Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-672/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı X30, X37, X38, X34, X39, X40 və X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla kooperativin dövlət qeydiyyatına alınması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2-1(112)-5183/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqdim etdiyi sənədlər əsasında “AQRO” Kooperativinin nizamnaməsini İİ redaksiyada dövlət reyestrində qeydiyyata alınması barədə şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, “AQRO” Kooperativinin nizamnaməsinin İİ redaksiyada qeydiyyata alınması barədə ərizə ilə İdarəyə müraciət etmişdir. Müraciətinə şəxsiyyət vəsiqənin surəti -1 vərəqə, Bakı şəhəri Orconikidze (indiki Suraxanı) rayon X33 İcrayə Komitəsinin 17 yanvar 1989-cu il tarixli 1 nömrəli qərarı, “AQRO” kooperativinin qeydə alındığı nizamnamə - 11 vərəqə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 27 may 1998-ci il tarixli 11/6413 nömrəli cavab məktubunun surəti - 1 vərəqə, "AQRO” kooperativinin təsis etdiyi "İgid" X22 təsis etməsi barədə 1993-cü ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə şəhadətnamənin surəti - 2 vərəqə, İdarənin 22 iyul 2021-ci il tarixli imtina məktubunun surəti - 2 vərəqə, mərhum X7 08 dekabr 2002-ci il tarixdə və X5 04 oktyabr 2012-ci il tarixdə vəfat etmələri barədə ölüm haqqında şəhadətnamənin surəti - 2 vərəqə, İddiaçı "AQRO” Kooperativinin sədri seçildiyini təsdiq edən 07 yanvar 2003-cü il tarixli 1 nömrəli iclas protokolunun surəti - 1 vərəqə, "AQRO" Kooperativinin nizamnaməsinin İİ redaksiyada təsdiq edilməsi barədə protokolun surəti, “AQRO” kooperativinin İİ redaksiyada olan nizamnaməsi - 3 nüsxə bu sənədləri əlavə etmişdir. Cavabdeh tərəfindən 13 dekabr 2021-ci il tarixli, **********730800 nömrəli imtina məktubu verilmişdir. Həmin məktubda yazılmışdır: “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə “AQRO” Kooperativinin (Bundan sonra - Kooperativ) fəaliyyətinin yenidən bərpa edilməsi üçün 2-ci redaksiyada nizamnaməsinin təsdiq edilməsi ilə əlaqədar daxil olmuş müraciətinizə qanunvericiliyə uyğun olaraq baxılmışdır. “AQRO” Kooperativinin 2-ci redaksiyada təqdim edilmiş nizamnaməsi İddiaçı, X30, X37, X38 və X34 tərəfindən təsdiqlənsə də, həmin şəxslərin Kooperativin üzvləri olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən təsdiq edilmiş “Ordjenikidze rayonunun X16 İcrayə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə xx.xx.1988-ci il tarixli 1 saylı kooperativ üzvlərinin ümumi yığıncağında təsdiq edilmiş UPNP və KRS-də nəzdində Kooperativin Nizamnaməsinin qeydiyyata alınması qərara alınmışdır. Lakin Ordjenikidze rayonunun X16 İcrayə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə təsdiqlənmiş “AQRO” Kooperativinin nizamnaməsində Kooperativin üzvləri barədə məlumat əks etdirilməmişdir”. Lakin cavabdeh hansı hüquq müəyyənedici sənədlə qeyd olunan “AQRO” Kooperativinin nizamnaməsinin İİ redaksiyada dövlət reyestrində qeydiyyata alınmasını qadağa edən qanun normasına əsaslanaraq imtinasını əsaslandırmamışdır. Məhkəmənin nəzərinə çatdırmağı zəruri hesab edir ki, beş nəfər şəxs olan təsisçilər X18, X14, İddiaçı, X30 və X37 1988-ci ildə “AQRO” adlı kooperativini təsis etmək qərarına gəlmişlər. Məqsədləri kənd təsərrüfatı məhsulları yetişdirərək şəhər əhalisini ekoloji təmiz ərzaq məhsulları ilə təmin etmək olmuşdur. Onlar bununla əlaqədar olaraq 10 avqust 1988-ci il tarixdə “AQRO” Kooperativinin ümumi yığıncağının qərarı ilə SSRİ Neft Sənayesi Nazirliyi Lenin Ordenli və İ X23 Ordenli "AZNEFT" X11 X12 və Quyuların Əsaslı Təmiri İdarəsi yanında təsisçilər X18, X14, X37, İddiaçı və X31 tərəfindən “AQRO” Kooperativinin təsis edilməsi, “AQRO” Kooperativinin nizamnaməsinin təsdiq edilərək qəbul edilməsi, təsisçilərdən X7 “AQRO” kooperativinin sədri seçilməsi, “AQRO” Kooperativinin nizamnaməsinin Bakı şəhəri Orconikidze rayon X33 İcrayə Komitəsində qeydə alınması üçün müraciət etmək kooperativin sədri X10 həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Orconikidze (indiki Suraxanı) rayonu X33 İcrayə Komitəsinə müraciət edərək “AQRO” adlı kooperativin qeydə alınmasını xahiş etmişdirlər. Bakı şəhəri Orconikidze (indiki Suraxanı) rayon X33 İcrayə Komitəsinin 17 yanvar 1989-cu il tarixli 1 nömrəli qərarı ilə qeydə alınmışdır. Uzun illər fəaliyyət göstərmişlər. “AQRO” Kooperativi 1993-cü ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edərək “İgid” X17 təsis etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edərək “AQRO” Kooperativinin yenidən qeydiyyata alınmasını xahiş etmişdirlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 27 may 1998-ci il tarixli, 11/6413 nömrəli cavab məktubunda yazılmışdır ki, “sizin şifahi sorğunuza cavab olaraq təkrarən bildiririk ki, “Hüquqi şəxslərin qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 06 fevral 1996-cı il tarixli Qanununun 22-ci maddəsinə əsasən bu qanun qəbul edilənədək başqa orqanlarda dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədlərinin müvafiq ədliyyə orqanlarına təhvil verilməsı və onların bu orqanlarda uçota alınması müəyyən edilmişdir. Bu o deməkdir ki, göstərilən qanun qüvvəyə minənədək başqa orqanlarda qeydə alınmış hüquqi şəxslərin yenidən qeydə alınması tələb olunmur”. Buna görə də onlar “AQRO” Kooperativin fəaliyyətini davam etdirmişlər. Bu təsisçilərdən X18 08 dekabr 2002-ci il tarixdə və X14 04 oktyabr 2012-ci il tarixdə vəfat etmişlər, təsisçilərin vəfatından sonra vərəsələri olan onlar mirası faktiki qəbul edərək öhdəliklərini yerinə yetirmişlər. 07 yanvar 2003-cü il tarixdə o, “AQRO” Kooperativinin sədri seçilmişdir. 25 yanvar 2004-cü il tarixdə “AQRO” kooperativinin ümumi yığıncağının qərarı ilə SSRİ Neft Sənayesi Nazirliyi Lenin Ordenli və İ X23 Ordenli "AZNEFT" X11 X12 və Quyuların Əsaslı Təmiri İdarəsi (indiki Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “AZNEFT” X13 və X3 İdarəsi) yanında təsis edilmiş “AQRO” Kooperativinə təsis olunduğu gündən heç bir maddi yardım etmədiyini nəzərə alaraq müstəqil fəaliyyət göstərmək qərarına gəlinmişdir. Bu ildən “AQRO” Kooperativinin fəaliyyətinin bərpa edilməsi qərarına gəlmişlər, bununla əlaqədar olaraq “AQRO” Kooperativinin müasir tələblərə uyğun fəaliyyətinin təşkil edilməsi üçün nizamnaməsinin yenidən İİ redaksiyada qeydiyyata alınması üçün nizamnaməni kooperativin ümumi yığıncağının qərarı ilə protokolla təsdiq etmişlər. Bir daha qeyd edir ki, “AQRO” Kooperativinin 1993-cü ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edərək “İgid” X22 təsis etməsi onu göstərir ki, “AQRO” kooperativi mövcud olub ki, qeyd olunan “Qeyri-hökumət təşkilatı”, yəni qeyri-kommersiya təşkilatını təsis edib. “AQRO” Kooperativini ləğv etməmişlər, ləğv edilmə barədə heç bir qərar yoxdur. Cavabdehə müraciət edərək “AQRO” Kooperativinin nizamnaməsinin İİ redaksiyada qeydiyyata alınmasını xahiş etmişdir, lakin bundan imtina olunmuşdur. Çatışmazlıqların nədən ibarət olduğunu, yəni hansı sənədləri təqdim etməli olduğu konkret göstərilməmişdir. Müraciəti öz həllini tapmırsa, cavabdeh İdarənin 13 dekabr 2021-ci il tarixli, **********730800 nömrəli məktubunda “Müraciətin cavablandırılması haqqında” imtina məktubunu imtina kimi qəbul edirlər. Cavabdeh bu məktubuna (imtinasına) aydınlıq gətirməmiş, bir sözlə bu halı inzibati aktın rekvizitlərində tam göstərməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. Cavabdeh İdarənin 13 dekabr 2021-ci il tarixli, **********730800 nömrəli məktubunda “Müraciətin cavablandırılması haqqında” imtina məktubunda yazdığı və imtina kimi əsas tutduğu “Ordjenikidze rayonunun X16 İcrayə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə təsdiqlənmiş “AQRO” Kooperativinin nizamnaməsində Kooperativin üzvləri barədə məlumat əks etdirilməmişdir” sözləri ilə razılaşmaq olmaz. Belə ki, həmin dövrün qanunlarına görə görünür ki, ad və ad yazılması tələb edilməmişdir. Halbuki, 10 avqust 1988-ci il tarixli protokolla “AQRO” kooperativinin ümumi yığıncağının qərarı ilə təsisçilər X18, X14, X37, İddiaçı və X31 tərəfindən “AQRO” Kooperativinin təsis edilməsini, “AQRO” Kooperativinin nizamnaməsinin təsdiq edilərək qəbul edilməsini, təsisçilərdən X7 “AQRO” kooperativinin sədri seçilməsi, “AQRO” Kooperativinin nizamnaməsinin Bakı şəhəri Orconikidze rayon X33 İcrayə Komitəsində qeydə alınması üçün müraciət etmək kooperativin sədri X10 həvalə edilməsi qərara alınmışdır. Lakin cavabdeh həmin protokolun arxivdə olmadığını əsas tutaraq surətini təqdim etdikləri həmin protokolu nəzərə almamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, iddiaçı “Aqro” Kooperativinin ikinci redaksiyada nizamnaməsinin dövlət qeydiyyatına alınması üçün xx.xx.2021-ci il tarixdə məktubla İdarəyə müraciət etmiş və xx.xx.2021-ci il tarixdə **********730800 nömrəli məktubla İdarə tərəfindən əsaslı şəkildə cavablandırılmışdır. Bildirmişlər ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20-ci maddəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” 1996-cı il 6 fevral tarixli, 17-İQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər. Həmin Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində bütün hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları öz qanuni təmsilçiləri haqqında məlumatları, əvvəllər bu məlumatlar təqdim edilməmişsə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. Bundan başqa “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. 1 yanvar 2001-ci il tarixindən etibarən qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. 34.6-cı maddəsində isə qeyd edilir ki, hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Odur ki, ilk növbədə “Aqro” Kooperativi yuxarıda qeyd olunan tarixdən əvvəl dövlət qeydiyyatına alındığından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq üçün Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ərizə ilə müraciət etməlidir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.12-ci maddəsinə əsasən dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin ərizəyə müəssisənin dövlət qeydiyyatını təsdiq edən sənədlərinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş surəti (xx.xx.1988-ci il tarixli 1 saylı kooperativ üzvlərinin ümumi yığıncağının qərarı), müəssisənin nizamnaməsi, nizamnamənin təsdiq edilməsi, idarəetmə orqanlarının yaradılması və nizamnamə kapitalının elan olunması barədə ümumi yığıncağın protokolu (qərarı), idarəetmə orqanlarının üzvlərinin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunur. Əlavə olaraq Qanunun 14-cü maddəsinə əsasən, qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar, həmçinin qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumatlar dövlət reyestrinə daxil edilən məlumatlardır. Belə ki, xx.xx.2021-ci il tarixdə edilmiş müraciətdə “AQRO” Kooperativinin 2-ci redaksiyada təqdim edilmiş nizamnaməsi İddiaçı, X30, X37, X38 və X34 tərəfindən təsdiqlənsə də həmin şəxslərin Kooperativin üzvləri olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Müraciətə əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən təsdiq edilmiş “Ordjenikidze rayonunun X16 İcrayə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə xx.xx.1988-ci il tarixli 1 saylı kooperativ üzvlərinin ümumi yığıncağında təsdiq edilmiş UPNP və KRS-də nəzdində Kooperativin Nizamnaməsinin qeydiyyata alınması qərara alınmışdır. Lakin Ordjenikidze rayonunun X16 İcrayə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə təsdiqlənmiş “AQRO” Kooperativinin nizamnaməsində Kooperativin üzvləri barədə məlumat əks etdirilməmişdir. Həmçinin müraciətə Kooperativin üzvü olmaları iddia edilən şəxslərin ölüm haqqında şəhadətnamələri əlavə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə, vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Belə ki, şəxsin ölümü və ya məhkəmə qaydasında ölmüş elan edilməsi hüquqi fakt kimi mirasın açılmasına səbəb olmaqla vərəsəlik hüquq münasibətlərinin yaranma əsasını təşkil edir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5183/2022 nömrəli qərardadı ilə X30, X37, X38, X34, X39, X40 və X9 üçüncü şəxs qismində inzibat məhkəmə icraatına cəlb edilmişlər. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “AQRO” Kooperativinin dövlət qeydiyyatına alınması, kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2-1(112)-5183/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: Ş.Həsənova) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı "Aqro" Kooperativinin ikinci redaksiyada nizamnaməsinin dövlət qeydiyyatına alınması üçün xx.xx.2021-ci il tarixdə məktubla Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə müraciət etmişdir. Həmin müraciət xx.xx.2021-ci il tarixli **********730800 nömrəli məktubla Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən cavablandırılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, həmin müraciətə qeydiyyatdan imtina barədə qərar verilməli idi. Həmin qərarda şəxsin məhkəməyə və ya yuxarı orqana müraciət etmək hüquqları göstərilməlidir. Qeyd edilməsini zəruri hesab edirlər ki, müraciət Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxsin qeydiyyatı və ya qeydə alınmış reyestr məlumatlarında dəyişikliyin aparılması ilə əlaqədar olmadığından, ona imtina deyil, izah məktubu yazılmışdır. Müraciət edən şəxsə verilən cavabda Arxiv sənədləri mövcud olduğu halda həmin sənədlərin təqdim edildiyi təqdirdə hüquqi şəxsin mövcudluğunun reyestrə daxil ediləcəyi izah edilmişdir. Müraciət müəllifi ona yazılmış izahlı cavab məktubunu ona qarşı edilmiş imtina (inzibati akt) kimi qəbul edərək həmin məktubun etibarsız hesab edilməsi üçün İnzibati Məhkəməyə müraciət etmişdir. Halbuki həmin izahlı məktubda qeyd edilən məsələlərdən biri də, “Aqro” kooperativinin təsisçi - üzvlərinin əhatə dairəsinin müəyyən edilməməsi göstərilmişdir. Bu hal Bakı inzibati Məhkəməsi tərəfindən işin mübahisəli halı kimi qiymətləndirilmişdir. Həmin məsələyə Bakı İnzibati Məhkəməsi əsaslı araşdırma aparmadan münasibət bildirmiş, Hüquqi şəxslərin qeydiyyatı idarəsi tərəfindən qəbul edilməyən, yəni dövlət qeydiyyatına alınmamış Nizamnamə və protokolu əsas tutaraq, həmçinin əsilləri mövcud olmayan hansısa arxiv sənədlərinin ksero surəti əsasında üzvlərin əhatə dairəsini müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Lakin hazırkı Məhkəmə Qərarının 6 və 7-ci səhifələrində mövcud olan abzaslarda qeyd edilmiş, sübut kimi istifadə edilən (baxılan) sənədlər ya ksero surət, ya da surət olmuşdur. Bu isə sübutların mötəbərliyini şübhə altına alır. Qeyd edilməsini bir daha zəruri hesab edirlər ki, xx.xx.2021ci il tarixdə edilmiş müraciətdə "Aqro" Kooperativinin 2-ci redaksiyada təqdim edilmiş nizamnaməsi İddiaçı, X30, X37, X38 və X34 tərəfindən təsdiqlənsə də, həmin şəxslərin Kooperativin üzvləri olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə, vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Belə ki, şəxsin ölümü və ya məhkəmə qaydasında ölmüş elan edilməsi hüquqi fakt kimi mirasın açılmasına səbəb olmaqla vərəsəlik münasibətlərinin yaranma əsasını təşkil edir. Bu halda hüquqi faktın müəyyən edilməsi - hüquqi şəxslərin təsisçilərinin əhatə dairəsinin və onların təsis paylarının (əmlak payı) müəyyən edilməsi məqsədi ilə aidiyyəti üzrə mülki məhkəmə qaydasında baxılması məqsədə müvafiq olardı. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 307.1-ci maddəsinə əsasən Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu tip işlər İnzibati Məhkəmələr tərəfindən baxılmalı işlərə aid edilməməlidir. Bundan əlavə, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bununla əlaqədar bildirilməsini zəruri hesab edirlər ki, cavabdeh inzibati orqan ona Dövlət Vergi Xidmətinin əsasnaməsi üzrə verilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir. Əsasnamə və qanunvericiliyin tələbinə uyğun olaraq, hüquqi şəxsin dövlət reyestri aparılan zaman təqdim edilmiş sənədlərin qanunvericilik normalarına uyğun olaraq əsli və ya notariat qaydada təsdiq edilmiş formada olması tələbi vardır. Məhkəmə hesab etmişdir ki, işə Azərbaycan Respublikasının İPM-nin 2.2,2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Halbuki, təsisçilərin əhatə dairəsi müəyyən edilsə və müvafiq qaydada öz təsdiqini tapsa cavabdeh inzibati orqan bu hüquqi şəxsin dövlət reyestrində bərpa edilməsini özü həyata keçirərdi. Bundan əlavə, qeyd edilməsi zəruri hesab edilən məqamlardan biri də odur ki, Hüquqi şəxslərin dövlət reyestri sənədlərin əsli və ya notariat qaydasında təsdiq edilmiş surətləri əsasında aparılır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X24 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Ordjonikidze Rayon X16 İcrayə Komitəsinin “UPNP və KRS-də qeydiyyatdan keçmiş kənd təsərrüfatı xidmətlərinin göstərilməsi üçün “Aqro” kooperativinin Nizamnaməsinin qeydiyyatı haqqında” 1 №-li, 17 yanvar 1989-cu il qərarının tərcümə edilərək notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 30 aprel 1987-ci il tarixli, 165 nömrəli Fərmanına, “SSRİ-də kooperasiya haqqında” Qanuna əsasən, 1 saylı MDNQ keçmiş yeməkxana otaqlarının “Ordjonikidzeneft” NQÇİ-nə ayrılması haqqında “Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsinin 18.11.88-ci il tarixli 01-3/1827 saylı məktubunu, həmçinin “Aqro” kooperativinin sədrinin ərizəsini nəzərə almaqla 10 avqust 1988-ci il tarixli, 1 saylı kooperativ üzvlərinin ümumi yığıncağında təsdiq edilmiş kənd təsərrüfatı xidmətləri göstərilməsi üçün UPNP və KRS-də nəzdində “Aqro” kooperativinin Nizamnaməsini qeydiyyata alınmasına, Kooperativin sədri tərəfindən SSRİ Promstroybankın Bakıdakı Ordjonikidze filialında hesablaşma hesabının açılmasına qərar verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, BA-02444-2022 nömrəli məktubdan görünür ki, sorğuya əsasən keçmiş Orconikidze rayon XDS İK-nin (indiki Suraxanı rayon İH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli, 1 saylı qərarının və həmin qərara əlavə edilmiş sənədlərin təsdiq edilmiş ksero surətləri 12 (on iki) vərəqdən ibarət göndərilir. İş materiallarında olan “Aqro” Kooperativinin 10.08.88-ci il tarixli, 1 №-li protokolu ilə təsdiq edilmiş Nizamnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin nizamnamə ilə “Aqro” Kooperativinin xidmətləri, kooperativə üzvlük, üzvlərin hüquq və vəzifələri, fəaliyyəti, kooperativin əmlakının təşkili və istifadəsi və s. müəyyən edilmiş, qeyd olunan nizamnamə Ordjonikidze Rayon X16 İcra Komitəsinin 1 №-li, 17 yanvar 1989cu il qərarı ilə təsdiq edilmişdir. Kooperativin 5 nəfər üzvünün olması nizamnamədə qeyd olunsa da üzvlərin adları qeyd edilməmiş, Koopertivin sədri kimi nizamnamə O.Ə.Əliyev tərəfindən imza edilmişdir. İş materiallarında olan “SSRİ-nin Neft Sənayesi Nazirliyi Lenin Ordenli və İ X23 Ordenli “AZNEFT” X11 X12 və Quyuların Əsaslı Təmiri İdarəsi yanında çox sahəli kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün ailəvi Kooperativinin təsis edilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının” 1 №- li, 10 avqust 1988-ci il tarixli təsis protokolunun surətindən (əslinə məhkəmə tərəfindən baxış keçirilmişdir) görünür ki, SSRİ Neft Sənayesi Nazirliyi Lenin Ordenli və İ X23 Ordenli “AZNEFT” X11 X12 və Quyuların Əsaslı Təmiri İdarəsi yanında təsisçilər X18, X14, X37, İddiaçı və X31 tərəfindən “AQRO” Kooperativinin təsis edilməsi, “AQRO” Kooperativinin nizamnaməsinin təsdiq edilərək qəbul edilməsi, X7 “AQRO” Kooperativinin sədri seçilməsi, “AQRO” Kooperativinin nizamnaməsinin Bakı şəhəri, Orconikidze rayon X33 İcrayə Komitəsində qeydə alınması üçün müraciət etmək üçün kooperativin sədri X10 həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan “AQRO” Kooperativinin 10 avqust 1988-ci il tarixli, 1 №-li protokolu ilə təsdiq edilmiş nizamnaməsində qeyd edilən 5 nəfər təsisçilər haqqında məlumatın surətindən (əslinə məhkəmə tərəfindən baxış keçirilmişdir) görünür ki, X18 (xx.xx.1925-ci il təvəllüdlü), X14 (xx.xx.1929-cu il təvəllüdlü), X37 (xx.xx.1952-ci il təvəllüdlü), İddiaçı (xx.xx.1951- ci il təvəllüdlü), X31 (xx.xx.1950-ci il) kooperativin təsisçiləridir. - Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında 3441 №-li, 27 sentyabr 1993-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, “İgid” professional Güləş klubu xx.xx.1993-cü ildə mülkiyyət forması kollektiv olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. İş materiallarında olan Profesional Güləş klubu “İgid”in Nizamnaməsinin surətindən görünür ki, həmin nizamnamə Kooperativ “AQRO”-nun ümumi iclasının 1993-cü il 1 №-li may tarixli protokolu ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1994-cü ildə 9791 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “AQRO” Kooperativinin sədri O.Ə.Əliyevə ünvanlanmış xx.xx.1998-ci il tarixli, 11/6413 nömrəli məktubun surətindən görünür ki, şifahi sorğusuna cavab olaraq təkrarən bildirilir ki, “Hüquqi şəxslərin qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 06 fevral 1996-cı il tarixli Qanunun 22-ci maddəsinə əsasən bu qanunun qəbul edilənədək başqa orqanlarda dövlət qeydiyyatında alınmış hüquqi şəxslərin qeydiyyat sənədlərinin müvafiq ədliyyə orqanlarına təhvil verilməsi və onların bu orqanlarda uçota alınması müəyyən edilmişdir. Bu o deməkdir ki, göstərilən qanun qüvvəyə minənədək başqa orqanlarda qeydə alınmış hüquqi şəxslərin yenidən qeydə alınması tələb olunmur. İş materiallarında olan Bakı şəhəri, Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ 014484 №-li, xx.xx.2002-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2002-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 576853 №-li, xx.xx.2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan “AQRO” Kooperativi (təssisçilərinin) üzvlərinin ümumi yığıncağının xx.xx.2003-cü il tarixli, 1 saylı iclas protokolunun surətindən görünür ki, çoxsahəli kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün ailəvi “AQRO” Kooperativi üzvlərinin ümumi yığıncağında beş nəfər üzvlərdən dörd nəfəri X14, İddiaçı, X30 və X37 üzvlər iştirak etmiş, X7 təsisçi kimi “AQRO” Kooperativinin üzvlüyünə və sədrliyinə xitam verilməsi, İddiaçı “AQRO” Kooperativinin sədri seçilməsi, X20 “AQRO” Kooperativinin üzvlüyünə qəbul edilməsi qərara alınmışdır. İş materiallarında olan “AQRO” Kooperativi (təssisçilərinin) üzvlərinin ümumi yığıncağının xx.xx.2020-ci il tarixli, 1 saylı iclas protokolunun surətindən görünür ki, çoxsahəli kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emalı və satışı üçün yaradılan ailəvi “AQRO” Kooperativinin ümumi yığıncağında (təsisşilərdən) üzvlərdən beş nəfər İddiaçı, X30, X38, X37 və X34 iclasda iştirak etmiş, ümumi yığıncaq “AQRO” Kooperativinin fəaliyyətinin bərpa edilməsini, “AQRO” Kooperativinin təsisçilərinin dəyişməsi ilə əlaqədar nizamnaməyə dəyişiklik edilərək yeni (ikinci) redaksiyada təsdiq edilərək qəbul edilməsini, “AQRO” Kooperativinin 5 (beş) nəfərdən ibarət İddiaçı, X31, X38, X37 və X34 təsisçilərinin tərkibinin təsdiq edilməsini, İddiaçı yenidən “AQRO” Kooperativinin sədri seçilməsini, “AQRO” Kooperativinin nizamnaməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirləri Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı idarəsində qeydə alınması üçün müraciət etmək üçün kooperativin sədri İddiaçı həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan “AQRO” Kooperativinin ikinci redaksiyada nizamnaməsinin surətindən görünür ki, Kooperativ ilkin olaraq Bakı şəhəri Orconikidze (indiki Suraxanı) rayon X33 İcrayə Komitəsinin 17 yanvar 1988-ci il tarixli, 1 nömrəli qərarı ilə qeydə alınmışdır. Kooperativin ilkin pay fondu 100 manat müəyyən edilmişdir. Pay fondunda kooperativ üzvlərinin mütləq pay haqqı 100 manatdan ibarətdir. Kooperativ üzvlərinin nizamnamə kapitalındakı pay haqları aşağıdakı kimi müəyyən edilmişdir: 1. İddiaçı (AZE № 0*******) – 20 manat, 20 pay haqqı, 20%; 2. X30 (AZE № ********) - 20 manat, 20 pay haqqı, 20%; 3. X37 (AZE № ********) – 20 manat, 20 pay haqqı, 20 %; 4. X38 (AZE № ********) – 20 manat, 20 pay haqqı, 20 %; 5. X34 (AZE № ********) – 20 manat, 20 pay haqqı, 20%. Nizamnamə “AQRO” Kooperativinin 12 oktyabr 2020-ci il tarixli, 01 nömrəli qərarı ilə üzvləri tərəfindən (İddiaçı, X30, X37, X38, X34) təsdiq edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanan **********730800 №li, xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə "AQRO" Kooperativinin (Bundan sonra- Kooperativ) fəaliyyətinin yenidən bərpa edilməsi üçün 2-ci redaksiyada nizamnaməsinin təsdiq edilməsi ilə əlaqədar dair daxil olmuş müraciətinə qanunvericiliyə uyğun olaraq baxılmışdır. "AQRO" Kooperativinin 2-ci redaksiyada təqdim edilmiş nizamnaməsi İddiaçı, X30, X37, X38 və X34 tərəfindən təsdiqlənsə də, həmin şəxslərin Kooperativin üzvləri olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən təsdiq edilmiş “Ordjenikidze rayonunun X16 İcrayə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə 10 08.1988-ci il tarixli 1 saylı kooperativ üzvlərinin ümumi yığıncağında təsdiq edilmiş UPNP və KRS-də nəzdində Kooperativin Nizamnaməsinin qeydiyyata alınması qərara alınmışdır. Lakin Ordjenıkidze rayonunun X16 İcrayə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə təsdiqlənmiş "AQRO" Kooperativinin nizamnaməsində Kooperativin üzvləri barədə məlumat əks etdirilməmişdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20-ci maddəsinə əsasən, "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" 1996-cı il 6 fevral tarixli, 17-İQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər. Həmin Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində bütün hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları öz qanuni təmsilçiləri haqqında məlumatları, əvvəllər bu məlumatlar təqdim edilməmişsə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. Bundan başqa Qanunun 14-cü maddəsinə əsasən: qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda bu Qanunun 5 3.2-1-ci maddəsində qeyd edilən məlumatlar, həmçinin qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı atasının adı vətəndaşlığı və yaşayış yeri barədə məlumatlar dövlət reyestrinə daxil edilən məlumatlardır. Bildirmişlər ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. 1 yanvar 2001-ci il tarixindən etibarən qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 2-ci maddəsinə əsasən, vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. 34.6-cı maddəsində isə qeyd edilir ki, hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Yuxarıda qeyd olunan tarixdən əvvəl dövlət qeydiyyatına alınan “AQRO” Kooperativi vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq üçün Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ərizə ilə müraciət etməlidir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası Qanununun 12.12-ci maddəsinə əsasən, dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin ərizəyə müəssisənin dövlət qeydiyyatını təsdiq edən sənədlərinin Azərbaycan Respublikasının Milli Arxiv idarəsi tərəfindən təsdiq olunmuş surəti (xx.xx.1988-ci il tarixli 1 saylı kooperativ üzvlərinin ümumi yığıncağının qərarı), müəssisənin nizamnaməsinə edilmiş dəyişiklik layihəsi nizamnaməyə edilmiş dəyişik layihəsinin təsdiq edilməsi, idarəetmə orqanlarının yaradılması və nizamnamə kapitalının elan olunması barədə ümumi yığıncağın protokolu (qərarı), idarəetmə orqanlarının üzvlərinin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunur. Həmçinin təqdim olunan sənədlərə Kooperativin üzvü olmaları iddia edilən şəxslərin ölüm haqqında şəhadətnamələri əlavə olunmuşdur. Belə ki, şəxsin ölümü və ya məhkəmə qaydasında ölmüş elan edilməsi hüquqi fakt kimi mirasın açılmasına səbəb olmaqla vərəsəlik hüquq münasibətlərinin yaranma əsasını təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qovanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə, vəsiyyət üzrə və ya hər iki əsasla keçir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 05/2001-11 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, qeyri-kommersiya qurumlarının dövlət reyestrində “Aqro” Kooperativi barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********909500 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Ədliyyə Nazirliyindən təhvil alınmış qeydiyyat qovluqları arasında “Aqro” Kooperativi adlı hüquqi şəxsin qeydiyyat qovluğu aşkar edilməmişdir. İş materiallarında olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş X25, X26 və X4 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, ataları X18 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra onlara çatan miras payı qəbul etməmişlər və qəbul etmək niyyətləri yoxdur. İtirilmiş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmək fikrində deyillər. İş materiallarında olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş X39, X40 və X9 tərəfindən məhkəməyə ünvanlanmış ərizələrdən görünür ki, 8 dekabr 2002ci ildə mərhum ataları X7 “AQRO” kooperativində olan təsis paylarının onlara aid hissəsindən imtina edirlər. Həmin təsis paylarının İddiaçı adına rəsmiləşməsinə etiraz etmirlər. Bununla əlaqədar gələcəkdə iddia tələbləri olmayacaqdır. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış **********335500 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, "Aqro" Kooperativinin dövlət qeydiyyatına alınmasından imtina edilməsinin əsasını hal-hazırda onun təsisçilərinin müəyyən edilməməsi təşkil edir. Belə ki, Kooperativin üzvü olmaları iddia edilən şəxslərin ölüm haqqında şəhadətnamələri Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə, vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Belə ki, şəxsin ölümü və ya məhkəmə qaydasında ölmüş elan edilməsi hüquqi fakt kimi mirasın açılmasına səbəb olmaqla vərəsəlik hüquq münasibətlərinin yaranma əsasını təşkil edir. "Aqro" Kooperativinin dövlət qeydiyyatına alınması üçün müvafiq ərizəyə müəssisənin dövlət qeydiyyatını təsdiq edən sənədlərinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş surəti, müəssisənin nizamnaməsi, nizamnamənin təsdiq edilməsi, idarəetmə orqanlarının yaradılması və nizamnamə kapitalının elan olunması barədə dairəsi müəyyənləşdirilmiş təsisçilərin ümumi yığıncağın protokolu (qərarı), idarəetmə orqanlarının üzvlərinin və təsisçilərinin şəxsiyyətini təsdiq edən sənədin surəti təqdim olunmalıdır. İşdən görünür ki, iddiaçı “AQRO” Kooperativinin dövlət qeydiyyatına alınması, kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. Məhkəmə müəyyən etmişdir ki, “SSRİ-nin Neft Sənayesi Nazirliyi Lenin Ordenli və İ X23 Ordenli “AZNEFT” X11 X12 və Quyuların Əsaslı Təmiri İdarəsi yanında çox sahəli kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün ailəvi Kooperativinin təsis edillməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının 1 №-li, 10 avqust 1988-ci il tarixli protokoluna əsasən 5 nəfər - X15, X14, X37, İddiaçı və X31 tərəfindən “AQRO” Kooperativi təsis edilmiş, “AQRO” Kooperativinin nizamnaməsinin təsdiq edilərək qəbul edilmiş, X7 “AQRO” Kooperativinin sədri seçilmiş, “AQRO” Kooperativinin nizamnaməsinin Bakı şəhəri, Orconikidze rayon X33 İcrayə Komitəsində qeydə alınması üçün müraciət etmək üçün kooperativin sədri X10 həvalə edilmişdir. Ordjonikidze Rayon X16 İcrayə Komitəsinin (hazırda Suraxanı rayon İcra Hakimiyyəti) 1 №-li, 17 yanvar 1989-cu il qərarı ilə “AQRO” Kooperativinin Nizamnaməsi qeydiyyata alınmışdır. “AQRO” Kooperativi (təsisçilərinin) üzvlərinin ümumi yığıncağının xx.xx.2003-cü il tarixli, 1 saylı iclas protokolu ilə X18 xx.xx.2002-ci il tarixdə öldüyündən təsisçi kimi “AQRO” Kooperativinin üzvlüyünə və sədrliyinə xitam verilmiş, İddiaçı “AQRO” Kooperativinin sədri seçilmiş, X34 “AQRO” Kooperativinin üzvlüyünə qəbul edilmişdir. “AQRO” Kooperativi (təsisçilərinin) üzvlərinin ümumi yığıncağının xx.xx.2020-ci il tarixli, 1 saylı iclas protokolu ilə “AQRO” Kooperativinin fəaliyyəti bərpa edilmiş, “AQRO” Kooperativinin təsisçilərinin dəyişməsi ilə əlaqədar nizamnaməyə dəyişiklik edilərək yeni (ikinci) redaksiyada təsdiq edilərək qəbul edilmiş, “AQRO” Kooperativinin 5 (beş) nəfərdən ibarət İddiaçı, X31, X38, X37 və X34 təsisçilərinin tərkibi təsdiq edilmiş, İddiaçı yenidən “AQRO” Kooperativinin sədri seçilmiş, “AQRO” Kooperativinin nizamnaməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirləri Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı idarəsində qeydə alınması üçün müraciət etmək üçün kooperativin sədri İddiaçı həvalə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X44 Milli Gəlirləri Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi “AQRO” Kooperativinin nizamnaməsinin ikinci redaksiyada qeydiyyata alınmasından Ordjenikidze rayonunun X16 İcrayə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə təsdiqlənmiş “AQRO” Kooperativinin nizamnaməsində Kooperativin üzvləri barədə məlumatın əks etdirilməməsi, kooperativ üzvlərinin xx.xx.1988-ci il tarixli, 1 saylı ümumi yığıncağının protokolunun təqdim edilməməsi, kooperativ üzvü olmaları iddia edilən şəxslərin ölüm haqqında şəhadətnamələri əlavə edilsə də vərəsəlik hüquq münasibətləri ilə bağlı məlumatların təqdim edilməməsini əsas gətirərək imtina etmişdir. Hal-hazırda cavabdeh inzibati orqanın imtinası inzibati məhkəmə icraatı qaydasında iddiaçı tərəfindən mübahisələndirilir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə minədək qüvvədə olmuş “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 06 fevral 1996-cı il tarixli Qanunun 22-ci maddəsinə əsasən bu Qanun qəbul edilənədək başqa orqanlarda dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin qeydiyyat sənədləri müvafiq ədliyyə orqanlarına təhvil verilir və onlar bu orqanlarda uçota alınırlar. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 20.3-cü maddəsinə əsasən "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" 1996-cı il 6 fevral tarixli, 17-İQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, “AQRO” X1 (hazırda Suraxanı rayon İcra Hakimiyyəti) Rayon X16 İcrayə Komitəsinin 1 №-li, 17 yanvar 1989-cu il qərarı ilə təsdiq edilməsi və həmin vaxtdan “AQRO” Kooperativinin qeydə alınması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı 1 №-li, 17 yanvar 1989-cu il qərarı ilə təsdiq edilmiş Nizamnamədə təsisçilər barədə məlumatın olmaması, hal-hazırda təsisçilərinin müəyyən edilməməsi, ölən təsisçilərin miras əmlakının başqa şəxslərə (vərəsələrinə) keçməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə işin hallarına qiymət verərək qeyd etmişdir ki, “AQRO” Kooperativinin ilkin Nizamnaməsində təsisçilər barədə məlumatlar qeyd olunmasa da həmin Kooperativin təsis edilməsi ilə bağlı kooperativ üzvlərinin ümumi yığıncağının 1 №- li, 10 avqust 1988-ci il tarixli protokolundan X2, X14, X37, İddiaçı və X31 tərəfindən təsis edildiyi müəyyən edilir. X7 xx.xx.2002-ci ilə öldüyü, vərəsələrinin İddiaçı, X39, X40, X9 olduğu məhkəmə araşdırılması zamanı müəyyən edilmiş, X7 vərəsələrindən X39, X40, X9 atalarından miras qalmış hər hansı payı qəbul etmədiklərini və bununla bağlı iddialarının olmadığını notarial qaydada təsdiq edilmiş ərizələri ilə məhkəməyə bildirmişlər. X7 digər vərəsəsi İddiaçı isə Kooperativin təsisçilərindən biridir. xx.xx.2012-ci il tarixdə ölmüş Kooperativin təsisçisi X5 vərəsələri isə Kooperativin digər təsisçiləri X37 və X21r. Halhazırda Kooperativin təsisçiləri İddiaçı, X38, X37, X31 və X27r. Onların təsisçi olmaları və təsis paylarının miqdarı həm “AQRO” Kooperativi (təsisçilərinin) üzvlərinin ümumi yığıncağının xx.xx.2020-ci il tarixli, 1 saylı iclas protokolunda, həm də “AQRO” Kooperativinin yeni (ikinci) nizamnaməsində öz əksini tapmışdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 12.1-ci maddəsinə əsasən hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. - 12.8-ci maddəsinə əsasən dövlət reyestri aşağıdakılardan ibarətdir: 12.8.1. hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının təşkili, qeydiyyatı, yenidən təşkili, məhkəmənin qərarı ilə yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, məhkəmənin yekun qərarı ilə cinayət-hüquqi tədbir qismində hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi, ləğv edilməsi barədə məlumatlar; 12.8.2. təsis sənədlərində dəyişikliklər edilməsi və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi barədə məlumatlar; 12.8.3. Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyi və ya filialı, habelə digər qurumları barədə məlumatlar; 12.8.3-1. qeyri-hökumət təşkilatına və xarici dövlətlərin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər və onların icrası barədə, habelə ləğv edilmiş qurumun əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması barədə məlumatlar; 12.8.3-2. siyasi partiyaların, həmkarlar ittifaqlarının, qeyri-hökumət təşkilatlarının və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin dayandırılması və bərpa edilməsi barədə məlumatlar; 12.8.4. qanunvericiliklə müəyyən edilmiş və saxlanmaq üçün qeydiyyat orqanına təqdim edilmiş sənədlər toplusu. - 12.12-ci maddəsinə əsasən dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. - 14-cü maddəsinə əsasən qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar dövlət reyestrinə daxil edilən məlumatlardır. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən Hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 16.1.2-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifəsidir. - 33.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. - 34.6-cı maddəsinə əsasən hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqanın “AQRO” Kooperativinin dövlət qeydiyyatına alınmasından imtina ilə bağlı gətirdiyi dəlillər formal xarakterlidir. Ona görə də həmin imtina qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, müraciət Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxsin qeydiyyatı və ya qeydə alınmış reyestr məlumatlarında dəyişikliyin aparılması ilə əlaqədar olmadığından, ona imtina deyil, izah məktubu yazılmışdır. Halbuki, xx.xx.2022-ci il tarixli, **********052000 nömrəli, “kommersiya qurumunun dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” qərarla kooperativin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtinanın səbəbi kimi, Ordjenikidze rayonunun X16 İcrayə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə təsdiqlənmiş “AQRO" Kooperativinin nizamnaməsində Kooperativin üzvləri barədə məlumat əks etdirilməməsi göstərilmişdir. Bundan başqa cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsi Hüquqi şəxslərin qeydiyyatı idarəsi tərəfindən qəbul edilməyən, yəni dövlət qeydiyyatına alınmamış Nizamnamə və protokolu əsas tutaraq, həmçinin əsilləri mövcud olmayan hansısa arxiv sənədlərinin ksero surəti əsasında üzvlərin əhatə dairəsini müəyyən etmişdir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2020-ci il tarixli, Ə-110 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən Orconikidze rayon XDS İK-nin arxiv Fondu üzrə xx.xx.1989-ci il tarixli, 1 saylı qərarının təsdiq edilmiş ksero surəti göndərilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan tərəfindən arxiv sənədlərinin ksero surət olduğunu mübahisələndirsə də, qeyd olunan sənədin mötəbərliyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Həmçinin cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə edilmiş müraciətdə "Aqro" Kooperativinin 2-ci redaksiyada təqdim edilmiş nizamnaməsi İddiaçı, X30, X37, X38 və X34 tərəfindən təsdiqlənsə də, həmin şəxslərin Kooperativin üzvləri olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Şəxsin ölümü və ya məhkəmə qaydasında ölmüş elan edilməsi hüquqi fakt kimi mirasın açılmasına səbəb olmaqla vərəsəlik münasibətlərinin yaranma əsasını təşkil edir. Bu halda hüquqi faktın müəyyən edilməsi - hüquqi şəxslərin təsisçilərinin əhatə dairəsinin və onların təsis paylarının (əmlak payı) müəyyən edilməsi məqsədi ilə aidiyyəti üzrə mülki məhkəmə qaydasında baxılması məqsədə müvafiq olardı. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlili ilə bağlı qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı 1989-cu ildə qeydə alınmış “AQRO" kooperativinin nizamnaməsində göstərilmiş 5 nəfər təsisçinin X18, X14, İddiaçı, Ağayeva (Əliyeva) Rəhilə Abış qızı və X37 olmaları faktının müəyyən edilməsi, Bakı şəhəri Orconikidze rayon X33 İcrayə Komitəsinin 17 yanvar 1989-cu il tarixli 1 nömrəli qərarı ilə qeydə alınmış "AQRO" kooperativinin təsisçisi X6 miras qalmış vərəsəlik payın miras əmlakın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsi məqsədilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-5505/2022 nömrəli qərardadı ilə ərizəçi İddiaçı “hüquqi faktın müəyyən edilməsi barədə" ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Oxşar müraciətlərlə, yenidən Bakı şəhəri Suraxanı Məhkəməsinə müraciət edilmiş və ərizələrin qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2,153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən formal olaraq iddiaçının tələbinin təmin olunmasından imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəlləni 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2-1(112)-5183/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-672/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-672/2023
07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver