Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-665/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “torpaq sahəsinin özəlləşdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4937/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq müəyyən etdi: İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 24-cü km-də yerləşən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 0,6 ha (6000,9 kv.metr) torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20112015-ci il tarixinə qədər qüvvədə olan özəlləşmə norma və tariflərinə uyğun aparılması, torpağın hər 100 kv.metr sahəsini 1,0 əmsalını 400 miqdarında vurmaqla özəlləşmə həyata keçirilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 1999-cu il 03 iyun tarixli, 518 saylı sərəncamı ilə İddiaçı Müəssisəsinin istifadəsi üçün 0.6 ha torpaq sahəsi ayrılmışdır. Bu müəssisənin yerləşdiyi və istifadəsində olduğu torpaq sahəsinin ölçüsü 0.6 ha (6000 kv.metr) təşkil edir və həmin torpaq sahəsinin üzərində 0,00172 ha ümumi sahəsi 28,2 kv.metr olan və dövlət reyestrindən keçmiş tikili var. 201 Ocu il 10 avqust tarixində İddiaçı MMC-nin mülkiyyətində olan həmin tikili (çıxarış seriyası - MA № 0100108) xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçmişdir. İddiaçı MMC-nin istifadəsində olan 0,6 ha torpaq sahəsinə dair inşaat pasportu var. Müəssisənin mülkiyyətçisi İddiaçı MMC-nin istifadəsində olan 0,6 ha torpaq sahəsinin həmin müəssisəyə təhkim olunmaqla özəlləşdirilməsi məqsədilə dəfələrlə cavabdehə müraciət etsə də, onun müraciətinə heç bir cavab verilməmişdir. Müəssisə belə müraciətləri 2011 -ci ildən başlayaraq 2015-ci ilin son ayına kimi davam etmişdir. Bu tarixdə cavabdeh təşkilata müraciət olunarkən müəssisənin rəhbərliyi mübahisəli torpaq sahələrinin məhz həmin zaman qüvvədə olan normativ aktlar və normalar əsasında, daha doğrusu qüvvədə olan Nazirlər Kabinetinin 1998-ci il tarixli 93 saylı qərarına və müvafiq Əsəsnaməyə uyğun özəlləşdirilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat iddiaçı müəssisəyə heç bir cavab verməmişdir. Bununla da cavabdeh orqan iddiaçının əsaslı müraciətini təmin etməməklə hərəkətsizlik etmişdir. Bu müraciətlərə də cavab gəlmədiyi üçün 2016-cı ilin yanvar ayında müəssisə 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsində iddiaçı tərəf cavabdeh tərəfə özəlləşdirmənin həyata keçirilməsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmasını xahiş etmişdir. Bu barədə məhkəmə prosesi keçirilmiş, lakin cavabdeh təşkilat məhkəmə prosesinə billə-bilə gəlməmişdir. Sonradan məlum olmuşdur ki, cavabdehlər torpaq sahələrinin özəlləşdirilməsinə dair yeni normativ norma gözlədiklərinə görə işi qəsdən uzadırlar. Növbəti məhkəmə prosesi zamanı cavabdeh təşkilatın nümayəndəsi ƏMDK tərəfindən məhkəməyə «özəlləşməyə razı olmaqlarına dair» 2 bildiriş təqdim etmişlər. Həmin bildirişlərdə onlar guya özəlləşdirməyə razı olduqlarını qeyd etmiş, lakin elə bir yeni qiymət göstərmişlər ki, həmin qiymət iddiaçının vəziyyətini qat-qat pisləşdirmiş olur. Cavabdeh təşkilatın proses zamanı məhkəməyə təqdim etdiyi xx xxxx 2017-ci il tarixli **********2 nömrəli bildirişdə heç bir normaya əsaslanmadan və hesablama aparılmadan müəssisə üçün formal və şişirdilmiş qiymətlər müəyyən edilmişdir. Həmin bildirişdə cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kbinetinin xx xxxxxxx 2016-cı il tarixli 377 saylı qərarına istinad edir. Yeni qiymətlərə görə İddiaçı MMC-yə məxsus sahəsi 0,6 ha təşkil edən torpaq sahəsini 300000 manata özəlləşdirməyə təklif olunurdu. Həmin bildirişdə isə Nazirlər Kabinetinin yeni qəbul etdiyi xx xxxxxxx 2016-cı il tarixli 377 saylı qərarına və Əsasnaməyə istinad olunurdu. Buna görə də həmin zaman məhkəmə belə hesab etmişdir ki, cavabdeh təşkilat artıq özəlləşdirməyə razılıq vermiş sayılır. Buna görə həmin mübahisə üzrə işin icraatına xitam verilmişdir. Bu isə iddiaçının mənafeyinə tam ziddir. Buna görə də iddiaçı bu qiymətlə razı olmadığı və qiymətləndirmənin torpağın əldə edildiyi zamanda qüvvədə olan normativ aktlar əsasında qiymətləndirməsinə dair ayrıca mübahisə qaldırmaq qərarına gəlmişdir. Buna görə də iddiaçı həmin qiymətləndirmə ilə razılaşmayaraq cavabdeh orqana yenidən müraciət etmiş və müsbət cavab almadığına görə ayrıca bir iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə həmin iddianı icraata qəbul edərək işə mahiyəti üzrə baxmışdır. Həmin iş bütün məhkəmə instansiyalarını keçərək Ali Məhkəmənin inzibati kollegiyası tərəfindən ləğv edilərək yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə hər iki müəssisənin cavabdehə qarşı iddiaları ayrı-ayrılıqda verilməlidir. Hazırkı iddia buna görə verilmişdir. Azərbaydan Respublikası Nazirlər Kabinetinin “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” xx xxxxx 1998-ci il tarixli 93 saylı qərarına əsasən Əsasnamə qəbul edilmişdir. Həmin əsasnamə və əsasnaməyə əlavə edilmiş qrafikdən məlum olur ki, Azərbaycan Respublikasında dövlətə məxsus torpaq sahələrinin özəlləşdirilməsi və yaxud icarəyə götürülməsinin həyata keçirmək üçün ərazidən asılı olaraq torpaq sahələri zonalara bölünür. Bu torpaq sahələrinin zonaları, əmsalları və bazis qiymətləri həmin torpaqın hansı qiymətlə özəllşdirilməsinə şərait yaratmalı idi. Məsələn, Bakı şəhərində 12 torpaq zonası var. Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələri 12-ci zonaya aid edilir. Bu zonada yerləşən yerləşən həmin torpaqın hər 100 kv.metr bazis qiyməti 400 manat, əmsalı isə 0,1 təşkil edir. Belə halda bazis qiyməti olan 400-u 0,1 əmsala vurulur. Alınan məbləğ 100 kv.metr torpaq sahəsinin özəlləşmə qiyməti hesab olunur. Bu qayda «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus torpaq sahələrinin özəlləşməsi üçün əsas normadır. Bu torpaqlar məhz bu qaydalarla özəlləşdirilməlidir. Cavabdeh orqanın Nazirlər Kabinetinin xx xxxxxxx 2016-cı il tarixli 377 saylı qərarına və Əsasnaməsinə istinad edərək iddiaçıya məxsus 0.6 ha torpağın yeni qaydalarlaözəlləşdirməsi tələbi onların vəziyyətini pisləşdirir. Onların vəziyyətini pisləşdirən əsas norma odur ki, 377 saylı qərarda belə bir yeni dəyişiklik var: 6-1. Torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı- satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Qərara edilmiş həmin bu 6-1 bəndindəki şərtlər onların vəziyyətini ağırlaşdırır. Qərarın ilkin variantında bu tip torpaq sahələrini özəlləşdirilməsi başqa qaydada həyata keçirilirdi. Təqribən aşağıdakı kimi: Məsələn cavabdeh iddiaçıya həmin torpaq sahələrini özəlləşdirmək istəməsi ilə əlaqədar rəsmi müraciət edən zaman, yəni 2011 və 2015-ci illərdə torpaq sahələrinin özəlləşdirilməsi norması və qiymətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 1998-ci il tarixli 93 saylı qərarı və həmin qərarda olan norma və tariflər qüvvədə idi. İddiaçının tələbi həmin torpaq sahələrinin məhz həmin normalar daxilində özəlləşməsi idi. Lakin iddiaçının tələbi həmin zaman vaxtında təmin edilməmiş və hüququ pozulmuşdur. Yalnız xx xxxxxxx 2016-cı il tarixindən sonra vəziyyəti pisləşdirən norma qəbul ediləndən sonra iddiaçıya məxsus torpaq sahələrini konkret qiymət göstərməklə özəlləşdirməyə «müsbət» cavab verildi. Nazirlər Kabinetinin xx xxxxxxx 2016-cı il tarixli 377 saylı qərarı və yeni özəlləşmə tarixləri “xxxx” MMC-nin vəziyyətini pisləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikasının qanunun zamana görə qüvvəsi prinsiplərinə ziddir. Mülki Məcəllənin 7.1-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndi: «Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu tip mübahisəyə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Z.S.Quliyev və G.Q.Cəbrayılovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə X6 Məhkəmə Kollegiyasının 2005-ci il 28 yanvar tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında deyilir: «Məhz Konstitusiyanın bu müddəasına əsaslanaraq qanunverici Mülki Məcəllədə müəyyənləşdirmişdir ki, Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericillik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz (MM-in 7-ci maddəsi). Bu qayda həmçinin Mülki Məcəllə ilə tənzimlənən iddia müddətlərinin tətbiqi ilə bağlı münasibətlərə də şamil edilir. Deməli bu özəlləşmə zamanı cavabdeh orqanın iddiaçıya təklif etdiyi kimi «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus torpaq sahəsi Nazirlər Kabinetinin xx xxxxxxx 2016-cı il tarixli 377 saylı qərarı ilə müəyyən edilmiş tarif və normalar tətbiq edilə bilməz. Bu norma son qərardan sonra yaranmış münasibətlərə aid edilir. Buna görə də iddiaçıya məxsus olan 0,6 ha (6000 kv.metr) torpaq sahəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 1998-ci il tarixli 93 saylı qərarının 2011 və 2015-ci ilə qədər qüvvədə olan norma və tariflərə uyğun özəlləşdirilməlidir Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4937/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4937/2020 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Həmçinin qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəflərin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşdə olan sənədlərin surətlərindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsində dövlət qeydiyyatına alınmış xx.xx.2001 -ci il tarixli, 1339 nömrəli nizamnaməyə əsasən İddiaçı MMC hüquqi şəxsdir. Qaradağ Rayon İcra Hakimiyyətinin 01,03.1999-cu il tarixli, 5/166 saylı məktubu nəzərə alınaraq, Qaradağ rayonu, Dərin özüllər zavodunun şimalşərqində “xxxx” kiçik müəssisəsinə iş həyətinin layihələşdirilməsi və tikintisi üçün 0,6 ha torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi, 24-cü km, 10 ünvanında yerləşən 2 mərtəbəli, 28,2 kv.metr ümumi sahəsi olan qeyriyaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi, xx.xx.2010-cu il tarixdə **********36-06301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 2828 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeyri yaşayış binasının tərkibi - gözətçi binası, sanitar qovşağı, transformator, generator, qurğular, yarımçıq tikili, su çəni, daş hasardan ibarət, cəmi 566,7 kv.metr tikinti altı sahədən ibarətdir. Torpaq sahəsinin ölçüsü 0,00172 ha, mülkiyyət növü dövlət, hüququn növü istifadə göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iddiaçının direktoru X1 ünvanlanmış xx.xx.2011 -ci il tarixli, **********58 saylı məktubna əsasən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 29-cu km, 10 ünvanında yerləşən və mülkiyyətində olan “xxxx” X3 və İddiaçı yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsinə köməklik göstərilməsi barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq müvafiq sənədlər təqdim edildikdən sonra müraciətdə qeyd olunan torpaq sahəsinin özəlləşdirilməsi məsələsinə baxıla biləcəyi bildirilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxx 2017-ci il tarixli, **********02 saylı bildirişə əsasən Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci ii tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 11 -ci bəndinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsini satın alınması üçün həmin sahənin üstündə yerləşən müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satılır.Bununla əlaqədar bildirilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 24-cü km 10 ünvanında tərəfindən özəlləşdirilmiş qeyriyaşayış binasının yerləşdiyi və daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən dəyəri 300.000 manat təşkil edən 6000.0 kv.metr torpaq sahəsi satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsi üçün müəssisəyə təklif olunur. Torpaq sahəsinin satın alınmasına və ya icarəyə götürülməsinə razılıq bildirdiyi halda onun satış qiyməti “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyənləşdiriləcəkdir. Bildiriş təqdim edildiyi tarixdən 15 gün müddətində torpaq sahəsinin satın alınmasından və ya icarəyə götürülməsindən imtina edildikdə, habelə bu təkliflərə göstərilən müddətdə münasibət bildirilmədikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satılacaqdır. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0, 8.1, 24, 29.1 -ci maddələrini, Azərbaycan RespublikasıPrezidentinin xx xxxxxx 1997-ci iltarixli 659 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 1, 4, 6, 10, 11, 13-cü bəndlərini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2016-cı il tarixli, 377 nömrəli Qərarının 6.1 -ci hissəsini, “Z.S.Quliyev və G.Q.Cəbrayılovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə X6 Məhkəmə Kollegiyasının 2003cü il 20 noyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarını tətbiq etməklə belə qərara gəlmişdir ki, torpaq sahəsinin dəyərinin müəyyənləşdirilməsi ilə bağlı mübahisə cavabdeh tərəfində iddiaçıya bildirişin göndərildiyi vaxt yaranmışdır, belə olan halda mübahisəli hüquq münasibətinin yarandığı zaman, yəni həmin bildirişingöndərildiyi tarixdə qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus sahəsi 0,6 ha (6000 kv.metr) olan torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 1998-ci il tarixli 93 saylı qərarına uyğun norma və tariflər əsasında, 0,6 ha torpaq sahəsinin hər 100 kv.metr sahəsini 400 bazis qiymətinin 1.0 əmsalına vurulmaqla əldə edilən məbləğin özəlləşmə qiyməti kimi müəyyən edilməklə özəlləşdirilməsi hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə ziddi olduğundan, iddia rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eyni olduğundan və Məhkəmə kollegiyası həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığından, Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Tərəflərin məhkəmə iclasında iştirakının təmin edilməməsi dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iddia ərizəsində qeyd olunmuş iddiaçının ünvanına bildiriş göndərilmiş, iddiaçının nümayəndələri tərəfindən bildirişin qəbul edilməsindən imtina edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə sms-bildiriş vasitəsilə xəbərdar edilmişdir. Həmçinin apellyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4937/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-665/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-665/2021
02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver