dəfə əlillik dərəcəsi cavabdehin öz etirazında qeyd etdiyi kimi səbəbi əmək zədəsi olmaqla xx.xx.2014-cü il tarixdən deyil, səbəbi də peşə xəstəliyi olmaqla xx.xx.2013-cü il tarixdən başlayaraq bir il müddətinə təyin edilmişdir. Bu faktı təsdiqləyən Xəzər rayon 9 nömrəli Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, SER TSE-01 № 040651 saylı arayışın notarial qaydada təsdiq olunmuş surəti iddia ərizəsinə əlavə olunmuşdur. Həmin sənəddə, yəni xx.xx.2013-cü il tarixli, SER TSE-01 № 040651 saylı arayışda ona əlilliyin xx.xx.2014-cü il tarixinədək müəyyən edilməsi və növbəti müayinənin xx.xx.2014-cü il tarixdə olacağı qeyd edilmişdir. İkinci fakt: Cavabdeh iddia ərizəsinə etirazında qeyd etmişdir ki, guya iddiaçının əlillik vəziyyətinə Elmi tədqiqat hematologiya və transfuziya institutunun xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və ona səbəbi əmək zədəsi olmaqla bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bu məlumat da həqiqəti əks etdirmir. Çünki o, heç vaxt Elmi tədqiqat hematologiya və transfuziya institutuna müraciət etməmişdir. Bu səbəbdən də həmin institut heç bir halda heç yerə əlilliklə əlaqədar onun üçün göndəriş verə və ya göndərə bilməz. Onun xəstəliyinin peşə mənşəli olmasına əsaslı şübhələr yarandığından o, hüquqi ünvanda olduğu 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının göndərişi ilə V.Y.Axundov adma Milli Elmi-Tədqiqat və X6 X8 müraciət etmişdir. Uzun müddət müşahidədən sonra xəstəliyinin peşə mənşəli və yönümlü olması öz təsdiqini tapmış və bu barədə V.Y.Axundov adına Milli Elmi-Tədqiqat və X6 X14 tərəfindən ona xroniki peşə xəstəliyi (zəhərlənməsi) haqda 19 noyabr 2012-ci il tarixli Bildiriş və eyni tarixli xəstəlik tarixindən çıxarış verilmişdir. Təkrar müayinə barədə 9 nömrəli Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, SER TSE-01 № 452244 saylı arayışda xəstəliyinin səbəbi “əmək zədəsi” kimi qeyd olunsa da onun heç bir hüquqi əsası yoxdur. Çünki onun TSEK-ə təqdim etdiyi bütün kliniki epikrizlərdə (xəstəlik tarixindən çıxarışlarda) xəstəliyinin peşə mənşəli olması qeyd olunmuşdur. “Əmək zədəsi” işçinin iş zamanı baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alması, “peşə xəstəliyi” isə işçinin peşə əmək fəaliyyəti nəticəsində düçar olduğu xəstəlikdir ki, bunları qarışdırmaq olmaz. Yuxarıda qeyd olunan arayışda “əmək zədəsi” ifadəsiniun qeyd olunması həkimlərin öz səhvidir (bəlkə də onların yeni kəşfidir) və realıqla heç bir əlaqəsi yoxdur. Bundan əlavə, o, TSEK-ə zamanında “Peşə xəstəliyinin tədqiqatı Aktf’nı da təqdim etmişdir. Qeyd olunan Aktın adının özü də açıq-aşkar xəstəliyinin peşə xəstəliyi olmasını ifadə edir. İndiyə qədər ona əlilliklə bağlı TSEK-ə bütün göndərişlər qeydiyyatda olduğu hüquqi ünvana aid ərazi üzrə yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmişdir. Üçüncü fakt: Cavabdeh yuxarıda qeyd olunan etirazında qeyd etmişdir ki, elektron təyinatla xx.xx.2016cı il tarixli göndəriş əsasında baxılmış və səbəbi peşə xəstəliyi olmaqla ona beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Cavabdeh daha sonra etirazında qeyd etmişdir ki, guya Bakı 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2019-cu il tarixli, 0053003AAEYM saylı göndərişi əsasında onun əlilliklə bağlı məsələsinə baxılmış və əlillik təyinatından imtina edilmişdir. Sitat: “...Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Diaqnoz əlillik təyin etmir” səbəbi ilə imtina edilmişdir”. Bu məlumat da həqiqəti əks etdirmir. Çünki ona sonuncu dəfə xx.xx.2016-cı il tarixdə səbəbi peşə xəstəliyi olmaqla beş il müddətinə 3-cü dərəcəli əlillik təyin edilmişdir. Burada məntiqi sual yaranır: Əgər cavabdehin özünün də təsdiqlədiyi kimi iddiaçıya 5 il müddətinə səbəbi peşə xəstəliyi olmaqla əlillik dərəcəsi verilmişdirsə, hələ 5 (beş) il əlillik müddəti başa çatmamış 3 (üç) ildən sonra 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2019-cu il tarixli, 0053003AAEYM saylı göndərişi əsasında onun əlilliklə bağlı məsələsinə baxılmasına nə ehtiyac var idi? Əslində faktiki hal belədir: xx.xx.2016-cı il tarixdə ona səbəbi peşə xəstəliyi olmaqla beş il müddətinə 3-cü dərəcəli əlillik təyin edilmişdir. Həmin 5 il müddət xx.xx.2021-ci il tarixdə başa çatdığından 29 saylı Bakı Birləşmiş Şəhər Xəstəxanası onun əlillik müddətinin başa çatması ilə əlaqədar əlilliyin yenidən qiymətləndirilməsi ilə əlaqədar TSEK-ə xx.xx.2021-ci il tarixli, 0053003AAEYM saylı elektron göndəriş göndərmişdir. TSEK xx.xx.2021-ci il tarixdə ona əlillik təyinatından imtina etmişdir: “Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Təqdim edilən tibbi sənədlər əlillik təyin etmək üçün yetərli deyil. Əlavə ixtisaslaşmış müalicə”. Bu imtina cavabından sonra 29 saylı Birləşmiş Şəhər Xəstəxanası 17 avqust 2021-ci il tarixdə əlavə ixtisaslaşmış müalicə almaq üçün ona V.Y.Axundov adına X4 X9 Klinikasına göndəriş vermişdir. Həmin tarixdən xx.xx.2021-ci il tarixə qədər qeyd edilən klinikada stansionar olaraq müalicə almışdır və müvafiq olaraq X14 tərəfindən ona verilmiş xx.xx.2021-ci il tarixli, 30/2021 saylı xəstəlik tarixindən çıxarışı da 29 saylı Birləşmiş Şəhər Xəstəxanasına təqdim etmişdir. TSEK-in imtina üçün göstərdiyi səbəb aradan qaldırılmışdır deyə, 29 saylı Birləşmiş Şəhər Xəstəxanası əliliyin yenidən qiymətləndirilməsi üçün 2-ci dəfə TSEK-ə onun üçün xx.xx.2021-ci il tarixli, 0053003AAE66 saylı elektron göndəriş göndərmişdir. TSEK xx.xx.2021-ci il tarixdə növbəti dəfə ona əlillik təytinatından imtina etmişdir: “Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Son 5 (beş) ildə stansionar müayinə və müalicə yetərli deyil. Diaqnozda qeyd edilən yanaşı xəstəliklər və ağırlaşmalarla bağlı ixtisaslaşmış müayinə və müalicə məsləhət görülür". Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(112)- 3334/2022 nömrəli məktubuna əsasən əyani müayinənin nəticəsi ilə bağlı məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, **********3 nömrəli cavab məktubunda qeyd edilən məlumatlar da həqiqəti əks etdirmir. Belə ki, həmin cavab məktubunda cavabdeh qeyd etmişdir ki, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə, tibbi sənədlərində əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Kimyəvi maddələr, qazlar, tüstülər və buxarların təsirindən yaranan xroniki respirator hallar. Xroniki toksiki bronxit, asatmoid komponentlə, uzanmış gedişli, tez-tez boğulma tutmaları ilə. Tənəffüs çatışmazlığı İİ dərəcə. Ağciyərlərin fıbrozu, diffuz pnevmoskleroz” diaqnozu öz təsdiqini tapmamışdır. xx.xx.2022-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq Tibbi-Sosial Ekspert Komissiyasında əyani müayinəsi yalnız həkimin onun ciyərlərinə farendoskop vasitəsi ilə qulaq asmaqdan ibarət olmuşdur. Yuxarıda qeyd olunan diaqnozlar ona ixtisaslaşmış tibb müəssisələrində - Səhiyyə Nazirliyinin X2 İnstitutunda və V.Y.Axundov adına X4 X7 Klinikasında mütəxəsisslər tərəfindən hal-hazırkı sağlamlıq durumu ilə bağlı ona verilmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Səhiyyə Nazirliyinin X2 İnstitutunda ambulator olaraq tam kliniki və instrumental müayinələrdən keçmişdir və 08-20 aprel 2022-ci il tarixlərində V.Y.Axundov adma X4 X7 Klinikasında stansionar olaraq ixtisaslı müalicə almışdır. xx.xx.2022-ci il tarixdə X2 İnstitutunda ambulator olaraq tam kliniki və instrumental müayinələr zamanı onda "Peşə xəstəliyi, xroniki bronxit, ağ ciyərlərin fibrozu, ağ ciyərlərin emfizeması, diffuz pnevmoskleroz, restruktiv tipli mötədil ventilyasiya pozğunluğu” kimi kliniki diaqnozlar müəyyən edilmişdir. Bir sözlə, xx.xx.2022-ci il tarixdə X2 İnstitutunda ambulator olaraq tam keçdiyi kliniki və instrumental müayinələrin nəticələri və V.Y.Axundov adına X4 X7 Klinikası tərəfindən verilmiş 09/2022 saylı, 20 aprel 2022-ci il tarixli xəstəlik tarixindən çıxarışda qeyd olunan diaqnozlar onun “tam reabilitasiya” olmağını deyil, birmənalı olaraq peşə mənşəli xəstəliklərdən əziyyət çəkdiyini təsdiq edirlər. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X11 xx.xx.2021-ci il tarixli T73/2022 saylı ekspert rəyindən görünür ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün 29 nömrəli Birləşmiş şəhər xəstəxanası tərəfindən verilmiş 0053003AAEYM saylı və 0053003AAE66 saylı göndərişində onun səhhətini əks etdirən diaqnoz aparılmış kliniki, laborator və instrumental müayinələrin əsasında müəyyən edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə əyani müayinəsi zamanı X2 institutuna göndərilmiş, ona kliniki və instrumental müayinələr əsasında “peşə xəstəliyi, restruktiv tipli mötədil ventilyasiya pozğunluğu, Y20-xroniki bronxit, ağciyərlərin fibrozu” diaqnozu müəyyən edilmişdir. Həmin xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd edilən xəstəliklərin əhatə dairəsinə düşmür. Peşə xəstəlikləri zərərli istehsal faktorlarına məruz qalma nəticəsində yaranan xəstəliklərdir. Onlar insan orqanizminə istehsalat mühitinin zərərverici faktorlarının (kimyəvi, fiziki, bioloji, tozların və fiziki gərginlik faktorları) uzun müddətli təsir nəticəsində yaranırlar. Həmin xəstəliklərin tam reabilitasiyası mümkün olmadıqda aparılmış müalicədən sonra müəyyən müddətə remissiya əldə etmək mümkündür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 16 iyun 2023 tarixli T394/2023 saylı ekspert rəyindən görünür ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən «Əsas diaqnoz: J68.4 kimyəvi maddələr, qazlar, tüstülər və buxarların təsirindən yaranan xroniki respirator hallar, xroniki toksik bronxit, astmatoidli komponentlə uzanmış gedişli, tez-tez boğulma tutmaları ilə. Ağırlaşma: J17*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı müşahidə edilən pnevmoniyalar, ağciyərlərin fibrozu, diffuz pnevmaskleroz, J96-başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, tənəffüs çatmamazlığı İİ dərəcə, J43-emfizema, ağciyərlərin emfizeması. Yanaşı xəstəliklər: M42-onurğanın osteoxondrozu, bel fəqərələrinin osteoxondrozu fonunda davamlı ağrı sindromu, tez-tez fəsadlaşan xroniki bel-oma radikulopatiyası, ipoxondrik sindrom, K81.8-xolesistitin digər formaları, xroniki hepatoxolesistit, İ20.8-stenokardiyanın digər formaları, ÜİX, gərginlik stenokardiyası f.s.İİ» diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədi ilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. İddiaçı düçar olduğu xəstəliyin təyini üçün aparılmış müayinələr qənaətbəxşdir və hal-hazırda onun hər hansı ixtisaslaşmış müayinə və müalicəyə ehtiyacı yoxdur. Vəziyyətindən asılı olaraq istər stasionar, istərsə də ambulator müalicəyə cəlb oluna bilər. Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli qərardadı ilə İddiaçı mövcud olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsində olub-olmaması ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının canlı müayinəsinin aparılması üçün cavabdehə müddət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı “Peşə xəstəliyi ilə əlaqədar” səbəbindən xx.xx.2022-ci ildə Agentliyin müvafiq Tibbi-Sosial Ekspert Komissiyasında nəzarət qaydasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə, tibbi sənədlərində əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Kimyəvi maddələr, qazlar, tüstülər və buxarların təsirindən yaranan xroniki respirator hallar. Xroniki toksiki bronxit, astmatoid komponentlə, uzanmış gedişli, tez-tez boğulma tutmaları ilə. Tənəffüs çatışmazlığı İİ dərəcə. Ağciyərlərin fibrozu, diffuz pnevmoskleroz” diaqnozu - öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. İşin faktiki hallarına əsasən, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2014cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Əmək zədəsi; X3: X Sinif - Tənəffüs sistemi xəstəlikləri =>J95-J99 - Tənəffüs orqanlarının digər xəstəlikləri => J99* - Başqa rubrikalarda təsnif edilən xəstəliklər zamanı rast gəlinən respirator pozğunluqlar => J99....; Diaqnozun mətni: Xr.bronxit-astmatik.Xr. toksiki bronxit.ÜİX.Gərginlik stenokardiyası 2 fs.Hipertoniya x-yi 2m. Ağ ciyərlərin emfizeması.Ağ ciyər fibrozu; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR:ÜİX.Ağ ciyərlərin emfizeması” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra tibb müəssisəsinin xx.xx.2015-ci il tarixli 0053003AABHH saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Peşə xəstəliyi: X3: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J44 - Digər xroniki obstruktiv ağciyər xəstəliyi => J44.0 - Ağciyərin xroniki obstruktiv xəstəli...; Diaqnozun mətni: Digər xroniki obstruktiv ağciyər xəstəliyi, Xroniki toksiki bronxit asmatik komponentlə, uzanmış gedişli tez-tez fəsadlaşma.Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, Tənəffüs çatmamazlıgı İİ dərəcə.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Peşə xəstəliyi; X3: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40- J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J44 - Digər xroniki obstruktiv ağciyər xəstəliyi => J44.0 - Ağciyərin xroniki obstruktiv xəstəli...; Diaqnozun mətni: Digər xroniki obstruktiv ağciyər xəstəliyi, Xroniki toksiki bronxit asmatik komponentlə, uzanmış gedişli tez-tez fəsadlaşma.Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, Tənəffüs çatmamazlığı İİ dərəcə.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sonuncu dəfə Bakı 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0053003AAE66 saylı göndərişi əsasında baxılmış və “X3: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J60-J70 - Xarici amillərin təsirindən törənən ağciyər xəstəlikləri => J68 - Kimyəvi maddələr, qazlar, tüstülər və buxarlar tərəfindən törədilən respirator ...; Diaqnozun mətni: Kimyəvi maddələr, qazlar, tüstülər və buxarların təsirindən yaranan xroniki respirator hallar, Xroniki toksiki bronxit, astmatoidli komponentlə uzanmış gedişli, tez-tez boğulma tutmaları ilə Ağırlaşma J96 Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, Tənəffüs çatmamazlığı İİ dərəcə Ağırlaşma J17* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı müşahidə edilən pnevmoniyalar, Ağciyərlərin fibrozu.Diffuz pnevmaskleroz. Stenokardiyanın digər formaları, ÜİX.Gərginlik stenokardiyası f.s.ll Yanaşı xəstəliklər M42 Onurğanın osteoxondrozu, Bel fəqərələrinin osteoxondrozu, fonunda davamlı ağrı sindromu, tez-tez fəsadlaşan xroniki bel-oma radikulopatiyası. İpoxondrik sindrom; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son 5 (beş) ildə stasionar müayinə və müalicə yetərli deyil. Diaqnozda qeyd edilən yanaşı xəstəliklər və ağırlaşmalarla bağlı ixtisaslaşmış müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır . 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə «Əlilliyin müəyyən olunması meyarları» təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra - şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra - göndəriş) verilməsini tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra - Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən verilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Məhkəmə kollegiyası qeyd edir ki, sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0053003AAE66 saylı göndərişi əsasında baxılmış və əlavə müalicəyə ehtiyacın olması, son 5 (beş) ildə stasionar müayinə və müalicənin yetərli olmaması səbəbi ilə əlillik dərəcəsinin təyinatından imtina edilmiş və diaqnozda qeyd edilən yanaşı xəstəliklər və ağırlaşmalarla bağlı ixtisaslaşmış müayinə və müalicə məsləhət görülmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə məhkəmə tibbi ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X11 xx.xx.2021-ci il tarixli T73/2022 saylı ekspert rəyinə əsasən iddiaçıda müəyyən edilmiş xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd edilən xəstəliklərin əhatə dairəsinə düşmür. Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli qərardadına əsasən cavabdeh tərəfindən iddiaçının əyani müayinəsi keçirilmiş, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə, tibbi sənədlərində əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş diaqnoz öz təsdiqini tapmamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi tərəfindən hazırki iş üzrə məhkəmə tibbi ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 16 iyun 2023 tarixli T394/2023 saylı ekspert rəyində iddiaçının göndərişdə qeyd edilən diaqnozunun şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilməsi göstərilsə də, əlillik dərəcəsinin təyin edilməsinin Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 6 saylı Tibbi Sosial Ekspert Komissiyasının həkim eksperti X12 tərəfindən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mütəxəssis rəyində qeyd olunur: İddiaçı mötədil ventilyasiya pozğunluğu və ikinci dərəcəli tənəffüs çatışmazlığı vardır, eləcə də bu hallar artıq on ildən artıqdır ki, vətəndaşda davam etməkdədir. Şəxsdə on ildən artıq tənəffüs çatışmazlığı olduqda bunun müəyyən təzahürləri olmalıdır. İlk növbədə mötədil ventilyasiya pozğunluğu zamanı FEV1 və FCV deyilən göstəricilərə baxılmalıdır. FEV1-in 50-dən yuxarı olduğu hallarda mötədil ventilyasiya pozğunluğu olur, lakin mötədil ventilyasiya pozğunluğu öz-özülüyündə İİ dərəcəli tənəffüs çatışmazlığı demək deyildir. Belə ki, ekspertiza rəyində bu əsas düzgün qend olunmamışdır. Nəzərə alsaq ki, əgər vətəndaşda on ildən artıq İİ dərəcəli xroniki tənəffüs çatışmazlığı vardırsa, bunun müəyyən təsirləri (fəsadları) də olmalıdır. Belə ki, ürəyin sağ kameralarında mütləq şəkildə hipertrofiya, yəni böyümə, divarın qalınlaşması, eləcə də digər fəsadlar öz əksini tapmalıdır. İkinci olaraq FEV1 və FCV-in ayrıca spirometrik nəticələri də ekspertiza tərəfindən təqdim olunmalıdır. Həmçinin qanın qatılaşması nəticəsində hematokridin miqdarında dəyişiklik olmalıdır, lakin vətəndaşda bu hallar sonuncu müayinədə öz əksini tapmamışdır. Ağciyərlər üzərində auskultativ olaraq vezukuliyar tənəffüs eşidilmişdir, səhv tənəffüs belə eşidilməmişdir. Həmçinin ekspert rəyində sərtləşmiş tənəffüs belə qeyd olunmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, bu halda vətəndaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə»yə əsasən əlillik təyinatı aparılması mümkün deyildir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçıda aşkar edilmiş xəstəliklərin «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»də göstərilən xəstəliklərin əhatə dairəsinə düşməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də iddiaçının hazırkı sağlamlıq vəziyyəti ona əlillik təyinatına imkan vermədiyindən əlilik təyinatının aparılmasından imtina qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3334/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-659/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-659/2023
08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver