Məhkəmə qərarları › İş №2-1(103)-667/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-667/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-667/2020 17.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); X5 və X4 ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı (iddia ərizəsinə əsasən ünvan 1 mənzil 32 ünvanında yaşayan, ünvan 2 C ünvanında qeydiyyatda olan) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4014/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı xx xxxxxxxx 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.28.2-ci maddəsinə əsasən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasına «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.28.2-ci maddəsində fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə xidmət edən şəxslər üçün nəzərdə tutulmuş qaydada qulluq stajına görə əlavələr hesablanmaqla pensiya məbləğinin əlavəsinin hesablanması barədə müraciət etmişdir. Cavabdehin xx xxxx 2019cu il tarixli məktubu ilə onun müraciəti təmin edilməmişdir. Hesab edir ki, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməməsi əsassızdır və onun hüquqlarını pozur. Belə ki, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Mühafizə Xidmətinin ADNŞ-nin X3 İdarəsində «Vixr-9» Yanğın Gəmisinin elektriki, daxili xidmət çavuşu kimi qulluq etmiş və xidmətdə olmanın qanunla müəyyən edilmiş yaş həddinə - 50 yaşa çatması ilə əlaqədar xidmətdən buraxılmışdır. Onun xidmət stajı 20 il 06 ay 16 gün olduğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsi tərəfindən ona «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.3 və 9.5.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Lakin ona təyin edilmiş pensiyaya əlavələr «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə xidmət edən şəxslər üçün nəzərdə tutulmuş 20.28.2-ci maddəsi əsasında deyil, həmin Qanunun hərbi qulluqçular üçün nəzərdə tutulmuş 20.14.1-ci maddəsi əsasında hesablanmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.20-ci maddəsinin tələblərinə görə xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya İ qrup əlil olmuş fövqəladə hallar orqanlarının işçilərinə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.28.2-ci maddəsinə əsasən bu Qanunun 20.1.20- ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı xidmət keçmiş fövqəladə hallar orqanlarının işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında, 15 ildən yuxarı xidmət stajına hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablamaqla) üçün orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğdə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. «Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında» Qanunun 18.1.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarının sıravi heyətin və kiçik rəis heyətinin 50 yaş həddinədək xidmət etmələri nəzərdə tutulmuşdur. Qanunla müəyyən edilmiş 50 yaş həddinə çatması ilə bağlı o, xidmətdən pensiyaya buraxılmış, onun fövqəladə hallar orqanlarında xidmət stajının müddəti 15 ildən yuxarı olduğundan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.28.2- ci maddəsinə əsasən qulluq stajına görə ona təyin edilmiş əmək pensiyasına əlavələr hesablanmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə xidmət edən şəxslər üçün qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanmasına dair xüsusi normaların olduğu halda həmin əlavələrin hərbi qulluqçular üçün nəzərdə tutulmuş normalara əsasən hesablanması düzgün deyil. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 idarəsi tərəfindən onun əmək pensiyasına əlavələr hərbi qulluqçular üçün nəzərdə tutulmuş həmin Qanunun 20.14.1-ci maddəsinə əsasən hesablanmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4014/2019 saylı qərarı ilə (hakim E.Məmmədov) iddia təmin edilmiş, İddiaçı təyin edilmiş əmək pensiyanın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.28.2-ci maddəsinə əsasən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4014/2019 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” xx xxxx 2010-cu il tarixli Azərbaycan Respublikası Qanununun fövqəladə hallar orqanlarında xidmətkeçmənin yaş həddini tənzimləyən 18-ci maddəsi vardır. Bu maddənin 18.1-ci maddəsinə əsasən əməkdaşlar fövqəladə hallar orqanlarında aşağıdakı yaş həddinədək xidmət edirlər: 18.1.1 sıravi heyət və kiçik rəis heyəti vəzifələrində xüsusi rütbələrdə olan əməkdaşlar üçün (bu xüsusi rütbələrdə olan əməkdaşlar göstərilən yaş həddinə çatdıqda xidmət illərinə şörə pensiya hüququ əldə etmirlərsə, onlar fövqəladə hallar orqanlarında xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirirlər) - 50 yaş; Ona görə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7-2-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il xidmət stajı olan işçilərin yaşa görə əmək pensiyası hüququ vardır. Deməli fövqəladə hallar orqanlarının əməkdaşı kimi pensiya hüququ əldə etmək üçün həmin orqanlarda 35 il xidmət stajı tələb olunur. İddiaçı xx.xx.2019-cu il tarixində xidmətdən xaric edilmiş, bu zaman isə onun xidmət illərinin cəmi 20 il 06 ay 16 gün olmuşdur. Ona görə də iddiaçıya münasibətdə qanunvericilikdə bu cür hallar üçün nəzərdə tutulmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsi tətbiq ediləcəkdir. Həmin maddədə deyilir: Bu qanunun 1.0.3cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Yəni hərbi qulluqçulara dair pensiya qanunvericiliyinin müddəaları xüsusi rütbəli şəxslərə münasibətdə də tətbiq olunacaqdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4014/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən: -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli, 14/xx-xx/01564 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xidmətdə olmanın son yaş həddinə çatması ilə əlaqədar olaraq FHN 315/ş nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.11 və 23.1-ci maddələrinə uyğun xitam verilmiş İddiaçı sənədləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq pensiya təyin edilməsi məqsədi ilə cavabdehə göndərilmişdir. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli məlumat vərəqindən görünür ki, iddiaçı 20 il 06 ay 16 gün xidmət illəri ilə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.11-ci və 2-ci maddələri üzrə xidmətdə olmanın son yaş həddinə çatması ilə əlaqədar olaraq xx.xx.2019-cu il tarixdə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından mühafizə idarəsinin “Vixr-9” yanğınsöndürmə gəmisinin elektriki vəzifəsindən daxili xidmət cavuşu rütbəsi ilə xidmətdə olmasına xitam verilmişdir. İşin faktiki hallarına əsasən iddiaçıya xx.xx.2019-cu il tarixdən Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim edilmiş məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçı ona təyin edilmiş pensiyaya əlavələrin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə xidmət edən şəxslər üçün nəzərdə tutulmuş 20.28.2ci maddəsinə əsasən hesablanmasını tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, lakin cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********6 saylı məktubla müraciətin təmin edilməsindən imtina olunmuşdur. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ona təyin edilmiş əmək pensiyasına əlavələrin hərbi qulluqçular üçün nəzərdə tutulmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsi üzrə deyil, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə xidmət edən şəxslər üçün nəzərdə tutulmuş 20.28.2-ci maddəsinə əsasən hesablanması tələbində haqlıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablaması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3-cü bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablaması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunun 18.1-ci maddəsinə əsasən əməkdaşlar fövqəladə hallar orqanlarında aşağıdakı yaş həddinədək xidmət edirlər: 18.1.1. sıravi heyət və kiçik rəis heyəti vəzifələrində xüsusi rütbələrdə olan əməkdaşlar üçün (bu xüsusi rütbələrdə olan əməkdaşlar göstərilən yaş həddinə çatdıqda xidmət illərinə görə pensiya hüququ əldə etmirlərsə, onlar fövqəladə hallar orqanlarında xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirirlər) — 50 yaş. Məhkəmə kollegiyası qeyd edir ki, sıravi heyət və kiçik rəis heyəti vəzifələrində xüsusi rütbələrdə olan əməkdaşlar üçün yaş həddi 50 yaş müəyyən edilmişdir. İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1969-cu il təvəllüdlüdür. İddiaçı göstərilən yaş həddinə çatdıqda xidmətdə olmanın son yaş həddinə çatması ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin 315/ş nömrəli, xx.xx.2019-cu il tarixli əmri ilə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.11 və 23.1-ci maddələrinə uyğun olaraq öz arzusu ilə 20 il 06 ay 16 gün xidmət illəri ilə xidmətdə olmasına xitam verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1 və 20.1.20ci maddələrinə əsasən xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya İ qrup əlil olmuş fövqəladə hallar orqanlarının işçilərinə (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.28-ci maddəsinə əsasən bu Qanunun 20.1.20-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr fövqəladə hallar orqanlarında xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.28.2. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı xidmət stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xidmət illəri 20 il 06 ay 16 gün təşkil etdiyindən, yəni 15 ildən çox olduğundan onun pensiyasına əlavələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.28.2-ci maddəsinə əsasən hesablanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4014/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4014/2019 saylı qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar