Məhkəmə qərarları › İş №2-1(103)-670/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-670/2021

02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-670/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “sosial yardımın hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4723/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və ünvanlı sosial yardımın verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 2019-cu ilin yanvar ayından müraciət etdiyi vaxtda aylıq 383 AZN məbləğində ona ödənilməli olan ünvanlı sosial yardımın hesablanması və ünvanlı sosial yardımın hesablanması və ödənilməsi üçün bağlanan 24 aylıq müqavilənin ilkin müraciət etdiyi vaxtdan verilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş iddia ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixində e-gov.az portalı vasitəsilə ünvanlı sosial yardımın alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə **********63101 nömrəli əizə müraciət etmişdir. Bildirir ki, 2019-cu il ərzində ƏƏSMN Nazirliyinin sosial bazasında il ərzində 6.030.21 manat əmək haqqı hesablanmışdır və bu əmək haqqında 1.507.56 manat vergi tutularaq dövlət büdcəsinə ödənilmişdir və 2019-cu il ərzində cari gəlirin 4522.65 manat olmuşdur. 4 nəfərdən ibarət olan ailəsində tək işləyən o, olduğundan (həyat yoldaşının öhdəliyində 1 və 3 yaşında iki körpə olduğundan) 4 nəfər insanın yaşayış minimumları 4*190=760 etdiyindən onun gəliri isə 377 manat təşkil etdiyi üçün ünvanlı sosial yardım üçün müraciət etmişdir. xx xxxxx 2020-ci il tarixində sonuncu dəfə sms vasitəsilə ona cavab verilərək aztəminatlılıq meyarına uyğun gəlmədiyi, yəni həyat yoldaşının istifadəsində qeyd etmədiyi mobil nömrə aşkarlandığı üçün ünvanlı sosial yardım verilməsindən imtina edilmişdir. Belə ki, onun həyat yoldaşının istifadəsində göstərilən mobil nömrə xx.xx.2020-ci ildə alınmışdır. Sonuncu müraciəti isə xx.xx.2020-ci il tarixdə olmuşdur. Bundan əlavə indiyədək etdiyi 11 müraciətə gələn imtinaların çoxu əsassızdır. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu cür hərəkətlərlə süründürməçiliyə yol verir. Bunun sübutu olaraq digər 10 müraciətin və imtina cavablarının qanuna zidd olduğunu yoxlanılması xahiş olunur. **********63103 nömrəli ərizədə müraciətinə verilən imtina da əsas gətrilən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü İddiaçı istifadəsində xx.xx.2013 tarixdən nəqliyyat vasitəsinin olması cavabı tamamilə qanuna ziddir. Çünki istifadəsində göstərilən nəqliyyat vasitəsi 2017-ci ildən digər bir nəfərin adına rəsmiləşdirilmişdir və etibarnamə verən insanın adından çıxan nəqliyyat vasitəsi artıq onun mülkiyyəti olmadığından etibarnamə də hüquqi qüvvəsini itirir. **********63106 nömrəli ərizə ilə müraciətinə verilən imtinada isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü İddiaçı xx.xx.2012 tarixdən vergi ödəyicisi kimi uçota gəliri barədə məlumatın təqdim edilməməsi göstərilir və bildirir ki, “Dövlət qulluğu haqqında” Qanuna görə dövlət qulluqçusu əlavə ödənişli fəaliyyətlə məşğul ola bilməz və VEÖN xx.xx.2020 ci il tarixdən bağlanılmış olsa da, **********63107, **********63108, **********63109, **********63110 nömrəli ərizə müraciətlərinə də, bu cavabla imtina verilmişdir. Hesab edir ki, cavabdehin bu imtinaları əsassızdır və qeyri-qanunidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4723/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4723/2020 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, cavabdehin nümayəndəsini dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşdə olan sənədlərin surətlərindən müəyyən edilmişdir ki, iddiaçıya müxtəlif tarixli müraciətləri ilə bağlı ünvanlı sosial yardımın təyin olunmasınadair ərizələrin təmin olunmasıdan müxtəlif əsaslarla imtina edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsini, “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1700-VQ Qanununu, "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun 3, 6.2, 6.3, 7.1, 7.3-cü maddələrini, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”-nın 7.1, 7.3-cü maddələrini, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsini tətbiq etməklə belə qərara gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçı sosial yardım hüququna malik olmadığından iddiaçının ünvanlı sosial yardım təyin edilməsi barədə müraciətinin təmin olunmasından qanuni əsaslarla imtina edildiyindən, bununla da, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçının inzibati orqana müraciətlərindən Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü İddiaçı xx.xx.2012-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınsa da, gəliri barədə məlumatın təqdim edilməməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təqdim edilən məlumata əsasən **********20930 abonent kodunun aşkarlanmaması, ailə üzvü X2 adına rəsmiləşdirilmiş +**********24 telefon nömrəsinin bəyan edilməməsi, ailə üzvü İddiaçı adına əmək müqaviləsi və ya müqavilələri üzrə əmək haqqı məblğində uyğunsuzluqlar olması səbəblərindən imtina edilmişdir ki, iddiaçı tərəfindən məhkəmə icraatı zamanı həmin dövrdə imtinaya əsas olmuş qeyd edilən səbəblərin əsassız olması barəsində hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eyni olduğundan və Məhkəmə kollegiyası həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığından, Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4723/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar