Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-669/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X12 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs X1 nümayəndəsi vəkil X7 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-394/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhər İcra Hakimiyyəti Aparatının X5 və İstismarı Birliyi tərəfindən 04 nömrəli orderlə ayrılmış Goradil bağlar sahəsindəki 194 saylı BTK nəzdində sahəsi 0,12 ha olan 323b saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (34.1). Məhkəmə tərəfindən X16 və X10 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri olaraq cəlb edilmiş, daha sonra üçüncü şəxs X16 vəfat etmiş və məhkəmə tərəfindən onun hüquqi varisi X4 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri olaraq cəlb edilmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: ‘‘...08 oktyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Goradil bağlar sahəsində yerləşən ona ayrılmış 0,12 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdehin 19 noyabr 2020-ci il tarixli **********96 qeydiyyat nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubu ilə bildirilmişdir ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, arxiv məlumatlarına əsasən, 323B nömrəli bağ sahəsi eyni kooperativin nəzdində digər şəxsin adında olmaqla təkrarlanır, göstərilən torpaq sahəsinə keçmiş DTXK tərəfindən digər şəxsin adına torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Belə ki, iddiaçıya Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X5 və İstismarı Birliyi tərəfindən 30 dekabr 2004-cü il tarixli Pz:187 BTB saylı qərarına əsasən Goradil Bağlar sahəsindəki 194 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 323B saylı bağ sahəsi ayrılmış, bu barədə ona 04 saylı order verilmişdir. Həmin torpaq sahəsi bu günədək iddiaçının istifadəsindədir.” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçının bağ sahəsi yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Arxiv məlumatlarına əsasən, 323B nömrəli bağ sahəsi eyni kooperativin nəzdində, eyni qərar əsasında digər şəxsin adında olmaqla təkrarlanır. Göstərilən torpaq sahəsinə keçmiş DTXK tərəfindən digər şəxsin adına torpaq sahənin planı və ölçüsü verilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya xx.xx.2020-ci il tarixli, **********96 saylı cavab ünvanlanmışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-394/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Aparatının X5 və İstismarı Birliyi tərəfindən 04 nömrəli orderlə ayrılmış Goradil bağlar sahəsindəki 194 saylı BTK nəzdində sahəsi 0,12 ha olan 323b saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuş və ondan aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, eyni X6 (“BTK”) nəzdində, eyni qərar əsasında 323B nömrəli bağ sahəsinə dair digər şəxsin adına İdarənin arxivində order mövcuddur. Həmçinin iddiaçı tərəfindən təqdim edilən orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxslərin adına veriimiş torpaq sanəsıne dair pian və öiçülər ilə üst-üstə düşür. Eyni zamanda, “323B” saylı oağ sahəsinin göstərilən torpaq sahəsinə aidiyyəti yoxdur. Bundan əlavə, şərti koordinatlarla göstərilən torpaq sahəsinə (1Ö38 ğ saylı bağ kimi) digər şəxsin müraciəti mövcuddur. Bundan başqa, şərti göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməklə yanaşı ümumi ərazinin bir hissəsində yerləşir. Qeyd edilənlərlə yanaşı torpaq sahəsi Novxanı Pirşağı yolunun kənarında yerləşir…» Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Q.Zeynalova apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi vəkil T.Babayev məhkəməyə verdiyi izahatında və ona verilmiş sualları cavablandırarkən "xxxx" MMC-dən mütəxəssis rəyi alındığını və orada bağ sahəsinin koordinatların göstərildiyini, habelə müdafiə etdiyi üçüncü şəxsin öz torpağını tanımadığını və torpağın üst-üstə düşməsini bilmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı və digər üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əsasən aşağıdakı faktiki hallar müəyyən olunur: -arxiv sənədləri üzrə Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 6/387 saylı qərarına və Bakı şəhər İcra Hakimiyyəti Aparatının X5 və X8 bağlar sahəsindəki 194 saylı kooperativi tərəfindən verilmiş b/s №-li orderə əsasən müəyyən olunur ki, ilk öncə Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 6/387 saylı qərarına əsasən Goradil bağlar sahəsindəki 194 saylı BTK nəzdində 323 B nömrəli, 0.12 ha olan torpaq sahəsi X13 ayrılmış; -daha sonra, İddiaçı, X5 və İstismarı Birliyinə xx.xx.2004-cü il tarixli ərizə ünvanlayaraq, Göradil qəsəbəsində yerləşən həmin bağ sahəsinin onun rəsmiləşdirilməsini xahiş etmiş; - işə əlavə edələn notarial qaydada təsdiq olunmuş, 194 saylı kooperativi tərəfindən iddiaçıya verilmiş 04 saylı orderindən aydın olur ki, Bakı şəhər İcra Hakimiyyətinin 30 dekabr 2004-cü il tarixli qərarı ilə 194 saylı BTK nəzdində 323 B nömrəli, 0.12 ha bağ sahəsi iddiaçıya verilmişdir. Tədqiq olunan sənədlərdən göründüyü kimi, iddiaçıya verilən həmin bağ sahəsi ona qanuni əsaslarla ayrılmışdır. Lakin cavabdehin işə əlavə olunmuş iddiaçının bağ sahəsinin onun adına rəsmiləşdirilməsi barədə müraciətlərinə verdiyi cavab məktublarından görünür ki, əsassız olaraq ərizəsinin təmin olunmasından imtina olunmuşdur. İlk öncə, xx.xx.2019-cu il tarixli imtina məktubunda iddiaçıya 194 nömrəli BTK-nın nəzdində Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində bağ sahəsinin ayrılmasına dair məlumatın mövcud olduğunu bildirsə də, onun adına 04 nömrəli order İdarənin arxivində aşkar olunmadığını, daha sonrakı müraciətinə verdiyi xx.xx.2020-cu il tarixli cavab məktubunda isə bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyini və arxiv məlumatlarına əsasən 323B nömrəli bağ sahəni eyni kooperativin nəzdində digər şəxsin adında olmaqla təkrarlandığını və keçmiş DTXK tərəfindən həmin bağa digər şəxsin adına torpaq sahənin planı və ölçüsü verildiyini bildirmişdir. Cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmayraq məhkəmə kollegiyası birincisi onu qeyd edir ki, digər şəxsin adına da naturada iddiaçının bağ sahəsinə aidiyəti olmayan, eyni nömrəli bağ sahəsinin mövcud olması və həmin bağa dair DTXK tərəfindən plan-ölçü verilməsi, iddiaçının hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Digər tərəfdən, iş materiallarından görnür ki, mübahisələndtirilən məsələlərə aydınlıq gətirilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən torpaq kadastrı sahəsində mütəxəssis də cəlb olunmaqla, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası aparılmış, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi alınmışdır. Həmin Mərkəzinin işə əlavə olunmuş 10/3000 nömrəli 06 iyun 2023-cü il tarixli rəyində 9 iyul 2022-ci il tarixli 197 nömrəli mütəxəssis rəyinə, eləcə də, tədqiq olunan ərazinin baş planına və ilkin torpaqayırma sənədlərinə əsasən ekspert aşağıdakı nəticəyə gəlmişdir: “... İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin 30 dekabr 2004- cü il tarixli qərarına əsasən verilmiş 04 nömrəli orderdə göstərilən torpaq sahəsinin faktiki yeri və koordinatları müəyyən edilərkən, həmin torpaq sahəsinin mübahisələndirilən ərazi ilə üst-üstə düşmədiyi müəyyən olundu. X13 Bakı şəhər İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli b/387 saylı qərarına əsasən ayrılmış torpaq sahəsinin faktiki yeri və koordinatları müəyyən edilərkən, həmin torpaq sahəsinin mübahisələndirilən ərazi ilə üst-üstə düşmədiyi müəyyən olundu. X14 (üçüncü şəxs) Bakı şəhər İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli b/387saylı qərarına əsasən ayrılmış 194 saylı BTK nəzdində 323B bağ sahəsinin faktiki yerinin və koordinatları mübahisələndirilən ərazidən 380 metr kənarda yerləşdiyi müəyyən edildi. X13 Bakı şəhər İcra Hakimiyyətinin 30 dekabr 2004-cü il tarxili Pr:187 BTB saylı qərarına əsasən ayrılmış 04 nömrəli orderdə göstərilən torpaq sahəsinin bağ sahələrinin yerləşmə sxeminə uyğun olduğu, lakin mübahisələndirilən ərazidən kənarda yerləşdiyi müəyyən edildi. X13 ayrılmış Goradil bağlar sahəsindəki 194 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 323 б saylı bağ sahəsinin, X14 (üçüncü şəxs) Goradil bağlar sahəsində 194 saylı BTK nəzdində ayrılmış 0,12 hektar 323 б saylı bağ sahəsinin Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının Abadlaşdırma və X2 və İstismarı Birliyi ilə bağın istifadəyə verilməsi haqqında bağlanmış 21 fevral 2005-ci il tarixli 34161 nömrəli müqaviləyə əsasən X10nun (üçüncü şəxs) istifadəsinə verilmiş və həmin torpağa dair keçmiş DTXK tərəfindən tərtib edilmiş “torpaq sahəsinin planı və ölçüsü” üzrə - faktiki yeri və koordinatları ilə kəsişmədiyi və üst-üstə düşmədiyi müəyyən edildi. Tədqiq olunan rəydən göründüyü kimi, iddiaçıya məxsus bağ sahəsinin faktiki yeri və koordinatları üçüncü şəxslərə məxsus torpaq sahələri ilə üstü-üstə düşmür və bağ sahələrinin yerləşmə sxeminə uyğundur .” Məhkəmə kollegiyası ekspertin, torpaq kadastrı sahəsində mütəxəssisin rəyi nəzərə alınmaqla, gəldiyi nəticələrə inandırıcı yanaşır və həmin nəticələri sübut əhəmiyyətli məlumalar kimi qəbul edir. Həmin əsasla da məhkəmə kollegiyası, üçüncü şəxs F.Nağıyevanın nümayəndəsinin hazırkı məhkəmə iclasında təqdim etdiyi, "xxxx" MMC-nin mütəxəssis rəyinə inandırıcı yanaşmır. Birincisi ona görə ki, sözügedən özəl qurum (MMC) müvafiq kadastr məlumatları bazasına malik deyil, ikincisi, rəy verən mütəxəssisinin müvafiq səlahiyyətə malik olduğu da müəyyən edilmir. Üçüncüsü, üçüncü şəxs öz torpağını tanımadığı halda və birinci instansiya məhkəməsinin qərarından da şikayət vermədiyi halda, prosessual qənaət prinsipi baxımından, bununla bağlı əlavə tədqiqat aparılması zərurəti də yaranmır. Beləliklə də, qeyd olunanlar onu demyə əsas verir ki, cavabdeh orqan tərəfindən iddiaçıya inzibati icraat aparmadan onun müraciətinin adi bir məktubu ilə təmin olunmasından imtina etməsi işdə olan sübutlara, maddi və inzibati icraat haqqında hüquq normalarına zidd olmuşdur. Ən azından, «İnzibati icraat haqqında» Qanunun 24-cü maddəsinin tələblərinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Bundan əlavə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndi isə nəzərdə tutur ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh qeydiyyat orqanının vəzifəsidir. Cavabdeh tərəfindən isə Qanunun qeyd olunan tələblərinə riayət olunmamış, iddiaçıya yardım istiqamətində tamamilə hərəkətsizlik nümayəş etdirmiş, torpaq kadastrı sahəsində elektron bazaya və müvafiq mütəxəssilər işçi qrupuna malik olsa da, onun xeyrinə olan halların araşdırılmasından və əldə olunmasından çəkinmiş, bu istiqamətdə fəallıq göstərməmiş, onun müraciətlərinə cavab məktublarında, hər dəfə imtinanın səbəblərinin həcmini artırmaqla, işini bitmiş hesab etmişdir. Qeyd olunanlardan göründüyü kimi, işin tədqiq olunan sənədlərələ müəyyən edilən hallarına əsasən iddiaçının mübahisəli torpaq sahəsinin qununi istifadəçisi olduğu sübuta yetirilir. Belə olan halda, «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Beləliklə də cavabdeh mübahisəli bağ sahəsinin iddiaçının adına qeydə alınmasından imtina etməklə onun qanunla qorunan mülkiyyət hüquqlarını pozduğu öz təsdiqini tapır. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə, iddianı təmin etməklə işdə olan sübutlarla müəyyən edilən hallara və maddi hüquq normalarına uyğun olan nəticəyə gəlmişdir. Ona görə də, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının əhəmiyyətli dərəcədə pozulduğunu və düzgün tətbiq edilmədiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-394/2023 saylı xx.xx.2023cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-394/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-669/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-669/2024
18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver