Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-668/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İddiaçı və üçüncü şəxs X12 və onun qanuni nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər: X13, X12) “üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2659/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddiasının dəqiqləşdirilməsi barədə ərizə (teleqram) ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X13 və X6 ünvan 1 ünvanından posport qeydiyyatından çıxarılmaları vəzifəsinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir (İPM m.34). Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-12692/2022 saylı qərardadı ilə X13, X12 və X14 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...ünvan 1 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. X15 ilə aralarında olan nikah qeydi ləğv edimiş və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-916/2022 nömrəli qətnaməsi ilə X7 onun evinə istifadə hüququna xitam verilmişdir. Mənzildə keçmiş əri X7 - X3 ilə faktiki nikahından doğulan xx.xx.2005-ci il təvəllüldü X13 və xx.xx.2008-ci il təvəllüdlü X12 pasport qeydiyyatındadırlar. Lakin onlar faktiki olaraq onun evində yaşamırlar və onun ailə üzvü deyillər. O, üçüncü şəxslərin onun evindən qeydiyyatdan çıxarılmaları barərə ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciətinə cavab verilməmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2659/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və üçüncü şəxslər - xx.xx.2005-ci il təvəllüdlü X13 və xx.xx.2008-ci il təvəllüdlü X6 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilmişdir. Üçüncü şəxslər apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...X5 ilə X15 ilə arasındakı birgə nigahdan iki övladı, xx.xx.2005-ci il təvəllüdlü X13 və 04 may 2008-ci il təvəllüdlü X12, anadan olmuş, həmin nikah pozulmuş, uşaqlar onun, M.Xaraymanovanın himayəsində qalmışlar. Bakı İnzibati Məhkəmədə işə onların iştirakı olmadan baxılmış və qərar qəbul edilmişdir. Bu səbəbdən də tərəflərindən iddia tələbi qəbul edilmir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati iddia olmaqla, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Halbuki onun məhkəmə iclasından xəbəri olmayıb, məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi almadığından məhkəmədə iştirak edə bilməmişdir. Bu səbəbdən işə iştirakı olmadan baxılmış və qərar qəbul edilmişdir. “Asan 4'’ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışa əsasən xx.xx.2005-ci il təvəllüdlü X13 və xx.xx.2008-ci il təvəllüdlü X12 ünvan 3 ünvanında qeydiyyatdadırlar. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında («Delsourt Belçikaya qarşı» iş üzrə xx.xx.1970-ci il tarixli, «Piersack Belçikaya qarşı» iş üzrə xx.xx.1982-ci il tarixli, «X18rşı» iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir…” İşin apellyasiya mərhələsində məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə üçüncü şəxs X8 vəfat etməsi, həm də ona məxsus mübahisəli evin 1/3 hissəsinə mülkiyyət hüququ X2 nəzərə alınaraq onun üçüncü şəxs kimi prosessual iştirakçılığına xitam verilmiş və evin həmin hissədə yeni mülkiyytəçisi X16 üçüncü şəxs qismində işə cəlb edilmiş və ona həmin qərardala iddiaçının cavabdehə qarşı “üçüncü şəxlər - Ramiz Qasımov və X17 qəsəbəsi, Ə.Məlikov küçəsi, döngə 2, ev 9 ünvanından qeydiyyatdan çıxarılmaları barədə” iddia tələbinə münasibət bildirmək hüququ izah edilmişdir. X19, xx.xx.2025-ci il və hazırkı xx.xx.2025-ci il tarixlərdə keçirilən məhkəmə iclasları barədə məlumat verilməsinə baxmyaraq məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında iştirak edən apellyator - üçüncü şəxs Ramiz Qasımovun qanuni nümayəndəsi (anası) Maisə Xaraymanova məhkəməyə verdiyi izahatında, işə yeni cəlb edilən Sevil Qasımova ilə əlaqə saxladıqda ona məhkəməyə gəlməyəcəyini və onların işinə qarşımayacağını bildirdiyini qeyd edərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir (Məhkəmə kollegyiasının xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən digər üçüncü şəxs Murad Qasımov da, həmçinin, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.) Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməmiş, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhəkəmə tərəfindən ondan evin digər paylı mülkiyyətçisi Sevil Qasımovanın hazırıkı məhkəmə iclasna gəlməməsinin səbəbi ondan soruşulduqda, məhkəmə bildirişinin Sevil Qasımovaya çatdığını və onun məhkəmə iclası barədə məlumatı olduğunu qeyd edərək, sonuncunun ona “bu söhbətə onu qatmayın”,- dediyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktunda səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, üçüncü şəxslərin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır. 1) İş materiallarında olan sənədlərə əsasən aşağıdakıla müəyyən olunur: “Asan 4” tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X13 və xx.xx.2008-ci il təvəllüdlü X12 ünvan 3 ünvanında qeydiyyatdadırlar. Eyni zamanda, Sabunçu rayonu, Pirşağa qəsəbəsi, Ə.Məlikov küçəsi, döngə 2, ev 9 ünvanında yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən sonuncu 192621 nömrəli çıxarışa əsasən müəyyən olunur ki, həmin fərdi yaşayış evinin 2/3 hissəsi hazırkı İddiaçı, 1/3 hissəsi isə hazırkı mərəhələdə üçüncü şəxs qismində işə cəlb olunmuş X9 - adlarına xüsusi mülkiyyət hüququ ilə reyestrdə - birincinin adına xx.xx.2018-ci il tarixdə, ikincinin adına xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. 2) İddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələbində üçüncü şəxslər X13 və X6 ünvan 1 ünvanından posport qeydiyyatından çıxarılmaları vəzifəsinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilməsini tələb etmişdir. 3) Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, iddiaçının mənzilə dair istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan halda, üçüncü şəxslər iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxslər olduğundan, mənzilin hazırkı mülkiyyətçiləri onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh inzibati orqanın isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. 4) Halbuki, birinci instansiya məhkəməsi, burada, ünvan 1 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinin hazırkı mülkiyyətçilərinin tələbində haqlı olduqlarını qeyd etsə də, faktiki olaraq konkret halda, evin yalnız bir paylı mülkiyyətiçsi - İddiaçı tərəfindən qeydiyyat orqanına qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbinə dair iddia irəli sürülmüşdür. 5) Evin digər 1/3 hissədə paylı mülkiyyətçi Sevil Qasımova tərəfindən belə bir iddia tələbi irəli sürməmiş, hazırkı mərəhələdə üçüncü şəxs qisində işə cəlb edildiyi halda da, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə tərəfindən təklif olunsa da mübaisəli məsələyə münasibət bildirməkdən yayınmış və həm iddiaçı, həm də qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxsin qanuni nümayənsi onunla əlaqə saxladıqda, məhkəməyə gəlməyəcəyini və mübahisəli məsələyə qarışmayacağını bildirməklə, dolayısı ilə onunla bir ünvanda yaşayan iddiaçıya evdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına öz razığını verməmişdir. 6) Birinci instansiya məhkəməsi tərəfindən isə iş üzrə digər paylı mülkiyyətçi Sevil Qasımovanın adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi, habelə, onun fərdi yaşayış evinin 1/3 hissəsində payına dair reyestrdən çıxaraşı tədqiq olunmamış və ölmüş əvvəlki paylı mülkiyyətçi mərhum X11 üçüncü şəxs qismində prosessual iştirakçılıqda saxlamış, xitam verməmiş, həmin hissədə payın yeni mülkiyyətçisi Sevil Qasımovanın müvafiq razılığı mövcud olmadığı (və ya onu da həmşərik iddiaçı kimi işə qoşulmadığı) halda, məhkəmə, mənzilin hazırkı mülkiyyətçiləri üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olduqları qənaətinə gələrək, iddianı təmin etmişdir. 7) Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi,cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinadetdiyi normativ aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 8) Digər tərəfdən, qanunvericiliyin aşağıda göstərilən qeydiyyatdan çıxarılmanın əsaslarından hər hansı birinə dair sənədin mövcudluğu da iş materiallarında müəyyən edilmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat» haqqında qanunun 9-cu maddəsinin birinci hissəsinin tələbindən görünür ki, müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 24 sentyabr 2020-ci il tarixli qərarında verilən şərhə gəldikdə həmin qərarın nəticə hissəsinin 2-ci bəndi nəzərdə tutur ki, inzibati məhkəmələr o halda, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edilsin. 9) Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarında iddianın təmin edilməsi barədə gəldiyi nəticə işin sübutlarla müəyyən olunan hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmamışdır. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, apellyasiya şikayəti vermiş üçüncü şəxslərin həmin şikayətinin - birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilməli və Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-2659/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxslərin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-2659/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilməsin. Hazırkı qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-668/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-668/2025
26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver