Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-67/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı1, iddiaçı İddiaçı3, iddiaçıların nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1475/2019 saylı, 18 iyun 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 18.02.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən onların xeyrinə ******* manat pul vəsatinin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 1988-ci ildə Ermənistan Respublikasından qaçqın düşmüşlər. Azərbaycana gəldikdən sonra Bakı şəhəri, H.Əliyev pr. 99 saylı evin 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsində məskunlaşmışlar. Həmin dövrdə məskunlaşdıqları ünvan yaşamaq üçün yararsız vəziyyətdə olduğundan və mənzil almağa maddi imkanları olmadığından bütün imkanları səfərbər etmişlər, qohumların, tanışların maddi köməkliyi hesabına yaşayış sahəsini təmir edib, yaşamaq üçün yararlı vəziyyətə gətirmişlər. Bakı şəhəri ünvan 4anov rayon MKİS tərəfindən tərtib edilmiş aktla bu fakt təsdiq edilmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2-1685/2005 saylı, 14.12.2005-ci il tarixli qətnaməsi ilə qeyd edilən ünvana istifadə hüquqları tanınmışdır. Həmçinin Azərbaycan Respublikası 22.08.2001-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə və müvafiq rayon, şəhər icra hakimiyyətlərinə tapşırılmışdır ki, müvəqqəti məskunlaşmış qaçqınların bu evlərdə daimi yerləşdirilməsini təmin etsinlər. Həmin fərmana müvafiq olaraq yaşadıqları evin sənədlərini hazırlamışlar. Yaşayış sahəsinin bütün sənədləri hazır olmuş və ev özəlləşmə ərəfəsində olmuşdur. Həmin ərəfədə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri yaşadıqları ünvana gəlib onlara bildirmişlər ki, həmin ünvanda Q.Qarayev adına musiqi məktəbi tikiləcəkdir, buranı tərk etməlidirlər. Onları yaşadıqları ünvandan çıxarıb, uyğun yaşayış sahəsi ilə təmin edəcəkləri, əmlakın dəyərinin qalan hissəsinin dəyərini isə ödəyəcəklərini bildirmişlər. İddiaçılar məcbur olub təzyiq ilə həmin sahəni tərk etmişlər və Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi 2011-ci ilin əvvəlində onlara Bakı şəhəri Ramana qəsəbəsi ünvanındakı 5 mərtəbəli yaşayış binasından 2 otaqlı 21, 2 otaqlı 25, 3 otaqlı 24 saylı mənzilləri təhvil vermişdir. Təhvil verilmiş mənzillər heç bir sənədləşmə aparılmadan verilmişdir. Mənzillər yaşayış üçün yararsız vəziyyətdə olduğundan orada yaşaya bilməmişlər, kirayə ev tutaraq, əlavə vəsaitlər xərcləməklə mənzillərin sənədləşməsini aparmışlar və 3 mənzili 70000 manata satmışlar. Onlar təhvil verilmiş mənzilləri nəzərə alsalar belə, onların dəyəri əllərindən alınmış əmlakın dəyərinin cüzi bir hissəsini təşkil etmişdir. Əllərindən alınmış əmlakın, yəni 600 kv.metrlik torpaq sahəsi – tikilinin təqribi dəyəri ******* (iki milyon qırx min) manat təşkil edir. Belə ki, əllərindən alınmış əmlak şəhərin mərkəzində, ən bahalı prospektində, verilmiş mənzillər isə şəhər ətrafındakı qəsəbədədir və torpaq sahəsi də yoxdur. Qeyd edilən məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə etdikləri 26.11.2018-ci il tarixli müraciətə cavab verilməmişdir. Qeyd edilən məsələ ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində əvvəllər qaldırdıqları iddia məhkəmə tərəfindən geri götürülmüş sayılmış, qərardad ünvanlarına daxil olmamış, onun mövcud olmasından bir müddət əvvəl məlumat əldə etmişlər. Həmin iş üzrə məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq Əmlak Bazarı İştirakçıları İctimai Birliyi tərəfindən verilmiş ƏBİ/N 07-199 saylı rəydə mübahisəli əmlakın dəyərinin 790000 manat olduğu göstərilmişdir. Rəy verilərkən dolların manata nisbəti 0,78 manat olsa da, sonradan manat devalivasiya olmuş və 1,70 manat təşkil etmişdir. Halbuki ekspertin rəyində də əmlakın dəyəri dəfələrlə azaldılmışdır. Belə ki, H.Əliyev prospekti şəhərin ən bahalı hissəsidir. Ona görə də hesab edirlər ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən onların xeyrinə ******* manat pul vəsaiti tutulmalıdır. İddiaçıların vəkili Vəkil daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 790000 (yeddi yüz doxsan min) manat məbləğində dövlət büdcəsi hesabına kompensasiya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1475/2019 saylı, 18 iyun 2019-cu il tarixli qərarı ilə (hakim E.Məmmədov) iddia qismən təmin edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 280000 (iki yüz səksən min) manat məbləğində pulun dövlət büdcəsi hesabına kompensasiya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə həvalə edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qərarla razılaşmayan cavabdeh 17.07.2019-cu il tarixdə ondan apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı icraata götürməklə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərini kobud surətdə pozmuşdur. Belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslar üzrə 2013-cü ildə elə həmin birinci instansiya məhkəməsində məhkəmə prosesi olmuş və 29.01.2013-cü il tarixli 2inz-(81)-393/2013 saylı qərardadla iddia geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2155/2019 saylı, 29 avqust 2019-cu il tarixli qərarı ilə (hakimlər V.Məmmədov, S.Seyidova, İ.Əhmədov) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1475/2019 nömrəli iş üzrə 18 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə qarşı onlara 790.000 manat məbləğdə dövlət büdcəsi hesabına kompensasiya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmişdir. Qərardan 01.10.2019-cu il tarixdə iddiaçılar tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(102)- 3318/2019 saylı, 24 dekabr 2019-cu il tarixli qərarı ilə (hakimlər X.Məmmədov, A.Hüseynov,R.Nəbizadə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2155/2019 saylı iş üzrə 29 avqust 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-894/2020 saylı, 03.09.2020-ci il tarixli qərardadı ilə (hakimlər Ü.Mayılov, M.Tağızadə, X.Cəmilova) iş üzrə qiymətləndirmənin təyin edilməsi, qiymətləndiricinin qarşısında “İddiaçıların məskunlaşdıqları və daha sonra köçürüldükləri sahəsinin, eləcə də iddiaçıların təmin olunduqları mənzillərin hazırkı vaxta olan bazar qiyməti nə qədər təşkil edir?” sualının qoyulması, qiymətləndirmənin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mütəxəssisinin iştirakı ilə «X1 Company» MMC-nin mütəxəssisləri tərəfindən keçirilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçılar və onların nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər. Əlavə olaraq sədrlik edənin sualına cavab olaraq İddiaçı1 bacısı İddiaçı2 xəstə olduğundan məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclası barədə məlumatı olduğunu, hazırkı mübahisə ilə bağlı eyni mövqedən çıxış etdikərini, aralarında heç bir zidiyyət olmadığını, eyni zamanda qiymətləndirmə aparılan zaman öz mənzilləri satıldığından qonşuluqdakı eyni ölçülü mənzilin qiymətləndirilməsi üçün ekspertlərə təqdim etdiyini, musiqi məktəbinin binasında yaşamadığını, Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması İdarəsinin əməkdaşı Zakir Sultanovun onu aldatdığını, Zakir Sultanovun hazırda həbsdə olduğunu bildirdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Digər İddiaçı2 və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1475/2019 saylı, 18 iyun 2019-cu il tarixli qərarı ləğv olunmalı, iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Mənzil Kommunal Təsərrüfatı Departamenti ünvan 4anov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən ünvan 4anov Rayon İcra Hakimiyyətinə ünvanlanmış 17.02.2003-cü il tarixli məktubdan görünür ki, Moskva prospekti 99 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsində məskunlaşmış X7 və X16 müraciət edərək məskunlaşdıqları sahənin rəsmiləşdirilməsi üçün razılıq məktubu verilməsini xahiş etmişlər. Araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan qeyri-yaşayış sahəsi 1 saylı hərbi ticarət idarəsinin “Çörək evi” nin icarəsində olmuşdur. Belə ki, 15 sentyabr 1998-ci il tarixdə keçmiş Dövlət Əmlak Komitəsi tərəfindən Moskva prospekti 99 saylı ünvanda yerləşən 387,2 kv.metrlik qeyri-yaşayış sahəsinə görə 1 saylı Hərbi ticarət idarəsinin Çörək evi ilə 2235 saylı icarə müqaviləsi bağlanmışdır. 01.10.1998-ci il tarixdən 2003-cü il tarixə kimi 1 saylı hərbi ticarət idarəsinin “Çörək evi”nin heç bir fəaliyyəti olmamışdır. Buna baxmayaraq Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikası 1 saylı yerli İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Çörək evi” ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, sahənin boşaldılması və icarə borcunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə isə öz növbəsində “Çörək evi” ilə olan icarə müqaviləsini ləğv etmiş və “Çörək evi”nin həmin sahəni boşaltmasını təmin etmişdir. 30 saylı MKİS verdiyi arayış və aktla bir daha X3 və X8 ailələrinin 1999- cu il tarixdən Moskva prospekti 99 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsində məskunlaşmalarını təsdiq etmişdir. İcarə müqaviləsinin ləğv edilməsini, “Çörək evi” tərəfindən qeyd olunan sahənin boşaldılmasını, 1999-cu il tarixdən həmin sahədə X3 və X8 ailələrinin məskunlaşdıqlarını nəzərə alaraq bu sahənin onların adına rəsmiləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. - Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi Dövlət müəssisələrinin və əmlakın idarə olunmasının təşkili şöbəsi tərəfindən ünvan 4anov Rayon İcra Hakimiyyətinə ünvanlanmış 08 iyun 2003-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, ünvan 4anov rayonu, H.Əliyev (Moskva) prospekti 99/1 ünvanında yerləşən ünvan 4anov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan iki mərtəbəli binanın 388.76 kv.metr qeyri-yaşayış sahəsində Ermənistan Respublikasından qaçqın düşmüş X7 ailə üzvləri ilə birlikdə yerləşmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 nömrəli “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənsitan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Fərmanına və Səbail Rayon Məhkəməsinin 14 dekabr 2005-ci il tarixli qətnaməsinə uyğun olaraq həmin qeyri-yaşayış sahəsinin mənzil fonduna keçirilməsinə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi etiraz etmir - Bakı şəhəri ünvan 4anov Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası İqtisadi-İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinə ünvanlanmış 128 saylı, 30 iyun 2003-cü il tarixli məktubdan görünür ki, Moskva prospekti 99/1 saylı evdə yerləşən qeyri-yaşayış sahəsində məskunlaşmış, 1988-1992-ci illərdə Ermənistanda aparılmış etnik təmizləmə nəticəsində deportasiya olunmuş X7 ərizə ilə Rayon İcra Hakimiyyətinə müraciət edərək, həmin sahənin Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli, 562 saylı Fərmanına əsaslanaraq, onun adına sənədləşdirilərək, pasport qeydiyyatına alınmasını xahiş etmişdir. 15 sentyabr 1998-ci il tarixdə keçmiş Dövlət Əmlak Komitəsi tərəfindən göstərilən ünvanda yerləşən 387,2 kv.metr-lik qeyri-yaşayış sahəsinə 1 saylı Hərbi ticarət İdarəsinin “Çörək evi” ilə icarə müqaviləsi bağlanmışdır. Lakin “Çörək evi” 01.10.1998-ci il tarixdən 2003-cü ilə qədər fəaliyyət göstərməmiş və borcları ödəməmişdir. ünvan 4anov Rayon İcra Hakimiyyətinin iddiası əsasında Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 27 dekabr 2002-ci il tarixli qətnaməsi ilə keçmiş Dövlət Komitəsi ilə Hərbi Ticarət İdarəsinin “Çörək evi” arasında bağlanmış icarə müqaviləsi ləğv edilmiş və həmin qətnamə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 14 aprel 2003-cü il tarixli 129/1- 35 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qeyri-yaşayış sahəsində 1999-cu il tarixdən Ermənistandan qaçqınlar İ.Əliyev və S.Ələsgərov 14 nəfər ailə üzvləri ilə məskunlaşaraq yaşayırlar. Onlar həmin sahəni öz hesablarına əsaslı təmir edərək, yaşayış üçün yararlı vəziyyətə gətirmişlər. Qeyd olunanları nəzərə alıb, Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 saylı Fərmanına əsaslanaraq, həmin sahəni qeyri-yaşayış reyestrindən çıxarılması xahiş edilmişdir. - Səbail Rayon Məhkəməsinin 14 dekabr 2005-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 Bakı şəhəri, Heydər Əliyev prospekti, 99 saylı evin 1-ci mərtəbəsində yerləşən və yaşayış üçün yararlı vəziyyətə gətirilmiş sahəyə onun ailə üzvləri ilə birlikdə istifadə hüququnun tanınması barədə iddia tələbi təmin edilərək, iddiaçı X3 ailəsi ilə birlikdə Bakı şəhəri, H.Əliyev prospekti, 99 saylı evin 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsinə istifadə hüquqları tanınmışdır. - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tərtib edilmiş 15 mart 2010-cu il tarixli aktdan görünür ki, Bakı şəhəri, Heydər Əliyev prospekti 99 ünvanında yerləşən Qara Qarayev adına 8 saylı musiqi məktəbinin texniki vəziyyətini müayinə etmək üçün binaya baxış keçirilmişdir. Musiqi məktəbinin texniki vəziyyətini müəyyən etmək üçün yerinə yetirilən mühəndis-geoloji tədqiqatlar və binaya vizual baxış əsasında Bakı şəhərində Qara Qarayev adına 8 saylı musiqi məktəbinin binasının təmiri və yenidənqurulması üçün təsdiq olunmuş Layihələndirmə Tapşırığının 4.1-ci bəndlərinə, eyni zamanda Q.Qarayev adına 8 saylı musiqi məktəbinin normal fəaliyyətini təmin etmək məqsədilə mövcud tikinti norma və qaydalarına uyğun olaraq binanın yenidənqurulması layihəsi üzrə mövcud binanın bünövrə və əsas yük daşıyıcı konstruksiyaları məqbul hesab edilmir və köhnə binanın tamamilə sökülməsi, yerində müasir tələblərə cavab verən və Heydər Əliyev prospektində yerləşən binaların yenidənqurma-memarlıq üslubuna uyğun olan yeni musiqi məktəbi binasının layihələndirilməsi məqsədəuyğun hesab edilmişdir. - Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin 2011-ci il tarixli sərəncamından görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin balansında olan Bakı şəhəri Ramana qəsəbəsində yerləşən 70 mənzilli 5 mərtəbəli binada yerləşən 2 otaqlı 21 saylı, 2 otaqlı 25 saylı və 3 otaqlı 24 saylı mənzillərin ailə üzvləri ilə birlikdə iddiaçıların daimi istifadəsinə verilməsi məqsədilə Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin balansından çıxarılmışdır. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-İNZ(81)-817/2011 nömrəli, 05.07.2011-ci il tarixli qərarı ilə (hakim Q.R.Abbasov) iddianın təmin edilməsi, Qaçqınlar və X12 üzrə Dövlət Komitəsinin balansında olan Bakı şəhəri Ramana qəsəbəsində yerləşən 5 mərtəbəli binanın 2 otaqlı 25 saylı mənzilin İddiaçı2 İsfəndiyar qızı və ailə üzvü X10 adına, 2 otaqlı 25 saylı mənzilin İddiaçı3 Nürəddin oğlu və ailə üzvləri X5, X6 adlarına, 3 otaqlı 24 saylı mənzilin X14 və ailə üzvləri İddiaçı1, X20, X19, X9 adlarına daimi istifadə üçün mənzillərin tutulmasına dair orderlərin verilməsi məqsədi ilə rəsmi sənədlərin Bakı şəhər İH-nə təqdim edilməsinin Qaçqınlar və X12 üzrə Dövlət Komitəsinə həvalə edilməsi, adları yuxarıda qeyd edilən şəxslərə mübahisəli mənzillərin tutulması üçün orderlərin verilməsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. - X1 Company tərəfindən məhkəməyə daxil olmuş 27.04.2021-ci il tarixli, 94/21 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyinə əsasən qeyd edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 mülkiyyətində olmuş Bakı şəhəri, ünvan 4anov rayonu, H.Əliyev prospekti 99 ünvanında yerləşmiş, ümumi sahəsi 397 kvadrat metr olan, hazırda sökülmüş ikimərtəbəli binanın birinci mərtəbəsində olan yaşayış sahəsinin mövcud orta bazar qiyməti-635.200 manat məbləğində müəyyən olunur. Eyni zamanda Ramana qəsəbəsində yerləşən 3 mənzilin mövcud orta bazar dəyəri 120.000 manat məbləğində müəyyən olunur. - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən məhkəməyə daxil olmuş 27.07.2021-ci il tarixli, MİHO/1-1.1-22021-238 nömrəli məktubuna əlavə edilmiş daşınmaz əmlakın qiymətləndirilməsi barədə 30.04.2021-ci il tarixli, MİHO/1-1.1-2-2021-66 nömrəli məktubun surətinə əsasən qeyd edilmişdir ki, iddiaçılar İddiaçı1 və digərlərin cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və 3-cü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələblərinə dair iddiaları üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-1(103)-849/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qərardadına əsasən 2-1(103)-849/2020 saylı inzibati iş üzrə məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsi "xxxx" MMC-yə həvalə edilmiş və ekspertizanın aparılmasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin aparıcı məsləhətçi-nəzarətçi müfəttişi X11 iştiraki təmin edilmişdir. Ermənistan Respublikasından qaçqın düşmüş iddiaçılar 1988-ci ildə Bakı şəhəri, Heydər Əliyev prospekti 99 saylı evin 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsində məskunlaşmış və daha sonra həmin ərazidə Q.Qarayev adına musiqi məktəbi inşa edildiyi üçün Azərbaycan Respublikasının keçmiş Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi tərəfindən 2011-ci ildə Bakı şəhəri Ramana qəsəbəsində yerləşən 5 mərtəbəli yaşayış binasında mənzillərlə təmin olunmuşlar. X4 Əliyev və digər iddiaçılar tərəfindən qeyd olunan əraziyə baxış keçirilərkən Bakı şəhəri, Heydər Əliyev prospekti 99 saylı evin 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsinin onlara məxsus olması barədə sənədlər, eyni zamanda müvafiq baxış aktı, cizgilər və fotoşəkillər təqdim edilmədiyi üçün rəy bildirmək mümkün olmamışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Hazırkı iş üzrə Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi işin mahiyyəti ilə bağlı düzgün hüquqi qiymətləndirmə aparmamışdır. Belə ki, burada tərəflər arasında yaranan mübahisənin predmetini cavabdehin bina üzərində bundan irəli gələn hüquq və vəzifələrini həyata keçirməsi nəticəsində iddiaçıların hüquqlarının məhdudlaşdırmasının müəyyən edilməsi təşkil etmir. Qiymət verilməli olan məsələ iddiaçıların cavabdeh tərəfindən məskunlaşdıqları binadan köçürülməsi nəticəsində müvafiq mənzillərlə təmin edilməsinin “ədalətli kompensasiya” anlayışı ilə əhatə olunub-olunmadığıdır.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddia tələbini iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 790000 (yeddi yüz doxsan min) manat məbləğində dövlət büdcəsi hesabına kompensasiya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə həvalə edilməsi təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.07.2009-cu il tarixli 192s nömrəli sərəncamı ilə iddiaçıların yaşadığı sahənin yerləşdiyi Bakı şəhəri Heydər Əliyev prospekti 99 ünvanda yerləşən, hazırda Q.Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin yerləşdiyi, ümumi sahəsi 740 kv.m. olan ikimərtəbəli bina Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansından götürülərək, AR Mədəniyyət və Turizm Nazirliyinin balansına verilmişdir. Həmin bina onbirillik musiqi məktəbinin binasının layihələndirilməsi üçün sökülmüş və yerində Q.Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbi inşa edilmişdir. Həmçinin, iddiaçılar həmin binadan köçürülərək, AR Qaçqınların və X12 üzrə Dövlət Komitəsi tərəfindən Komitənin balansında olan Bakı şəhəri Ramana qəsəbəsində yerləşən 70 mənzilli 5 mərtəbəli binada yerləşən 2 otaqlı 21 saylı, 2 otaqlı 25 saylı və 3 otaqlı 24 saylı mənzillərlə təmin olunmuşlar. İddiaçılar həmin mənzilləri satmışlar. İddiaçı3 Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən mənzili 21571 manata satmışdır. Digər iddiaçılar mənzillərini satdıqlarını etiraf etmişlər, mənzillərin satışına dair sənədlər iş materiallarına əlavə edilməmişdir. «İnzibati icraat haqqında» AR Qanununun 67 və 68-ci maddələrinə əsasən maraqlı şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur ki, kompensasiya maraqlı şəxsin müraciətinə əsasən və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olaraq ödənilir. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən, maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Həmin Qanunun 89.1-ci maddəsinə görə, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli bina cavabdehin qərarı ilə deyil, yuxarı inzibati orqan AR Nazirlər Kabinetinin 30.07.2009-cu il tarixli 192s nömrəli sərəncamı ilə cavabdehin balansına verilmişdir. Bu baxımdan cavabdeh yuxarı inzibati orqanın göstərişi ilə əmlaka sahiblik etdiyindən cavabdeh tərəfindən iddiaçıların hüquqlarını məhdudlaşdıran və onlara zərər vuran hər hansı bir hərəkətə yol verilməmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə mübahisəli binadan köçürülmüş şəxslərə kompensasiya ödənilməsi üçün hər hansı bir vəsaitin ayrıldığı işdən müəyyən olunmur. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası X1 Company tərəfindən məhkəməyə daxil olmuş 27.04.2021-ci il tarixli, 94/21 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, mütəxəssis rəyini sübut kimi qəbul etmir, belə ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən məhkəməyə daxil olmuş 27.07.2021-ci il tarixli, MİHO/1-1.1-22021-238 nömrəli məktubuna əlavə edilmiş daşınmaz əmlakın qiymətləndirilməsi barədə 30.04.2021-ci il tarixli, MİHO/1-1.1-2-2021-66 nömrəli məktubundan göründüyü kimi və iddiaçıların etirafına əsasən iddiaçılar tərəfindən heç bir sənəd təqdim edilmədiyindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin nümayəndəsi tərəfindən rəy verilməsi mümkün olmamışdır, belə olan halda birtərəfli qaydada tərtib edilmiş mütəxəssis rəyi məhkəmə tərəfindən sübut kimi qəbul edilmir, eyni zamanda iddiaçılar məskunlaşdıqları binadan köçürülməsi nəticəsində müvafiq mənzillərlə təmin edilərək, onlara ədalətli kompensasiya ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların mübahisəli qeyri-yaşayış sahəsindən istifadə hüququ tanınsa da, qeyri-yaşayış sahəsinə aid olan torpaq sahəsinə dair iddiaçıların mülkiyyət hüquqları olmamış, torpaq dövlətə məxsus olmuş, iddiaçılar istifadə hüququ tanınan sahənin əvəzinə mənzillərlə təmin olunmuş və işin hallarından da göründüyü kimi iddiaçılar öz iradələrinə uyğun olaraq mənzilləri sonradan satmışlar, mənzillərin iradələrinə zidd satılması isə iş materialları ilə sübut olunmur. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçılara ziyan vurulmadığından, cavabdehin torpaq ayırmaq səlahiyyəti olmadığından, məhkəmə kollegiyası iddiaçıların Ramana qəsəbəsində ayrılan mənzillərə dair torpaq sahəsinin olmaması dəlini əsassız hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və bu səbəbdən iddiaçıların hüquqlarını pozmamışdır, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-1475/2019 saylı, 18 iyun 2019-cu il tarixli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qiymətləndirmə rəyi üzrə həyata keçirilən xidmətin dəyəri olaraq 600 manat tərəflərdən barəbər tutulmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1475/2019 saylı, 18 iyun 2019-cu il tarixli qərarı ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə qarşı “iddiaçılara 790000 (yeddi yüz doxsan min) manat məbləğində dövlət büdcəsi hesabına kompensasiya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə həvalə edilməsi”nə dair iddia tələbi rədd edilsin. Qiymətləndirmə rəyi üzrə həyata keçirilən xidmətin dəyəri olaraq 300 (üç yüz) manat iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tutularaq “X1 Company” MMC-nin (VÖEN:**********, H/h AZ 61İBAZ********************, Bank: ABB Mətbuat şöbəsi; VÖEN **********, kod:805142, M/H:AZ03NABZ********************, SWİFT:İBAZAZ2X) xeyrinə ödənilsin. Qiymətləndirmə rəyi üzrə həyata keçirilən xidmətin dəyəri olaraq 300 (üç yüz) manat cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən tutularaq “X1 Company” MMC-nin (VÖEN:**********, H/h AZ 61İBAZ********************, Bank: ABB Mətbuat şöbəsi; VÖEN **********, kod:805142, M/H:AZ03NABZ********************, SWİFT:İBAZAZ2X) xeyrinə ödənilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-67/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-67/2021
12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver