Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-672/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddiaçının qiymətləndirmədə iştirakına maneələrin aradan qaldırılması tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2804/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətlərindirilmdə iştirakına maneələrin aradan qaldırılması, hazırda və gələcəkdə iddiaçı üçün əlverişsiz hərəkətlərin edilməməsi və ya dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2804/2019 saylı xx xxxxxx 2019cu il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətlərindirilməsində iştirakına maneələrin aradan qaldırılması, hazırda və gələcəkdə iddiaçı üçün əlverişsiz hərəkətlərin edilməməsi və dayandırılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ilə müraciət edərək apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi etirazı onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən müsbət cavab aldığından sonra iddiaçı 24-xx xxxxxx 2019-cu il tarixlərdə keçirilmiş dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanına buraxılmış və iddiaçı bu imtahandan uğurla keçmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli, F-12 saylı Əmri ilə bu qeyd olunan 24-xx xxxxxx 2019-cu il tarixlərində aparılmış dianostik qiymətləndirmənin nəticələri təsdiq edilmişdir. Diaqnostik qiymətləndirmədən uğurla keçən müəllimlərin siyahısının 14-cü qrafasından göründüyü kimi İddiaçı da bu imtahandan keçmiş və onun imtahan nəticələri Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2020-ci il tarixli, F-12 saylı Əmri ilə təsdiq edilmişdir. Hazırda iddiaçı ilə cavabdeh arasında hər-hansı bir mübahisə qalmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək iddiaçı ilə cavabdehin arasında mübahisənin olmadığını, iddiaçının diaqnostik qiymətləndirmədə uğurla iştirak etdiyini bildirdi, apellyasiya şikayətinin təmin edilməməsini, iddiaçının etirazının təmin edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirinin F-12 saylı, xx.xx.2020-ci il tarixli əmrinə əsasən 24-xx xxxxxx 2019-cu il tarixlərində aparılmış diaqnostik qiymətləndirilməsinin nəticələri təsdiq edilmişdir. Əmrə əlavə edilən diaqnostik qiymətləndirmədən keçən müəllimlərin siyahısının 14-cü qrafasından göründüyü kimi İddiaçı da bu imtahandan keçmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işin mübahisə predmeti artıq mövcud olmadığından, yəni iddiaçının 24-xx xxxxxx 2019-cu il tarixlərdə keçirilmiş dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanına buraxıldığından hazırkı mübahisə üzrə apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 81, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2804/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddiaçının qiymətləndirmədə iştirakına maneələrin aradan qaldırılması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-672/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-672/2020
10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver