Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-66/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Şirinov İkram Sabir oğlu və X3 ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi X1 və üçüncü şəxslərin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Cavabdehnə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7848/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Cavabdehnə qarşı Bakı şəhəri Binəqədi rayonu Cavabdeh 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı sərəncamına əsasən ona fərdi yaşayış evi tikintisi üçün ayrılmış 0.09 ha torpaq sahəsinə dair sərəncamın ləğv edilməsi barədə Binəqədi rayon Qəsəbə Bələdiyyəsinin 25 yanvar 2022-ci il tarixli 01 saylı qərarının qanunsuz olduğu üçün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Bakı şəhəri Binəqədi rayonu Cavabdeh 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı qərarına əsasən ona fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı qaydasında 900 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin pulu Cavabdeh hesabına ödənildikdən sonra onunla alğı-satqı müqaviləsi bağlanmış və torpağın ayrılmasına dair sahənin planı (cizgisi) tərtib edilərək ona verilmiş, bundan sonra, həmin torpaq sahəsini daş hasara alaraq müəyyən abadlıq işləri görmüş və giriş-çıxış qapısı qoymuşdur. 2021-ci ilin may ayında vətəndaş X8 ona və Cavabdehnə qarşı qaldırılmış “özbaşına tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi tələbi" Binəqədi Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli e-2(001)-4535/2021 saylı qətnamə ilə rədd edilmiş, həmin qətənamədən iddiaçının apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 2(103)-1152/2022 saylı qətnamə ilə təmin edilməmişdir. Cavabdeh sədrinin səlahiyyətlərini icra edən Rəşad İsayevin və həmin bələdiyyənin hüquqşünası Natiq Kazımovun birgə imzaladıqları və Binəqədi rayon Məhkəməsinə ünvanladıqları 09 iyul 2021-ci il tarixli 01-13/M-347 saylı məktubdan görünür ki, bu şəxslər özlərinin verdikləri qanuni sənədləri “hansısa maraqlar” səbəbilə şübhə altına almağa çalışırlar. Məktubda qeyd edilir ki, Cavabdeh arxivində 1778/1 saylı sərəncam aşkar olunmuş, lakin alqı-satqı müqaviləsi bağlanmadığı üçün sərəncam yarımçıq saxlanılmış və guya ona torpaq sahəsi ayrılmamışdır. O, torpaq sahəsinin ayrılması barədə Cavabdeh 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı qərarını, torpaqların alqı-satqısına dair Aktı, torpağın dəyərinin ödənilməsi barədə pulun qəbzini, torpağın planını (cizgisini), 06 sentyabr 2019cu il tarixli 876 saylı Cavabdeh arayışını və torpaq vergisinin ödənilməsi barədə qəbzin surətini Binəqədi rayon məhkəməsinə təqdim etmişdir. Onu da qeyd edir ki, iş məhkəmədə araşdırılan zaman Cavabdeh sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Rəşad İsayev öz səlahiyyətlərini aşaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X5 11 yanvar 2022-ci il tarixli 09/M-2578 saylı Cavabdehnə ünvanladığı qanunsuz tövsiyə məktubunu araşdırmaq adı altında ona ayrılmış torpaq sahəsinə dair Cavabdeh 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı sərəncamını 25 yanvar 2022-ci il tarixli 01 saylı qərarı ilə ləğv etmişdir. Bələdiyyə tərəfindən sözügedən qərar qəbul edilərkən heç bir əsaslı araşdırma aparılmamış, sadəcə özlərinin formal mülahizələrinə əsaslanmaqla belə bir qərar qəbul etmişlər. Cavabdeh özü məhkəmədə cavabdeh olduğu və iş məhkəmədə araşdırıldığı halda belə qanunsuz qərar qəbul etmişdir. X5 qeyd olunan hadisə ilə bağlı belə bir tövsiyə məktubu yazması və Binəqədi rayonu Cavabdeh 25 yanvar 2022-ci il tarixli 01 saylı qərarı inzibati hüququn təməl prinsiplərinə, həmçinin dövlət hakimiyyətinin məqsədlərinə və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun normalarına zidd olaraq verilmişdir. Binəqədi Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnamələrində X4 həmin torpaq sahəsinə heç bir subyektiv hüququnun olmaması qət edilmişdir. Belə olan halda, X4 “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.2-ci maddəsində göstərilən hüquqlarının pozulması halı mövcud deyildir. Lakin, buna baxmayaraq Pərvanə Məmmədovanın əsassız müraciətinə X9 tərəfindən baxılmış, həmin qurum tərəfindən verilən qanunsuz tövsiyə məktubu əsasında onun faktiki istifadəsində olan torpaq sahəsinə dair Binəqədi rayon Cavabdeh 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı qərarı bələdiyyənin 25 yanvar 2022-ci il tarixli 01 saylı qərarı ilə ləğv etmişdir. X5 və Cavabdeh bir vətəndaşın hüquqlarını qanunsuz “bərpa etmək” naminə digərinin qanuni hüquqlarını pozmaq səlahiyyətinin olması heç bir mövcud və qüvvədə olan qanunvericilik aktlarında yer almamışdır. Binəqədi rayonu Cavabdeh 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı qərarına əsasən mənə fərdi yaşayış evi tikintisi üçün ayrılmış 0,09 ha torpaq sahəsinə dair sərəncamın ləğv edilməsi barədə Binəqədi rayon qəsəbə bələdiyyəsinin 25 yanvar 2022-ci il tarixli 01 saylı qərarı Azərbaycan Respublikasının Konsitutsiyasına, həmçinin mövcud inzibati qanunvericiliyin normalarına zidd olduğundan qanunsuz hesab edilməli və bələdiyyənin həmin qərarı ləğv edilməlidir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112) -7848/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, “Bakı şəhəri Binəqədi rayonu Cavabdeh vətəndaş İddiaçı Mehrali oğlunun adına rəsmiləşdirilmiş 1778/1 saylı xx.xx.2005-ci il tarixli sərəncamın ləğvi barədə” 01 nömrəli 25 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, ləğv edilərək işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmənin qərarda qeyd edilən 1778/1 saylı 17 noyabr 2005-ci il tarixli qərara əsasən 900 kv.metr torpaq sahəsi ayrılması üçün vətəndaş İddiaçı Bələdiyyə büdcəsinə maliyyə vəsaiti keçirməli, Cavabdeh ilə alqı- satqı müqaviləsi bağlanmalı və torpağın ayrılması və coğrafi hüdudlarını müəyyən edən cizgi tərtib edilərək təsdiq olunub vətəndaşa verilməli olduğu halda, bunları həyata keçirilmədiyindən qeyd olunan və torpaq sahəsinin ayrılmasına əsas hesab edilən digər sənədlər Cavabdeh arxiv materiallarında aşkar olunmamışdır. Bakı İnzibati Məhkəməsində və Binəqədi rayon Məhkəməsində aparılan araşdırmalar zamanı verilən sorğulara Bələdiyyə tərəfindən 01-12/M-347 saylı xx.xx.2021ci il tarixli məktubla ətraflı bildirilmiş, sənədləşmənin həyata keçirilməsi üçün vətəndaş İddiaçı ərizə ilə müraciəti belə qəsəbə Bələdiyyəsinə daxil olmamışdır. Belə ki, Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları “haqqında əsasnamənin 11-ci bəndində Bələdiyyə torpaqlarında hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə Bələdiyyəyə müraciət etməlidirlər. Konstitusiyanın 144.6 - cı maddəsinə əsasən Bələdiyyə mülkiyyətinə sahiblik , ondan istifadə və onun barəsində sərəncam vermək kimi məsələlər Bələdiyyə iclaslarında həll edilir; 145.1 -ci maddəsinə əsasən Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyə üzvlərinin iclasları ayda bir dəfədən az olmaqla keçirilməklə yanaşı iclaslarda gündəlikdə duran məsələlər müzakirə olunaraq protokollaşdırılıb hər bir protokolun bir nüsxəsi hesabat məqsədi ilə Ədliyyə Nazirliyinin X5ə göndərilir. Vətəndaşlara ayrılan torpaq sahəsinin kimlərə məxsus olduğu aidiyyatı üzrə vətəndaşların adları siyahı üzrə protokola əlavə olunur.Vətəndaş İddiaçı adı bu siyahıda olmamış və ola da bilməzdi. Çünki yuxarıda qeyd edildiyi kimi vətəndaş İddiaçı Cavabdehnə müraciəti daxil olmamışdır. Bu barədə Məhkəmə X6 sorğu göndərilməklə bu məlumatın dəqiqləşdirilməsi mümkün hesab edilə bilər. Cavabdehndə Bələdiyyə üzvlərinin iclasında qeyd olunan 1778/1 saylı qərarın ləğv olunması ilə bağlı müzakirəyə vətəndaş İddiaçı iclasa dəvət olunsada o, öz vəkili Vəkil1 Zülfuqar oğlunu göndərmiş, vəkilsə öz növbəsində işin maraqlar çərçivəsində həll olunması təklifini etmişdir...” İşin apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X7 və X10, ərizələri əsasında üçüncü şəxslər kimi işə işə cəlb olunmuşlar. Onlar tərəfindən mübahisələndirilmişdir ki, yan-yana yerləşən həmin torpaq sahələri, 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı qərara əsasən İddiaçı istifadəsinə ayrılmış 900 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. Bakı Apelllyasiya Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinə mühəndis-texniki ekspertizası təyin edilmiş, mütəxəssis rəyinin təqdim olunmadığından ekspertizanın aparılmasından imtina olunmuşdur. xx.xx.2024-cü il tarixdə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ” 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə həmin İdarənin mühəndisinventarlaşdırıcısı S.İ.Səmədzadə tərəfindən verilmiş mütəxəssis rəyi məhkəməyə daxil olduqdan sonra, mahiyyəti üzrə işə baxılması üzrə hazırkı məhkəmə iclası təyin olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Kazımov apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, üçüncü şəxslərin nümayəndəsi Vəkil2 apellyasiya şikayəti ilə razılaşmış, iddiaçının nümayəndəsi Vəkil1 isə apellyasiya şikayətinin əsassız olduğunu, iddiaçıya torpağın bələdiyyə sərəncamı və alqısatıqı aktına əsasən ayrıldığını və pulu ödənilməklə ona verildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməlidir. İşin hallarından göründüyü kimi, iddiaçı mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdeh Binəqədi rayon Qəsəbə Bələdiyyəsinin 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı sərəncamına əsasən ona fərdi yaşayış evi tikintisi üçün 0.09 ha torpaq sahəsinin ayrılması barədə sərəncamının ləğv edilməsi barədə 25 yanvar 2022-ci il tarixli 01 saylı qərarının qanunsuz olduğunu mübahisələndirərək ləvğ edilməsini məhkəmədən tələb etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İş materiallarından görünür ki, Binəqədi rayonu Cavabdeh 1178/1 nömrəli, 17 noyabr 2005-ci il tarixli “Vətəndaş İddiaçı torpaq sahəsinin alğı-satqı qaydasında ayrılması haqqında” sərəncamıı ilə alqı-satqı qaydasında iddiaçının mülkiyyətinə qəsəbə ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən fərdi yaşayış evinin tikinti üçün 900 kv.m boş torpaq sahəsi ayrılmışdır. Eyni zamanda, işdən görünür ki, “...AR ƏN X9 tərəfindən Binəqədi rayonu Cavabdehnə ünvanlanmış 09/M-2578 nömərli, xx.xx.2022-ci il tarixli məktubunda, vət. X2 qəsəbə bələdiyyəsi tərəfindən mülkiyyətinə ayrılmılş torpaq sahəsi ilə bağlı İddiaçılə aralarında mübahisə yaranması və bələdiyyənin həmin şəxsə torpaq sahəsinin ayrılmasına dair sərəncamının qanunuyğunluğu barədə Ədliyyə Nazirliyinə ünvanlanmış müraciətinə baxılarkən, bələdiyyə tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmadan, bələdiyyə iclasları keçirilmədən, müvafiq icra hakimiyyəti orqanlarından rəylər alınmadan, torpaq qanunvericiliyinə uyğun olaraq sənədləşmə işləri aparılmadan İddiaçı mülkiyyətinə 600 kv.m torpaq sahəsi ayrılması barədə xx.xx.2005-ci il tarixli sərəncam tərtib edildiyi bildirərək, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 11, 17, 21 və 22-ci bəndlərinə istinadən və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 8.4-cü maddəsinə əsasən təklif edilmişdir ki, - “5 iş günü müddətində bələdiyyə iclasında müzakirəyə çıxarılmaqla, Cavabdeh xx.xx.2005-ci il tarixli, 1778/1 saylı sərəncamı etibarsız hesab olunsun, təklifin bələdiyyənin iclasında müzakirəsi barədə qərarın bir nüsxəsi 5 iş günü müddətində X6 təqdim edilsin.” Birinci instansiya məhkəməsinin sorğusu əsasında cavabdeh bələdiyyənin 01-13/M-382 nömrəli 05 sentyar 2022-ci il tarixli məktublu ilə məhkəməyə təqdim edilmiş, Cavabdeh 17 yanvar 2022-ci il tarixi 01 saylı protokolunun surətindən görünür ki, X5 sözügedən təklifi, bələdiyyənin iclasında müzakirə olunmuş, həmin təklif səsə qoyulmuş və iştirak edən 10 nəfər şəxs lehinə səs verərək, həmin təklif əsasında – “Cavabdeh xx.xx.2005-ci il tarixli, 1778/1 saylı sərəncamının etibarsız hesab olunması barədə” 25 yanvar 2022-ci il tarixli 1 No-li qərar qəbul olunmuşdur (Qərar işə əlavə olunur) . Mhəkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, Binəqədi rayon Qəsəbə Bələdiyyəsinin 25 yanvar 2022-ci il tarixli 01 saylı qərarı ilə Cavabdeh xx.xx.2005-ci il tarixli 1778/1 saylı sərəncamının etibarsız hesab olunması qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ №-li qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnaməyə əsasən: 5-1. Bələdiyyə torpaqları istifadə hüququ ilə yalnız bələdiyyənin mülkiyyətində olan müəssisə, idarə və təşkilatlara verilə bilər; ...;
7. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. ...;
11. Bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər; ...;
14. Hüquqi və fiziki şəxslərin müraciətlərinə ərizənin daxil olduğu gündən etibarən 15 gün müddətində baxılır; ...; 17.Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; ...; 21.Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir; ...;
23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir; Əsasnamənin qeyd olunan tələblərindən aydın görünür ki, mübahisəli torpaq sahəsinin ayrılması üçün birincisi, torpaq bələdiyyəyə məxsus mülkiyyət kimi qeydə alınmış olmalı, ikincisi, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra, bələdiyyə üzvlərinin iclasında qəbul edilmiş kollegiаl qərarı əsasında yalnız istifadəyə və ya mülkiyyətə verilə bilər. İş materiallaırına əsasən isə cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması barədə 1178/1 nömrəli 17 noyabr 2005-ci il tarixli sərəncam qəbul edilərkən, Əsasnamənin qeyd olunan tələblərinə riayət olunduğu müəyyən edilimir. X5 cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan da, məhz, göründüyü kimi, bələdiyyə tərəfindən fərdi yaşayış evinin tikintisi üçün qəsəbə ərazisində iddiaçıya 900 kv m torpaq sahəsi ayrılarkən, Əsasnamənin qeyd olunan tələblərinə riayət olunmadığı əsas tutularaq, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 8.4-cü maddəsinə müvafiq olaraq 5 iş günü müddətində bələdiyyə iclasında müzakirəyə çıxarılmaqla, Cavabdeh xx.xx.2005-ci il tarixli, 1778/1 saylı sərəncamı etibarsız hesab olunması və həmin müzakirənin nəticələrinə dair qərarın bir nüsxəsi 5 iş günü müddətində Mərkəzə təqdim edilməsi təklif olunmuş və bələdiyyə tərəfindən də həmin məzələ müzakirəyə çıxarılaraq, qeyd edildyi kimi, bələdiyyənin xx.xx.2005-ci il tarixli, 1778/1 saylı sərəncamının etibarsız hesab olunması barədə” 25 yanvar 2022-ci il tarixli 1 No-li qərar qəbul olunmuşdur (Qərar işə əlavə olunur) “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun tələblərindən də məhz görünür ki: 8.3. İnzibati nəzarəti həyata keçirən orqan müraciətin araşdırılması nəticəsində bələdiyyənin fəaliyyətinin qanunazidd olduğunu aşkar etdikdə, həmin fəaliyyətin dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. 8.4. İnzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Bundan əlavə,həmçinin qeyd olunmalıdır ki, iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən alınmış mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, vahid elektron kadastr məlumatlarına əsasən göstərilən sahə dövlət mülkiyyəti torpağıdır. Belə olan halda, cavabdeh bələdiyyənin mübahisələndirilən sərəncamı qəbul etməkdə heç səlahiyyəti də mövcud olmamışdır. “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsi isə nəzərdə tutur ki, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Qeyd olunanlardan göründüyü kimi, Cavabdeh xx.xx.2005-ci il tarixli 1778/1 saylı sərəncamının etibarsız hesab olunması barədə 25 yanvar 2022-ci il tarixli 1 N-li qərarı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən irəli gələn öhdəliyinin icrası qaydasında qəbul edilmişdir. Beləliklə də, cavabdeh tərəfindən İPM-in 14.1-ci maddəsinin tələbinə müvafiq olaraq, mübahsələndirilən 25 yanvar 2022-ci il tarixli 1 N-li qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, həmin qərarla iddiaçının hüquqları pozulmuş hesab edilə bilməz. İPM-in 70-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Odur ki, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə maddi və prosessual hüquq normalarına zidd səhv nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasyia şikayətinin, dolayısı ilə həmin qərarın əsassız olduğunu, maddi və inzibati icraat haqqında hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112) -7848/2022 saylı xx.xx.2022ci il tarixli qərarı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmaldır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı:
Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112) -7848/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia rədd edilsin. Hazırkı qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.