Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-66/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “birinci məharət dərəcəsinə görə vəzifə maaşına əlavənin, birdəfəlik pul mükafatının və vəzifə maaşı arasında olan fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2- 1(112)-2489/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qanunsuz olaraq aşağı vəzifədə xidmət etdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün 1-ci məharət dərəcəsinə görə vəzifə maaşının 25 %-i miqdarında əlavənin (“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini” vəzifəsinin vəzifə maaşı əsas götürülməklə), 2017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının (“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini” vəzifəsinin vəzifə maaşı əsas götürülməklə), xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini” vəzifəsinin vəzifə maaşı ilə “N nömrəli hərbi hissənin Əməliyyat şöbəsi rəisinin gündəlik fəaliyyətlərin planlaşdırılmasına və qoşun xidmətinə nəzarət üzrə baş köməkçisi” vəzifəsinin vəzifə maaşı arasında olan fərqin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2017ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin Əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini vəzifəsində xidmət etmişdir. xx.xx.2017-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə uyğun olaraq ehtiyata buraxılması barədə komanda üzrə raport yazmışdır. Lakin o, ehtiyata buraxılmamış və ehtiyata buraxılmaq əvəzinə Azərbaycan Respublikası Müdafiə Nazirinin 0659 №-li, xx.xx.2017-ci il tarixli əmri ilə qanunsuz və əsassız olaraq aşağı vəzifəyə - “N nömrəli hərbi hissənin Əməliyyat şöbəsi rəisinin gündəlik fəaliyyətlərin planlaşdırılmasına və qoşun xidmətinə nəzarət üzrə baş köməkçisi” vəzifəsinə təyin edilmişdir. Onun Azərbaycan Respublikası Müdafiə Nazirinin 0659 №-li, xx.xx.2017-ci il tarixli əmri ilə aşağı vəzifəyə təyin olunması bir çox maddi təminat hüquqlarını pozmuş və nəticədə ona maddi ziyan dəymişdir. Belə ki, aşağı vəzifəyə təyin olunduğuna görə həmin vaxt malik olduğu 1-ci məharət dərəcəsi ləğv olunmuş və o, N №-li hərbi hissədə xidmət etdiyi müddət ərzində (xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək) 1-ci məharət dərəcəsinə görə vəzifə maaşının 25 %-i miqdarında əlavə ala bilməmişdir. 2. Aşağı vəzifəyə təyin olunduğuna görə o, 2017-ci ilin yekunlarına görə bir dəfəlik pul mükafatından məhrum edilmişdir. 3. Aşağı vəzifəyə təyin olunduğuna görə aşağı vəzifənin vəzifə maaşı xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək aşağı vəzifənin vəzifə maaşı əsas götürülərək aylıq pul təminatı almışdır. Barəsində baş vermiş bu qanunsuzluqla əlaqədar məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-361/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiası təmin edilərək, onun “N nömrəli hərbi hissənin Əməliyyat şöbəsi rəisinin gündəlik fəaliyyətlərin planlaşdırdmasına və qoşun xidmətinə nəzarət üzrə baş köməkçisi” vəzifəsinə təyin olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin 0659 nömrəli, xx.xx.2017-ci il tarixli əmrinin ləğv olunması və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisinə ünvanladığı xx.xx.2017-ci il tarixli raportuna əsasən raportla müraciət etdiyi xx.xx.2017-ci il tarixə tutduğu “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin Əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini vəzifəsindən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə uyğun olaraq ehtiyata byraxılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunmuşdur. Nəticə etibarilə onun ehtiyata buraxılmaq əvəzinə aşağı vəzifəyə təyin olunması haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 0659 nömrəli, xx.xx.2017-ci il tarixli əmri qanunsuz hesab olunmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin 054 №-li, xx.xx.2019-cu il tarixli əmri ilə oun aşağı vəzifəyə təyin olunması barədə Azərbaycan Respublikası Müdafiə nazirinin 0659 nömrəli, xx.xx.2017-ci il tarixli əmri ləğv edilmiş və o, xx.xx.2017-ci il tarixə tutduğu “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin Əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini” vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə uyğun olaraq ehtiyata buraxılmış və aşağı vəzifəyə təyin olunana qədər malik olduğu 1-ci məharət dərəcəsi bərpa olunmuşdur. Hesab edir ki, aşağı vəzifəyə təyin olunması haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 0659 nömrəli, xx.xx.2017ci il tarixli əmrinin ləğv olunması, 1-ci məharət dərəcəsinin ləğv edilməsi onun yuxarıda göstərilən pozulmuş maddi təminat hüquqlarının bərpa olunması üçün hüquqi zəmin yaradır. Göstərilənlərə əsasən onun qanunsuz olaraq aşağı vəzifədə xidmət etdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün 1-ci məharət dərəcəsinə görə vəzifə maaşının 25 %-i miqdarında əlavənin (“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin Əməliyyal növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini” vəzifəsinin vəzifə maaşı əsas götürülməklə 2017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının (“Azərbaycan Respublikasl Müdafə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin Əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini” vəzifəsinin vəzifə maaşı əsas götürülməklə), xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyal Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin Əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini” vəzifəsinin vəzifə maaşı ilə “N nömrəli hərbi hissənin Əməliyyat şöbəsi rəisinin gündəlik fəaliyyətlərin planlaşdırılmasına və qoşun xidmətinə nəzarət üzrə baş köməkçisi” vəzifəsinin vəzifə maaşı arasında olan fərqin hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsi xahişi ilə o, dəfələrlə, o cümlədən sonuncu dəfə xx.xx.2019cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Lakin müraciətləri cavabsız və nəticəsiz qalmışdır. Cavabdeh inzibati orqan məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazda göstərmişdir ki, İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə ona pul təminatı N qat həcmdə ödənilmiş, xidmət müddətinin 1 günü isə 2 gün kimi hesablanmışdır. Bu halda N nömrəli hərbi hissədə N qat əmsal tətbiq edilməklə İddiaçı aylıq vəzifə maaşı N manat, N nömrəli hərbi hissədə isə onun vəzifə maaşı 785 manat təşkil etmişdir. Göründüyü kimi İddiaçı N nömrəli hərbi hissədə ödənilən vəzifə maaşı N nömrəli hərbi hissədə ödənilən vəzifə maaşından 345 manat çoxdur. Əlavə olaraq hərbi qulluqçuların aşağı vəzifəyə təyin edilməsi barədə əmrin sonradan ləğv edilməsi onlara vəzifə maaşları arasında olan fərqin, eləcə də birdəfəlik pul mükafatının ödənilməsi üçün əsas vermir. İddiaçı şəxsi işində saxlanılan xidmət vərəqəsinə baxış zamanı müəyyən edilmişdir ki, 2017-ci ildə xidmətdə yol verdiyi nöqsanlara görə ona intizam qaydasında aşağıdakı cəza tədbirləri tətbiq olunmuşdur: - “şiddətli töhmət” - xx.xx.2017-ci il tarixdə N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş tapşırığı vaxtında icra etmədiyinə və səhlənkarlıq etdiyinə görə; - “vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” - xx.xx.2017-ci il tarixdə növbətçi olduğu zaman N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş məlumatı vaxtında və düzgün məruzə etmədiyi üçün. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli qərarı ilə qüvvəyə minmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamənin 27.3-cü bəndinin tələblərinə uyğun olaraq hərbi hissə komandirləri xidmət ili ərzində intizam qaydalarına riayət etməyən, intizam qaydasında cəzalandırılan, nalayiq hərəkətlərə yol vermiş, cinayət əməli törətmiş və döyüş hazırlığında zəif nəticələr göstərmiş hərbi qulluqçuların mükafat miqdarını azaltmaq və ya onları mükafatdan məhrum etmək hüququna malikdirlər. Müdafiə nazirinin yuxarıda göstərilən qərarının tələblərinə uyğun olaraq və xidmət vərəqəsində olan cəzaları əsas götürərək, N nömrəli hərbi hissə komandirinin 2017-ci ilin yekunlarına görə birdəfəlik mükafatın verilməsi barədə 21 nömrəli xx.xx.2018-ci il tarixli əmri ilə İddiaçı mükafatdan məhrum edilmişdir. Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2017-ci il tarixli 0204 nömrəli, İddiaçı 1-ci məharət dərəcəsinin ləğv edilməsi barədə əmri Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 0108 nömrəli xx.xx.2019-cu il tarixli əmrilə ləğv edilmişdir. Bu səbəbdən də İddiaçı 2017-ci ilin oktyabr ayından 2019-cu ilin yanvar ayınadək müddət üçün 1-ci məharət dərəcəsinə görə əlavənin ödənilməsi mümkündür. Müdafiə Nazirliyinin İşlər İdarəsində İddiaçı 1-ci məharət dərəcəsinə görə əlavə 2017-ci ilin sentyabr ayı da daxil olmaqla ödənilmişdir. Əlavə olaraq Müdafiə nazirinin xx.xx.2016-cı il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) haqqında qaydalar”ın 14-cü maddəsinin tələblərinə uyğun olaraq 1-ci məharət dərəcəsi 2 ildə bir dəfə hərbi qulluqçular tərəfindən təsdiq edilməlidir. İddiaçı 1-ci məharət dərəcəsini axırıncı dəfə xx.xx.2017-ci il tarixdə təsdiq etmişdir və həmin məharət dərəcəsi 2019-cu ilin yanvar ayınadək qüvvədə olmuşdur. Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2489/2020 saylı qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı aşağı vəzifədə xidmət etdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün 1-ci məharət dərəcəsinə görə vəzifə maaşının 25 %-i miqdarında əlavənin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini vəzifəsinin vəzifə maaşı əsas götürülməklə ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı N nömrəli hərbi hissədə xx.xx.2017-ci il tarixdə “Şiddətli töhmət” və xx.xx.2018-ci il tarixdə “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq”, N nömrəli hərbi hissədə xx.xx.2018-ci il tarixdə “Şiddətli töhmət” şifahi olaraq elan edildiyi üçün bu barədə yazılı əmrlər tərtib edilməmişdir. Göstərilən intizam cəzalarının şifahi elan edildiyi barədə Elnur Məmmədovun şəxsi (pensiya) işində saxlanılan xidmət vərəqəsində müvafiq qeydlər edilmişdir. İddiaçı Elnur Məmmədova N nömrəli hərbi hissədə xx.xx.2018-ci il tarixdə “Şiddətli töhmət” verilməsi barədə tərtib edilmiş 0124 nömrəli yazılı əmr məxfi olduğu üçün onun təsdiq olunmuş surətinin təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-361/2018 saylı, 09 fevral 2018-ci il tarixli qərarından görünür ki, İddiaçı iddiası təmin edilərək, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini polkovnik-leytenant İddiaçı tutduğu vəzifədən azad edilməsi və 1-ci Ordu Korpusunun idarəetmə heyətinin (N nömrəli hərbi hissə) Əməliyyat şöbəsi (Q3) rəisinin gündəlik fəaliyyətin planlaşdırılmasına və qoşun xidmətinə nəzarət üzrə baş köməkçisi təyin olunması barədə Azərbaycan Respublikası müdafiə nazirinin 30 avqust 2017-ci il tarixli 0639 saylı əmrinin ləğv edilməsi, İddiaçı Müdafiə Nazirliyi Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini vəzifəsindən tərxis olunması öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Həmin qərar əsasında müəyyən edilənlərdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 24 iyun 2005-ci il tarixli 033/RT saylı əmri ilə mayor hərbi rütbəsi verilmiş, müdafiə nazirinin 02 mart 2006-cı il tarixli 095 saylı əmri ilə N saylı hərbi hissədə əməliyyat bölməsinin zabiti - bölmə rəisinin müavini vəzifəsinə təyin edilmiş, müdafiə nazirinin 25 iyun 2012-ci il tarixli 056/RT saylı əmri ilə polkovnik-leytenant hərbi rütbəsi verilmiş, müdafiə nazirinin 29 noyabr 2011-ci il tarixli 0548 saylı əmri ilə N saylı hərbi hissənin əməliyyat bölməsini zabiti - bölmə rəisinin baş köməkçisi vəzifəsinə təyin edilmiş, müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qarargah rəisinin 11 yanvar 2014-cü il tarixli 031 saylı əmri ilə N saylı hərbi hissənin əməliyyat şöbə rəisinin planlaşdırma fəaliyyəti üzrə baş köməkçisi vəzifəsinə təyin edilmiş, müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 20 fevral 2014-cü il tarixli 0176 saylı əmri ilə ƏBİ-nin DH İdarəsinin DH.az şöbəsinin Qoşun qismlərinin hazırlıq bölməsinin zabiti təyin edilmiş, müdafiə nazirinin 25 fevral 2015-ci il tarixli 0103 saylı əmri ilə ƏBİ Əİ ƏHŞ Təlimlərin planlaşdırılması bölməsinin baş zabiti təyin edilmiş, müdafiə nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2015-ci il tarixli 0559 saylı əmri ilə ƏBİ Əİ ƏHŞ-nin Təlimlərin PB rəisi - şöbə rəisinin müavini vəzifəsinə təyin edilmiş, müdafiə nazirinin 30 avqust 2017-ci il tarixli 0639 saylı əmri ilə N saylı hərbi hissənin şöbə rəisnin baş köməkçisi təyin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1373/2018 saylı, 12 iyun 2018-ci il tarixli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-361/2018 saylı, 09 fevral 2018-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli, 2-1(102)- 1819/2018 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 12 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, müəyyən olunur ki, iddiaçı xx.xx.2017-ci il tarixli raport ilə Müdafiə Nazirliyi Əməliyyat Baş İdarəsinin rəisinə müraciət edərək, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi 21 ildən artıq xidmətini nəzərə alaraq, Silahlı Qüvvələrdən ehtiyata buraxılması barədə müvafiq göstəriş veirlməsini xahiş etmiş, lakin onun raportuna cavab verilməmiş, xx.xx.2017-ci il tarixli, 0639 saylı əmrlə aşağı vəzifəyə təyin olunmuşdur. İddiaçı tərəfindən bununla bağlı məhkəməyə müraciət olunmuş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-361/2018 saylı, 09 fevral 2018-ci il tarixli qərarına əsasən İddiaçı iddiası təmin edilərək, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini polkovnik-leytenant İddiaçı tutduğu vəzifədən azad edilməsi və 1-ci Ordu Korpusunun idarəetmə heyətinin (N nömrəli hərbi hissə) Əməliyyat şöbəsi (Q3) rəisinin gündəlik fəaliyyətin planlaşdırılmasına və qoşun xidmətinə nəzarət üzrə baş köməkçisi təyin olunması barədə Azərbaycan Respublikası müdafiə nazirinin 30 avqust 2017-ci il tarixli 0639 saylı əmrinin ləğv edilməsi, İddiaçı Müdafiə Nazirliyi Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini vəzifəsindən təxris olunması öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş, məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 054 saylı, xx.xx.2019-cu il tarixli əmri ilə onun aşağı vəzifəyə təyin olunması barədə Azərbaycan Respublikası Müdafiə nazirinin 0659 nömrəli, xx.xx.2017-ci il tarixli əmri ləğv edilmiş və o, xx.xx.2017-ci il tarixə tutduğu “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin Əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini” vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə uyğun olaraq ehtiyata buraxılmış və aşağı vəzifəyə təyin olunana qədər malik olduğu 1-ci məharət dərəcəsi bərpa olunmuşdur. Hazırki iddia tələbi üzrə iddiaçının tələbi 3 hissədən ibarət olmaqla, aşağı vəzifəyə təyin olunduğu üçün həmin vəzifədə xidmət etdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün 1-ci məharət dərəcəsinə görə vəzifə maaşının 25 %-i miqdarında əlavənin, 2017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının, xx.xx.2017ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini” vəzifəsinin vəzifə maaşı ilə “N nömrəli hərbi hissənin Əməliyyat şöbəsi rəisinin gündəlik fəaliyyətlərin planlaşdırılmasına və qoşun xidmətinə nəzarət üzrə baş köməkçisi” vəzifəsinin vəzifə maaşı arasında olan fərqin hesablanaraq cavabdeh tərəfindən ona ödənilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi iddianı iddiaçının 2017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini vəzifəsinin vəzifə maaşı əsas götürülməklə ödənilməsi hissəsində rədd etmişdir. Silahlı Qüvvələrin hərbi qulluqçuların məharət dərəcələrinin verilməsi və təsdiq edilməsi Azərbaycan Respublikası Müdafiə nazirinin 21 may 2016-cı il tarixli 02 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında” Əsasnamənin 14-cü bəndinə əsasən müəyyən olunur ki, hərbi qulluqçulara 1-ci məharət dərəcəsi verildikdən sonra onlar iki il sonra təkrar sınağa cəlb oluna bilərlər. Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 67 saylı, 17 fevral 1994-cü il tarixli qərarının 1-ci bəndinə əsasən hərbi qulluqçuların sıravi, komanda və rəis heyətlərinin məharət (tibb hərbi qulluqçularının isə ixtisas) dərəcəsinə görə aylıq vəzifə maaşına 1-ci məharət (ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə - 25 faiz miqdarında əlavələr müəyyən edilməsi qərara alınmışdır. Həmin Əsasnamənin 190-cı maddəsinə əsasən, zabit heyətinə, gizirlərə...yanvarda ötən ilin iş yekunlarına görə qoşunların yüksək döyüş hazırlığının saxlanılmasına, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsinə və nöqsansız intizama görə 2 aylıq maaş həcmində birdəfəlik pul mükafatı verilir, bunu mükafatın ödənilməsi haqqında əmrin imzalandığı gün alırlar. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, zabit heyətinə ötən ilin iş yekunlarına görə 2 aylıq maaş həcmində birdəfəlik pul mükafatının verilməsi cavabdehin diskresion səlahiyyətinə aid edilmişdir. Bununla yanaşı, apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 16 sentyabr 2022-ci il tarixli 8/3770 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissədə xx.xx.2017-ci il tarixdə “Şiddətli töhmət” və xx.xx.2018-ci il tarixdə “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq”, N nömrəli hərbi hissədə xx.xx.2018-ci il tarixdə “Şiddətli töhmət” şifahi elan edildiyi üçün bu barədə yazılı əmrlər tərtib edilməmişdir. Göstərilən intizam cəzalarının şifahi elan edildiyi barədə İddiaçı şəxsi (pensiya) işində saxlanılan xidmət vərəqəsində müvafiq qeydlər edilmişdir. İddiaçı N nömrəli hərbi hissədə xx.xx.2018-ci il tarixdə “Şiddətli töhmət verilməsi” barədə tərtib edilmiş 0124 nömrəli yazılı əmr məxfi olduğu üçün onun təsdiq edilmiş surətinin təqdim edilməsi mümkün olmamışdır. Həmçinin, Azərbaycan Respublikasının xx.xx.1994-cü il 885 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsi”nin 98-ci maddəsinin tələblərinə uyğun olaraq hərbi qulluqçulara intizam cəzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər. Həmin mükafatın verilməsini cavabdeh zabit heyətinə qoşunların yüksək döyüş hazırlığının saxlanılmasına, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsinə və nöqsansız intizama görə verə bilər. Buna görə də xidmət etdiyi dövr ərzində iddiaçıya ödənilməsi müəyyən edilməyən birdəfəlik pul mükafatının ödənilməsi öhdəlik kimi cavabdehə həvalə edilə bilməz. Birinci instansiya məhkəməsi həmçinin iddia tələbini xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini vəzifəsinin vəzifə maaşı ilə N nömrəli hərbi hissənin Əməliyyat şöbəsi rəisinin gündəlik fəaliyyətlərin planlaşdırılmasına və qoşun xidmətinə nəzarət üzrə baş köməkçisi vəzifəsinin vəzifə maaşı arasında olan fərqin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində də rədd etməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı müdafiə nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2015-ci il tarixli 0559 saylı əmri ilə ƏBİ Əİ ƏHŞ-nin Təlimlərin PB rəisi - şöbə rəisinin müavini vəzifəsinə təyin edilmiş, müdafiə nazirinin 30 avqust 2017-ci il tarixli 0639 saylı əmri ilə N saylı hərbi hissənin şöbə rəisinin baş köməkçisi təyin edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş məlumat əsasında müəyyən edilmişdir ki, İddiaçı aşağı vəzifəyə keçirilib N saylı hərbi hissədə Əməliyyat şöbəsi rəisinin gündəlik fəaliyyətlərin planlaşdırılmasına və qoşun xidmətinə nəzarət üzrə baş köməkçisi vəzifəsində xidmət etdiyi müddətdə ona pul təminatı N qat həcmdə ödənilmiş, xidmət müddətinin 1 günü isə 2 gün kimi hesablanmışdır. İddiaçı Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin N nömrəli hərbi hissəsində Döyüşü X1 növbətçiləri şöbəsinin əməliyyat növbətçisi – şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini vəzifəsində xidmət etdiyi dövrdə vəzifə maaşı 785 manat təşkil etmiş, aşağı vəzifəyə keçirilərkən N saylı hərbi hissənin şöbə rəsinin baş köməkçisi vəzifəsində işləyərkən isə aylıq vəzifə maaşı 1130 manat təşkil etmişdir. Göründüyü kimi iddiaçının Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin N nömrəli hərbi hissədə Döyüşü X1 növbətçiləri şöbəsinin əməliyyat növbətçisi – şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini vəzifəsində vəzifə maaşı, aşağı vəzifəyə keçirilərkən N saylı hərbi hissənin şöbə rəsinin baş köməkçisi vəzifəsində işləyərkən aylıq vəzifə maaşından az olduğundan, vəzifə maaşları arasında fərq yaranmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi 2017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının və xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini” vəzifəsinin vəzifə maaşı ilə “N nömrəli hərbi hissənin Əməliyyat şöbəsi rəisinin gündəlik fəaliyyətlərin planlaşdırılmasına və qoşun xidmətinə nəzarət üzrə baş köməkçisi” vəzifəsinin vəzifə maaşı arasında olan fərqin hesablanaraq ödənilməsi tələblərinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2489/2020 saylı qərarı mübahisələndirilən hissədə-iddia tələbinin rədd edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Elşən Kazımov Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-66/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-66/2022
20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver