Məhkəmə qərarları › İş №2-1(103)-670/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-670/2024

26.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-670/2024 26.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə Hacıqabul rayon Dövlət Arxivinin müdiri X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)-2501/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququ yarandığı 4 oktyabr 2020-ci il tarixdən (57 yaşdan) təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 4 oktyabr 1963-cü il tarixdə doğulmuşdur. Onun 1979-ci ilin iyun ayından hal-hazıradək ümumilikdə 42 il əmək stajı vardır. Belə ki, 1 sentyabr 1983-cü il tarixdən 18 iyul 1989-cu il tarixədək Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almış, 26 sentyabr 1989-cu il tarixdən 15 mart 2019-cu il tarixədək "xxxx" (Şirvan İES və indiki Şirvan Cənubelektrik Stansiyası MMC) də qazanturbin üzrə maşinist və 29 mart 2019-cu il tarixdən hal-hazıradək isə "xxxx" ASC-nin "xxxx" MMC-də sahil nasosxana qurğularının istismarı sahəsində qazan-turbin üzrə maşinist vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr ağır iş olduğundan, onun 4 oktyabr 2020-ci il tarixdə 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədi ilə cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin həmin qurum onun müraciətdə qaldırılan məsələnin həllindən imtina etmiş və imtinasını iddiaçının 1 yanvar 2006-cı il tarixədək iş stajının 25 ildən az olması ilə əsaslandırmışdır. İddiaçı hesab edir ki, onun təhsil müddəti iş stajı ilə birgə nəzərə alındqıda iş stajı 25 ildən çox təşkil edir Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)-2501/2022 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-84/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə, Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2- 1(112)-2501/2022 saylı qərarı ləğv edilərək iddia təmin edilmişdir. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1640/2023 nömrəli qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2- 1(103)-84/2023 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ərizə ilə müraciət edərək iddia tələbindən imtina etdiyini bildirmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh ərizə münasibət bildirərək, hər hansı etirazının olmadığını, bu barədə qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını və iddia tələbindən imtina edilməsi barədə ərizəni araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. AR İPM-in 12.-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. AR MPM-in 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. AR İnzibati Prosessual Məcəllənin 55.1-ci maddəsinə görə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə görə iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina edilməsi qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, iddia tələbindən imtina edilmə barədə ərizə qəbul edilməli, iddia tələbi üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 87, 88 və 89-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı iddia tələbindən imtina edilmə barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar