Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-671/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X5 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "qərarın ləğv edilməsi" tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3254/2024 saylı 02 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2014-cü il tarixli 137 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2015-ci il tarixindən ömürlük 133.15 manat dəyərində yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-N-146139/2023 nömrəli Əmək pensiyası hüququna baxılmasında mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala dəvət haqqında təqdim olunmuş məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğuaraşdırılıb. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 N°-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Araşdırma zamanı, sizə dair 1 yanvar 2006-cı il tarixindən bugünədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları 2006-cı il üzrə 1 ay, 2007ci il üzrə 3 ay, 2008-ci il üzrə 8 ay, 2010-cu il üzrə 7 ay və 2014-cü il üzrə 9 ay (ümumilikdə 2 il 4 ay) fərdi hesabınızın sığorta hissəsində öz əksini tapmadığından həmin ayları sosial sığorta stajınıza daxil etmək mümkün deyil. Bu səbəbdən də sizin ümumi iş stajınız 20 ildən az (18 il 8 ay 9 gün (xx.xx.1978-xx.xx.1989-cu il, xx.xx.2001-xx.xx.2006-cı il, xx.xx.2006- xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2008-xx.xx.2008-ci il, xx.xx.2008- xx.xx.2008-ci il, xx.xx.2009-xx.xx.2010-cu il və xx.xx.2014-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajınız isə 10 ildən az (8 il 2 ay 9 gün (xx.xx.2001xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2008xx.xx.2008-ci il, xx.xx.2008-xx.xx.2008-ci il, xx.xx.2009-xx.xx.2010-cu il və xx.xx.2014xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, sizə xx.xx.2015-ci il tarixindən Fondun Sabunçu rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Eyni zamanda bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, sizə vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququnuza yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün 10 iyul 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 3 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməyiniz xahiş olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli aktına əsasən “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vətəndaş İddiaçı (bundan sonramaraqlı şəxs) vaxtilə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılıb. Həmin Qanunun 21.2-ci maddəsinın tələblərinə uyğun qaydada maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-17-1/2-N- 146136/2023 nömrəli məktubla Mərkəzi Filiala dəvət olunub. 2. Maraqlı şəxs xx.xx.2023cü il tarixində Mərkəzi Filiala gəlmiş və aşağıda imza edən vəzifəli şəxslər tərəfindən qəbul edilib. Maraqlı şəxsə araşdırma zamanı, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən baxılmasına dair ətraflı məlumat verildi. Daha sonra maraqlı şəxsin yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənildi. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-14765/2023 nömrəli Qərarında qeyd olunmuşdu ki, vətəndaşa əmək pensiyası təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2-ci, 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilsin, adıçəkilən şəxsə əmək pensiyasının ödənişi dayandırılsın və ona artıq ödənilmiş pensiyanın məbləği müəyyən edilsin, “İnzibati icraat haqqında” Qanunun 67.13-cü maddəsinin tələblərinə uyğun qaydada şəxsə məlumat verilsin, artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görülsün. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli 3- 17-1/3-3-14767/2023 nömrəli qərarında İddiaçı xx.xx.2015-ci il tarixdə təyin olunmuş pensiya məbləğinin 327 manat 21 qəpik təşkil etdiyi və dayandırmanın səbəbinin xidməti araşdırma olduğu qeyd olunmuşdur. Bundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiya ödənişinin dayandırılması haqqında qərarının ləğv edilərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixli dəqiqləşmə ərizəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 12 iyul 2023-cü il tarixli 3-17-1/3-3-14767/2023 saylı “Əmək pensiyasının dayandırılması haqqında” və 12 iyul 2023-cü il tarixli 3-17-1/3-3-14765/2023 saylı “Əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilməsi haqqında” qərarların ləğv edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 yanvar 2015-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qərarına əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya ödənişi dayandırılmışdır. Bununla bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiya ödənişinin dayandırılması barədə qərarın ləğv edilməsi və pensiya hüququnun bərpa edilməsi barədə müraciətləri nəticəsiz qalmışdır. Bu səbəbdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınınmənə güzəştli şərtlərlə yaşa görə əmək pensiya ödənişinin dayandırılması barədə qəbul etmiş olduğu qərarında istinad etdiyi hallar qanunsuz və əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 N-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Araşdırma zamanı, iddiaçıya dair 1 yanvar 2006-cı il tarixindən bugünədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları 2006cı il üzrə 1 ay, 2007-ci il üzrə 3 ay, 2008-ci il üzrə 8 ay, 2010-cu il üzrə 7 ay və 2014-cü il üzrə 9 ay (ümumilikdə 2 il 4 ay) fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığından həmin ayları onun sosial sığorta stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 20 ildən az (18 il 8 ay 9 gün(xx.xx.1978-xx.xx.1989cu il, xx.xx.2001-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2008-xx.xx.2008-ci il, xx.xx.2008-xx.xx.2008-ci il, xx.xx.2009-xx.xx.2010-cu il və xx.xx.2014-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 10 ildən az (8 il 2 ay 9 gün (xx.xx.2001-xx.xx.2006-cı il, xx.xx.2006- xx.xx.2007-ci il, xx.xx.2007xx.xx.2007-ci il, xx.xx.2008-xx.xx.2008-ci il, xx.xx.2008- xx.xx.2008-ci il, xx.xx.2009xx.xx.2010-cu il və xx.xx.2014-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya 01.01,2015-ci il tarixindən Fondun Sabunçu rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Eyni zamanda Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün 10 iyul 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 3 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmişdir. Bundan sonra əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilməsi və əmək pensiyasının dayandırılması haqqında qərarlar qəbul edilmişdir. Göründüyü kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3254/2024 saylı 02 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 12 iyul 2023-cü il tarixli 3-17-1/3-3-14767/2023 saylı “Əmək pensiyasının dayandırılması haqqında” və 12 iyul 2023-cü il tarixli 3-17-1/3-3-14765/2023 saylı “Əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilməsi haqqında” qərarların ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin və ona əlavənin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə yanaşı əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına qiymət vermədən, əsassız olaraq iddianı təmin etmişdir. iddiaçıya dair 1 yanvar 2006-cı il tarixindən bugünədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları 2006-cı il üzrə 1 ay, 2007-ci il üzrə 2 ay, 2008-ci il üzrə 2 ay, 2010-cu il üzrə 2 ay (ümumilikdə 7 ay) fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığından həmin ayları onun sosial sığorta stajına daxil etmək mümkün deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 10 ildən az (9 il 7 ay 8 gün (xx.xx.2001- xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2008- xx.xx.2008-ci il, xx.xx.2008-xx.xx.2010-cu il, xx.xx.2013-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Lakin Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd olunanları nəzərə almadan iddianı təmin etmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırda cavabdeh inzibati orqanın 12 iyul 2023-cü il tarixli 3-17-1/3-3-14767/2023 saylı “Əmək pensiyasının dayandırılması haqqında” və 12 iyul 2023-cü il tarixli 3-17-1/3-3-14765/2023 saylı “Əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilməsi haqqında” qərarlarını mübahisələndirir. Həmin qərarların iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin faktiki hallarına görə, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2014-cü il tarixli 137 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2015-ci il tarixindən ömürlük 133.15 manat dəyərində güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş iddiaçıya aid pensiya işi və inzibati icraat materiallarından görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminatı departamentinə ünvanlanmış xidməti məktubda bildirilmişdir ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "b" bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Araşdırma zamanı, vaxtilə İddiaçı pensiya təyin edilərkən təqdim etdiyi əmək kitabçasında qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajının 10 ildən az (9 il 1 ay 26 gün) təşkil etdiyi müəyyən edilmişdir. 1 yanvar 2006-cı il tarixindən bugünədək adıçəkilən şəxsə dair ödənilməli olan məcburi dövlət sosial sığorta haqları 2006-cı il üzrə 1 ay, 2007-ci il üzrə 2 ay, 2008- ci il üzrə 2 ay və 2010-cu il üzrə 2 ay olmaqla (ümumilikdə 7 ay) pensiya sığorta kapitalının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilib. Buna görə də həmin ayları onun sosial sığorta stajına daxil etmək mümkün deyil. Eyni zamanda İddiaçı əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçasının 1-ci və 41-ci səhifələrində NT-1 913458, digər səhifələrində isə NT-1 913456 nömrəsi qeyd olunmuşdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, ona xx.xx.2015-ci il tarixindən Fondun Sabunçu rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən sözügedən maddənin tələbləri nəzərə alınmaqla ona ümumilikdə 9903,26 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Eyni məzmunda cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2- N-146139/2023 nömrəli məktubu da olmuşdur. Həmin məktubda əlavə olaraq qeyd olunmuşdu ki, araşdırma zamanı 1 yanvar 2006-cı il tarixindən bugünədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları 2006-cı il üzrə 1 ay, 2007-ci il üzrə 3 ay, 2008-ci il üzrə 8 ay, 2010-cu il üzrə 7 ay və 2014-cü il üzrə 9 ay (ümumilikdə 2 il 4 ay) fərdi hesabın sığorta hissəsində öz əksini tapmadığından həmin ayları sosial sığorta stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də ümumi iş stajı 20 ildən az (18 il 8 ay 9 gün (xx.xx.1978xx.xx.1989-cu il, xx.xx.2001-xx.xx.2006-cı il, xx.xx.2006- xx.xx.2007-ci il, xx.xx.2007xx.xx.2007-ci il, xx.xx.2008-xx.xx.2008-ci il, xx.xx.2008- xx.xx.2008-ci il, xx.xx.2009xx.xx.2010-cu il və xx.xx.2014-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 10 ildən az (8 il 2 ay 9 gün (xx.xx.2001- xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2008- xx.xx.2008-ci il, xx.xx.2008-xx.xx.2008-ci il, xx.xx.2009-xx.xx.2010-cu il və xx.xx.2014- xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, xx.xx.2015-ci il tarixindən Fondun Sabunçu rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün iddiaçının 10 iyul 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 3 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli aktında qeyd olunmuşdu ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vətəndaş İddiaçı (bundan sonra-maraqlı şəxs) vaxtilə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılıb. Həmin Qanunun 21.2-ci maddəsinın tələblərinə uyğun qaydada maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-17-1/2-N-146136/2023 nömrəli məktubla Mərkəzi Filiala dəvət olunub. Maraqlı şəxs xx.xx.2023-cü il tarixində Mərkəzi Filiala gəlmiş və aşağıda imza edən vəzifəli şəxslər tərəfindən akt qəbul edilib. Maraqlı şəxsə araşdırma zamanı, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən baxılmasına dair ətraflı məlumat verildi. Daha sonra maraqlı şəxsin yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənildi. Ödənilmiş məcburi dövlət sosial sığorta haqları haqqında xidməti məruzədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun sığortaolunan İddiaçı (SSN: **********003) fərdi şəxsi hesabında yaranmış uyğunsuzluqla bağlı Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ünvanladığı müraciətinə baxılmışdır. İddiaçı fərdi şədi şəxsi hesabında yaranmış uyğunsuzluqla bağlı 21 iyul 2023- cü il tarixində 3-17-1/1-N- 181858/2023 nömrəli müraciətinə əsasən Filial tərəfindən Fonda müraciət edilmişdir. Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamenti tərəfindən Filiala ünvanlanmış cavab məktubunda sığortaedən, Bakı Baş Səhiyyə İdarəsi Suraxanı rayon 9 saylı X1 Poliklinikası (SUN: **********0) tərəfindən təqdim edilmiş 2007-2008-ci illər üzrə illik məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlara əsasən 2007-ci ilin dekabr ayı və 2008-ci ilin iyul-dekabr ayları üçün məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqlarının müəyyən edilmiş faizlə hesablandığı, lakin sığortaedən tərəfindən həmin illər ərzində ödənilmədiyi və 2007-2008- ci illər üzrə təqdim edilmiş illik hesabatlara əsasən məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış debitor borca uyğun olaraq 2009-cu ildə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarından borc ödənişi kimi bölüşdürülməli olduğu halda İddiaçı fərdi şəxsi hesabında 2009-cu ilin yanvar-aprel aylarında cari ödənişlərlə birlikdə cəmlənərək əks olunduğu bildirilmişdir. İddiaçı fərdi şəxsi hesabı ilə bağlı təqdim edilmiş məlumatların nəzərə alınması üçün X6 təminatı departamentinə aidiyyəti üzrə göstəriş verməyi xahiş edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14765/2023 nömrəli Qərarında göstərilir ki, vətəndaşa əmək pensiyası təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2-ci, 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilmiş, adıçəkilən şəxsə əmək pensiyasının ödənişi dayandırılmış və ona artıq ödənilmiş pensiyanın məbləğinin müəyyən edilməsi, “İnzibati icraat haqqında” Qanununun 67.13-cü maddəsinin tələblərinə uyğun qaydada şəxsə məlumat verilməsi, artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görülməsi qərara alınmışdır. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarxli 3- 17-1/3-3-14767/2023 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2015-ci il tarixdə təyin olunmuş pensiya məbləği 327 manat 21 qəpik təşkil edir. Dayandırmanın səbəbi xidməti araşdırma. Hazırda iddiaçı həmin qərarları mübahisələndirir. İddiaçının iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Hüquq münasibətlərinin yarandığı dövrdə (iddiaçıya pensiya təyin edildiyi vaxt) qüvvədə olmuş (xx.xx.2017-ci il tarixədək qüvvədə olan) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndinə görə 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Beləliklə, iddiaçının vəziyyətində 2015-ci ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün həmin tarixədək 20 il ümumi iş stajı toplamalı, bunun 10 ilini zərərli işlərdə işləməli, həmçinin 52 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67- ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-N-228598/2023 nömrəli məktubunda bildirmişdir ki, Araşdırma zamanı, 1 yanvar 2006-cı il tarixindən bugünədək sizə dair ödənilməli olan məcburi dövlət sosial sığorta haqları 2006-cı il üzrə 1 ay, 2007-ci il üzrə 2 ay, 2008-ci il üzrə 2 ay və 2010-cu il üzrə 7 ay olmaqla (ümumilikdə 1 il) pensiya sığorta kapitalının fərdi hesabınızın sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilib. Buna görə də həmin ayları sizin sosial sığorta stajınıza daxil etmək mümkün deyil. Bu səbəbdən də sizin ümumi iş stajınız 20 ildən az (19 il 6 ay 9 gün (xx.xx.1978-xx.xx.1989cu il, xx.xx.2001-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2008-xx.xx.2008-ci il, xx.xx.2008-xx.xx.2008-ci il, xx.xx.2009-xx.xx.2010-cu il və xx.xx.2013-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajınız isə 10 ildən az (9 il 6 gün (xx.xx.2001- xx.xx.2006-cı il, xx.xx.2006- xx.xx.2007-ci il, xx.xx.2007xx.xx.2007-ci il, xx.xx.2008- xx.xx.2008-ci il, xx.xx.2008- xx.xx.2008-ci il, xx.xx.2009xx.xx.2010-cu il və xx.xx.2013- xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, sizə xx.xx.2015-ci il tarixindən Fondun Sabunçu rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olanredaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla ona ümumilikdə 9903,26 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılmağı xahiş edilir. Beləliklə, müəyyən olunur ki, hazırki mübahisənin yaranmasına səbəb cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının 2006-cı il üzrə 1 ay, 2007-ci il üzrə 2 ay, 2008-ci il üzrə 2 ay, 2010-cu il üzrə 2 ay (ümumilikdə 7 ay) fərdi hesabının sığorta hissəsinə aid edilməməsidir. Halbuki, iddiaçıya aid əmək kitabçası, məcburi dövlət sosial sığorta haqları ilə bağlı məlumatdan müəyyən olunur ki, iddiaçı xx.xx.2001-ci ildə Suraxanı rayonu 9 saylı stomatoloji poliklinkada xx.xx.2001-ci il tarixdən 0.5 ştat vahidi ilə tibb bacısı vəzifəsinə götürülmüş, 0.5 ştat vahidi ilə rentgen laborant vəzifəsinə qəbul edilmiş, xx.xx.2010-cu ildən həmin vəzifədən azad edilmişdir. Bununla da iddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2010-cu il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Birinci instansiyası məhkəməsinin sorğu əsasında əldə etdiyi məcburi sosial sığorta haqları ilə bağlı fərdi hesab məlumatından görünür ki, iddiaçının mübahisələndirilən əmək fəaliyyəti dövründə 2006-cı ilin avqust ayı, 2007-ci ilin iyul və avqust ayları, 2008-ci il üzrə yanvar və aprel ayları, 2010-cu ilin iyun və iyul ayları üçün işəgötürən sığortaedən tərəfindən ödəniş edilməmişdir. İşin birinci instansiyası məhkəməsinə təqdim olunmuş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 18-1-1/2-8763/2023 nömrəli “DOST” Agentliyinə ünvanlanmış məktubunda bildirilmişdir ki, ləğv olunmuş 9 nömrəli X1 Poliklinikası aidiyyəti üzrə təhkim olunduğu ərazi üzrə yaşayan əhaliyə pullu tibbi xidmət göstərmiş və poliklinika pullu tibbi xidmətdən əldə etdiyi daxili gəlirləri hesabına fəaliyyət göstərmişdir. Eyni zamanda ləğv olunmuş 9 nömrəli X1 Poliklinikası öz VÖEN-i olan və sərbəst balansda fəaliyyət göstərən müstəqil bir tibb müəssisəsi olmuşdur. Hal-hazırda Ləğv olunmuş 9 nömrəli X1 Poliklinikasının binasında fəaliyyət göstərən "xxxx" MMC-nin arxivində saxlanılan və onlar tərəfindən "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsin Maliyyə departamentinə təqdim edilən mövcud arxiv sənədlərinə əsasən poliklinikanın keçmiş işçisi İddiaçı qeyd olunan dövrləri əhatə edən müddətdə, yəni xx.xx.2007-ci il və xx.xx.2008-ci il tarixdən hər dəfə 30 təqvim günü olmaqla növbəti əmək məzuniyyətində olmuş, lakin ona növbəti əmək məzuniyyətinə görə orta əmək haqqı hesablanmamışdır. Birinci instansiya məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində düzgün olaraq bu qənaətə gəlmişdir ki, mübahisələndirilən dövr üzrə iddiaçının ödədiyi məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabına ödənilməməsi iddiaçının deyil, məhz işəgötürənin və cavabdeh orqanın tabe olduğu üst qurumun qanunvericiliklə üzərinə düşən öhdəliyi olduğu sübuta yetirilir. Belə olan halda, həmin dövr üzrə iddiaçının ödədiyi sığorta haqqı ödənişlərinin onun pensiyasında cavabdeh tərəfindən nəzərə alınmaması onun pensiya hüququnu pozmuş olur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, əməkhaqqından tutulmuş məcburi dövlət sosial sığorta haqlarının aidiyyəti üzrə ödənilməməsi və fərdi hesabında qeydə alınmaması iddiaçının pensiya hüququnu məhdudlaşdırıcı amil kimi çıxış edə, onun ziyanına şərh edilə bilməz. Əməkhaqqından tutulmuş məcburi dövlət sosial sığorta haqlarının aidiyyəti üzrə ödənilib-ödənilməməsinə, habelə həmin vəsaitin fərdi hesabında qeydə alınıb-alınmamasına nəzarət iddiaçının imkanları xaricində olmaqla, birbaşa olaraq səlahiyyətli inzibati orqanın məsuliyyəti çərçivəsində müəyyən edilən məsələdir. Mübahisəli dövrdə qüvvədə olan qanunvericiliyin normalarının tələbləri baxımından məcburi dövlət sosial sığorta haqlarının tutulub aidiyyəti üzrə ödənilməsi işəgötürənin – sığortaedənin, məcburi dövlət sosial sığorta haqlarının toplanmasına nəzarət etmək isə cavabdeh inzibati orqanın üst qurumu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi olmuşdur. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürən (sığortaedən) üzərində məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsinə nəzarət funksiyasını icra etməmiş, nəticədə tabeliyində olan cavabdeh inzibati orqan tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi əsas gətirilərək iddiaçının sosial təminat hüququ məhdudlaşdırılmışdır. Nəzərə alınmalıdır ki, iddiaçıya ödənilən əmək haqqından məcburi dövlət sosial sığorta haqları tutulmuşdur. Lakin tutulmuş həmin haqların Dövlət Sosial Müdafiə Fonduna ödənilməməsi vəziyyəti iddiaçının iradəsi və hərəkətləri nəticəsində deyil, işəgötürənin və müvafiq dövlət orqanlarının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2139/2020 nömrəli, 18 noyabr 2020-ci il tarixli; 2-1(102)- 1563/2021 nömrəli, 28 sentyabr 2021-ci il tarixli; 2-1(102)-2598/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərarları. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2633/2024 saylı 26 dekabr 2024-cü il tarixli qərardadında da qeyd olunmuşdur ki, ödənişlərlə bağlı hesabatların zamanında verilməməsi, informasiya sistemində məlumatların əks olunmaması və s. kimi hallar iddiaçının ziyanına pensiya hüququnu məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Çünki sözügedən məsələlərə riayət olunması iddiaçıdan daha çox, bu sahədəki fəaliyyətə nəzarəti həyata keçirməli olan inzibati orqanların məsuliyyət sferası ilə bağlıdır. Digər tərəfdən, məsələyə həm də qanunçuluq və mütənasiblik prinsiplərinin tələbləri nəzərə alınmaqla da qiymət verilməlidir. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə- tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik, həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, ödənişlər faktiki həyata keçirildiyi halda, hesabatların verilməməsinə və ya informasiya sistemində məlumatların əks olunmamasına istinadla pensiya təyin edilməsindən imtina edilərsə, iddiaçı həddən artıq yükə məruz qoyulmuş olar, fərdi və ümumi maraqlar arasındakı ədalətli balans pozulmaqla güdülən qanuni məqsədə öz məzmunu baxımından zəruri və yararlı olmayan müdaxilə edilməsinə gətirib çıxarır. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmi Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanununun 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Hazırki işdən görünür ki, cavabdeh qurum tərəfindən iddiaçı barəsində xx.xx.2023cü il tarixli qərarlar qəbul olunarkən “İnzibati icraat haqqında” Qanunun tələblərinə tam riayət olunmamışdır, nəticədə iddiaçının barəsində əlverişsiz qanunsuz inzibati aktlar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Qanunun: 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər; 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. İş üzrə müəyyən olunur ki, iddiaçıya mübahisəli pensiya təyinatı qərarı o dövrdə qüvvədə olan normalara əsaslanaraq qəbul edildiyindən, inzibati orqanın həmin dövrdə qüvvədə olmuş qanunun redaksiyasına əsasən pensiya təyinatı aparması həm də həmin vaxtdan etibarən hazırki tarixədək formalaşmış uzunmüddətli məhkəmə təcrübəsi ilə üstüstə düşdüyündən iddiaçıya pensiya təyinatı barədə cavabdehin qərarı qanuni əlverişli inzibati akt qismində çıxış edir. Qanuni əlverişli inzibati aktın ləğvinə isə yalnız yuxarıda adı çəkilən Qanunun 68.2-ci maddəsində nəzərdə tutulan hallarda yol verilə bilər. Hazırki işdən isə müəyyən olunur ki, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə müvafiq olaraq iddiaçıya əvvəllər güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı düzgün aparılmış və bu zaman qüvvədə olan qanunvericiliyin hər hansı tələbinin pozulması halına yol verilməmişdir. Bundan əlavə qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Hazırki işdən isə görünür ki, cavabdeh qurum iddiaçının xeyrinə olan qanuni əlverişli inzibati aktın qəbul edildiyi vaxtdan (xx.xx.2015-ci ildən) 8 il sonra həmin pensiya təyinatı barədə qərarın ləğvi və dayandırılması barədə xx.xx.2023-cü il tarixli qərarlar qəbul etmişdir ki, həmin qərarlar da qanunsuz əlverişsiz inzibati akt hesab olunurlar. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə cavabdeh qurum mübahisələndirilən qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmir. Belə olan halda məhkəmə kollegiyası inzibati icraat haqqında qanunvericiliyin tələblərindən irəli gələrək hesab edir ki, qanunsuz əliverişsiz inzibati aktlar hər bir halda ləğv edilməli və onların hüquqi nəticələri aradan qaldırılmalı, yəni ilkin pensiya təyinatı qərarına və pensiyanın hesablanma qaydasına uyğun olaraq pensiyanın əvvəlki məbləğdə hesablanaraq ödənilməsi cavabdeh tərəfindən təmin edilməlidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən əsassızdır, buna görə də həmin dəlillər qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilib, iddianın rədd edilməsi üçün əsas yaratmır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3254/2024 saylı 02 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3254/2024 saylı 02 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X10 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-671/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-671/2025
12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver