Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-664/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Xasay oğlunun Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvanın dəyişdirilməsi və yeni ünvanın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X5-Yusiflinin katibliyi, İddiaçı Xasay oğlunun iştirakı ilə, İddiaçı Xasay oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvanın dəyişdirilməsi və yeni ünvanın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4917/2021 saylı 07 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 4əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Xasay oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İdarənin 19 fevral 2021-ci il tarixli **********32 saylı məktubunda göstərilənlərin qanunsuz hesab edilməsi və cavabdehin üzərinə ünvan 5 ünvanın dəyişdirilməsi və təzə ünvan verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 6 ünvanı qonşuluğunda yerləşən və tamamilə başqa şəxslərə məxsus iki ədəd evlərin ünvanı eynidir. Həmin şəxslərə məxsus evlərlə onun evinin ünvanı eyni olduğu üçün öz evinə dair hər hansı bir alqı-satqı və ya sair mülki hüquqi müqavilələr bağlaya bilmir. Belə ki, özünə məxsus evini ailə üzvlərindən birinin adına bağışlamaq və ya başqa şəxsə satmaq istəyərkən notariat kontoruna təqdim olunması zərəri sənədlərdən biri olan forma 2 arayışını Asan xidmətdən alarkən onun ailə üzvlərindən başqa digər iki qonşunun da ailə üzvlərinin adları həmin arayışda qeyd olunur. Bu və sair səbəblərdən öz evinin ünvanının və ya qonşuların ünvanın dəyişdirilməsi və hər birinə ayrı ünvanların verilməsi üçün aidiyyəti üzrə cavabdeh olan İdarəyə rəsmi ərizə göndərmiş və həmin ərizəyə isə öz evinə dair texiniki pasportun, çıxarışının surətlərini, həmçinin onun evi ilə eyni ünvan olan ünvan 7 X2 və onun ailə üzvlərinin texniki pasport əsasında sahibliklərində və istifadələrində olan yaşadıqları evə dair texniki pasportun və həmin şəxslərin pasport qeydiyyatına düşmələrinə dair Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2- 1316/2007 saylı, 23 may 2007ci il tarixli qətnaməsinn surətləri- (texniki pasport:) və Xətai rayonu, Nadir Mahmudov küçəsi, 14 saylı yaşayan (Rezervuar küçəsi) Bəhram Qocayevə və onun ailə üzvlərinə məxsus evə dair yaşadıqları evin onun yaşadığı evə eyni ünvan olmasını təsdiq edən ünvan 82020-ci il tarixli qətnaməsinin surətlərini göndərmişdir. X8 ailə üzvləri onların evlərinə məxsus texniki pasportu vermədiklərinə görə həmin sənədi aidiyyəti orqana verə bilməmişdir. Ona görə də yazdığı ərizədə müvafıq qeyd etmişdir. Bu barədə cavabdeh təskilata 03 noyabr 2020-ci il tarixdə ünvanladığı ərizəyə 16 noyabr 2020-ci il tarixdə rəsmi cavab verilmiş və məktubun məzmunundan məlum olmuşdur ki, ünvan 5 ünvanı olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evlərinin hüquq sahibləri tərəfindən sənədlərin əsilləri ilə müraciət ediləcəyi təqdirdə yeni ünvan təyin edilməsi məsələsinə baxılacaqdır. Göründüyü kimi, yazıdığı ərizədə qonşulara dair texniki pasportları təqdim edə bilməyəcəyinin səbəblərini qeyd etsə də ona yazılmış cavab məktubunda ünvan 5 ünvanı olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evlərinin hüquq sahibləri tərəfindən onlarda olan texiniki pasportlar əsilləri ilə həmin şəxslərin özləri tərəfındən təqdim ediləcəyi halda tələbinin həllinə baxılacağı bildirilmişdir. Qonşuların tərəfindən özlərində olan texnki pasportların əsilləri aidiyyəti üzrə təqdim edilməkdən imtina olunduğuna görə təkrarən cavabdeh təşkilata 08 fevral 2021-ci il tarixdə ərizə ilə və həmin ərizəyə yuxarıda qeyd etdiyi sənədlərin surətləri əlavə edib göndərmiş və xahiş etmişdir ki, ona yeni ünvanın veriməsi təmin edilsin. Həmin ərizəyə 19 fevral 2021-ci il tarixdə, **********32 saylı məktubla cavab verilmiş və bildirilmişdir ki, Bakı şəhəri, Xətai ravonu, Əhmədli qəsəbəsi, Nadir Mahmudov küçəsi,ev 14 ünvanı olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evlərinin hüquq sahibləri tərəfindən sənədlərin əsilləri ilə müraciət ediləcəyi təqdirdə yeni ünvan təyin edilməsi məsləsinə baxılacaqdır. Göründüyü kimi, cavabdeh təşkilat eyni məzmunlu cavab yazmaqla faktiki olaraq tələbini icra etməkdən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4917/2021 saylı 07 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı X7 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4917/2021 saylı 07 oktyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ona ünvanlanmış cavabın məzmunundan məlum olur ki, ünvan 5 ünvanı olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evlərinin hüquq sahibləri tərəfindən sənədlərin əsilləri ilə müraciət ediləcəyi təqdirdə yeni ünvan təyin edilməsi məsələsinə baxılacağı bldirilmişdir. Yəni, cavabdeh ünvanın dəyişdirilməsi ilə bağlı onun ərizəsində qeyd edilənlərin qanunsuz olduğunu bildirməmiş, lakin məhkəmə cavabdehin iradəsinin əksinə olaraq iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir. Bundan başqa, qəbul edilmiş həmin qərarda konkret olaraq qeyd edilmişdir ki, RX seriyalı ******* No - li, ********** qeydiyyat nömrəli Azerbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 41,5 kv.m olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi onun adına qeydə alınmışdır. Məhkəməyə ünvanlanmış 23.04.2021-ci il tarixli, **********75 nömrəli və 08.06.2021-ci il tarixli, ********** nömrəli məktublara əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhər icraiyyə Komitəsinin Texniki İnventarizasiya Bürosu tərəfindən Əhmədli qəsəbəsi, 3 - cü Rezervuar küçəsi, ev 14 ünvanda yerləşən 1976 - cı ilde 62,6 kv.m. torpaq sahəsində tikilmiş 1 mərtəbəli özbaşına tikili üzrə X4 adına 1983-cü ildə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport tərtib edilmişdir. Bundan başqa, onun ev ünvanı ilə eyni olan digər qonşu X1 adına 1996-cı il tarixdə, digər qonşu X3 adına isə 1983 - cü il tarixli texniki pasportlar verilmiş və həmin pasportlar şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair hüquqmüəyyənedici sənəddir. Həmin qərarı qəbul etmiş məhkəmənin gəldiyi nəticədən belə anlaşılır ki, ünvan üzrə yalnız İddiaçı məxsus fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışsa, həmin fərdi yaşayış evinə də yerləşdiyi yer üzrə ünvanın verilməsi müəyyən edilmişsə həmin ünvanın dəyişdirilməsi, yeni ünvanın verilməsi qanuna ziddir və Azerbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz emlak obyektlərinə ünvan verilməsi Qaydalarının 3.2-ci bəndində nəzərdə tutulmuş əsasların mövcud olması müəyyən edilməmişdir. Tərəflərin izahatları İddiaçı Xasay oğlu iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etdi. 26.01.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). İnzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırki iş üzrə verilmiş iddia ərizəsinin, apellyasiya şikayətinin məzmunundan, eyni zamanda iddiaçının məhkəmə iclasında verdiyi izahatlardan aydın olur ki, onun hüquqi marağı “ünvan 5 ünvanın dəyişdirilməsi və yaşadığı ünvana təzə ünvanın verilməsindən ibarətdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə Azərbaycan Respublikasi Prezidentinin 27 nömrəli 27 noyabr 2008-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nı müvafiq maddələrinə istinad etsə də, sonda işə mahiyyəti üzrə baxaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Halbuki yuxarıda da qeyd olunduğu kimi, əvvəlcə məhkəmə iddiaçının iddiası üzrə cavabdeh kimi qoyulmuş orqanın bu iddia üzrə cavabdehlik daşımalı olduğunu yoxlamalı idi. Azərbaycan Respublikasi Prezidentinin 27 nömrəli 27 noyabr 2008-ci il Fərmanı ilə təqsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 1.4 və 1.5-ci maddələrinə əsasən ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. Ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 3.3-cü maddəsinə əsasən daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 2.0.7-ci maddəsinə əsasən ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək Xidmətin əsas fəaliyyət istiqamətlərinə aid edilmişdir. Göründüyü kimi, ünvan reyestrinin aparılması və ünvanların verilməsi sahəsində səlahiyyətli orqan kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti müəyyən edilmişdir. Lakin hazırki işdə cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 516 nömrəli 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 2.0 maddəsində xidmətin fəaliyyət istiqamətləri aşağıdakı kimi göstərilmişdir. 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; 2.0.3. daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin edir; 2.0.4. daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə müəssisələrin qiymətləndirilməsini təşkil edir. Göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamədə ünvanların verilməsi ilə bağlı Dövlət Reyestri Xidmətinin səlahiyyətli olması əks olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qismində göstərilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının qeyd olunan iddia tələblərinə cavab verilməli orqan deyildir. Lakin qeyd edilmiş hallar işə baxmış məhkəmə tərəfindən araşdırılmamış, nəticədə işə mahiyyəti üzrə baxaraq məhkəmə iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd olunan halları işə birinci instansiya qaydasında baxmış məhkəmə araşdırmadan, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini yoxlamadan verilmiş tələbə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər yuxarıda qeyd olunanlarla bağlı iddiaçının iddia tələblərinə mahiyyəti üzrə baxılması üçün əsas vermir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4917/2021 saylı 07 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Xasay oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4917/2021 saylı 07 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-664/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-664/2022
26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver