Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-659/2025 01.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yeni çıxarışın, yeni ünvanın, texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlunun və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Ağa-zadə Leyla Əziz qızının iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2-1(112)-6467/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, sahəsi 0.0539 ha olan torpaq sahəsində yerləşən 70 saylı 306.40 kv.m-dən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X4 adına 1/6 hissədə xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X2 adına 1/6 hissədə xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X6 adına 1/6 hissədə xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, İddiaçı adına 1/6 hissə “A” tikilisi 2-ci mərtəbədən 2 otaq və bağlı eyvan (31.7 kv.m, 20.1 kv.m, 14.4 kv.m) xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X1 adına 1/6 hissədə xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X8 adına 1/6 hissə (ü/s-51.07 kv.m) xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, 70 saylı evə dair İddiaçı və başqalarının adına tərtib edilmiş **********24-10301 reyestr nömrəli texniki pasporta əsasən torpaq sahəsinin faktiki sahəsi 0.21527 ha, tikinti altı sahə 0.07905 ha, digər sahələr 0.13622 ha-dır.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olmuş 2(010)-155/2019 nömrəli mülki iş üzrə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 20664 nömrəli ekspert rəyinin tədqiqatın nəticəsi hissəsində qeyd edilmişdir ki, birinci və ikinci suallar üzrə rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Suraxanı rayonu, BülBülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən, 70 saylı yaşayış evinin tikililərinin planlı yerləşməsini, faktiki olaraq yaşayış və yardımçı otaqların sayını, həmin tikililərə ayrı-ayrı giriş-çıxışın olduğunu, İddiaçı faktiki istifadəsində olan tikililərin ümumi sahəsinin onun 1/6 payına düşən sahəyə uyğun olduğunu nəzərə alaraq, İddiaçı faktiki istifadəsində olan tikililərə uyğun şəkildə tədqiq olunan evdən İddiaçı məxsus olan 1/6 hissənin İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq naturada ayrılması texniki cəhətdən mümkündür. Tədqiq olunan evdən İddiaçı 1/6 payına düşən hissəsinin ayrılma variantı yuxarıda və rəyə əlavə olunmuş planda ətraflı qeyd olunmuşdur.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 155/2019 nömrəli, xx.xx.2019cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evin İddiaçı adına olan 1/6 hissəsi və faktiki istifadəsində olan tikililər həmin evin digər mülkiyyətçilərinin payından hazırki işdəki ekspert rəyinə və rəyə əlavə edilmiş plan-sxemə uyğun olaraq naturada ayrılması, RX seriyalı ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bül- Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evinin İddiaçı məxsus 1/6 payı naturada ayrılaraq, yaşayış evinin “A” tikilisinin ikinci mərtəbəsində olan iki otaq və bağlı eyvan (31.7 kv.m, 20.1 kv m və 14.4, kv m) İddiaçı özünün sahibliyinə (mülkiyyətinə) və həmin yaşayış evinin qarşısında yerləşən, texniki pasporta əsasən X yarımtikilisinin də yerləşdiyi torpaq sahəsinin 359 kv.m hissəsinin isə İddiaçı istifadəsinə verilməsi qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5134/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə üçüncü şəxs Azırbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-155/19 saylı, 04 fevral 2019-cu il tarixli qətnaməsinin onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********06 nömrəli məktubda bildirilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin paylı şəkildə olduğundan ayrıca hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022- ci il tarixli ********** nömrəli müraciətinizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildirilir ki, qeyd olunan fərdi yaşayış evinin sizə məxsus hissəsi ilə digər payçılara məxsus hissələr bir dam altında yerləşir. Fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarətdir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən müraciətinizdə qaldırılan məsələnin həlli mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır.
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evinə dair onun adına olan (********** qeydiyyat nömrəsi ilə qeydə alınmış) Dövlət Reyestrindən çıxarışdan digər mülkiyyətçilərin adlarının çıxarılması, çıxarışda - “Daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə)” qrafasında daşınmaz əmlakın ümumi sahəsinin 66,2 kv.m göstərilməsi, “torpaq sahəsinin (ölçüsü, hektarla)” qrafasında torpaq sahəsinin ölçüsünün 359 kv.m göstərilməsi, naturada ayrılaraq onun xüsusi mülkiyyətinə verilmiş həmin evə yeni ünvan verilməsi, qeyd edilən ev və torpaq sahəsi barədə göstərilən məlumatlar nəzərə alınmaqla onun adına yeni texniki pasport tərtib edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-155/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evin iddiaçının adına olan 1/6 hissəsi və faktiki istifadəsində olan tikililər həmin evin digər mülkiyyətçilərinin payından hazırkı işdəki ekspert rəyinə və rəyə əlavə edilmiş plansxemə uyğun olaraq naturada ayrılması, RX seriyalı ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evinin iddiaçıya məxsus 1/6 payı naturada ayrılaraq, yaşayış evinin “A” tikilisinin ikinci mərtəbəsində olan iki otaq və bağlı eyvan (31.7 kv.m, 20.1 kv m və 14.4 kv.m) iddiaçının özünün sahibliyinə (mülkiyyətinə) və həmin yaşayış evinin qarşısında yerləşən, texniki pasporta əsasən X yarımtikilisinin də yerləşdiyi torpaq sahəsinin 359 kv.m hissəsinin isə onun istifadəsinə verilməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin qətnamə icra edilmiş, lakin yeni çıxarış verilən zaman digər mülkiyyətçilərin də adları həmin çıxarışda göstərilmiş, torpaq sahəsinin ölçüsü isə düzgün göstərilməmişdir. Belə ki, qeyd edilən paylı mülkiyyətdə olan daşınmaz əmlak artıq məhkəmə qətnaməsinə əsasən naturada ayrıldığına görə həmin əmlaka dair verilən çıxarışda da digər mülkiyyətçilərin adları göstərilməməli, çıxarışda qətnamədə göstərilən məlumatlar öz əksini tapmalı və həmin evə dair texniki pasportda yalnız evin naturada ayrılmış hissəsi göstərilməli idi. Ona görə də iddiaçı cavabdehə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bül- Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evinə dair onun adına olan (********** qeydiyyat nömrəsi ilə qeydə alınmış) çıxarışdan digər mülkiyyətçilərin adlarının çıxarılmasını, çıxarışda - “Daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə)” qrafasında daşınmaz əmlakın ümumi sahəsinin 66,2 kv.m göstərilməsini, “torpaq sahəsinin (ölçüsü, hektarla)” qrafasında torpaq sahəsinin ölçüsünün 359 kv.m göstərilməsini, naturada ayrılaraq onun xüsusi mülkiyyətinə verilmiş həmin evə yeni ünvan verilməsini, qeyd edilən ev və torpaq sahəsi barədə göstərilən məlumatlar nəzərə alınmaqla onun adına yeni texniki pasport tərtib edilməsini xahiş etmişdir. Cavabdeh isə onun müraciətindən imtina etrmiş, ərizəsinə cavab olaraq bildirilmişdir ki, “konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilmədiyindən müraciətinizdə qaldırılan məsələ mümkün olmamışdır”. Artıq cavabdehin konstruktiv cəhətdən vahid olan bina kimi istinad etdiyi fərdi yaşayış evinin naturada ayrılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur və həmin qətnamədə naturada ayrılaraq iddiaçının mülkiyyətinə verilməli olan yaşayış sahəsinin ölçüsü və hissəsi və istifadəsinə verilməli olan torpaq sahəsinin ölçüsü və yeri dəqiq göstərilmişdir. Belə ki, həmin qətnamə ilə təsdiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 20664 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 70 saylı yaşayış evinin tikililərinin planlı yerləşməsini, faktiki olaraq yaşayış və yardımçı otaqların sayını, həmin tikililərə ayrı-ayrı giriş-çıxışın olduğunu, İddiaçı faktiki istifadəsində olan tikililərin ümumi sahəsinin onun 1/6 payına düşən sahəyə uyğun olduğunu nəzərə alaraq, İddiaçı faktiki istifadəsində olan tikililərə uyğun şəkildə tədqiq olunan evdən İddiaçı məxsus olan 1/6 hissənin İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyənin tələblərinə uyğun olaraq naturada ayrılması texniki cəhətdən mümkündür. Tədqiq olunan evdən İddiaçı 1/6 payına düşən hissənin ayrılma variantı rəyə əlavə olunmuş planda ətraflı qeyd olunmuşdur. Bu baxımdan cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-155/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası ilə əlaqədar verdiyi çıxarışda artıq tələb olunan məlumatları dəqiq göstərməli idi. Göründüyü kimi cavabdeh öz səlahiyyətlərinə aid olan hərəkətləri etməkdən imtina edir. Bu səbəbdən məhkəmə qətnaməsi ilə naturada ayrılaraq iddiaçının mülkiyyətinə verilən yaşayış sahəsindən və onun istifadəsinə verilən torpaq sahəsindən o, öz iradəsinə uyğun istifadə etmək, həmin əmlak üzərində sərəncam vermək hüququndan məhrum olmuşdur. Ona görə də belə hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evinə dair onun adına olan (********** qeydiyyat nömrəsi ilə qeydə alınmış) çıxarışdan digər mülkiyyətçilərin adlarının çıxarılması, çıxarışda - “Daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə)” qrafasında daşınmaz əmlakın ümumi sahəsinin 66,2 kv.m göstərilməsi, “torpaq sahəsinin (ölçüsü, hektarla)” qrafasında torpaq sahəsinin ölçüsünün 359 kv.m göstərilməsi, naturada ayrılaraq onun xüsusi mülkiyyətinə verilmiş həmin evə yeni ünvan verilməsi, qeyd edilən ev və torpaq sahəsi barədə göstərilən məlumatlar nəzərə alınmaqla onun adına yeni texniki pasport tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6467/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X9, X5, X10, X3 və X12 İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən verilmiş çıxarışa düzəliş edilməsi və yeni ünvanın, yeni texniki pasportun verilməsi” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6467/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X1 üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmiş, X13 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
11. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, qeyd olunan fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsi ilə digər payçılara məxsus hissələr bir dam altında yerləşir. Həmçinin fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarətdir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən qaldırılan məsələnin həlli mümkün olmamış və bu barədə iddiaçıya **********06 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Həmçinin bildirilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı fərdi yaşayış evinin 1/6 hissəsi X6, 1/6 hissəsi X4, 1/6 hissəsi X2, 1/6 hissə “A” tikilisi 2-ci mərtəbədən 2 otaq və bağlı eyvan (31,7 kv.m, 20,1 kv.m və 14,4 kv.m) İddiaçı, 1/6 hissəsi X1 və 1/6 hissə (ü/s-51,07 kv.m) isə X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Müvafiq daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, “A” tikilisinin 1-ci mərtəbəsi digər mülkiyyətçinin, 2ci mərtəbəsi isə iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və pul kompensasiyasının (dəyərinin) ödənilməsi qaydasında həyata keçirilə bilər. Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra - razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 13-cü maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli 2(102)- 6354/2021 saylı qərarında göstərilmişdir ki, payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bu o deməkdir ki, ümumi mülkiyyətdə olan daşınmaz əşyadan, məsələn fərdi yaşayış evindən paya uyğun həcmdə ayrılan hissə, özünün müstəqil girişi, köməkçi (sanitar qovşağı, mətbəx və s.) və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gəlməlidir. Başqa sözlə, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində reyestrdə qeydə alına bilər. Bunun üçün aydın bir bölgü planının da tərtiblənməsi zəruridir. Əks halda payın naturada ayrılması tələbi təmin oluna bilməz. O da nəzərə alınmalıdır ki, fərdi yaşayış evinə artırılmış özbaşına tikililərin daşınmaz əşyanın dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün bölgüdə nəzərə alınması və ya onlar üzərində sərəncam verilməsi mümkün deyil. Ayrılmanın texniki cəhətdən mümkün olub-olmaması isə bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər. “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” Qaydalarının 3.2ci bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddələrini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. 12.Üçüncü şəxslərin iddiaya dair yazılı münasibətləri məhkəməyə təqdim edilməmişdir. 13.Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6467/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı fərdi yaşayış evinin İddiaçı aid hissəsinin “A” tikilisinin ikinci mərtəbəsində olan iki otaq və bağlı eyvan 31.7 kv.m, 20.1 kv.m və 14.4, kv.m olmaqla cəmi 66.2 kv.m hissəninin mülkiyyətində, həmin yaşayış evinin qarşısında yerləşən, texniki pasporta əsasən X yarımtikilisinin də yerləşdiyi torpaq sahəsinin 359 kv.m hissəsinin istifadəsində qalması qət edilmişdir. Cavabdehin özünün də iştirakçısı olduğu mülki məhkəmə icraatında hüquqi qiymət verilmiş iddiaçıya aid hissənin naturada ayrılmasının mümkün olmaması kimi məsələlərə yenidən inzibati məhkəmə icraatında imtina əsası və ya etirazın dəlili kimi irəli sürülməsi yolverilməzdir. Beləliklə, iddiaçının payının naturada ayrılması texniki cəhətdən mümkün hesab olunmuş, belə olan halda paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılmış olduğundan müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilər.
15. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2-1(103)-1668/2023 nömrəli qərarı ilə (hakimlər: Ş.A.Məmmədova - sədrlik edən və məruzəçi, P.A.Hüseynov və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6467/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus hissə fərdi yaşayış evinin 2-ci mərtəbəsində yerləşdiyindən, yəni birbaşa torpaqla bağlı olmadığından vahid daşınmaz əmlak kimi qeydiyyata alınaraq ayrıca çıxarışın verilməsi mümkün deyildir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsində qeyd edilmişdir ki, üzərində hüquqları qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır.
18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsində icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2024-cü il tarixli, 2-1(102)-1378/2024 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2-1(103)-1668/2023 nömrəli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
20. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri birinci apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.
e)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə yeni apellyasiya baxışı zamanı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı həmin 359 kv.m hissənin onun xüsusi mülkiyyətinə verilməsini deyil, həmin hissənin onun istifadəsində olan torpaq sahəsi kimi qeydə alınmasını tələb edir. Beləliklə, cavabdeh naturada ayrılmış əmlakı tikiliyə münasibətdə iddiaçının xüsusi mülkiyyət hüququ ilə, torpağa münasibətdə isə iddiaçının istifadə hüququ ilə ayrıca dövlət reyestrində qeydə almalı, həmin əmlaka ayrıca ünvan verməklə vahid əmlak kimi ayrıca çıxarış verməli idi. Çünki, iddiaçı əmlakın sahibi yox, daşınmaz əmlakın qeydiyyatını aparn orqandır və onun vəzifələri Mülki Məcəllə ilə deyil, İnzibati İcraat haqqında Qanunla tənzimlənir ki, məhkəmə cavabdehə qarşı verilən iddiaya baxan zaman cavabdehin hansı vəzifəsini yerinə yetirməməsini araşdırmalı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsinə şərait yaratmalı, öz qərarı ilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində qiymətləndirilmiş faktları mübahisələndirməməlidir.
e) Prosses iştirakçılarının izahatları
22. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və ötən məhkəmə iclasında iştrak edən vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını, ötən məhkəmə iclasında iştrak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. 23.Məhkəmənin 01 may 2025-ci ildə keçirilən iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və iş üzrə 3-cü şəxslər məhkəmə iclasında iştrak etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası iclasın cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ..... 13.7-ci maddəsində qeyd edilmişdir ki, üzərində hüquqları qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;. 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ....... 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 220.1 və 220.2 və 220.3-cü maddəsinə maddələrinə görə paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir.Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər.
26. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6 - Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir 94.1 - Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2-ci maddələrinə əsasən)
30. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 24-26-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
31. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evin paylı mülkiyyətçisi olaraq evin ona aid hissəsinə dair mülkiyyət hüququnun, yerləşdiyi torpaq sahəsinin istifadəsində olmaqla yeni ünvan göstəricisi ilə daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsini tələb edir. 32.Verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində yenidən baxılarkən ilkin iddia tələbində irəli sürülmüş tələblərin dəqiqləşdirlməsi məqsədi ilə iddiaçıdan ərizə alınmış və həmin ərizəyə əsasən iddiaçının tələbin aşağıdakı kimi olmuşdur: İddiaçı adına Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evindən naturada ayrılmış hissəsinə-ümumi sahəsi 66,2 kv.m ölçüdə olan fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ, 359 kv.m torpaq sahəsinə istifadə hüququ daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmaqla və həmin ayrılmış əmlaka yeni ünvan verilməklə daşınmaz əmlakın dövlət reyesterindən çıxarışın və texniki pasportun tərtib edilərək verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
33. Cavabdeh orqan isə fərdi yaşayış evinin paylı mülkiyyətdə, vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarət olduğunu, tikilinin bölünə bilinmədiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir.
34. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdeh orqanın qeyd olunan dəliləri ilə razılaşmır.
35. İş materiallarından göründüyü kimi Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, sahəsi 0.0539 ha olan torpaq sahəsində yerləşən 70 saylı 306.40 kv.m-dən ibarət fərdi yaşayış evi 6 nəfərin adına paylı mülkiyyət hüququ ilə qeydə alınmış, paylı mülkiyyətçilərdən biri olan hazırki İddiaçı mülki məhkəmə icraatı qaydasında digər payçılara və üçüncü şəxs DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq payının naturada ayrılmasını mübahisələndirmişdir.
36. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olmuş 2(010)-155/2019 nömrəli mülki iş üzrə payın naturada ayrılmasının mümkünlüyü ilə bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 20664 nömrəli ekspert rəyi ilə İddiaçı faktiki istifadəsində olan tikililərə uyğun şəkildə tədqiq olunan evdən İddiaçı məxsus olan 1/6 hissənin İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq naturada ayrılması texniki cəhətdən mümkündür. Tədqiq olunan evdən İddiaçı 1/6 payına düşən hissəsinin ayrılma variantı yuxarıda və rəyə əlavə olunmuş planda ətraflı qeyd olunmuşdur.
37. Qeyd edilən ekspert rəyinə əsaslanaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-155/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evin İddiaçı adına olan 1/6 hissəsi və faktiki istifadəsində olan tikililər həmin evin digər mülkiyyətçilərinin payından hazırki işdəki ekspert rəyinə və rəyə əlavə edilmiş plansxemə uyğun olaraq naturada ayrılması, RX seriyalı ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evinin İddiaçı məxsus 1/6 payı naturada ayrılaraq, yaşayış evinin “A” tikilisinin ikinci mərtəbəsində olan iki otaq və bağlı eyvan (31.7 kv.m, 20.1 kv m və 14.4, kv m) İddiaçı özünün sahibliyinə (mülkiyyətinə) və həmin yaşayış evinin qarşısında yerləşən, texniki pasporta əsasən X yarımtikilisinin də yerləşdiyi torpaq sahəsinin 359 kv.m hissəsinin isə İddiaçı istifadəsinə verilməsi qət edilmişdir.
38. Həmin mülki iş üzrə əmlakın digər payçıları qətnamə ilə razılaşmış, mübahisələndirməmişlər. İş üzrə üçüncü şəxs qismində çıxış edən DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək sözügedən fərdi yaşayış evinin naturada ayrılmasının qeyri-mümkün olmasını əsas gətirməklə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5134/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-155/19 saylı, 04 fevral 2019-cu il tarixli qətnaməsi DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
39. İşin apellyasiya baxışı zamanı müvafiq qurumlara sorğular verilmişdir.
40. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən göstərilən torpaq sahəsi faktiki 0.21527 ha təşkil edir. Ümumi ərazi mişar daşı ilə bir neçə hissəyə bölünüb. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ (paylı) tanınmışdır. Qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ rəsmiləşdirilmədiyi, torpaq sahəsi və fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində vahid əmlak kimi qeydiyyata alınmadığından ********** qeydiyyat nömrəli dövlət reyestrindən elektron çıxarışda torpaq sahəsinin mülkiyyət növü “dövlət” kimi əks olunmuşdur. Sözügedən çıxarışda “torpaq sahəsinin ölçüsü” qrafasında göstərilən “0.0539 ha” sahə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin (A, B və V tikililəri) tikintialtı torpaq sahəsinin ölçüsüdür. Vahid elektron kadastr baza məlumatlarına əsasən arxiv texniki pasportla faktiki vəziyyət arasında cuzi perimetrik ölçü fərqi mövcuddur. Bundan əlavə sahənin şərq tərəfindən hasarboyu 108.0 mm-lik orta təzyiqli yerüstü qaz xətti keçir.
41. Eyni zamanda xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktına əsasən sözügedən torpaq sahəsinin faktiki sahəsi 0.21527 ha təşkil edir.
42. Həmçinin məhkəmə kollegiyası tərəfindən xx.xx.2024-cü il tarixdə sözügedən əraziyə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, texniki pasportda göstərilən x yarımtikilinin üzərində mülkiyyət hüququ müəyyən edilməyən fərdi yaşayış evi inşa edilmişdir. Həmin fərdi yaşayış evi ilə iddiaçının faktiki sahibliyində olan torpaq sahəsini ayıran hasar yoxdur. Texniki pasportda göstərilmiş A tikilisi iki mərtəbədən ibarətdir, həmin A tikilisinin 2-ci mərtəbəsində yerləşən iki otaq və bağlı eyvan İddiaçı mülkiyyətindədir. Qeyd olunun 2 otaqlı və bağlı eyvanın ayrıca girişi var. A tikilisinin birinci mərtəbəsində yerləşən yaşayış sahəsinin girişi başqa istiqamətdə (küçədə) yerləşir. Yəni iddiaçının mülkiyyətində olan 2 otaqlı mənzilinə daxil olmaq üçün ayrıca darvaza, darvazadan içəridə həyatyanı sahə və həyətyanı sahədən iddiaçının mənzilinə daxil olmaq üçün ayrıca pilləkan var. Yerli baxışda iştirak edən iddiaçının nümayəndəsi Ağa-zadə Leyla Əziz qızı bildirdi ki, yeni inşa edilmiş fərdi yaşayış evinin mülkiyyət hüququnu müəyyən edən sənədi mövcud deyil və həmin fərdi yaşayış evi İddiaçı tərəfindən inşa edilmişdir. Əraziyə baxışın nəticəsi olaraq DƏDRX-nin mütəxəssisindən yeni müayinə aktı və yeni inşa edilmiş fərdi yaşayış evi ilə iddiaçının mülkiyyətində olan A tikilisi arasında olan torpaq sahəsinin ölçüsü barədə məlumat tələb edilmiş, lakin torpaq sahəsinin üç tərəfdən mişar daşla hasarlandığı digər tərəfin qonşu yaşayış evi ilə sərhədlənməsi səbəbindən torpaq sahəsinin faktiki sahəsinin 630 kv.m olması bildirilmişdir. Məhkəmə kollegiyası tərəfindən İddiaçı faktiki sahibliyində olan torpaq sahəsinin giriş darvazasından içəridə olan torpaq sahəsinin ölçüsünün 359 kv.m sahədən çox olması müəyyən edilmişdir. 43.Məhkəmə kollegiyası Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-1378/2024 saylı qərarında olan tövsiyyələrini nəzərə alaraq yenidən araşdırma aparmış və hesab etmişdir ki, Bakı şəhəri Suraxan rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə istifadəsinə verilmiş 359 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyesterində qeydə alınması üçün hər hansı bir məhdudiyyət yoxdur. 44.Cavabdeh təşkilatın qeyd olunan fərdi yaşayış evinin İddiaçı məxsus olan hissəsi ilə digər payçılara məxsus hissələrin bir dam altında yerləşməsi, fərdi yaşayış evinin konstruktiv cəhətdən vahid olan binanın iki əsas tikiliyə bölünə bilməməsi səbəbindən qaldırılan məsələnin həllinin mümkün olmamaması ilə bağlı gətirdiyi arqumentə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir.
45. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində göstərilmiş paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydalarına əsasən paylı mülkiyyətin ümumi paydan ayrılmasının məqsədi ümumi əmlakdakı payın naturada ayrılması üçün tələb olunur. Yəni paylı əmlakın mülkiyyətçisi məhkəmə qaydasında öz payını naturada ayırmaqla vaxtı ilə ümumi mülkiyyətdə olan əmlakın bir hissəsinə müstəqil əmlak hüququnu əldə etmiş olur və əldə etdiyi əmlak üzərində sərəncam verməkdə sərbəst olur. Hazırki, iddia tələbi araşdırılarkən Mülki Məcəllənin 220-ci maddəsində qeyd olunan qaydalara riayət olunmaması, yəni payların məhkəmə qaydasında naturada ayrılmaması müəyyən edilsə də, payçıların ümumi razılığı əsasında payların naturada ayrılması müəyyən edilib. Bu fakt məhkəmə tərəfindən 26 dekabr 2024-cü ildə yerli baxış keçirilən zaman öz təsdiqini tapmışdır. Belə ki, mülkiyyət hüquqna dair çıxarışda qeyd olunan mənzillərin girişinə və yerləşmə yerinə baxış keçirilərkən müəyyən edildi ki, hər bir tikilinin girişi bir-birindən ayrıdır və bir-birinə maneçilikləri yoxdur. Qeyd olunan yerli baxış cavabdeh təşkilatın mühəndisinin iştirakı ilə həyata keçirilmişdir. 46.Nəzərə alınmalıdır ki, payların naturada ayrılmasının daşınmaz əmlakın dövlət reyesterində qeydə alınması Qanunda öz əksini tapmamışdır. Başqa sözlə desək paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması o halda məhkəmə tərəfindən həyata keçirilir ki, payçıların buna etiraz olmuş olsun. Payçıların birgə razılığı olduğu təqdirdə isə məhkəmə qaydasında paylı əmlakın naturada ayrılmasına zərurət yoxdur.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
48. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
49. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2-1(112)-6467/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2-1(112)-6467/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər