Məhkəmə qərarları › İş №2-1(103)-672/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-672/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-672/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Nigar Xeyrulla qızı Nəbizadə və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “avtomobillərin ölkəyə buraxılması və sərbəst dövriyyəyə buraxılış gömrük proseduruna uyğun rəsmiləşdirilməsinə icazə verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10479/2024 saylı, 18 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gürcüstan Respublikasında saxlanılan “Container number- TLLU ******* 1. SORENTO 2012 KNAKV814DDA367903, 2.SORENTO 2012 KNAKU815BCA341055, 3. SORENTO 2012 KNAKU815BDA395238; Container number – MSDU ******* 1. İ30 2009 KMHDC51TBAU210752, 2. ACCENT 2012 KMHCS41UBCU295548, 3. ACCENT 2012 KMHCT41UBCU270093 avtomobillərin Azərbaycan Respublikasına daxil olmasına və həmin avtomobillərin sərbəst dövriyyəyə buraxılış gömrük proseduruna uyğun rəsmiləşdirilməsinə icazə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, istehsal tarixi 10 ili tamamlanmış olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi ilə bağlı Nazirlər Kabinetinin məlum qərarının qəbulundan - 29 mart 2023-cü il tarixindən öncə satış məqsədləri ilə Cənubi Koreyadan bir neçə SORENTO, ACCENT və s. markalı, cəmi 9 (doqquz) ədəd nəqliyyat vasitəsi sifariş vermişdir. Avtomobilləri alaraq göndərən də yaxın qohumudur. Qohumu avtomobilləri oradakı koreyalı ortağı ilə öz vəsaitləri hesabına alıb ona göndəriblər ki, bunları sataraq ticarət etsin. Satın alındıqdan sonra avtomobillər (satıcı tərəfindən dövlət nişan nömrələri təhvil verildikdən və müvafiq rəsmiləşmələr aparıldıqdan sonra) Azərbaycana dəniz (Cənubi Koreya-Poti) və quru yolu (Poti-Bakı) daşınması üçün xx.xx.2023-cü il tarixindən öncə 2 ədəd konteynerə, konteynerlərlə isə karqo gəmisinə yüklənmişdir. Təqdim olunan sənədlərlə təsdiq olunur ki, nəqliyyat vasitələri 29 mart 2023-cü il tarixindən öncə, yəni qərar qəbul olunmamışdan öncə satın alınıb və bu tarixədək daşıyıcı şirkətə təhvil verilib. Bir müddət bundan əvvəl həmin avtomobillərin olduğu konteynerlər artıq daşıyıcı gəmi ilə Potiyə çatıb və oradan TİR tipli daşıyıcı nəqliyyat vasitələrinə yüklənib ki, Azərbaycana gətirilsin. Lakin avtomobillərin yükləndiyi konteynerli nəqliyyat vasitələrinin sərhəd zonasından Azərbaycana gətirilməsinə sözügedən Qərarın icrası əsas gətirilərək, icazə verilməyib. Avtomobilləri məlum Qərarın qəbulundan əvvəl alınmasına və daşıyıcı şirkətlərə təqdim olunub konteynerlərə/gəmiyə yüklənməsinə baxmayaraq, Cənubi Koreyadakı hava şəraiti səbəbindən və ya gəminin yüklənmə ilə dolub tamamlanmasının gözlənilməsi səbəbindən, yaxud da onlara məlum olmayan sair səbəblər üzündən karqo gəmisinin yola düşməsi gecikmişdir. Bu üzdən gəmi Poti limanına gec gəlib çıxmış, nəticədə konteynerlərin Azərbaycana nəql olunmasında üzrlü səbəbdən ləngimə olmuş, avtomobillər sərhəddə dayandırılmış, ölkəyə buraxılmamışdır. Sərhəd gömrük xidməti orqanında, sözügedən Qərarın icrası əsas gətirilərək, avtomobillərin olduğu konteynerlərin ölkə ərazisinə daxil olmasına icazə verilməyib. Sərhəddə əlaqədar şəxslər bildirmişlər ki, “konteynerlərin ölkəyə daxil olması üçün Gömrük Komitəsi rəhbərliyinin icazəsi lazımdır, bu halda biz maşınları ölkəyə buraxa bilərik”. Məsələ ilə bağlı bir neçə dəfə DGK rəhbərliyinə müraciət etmiş, qəbullarda olmuş, amma müraciətləri heç bir nəticə verməmişdir. Avtomobillərin Gürcüstanda saxlanması və ölkə ərazisinə buraxılmaması artıq ona külli miqdarda zərər vurmuşdur. Belə ki, o, bunlara görə hər gün daşıyıcı şirkətə və saxlama xidmətləri göstərən hüquqi/fıziki şəxslərə boş yerə haqq ödəmiş, bu da onun üçün əlavə/lüzumsuz xərclər deməkdir. Bu ödənişlər indi də davam edir. Artıq zərəri ödəməyə maddi imkanı yoxdur və o, borclanmağa başlamışdır. Bu üzdən Gürcüstana gedərək avtomobilləri konteynerdən boşaltmış, 3 ədədini dəyərindən aşağı qiymətə satmışdır ki, zərərlərini qismən də olsa aradan qaldırsın. Yerdə qalan 6 ədəd avtomobil isə hələ də Gürcüstandadır, onların saxlanmasına və mühafizəsinə görə gündəlik məsrəfləri vardır. Avtomobilləri nə öz dəyərinə sata bilir, nə də ki, ölkəsinə gətirə bilir. Göründüyü kimi, avtomobillər 29 mart 2023-cü il tarixindən öncə satın alınıb və bu tarixədək daşıyıcı şirkətə təhvil verilib. DGK-nin və eləcə də, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin yeganə dəlili odur ki, bank ödənişləri yoxdur. Halbuki, Nazirlər Kabinetinin məlum qərarında 29 mart tarixinə kimi alınmadan söhbət gedir, burada ödənişlərin bank vasitəsilə aparılmasından, yəni ticarətin hansısa növündən, alqı-satqının nağd və ya nisyə olmasından, ödəmənin hansısa konkret növünün tətbiq olunub-olunmamasından söhbət getmir. Belə ki, NK rəhbərliyi qərarı qəbul etdikdə bilirdi ki, vətəndaşlarımız həmin tarixə kimi nağd və nisyə yollarla, Azərbaycandan ödəmə ilə və ya avtomobilin olduğu ölkədən ödəmə olmaqla avtomobillər alıblar, bu üzdən onlar üçün yalnız tarixi məhdudlaşdırıcı meyar kimi müəyyən etmişdir. Lakin ticarətin növünü, alqı-satqının nağd və nisyə olmasını şərt kimi irəli sürməmişdir. Lakin DGK və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi bunun əksinə olaraq ondan bank ödənişi sənədi tələb edir, bu isə qanunsuz tələbdir, qanunvericiliyə və inzibati icraatın tələblərinə ziddir. Çünki ödəmələri Koreyada yaşayan və işləyən yaxın qohumu həyata keçirərək avtomobilləri almış və karqo gəmisi ilə Potiyə göndərmişdir. Avtomobillər Azərbaycana onun adına göndərilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, Koreya Respublikasından orada yaşayan qohumu vasitəsi ilə onun vəsaiti hesabına “KİA SORENTO” və “HYUNDAİ ACCENT” markalı 9 (doqquz) ədəd nəqliyyat vasitəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli Qərarı qəbul edilməzdən əvvəl sifariş etdiyini bununla bağlı dəlilləri olduğunu qeyd etmişdir. İşin hallarından məlumdur ki, qeyd edilən nəqliyyat vasitələrinə dair ödənişin İddiaçı tərəfindən 29 mart 2023-cü il tarixədək Azərbaycan Respublikasında fəaliyyət göstərən hər hansı bir bank tərəfindən köçürüldüyünü əks etdirən təsdiqedici sənəd iddiaçı tərəfindən gömrük orqanına təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012-ci il tarixli 646 saylı Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin 1.2-ci bəndinə əsasən Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı Qərarına əsasən istehsal müddəti 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi məhdudlaşdırılmışdır. 30 mart 2023-cü il tarixdə Dövlət Gömrük Komitəsinin rəsmi saytında edilmiş xəbərdarlıqda da, Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı Qərarının 30 gün sonra qüvvəyə minməsi, yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsinin məhdudlaşdırılması, 2023-cü il 29 mart tarixinədək (29 mart da daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədlərinin gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin nəzərdə tutulduğu ictimaiyyətin diqqətinə çatdırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10479/2024 saylı, 18 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, həmin Qərarın qəbul tarixindən - 29 mart 2023-cü il tarixindən öncə alınmış, zavod buraxılış tarixi 10 ili keçən yüzlərlə nəqliyyat vasitəsi ölkəyə daxil edilib. Bu da onunla bağlı olmuşdur ki, Qərarı icra edən orqan həmin tarixədək alınmış və eləcə də Azərbaycandan müvəkkil banklardan bank ödənişlərini etmiş, konteynerlərə, daşıyıcı nəqliyyat vasitələrinə yüklənmiş, karqo şirkətlərinə təhvil verilmiş avtomobillərin ölkəyə idxal edilməsini mümkün hesab etmişdir. Cavabdeh orqan özü yazılı etirazında etiraf edir ki, bu qərarda da əks olunmuşdur ki, “qeyd edilən nəqliyyat vasitələrinə dair ödənişin İddiaçı tərəfindən 29 mart 2023-cü il tarixədək Azərbaycan Respublikasında fəaliyyət göstərən hər hansı bir bank tərəfindən köçürüldüyünü əks etdirən təsdiqedici sənəd iddiaçı tərəfindən gömrük orqanına təqdim edilməmişdir”. Göründüyü kimi, cavabdeh orqan xx.xx.2023-cü il tarixinədək alınmış avtomobillərin (zavod buraxılış tarixi 10 ili keçmiş/tamamlanmış) ölkəyə buraxılması üçün həmin tarixədək alınmanı bank köçürməsi sənədini) təsdiq edən sənəd tələb edir, məhz bu sənədin olmasını buraxılış üçün icazəyə əsas hesab edir. Belə ki, məsələn, DGK-i xx.xx.2023-cü il tarixli cavab məktubu ilə ərizəni cavablandırarkən bildirmişdir ki, AR Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 nömrəli Qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi məhdudlaşdırılır və bu Qərar xx.xx.2023-cü il tarixindən qüvvədədir. Hazırda yalnız zavod buraxılış tarixinə görə yaşı 10 il ötməmiş, eləcə də 2023-cü il 29 mart tarixinədək (29 mart tarixi də daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri gömrük orqanlarına təqdim edilən minik avtomobillərinin sərbəst dövriyyəyə buraxılış gömrük proseduruna uyğun rəsmiləşdirilməsi mümkündür. Göründüyü kimi, cavabdeh orqanın tabe olduğu mərkəzi icra hakimiyyəti orqanı bildirir ki, 2023-cü il 29 mart tarixinədək (29 mart tarixi də daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri gömrük orqanlarına təqdim edilən minik avtomobillərinin ölkəyə idxalı və sərbəst dövriyyəyə buraxılış gömrük proseduruna uyğun rəsmiləşdirilməsi mümkündür. Buna qarşı dəlili odur ki, avtomobillər həmin tarixdən öncə Cənubi Koreyada nağd pul vəsaiti hesabına alınıb, bunu təsdiq edən sübutları - Cənubi Koreyadan ixrac gömrük sənədləri vardır. Mülki qanunvericilik bu cür və bu şəkildə alqı-satqını mümkün hesab etdiyi halda, avtomobillərin yalnız ölkə banklarından köçürmə yolu ilə satın-alınması ilə məhdudlaşdırılması qanunsuzdur və qanunvericiliyə ziddir. İşin hallarından və iş materiallarında olan sübutlardan görünür ki, sözügedən avtomobillər 29 mart 2023-cü il tarixindən öncə satın alınıb və bu tarixədək daşıyıcı şirkətə təhvil verilib. DGK-nin və eləcə də, Aksizli Mallar üzrə Bas Gömrük idarəsinin yeganə dəlili odur ki, bank ödənişləri yoxdur. Halbuki, Nazirlər Kabinetinin məlum qərarında ödənişlərin bank vasitəsilə aparılmasından, yəni ticarətin hansısa növündən, alqı-satqının nağd və ya nisyə olmasından, ödəmənin hansısa konkret növünün tətbiq olunub-olunmamasından söhbət getmir. NK rəhbərliyi qərarı qəbul etdikdə bilirdi ki, vətəndaşlar həmin tarixə kimi nağd və nisyə yollarla, Azərbaycandan ödəmə ilə və ya avtomobilin olduğu ölkədən ödəmə olmaqla avtomobillər alıblar, bu üzdən onlar üçün yalnız "tarixi/zamanı" məhdudlaşdırıcı meyar kimi müəyyən etmişdi, lakin ticarətin növünü, alqı-satqının nağd və nisyə olmasını şərt kimi irəli sürməmişdi. Lakin, DGK və Aksizli Mallar üzrə Bas Gömrük idarəsi bunun əksinə olaraq ondan bank ödənişi sənədi tələb edir, bu isə qanunsuz tələbdir, qanunvericiliyə və inzibati icraatın tələblərinə ziddir. Çünki, ödəmələri Cənubi Koreyada yaşayan və işləyən yaxın qohumu - doğma qardaşı həyata keçirərək avtomobilləri almış və karqo gəmisi ilə Potiyə göndərmişdir. Avtomobillər Azərbaycana onun adına göndərilmişdir ki, bu sənədlərdə də əks olunmuşdur. Ödənişin 29 mart 2023-cü il tarixindən əvvəl olması ixrac gömrük bəyannamələri ilə təsdiq olunur. Belə ki, hər bir sənəddə avtomobillərin alınması və buna görə ödənişin olması, ödənişin tarixi göstərilmişdir. Cənubi Koreyanın gömrük orqanlarında ixrac gömrük bəyannamələri tərtib olunarkən avtomobilin alınması tarixi və ödənişin həyata keçirilməsi elektron sistem üzərindən nəzarət olunur və bu kağız daşıyıcılarda əks olunur. Əgər bu məlumatlar olmazsa, avtomobilin ixrac olunması mümkün deyildir. Bundan əlavə, məhkəmə oxşar işlər üzrə inzibati icraatın həyata keçirilməsini nəzərə almamışdir. Halbuki, xx.xx.2024-cü il tarixindən sonra zavod buraxılış tarixindən olmaqla 10 ili tamam olmuş, xx.xx.2024-cü il tarixinə kimi bank ödəniş sənədi olan yüzlərlə şəxsə aid nəqliyyat vasitələrinin ölkəyə idxal olunması həyata keçirilmişdir. Bundan başqa, Hikmət onun doğma qardaşıdır, Cənubi Koreyada yaşayır, işləyir, bizneslə məşğul olur. X15 vətəndaşı olan iş ortağı vardır. Nəqliyyat vasitələri onlar tərəfindən satın alınmış və Bakıya göndərilmişdir. Sənədlərdə alıcı kimi Hikmətin adı keçsə də, Bakıda təhvil alacaq şəxs kimi onun adı keçir. Qardaşı bu ilin əvvəlində koreyalı ortağı ilə birlikdə Bakıda olub, birlikdə Prezident Administrasiyasında qəbulda olmuşlar, oradan DGK-ə zəng vurulub, məsələnin həll olunması xahiş edilib. Oradan onları DGK-ə göndəriblər. Onlar DGK-də rəhbər vəzifəli şəxslərin qəbulunda olmuş, məsələnin mahiyyətini açıqlamışlar. Onlara bildiriblər ki, məhkəməyə müraciət edin, qərar çıxarsa, heç bir maneçilik törədilməyəcəkdir. Lakin cavabdeh orqan qərar çıxmasına mane olur, əsassız etirazlar bildirir, nəqliyyat vasitələrinin ölkəyə daxil olmasına icazə vermir, buna hər cür yollarla mane olmağa çalışır. Nə üçün belə etdiklərini anlaya bilmirlər. Görünən odur ki, onların sahibkarlıq fəaliyyəti bu sahədə çalışan kimlərisə qane etmir, kimlərinsə maraqlarına uyğun deyildir. Bu isə ölkəmizdə yaradılmaqda olan azad rəqabət prinsipi ilə uyğunsuzdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh Hüquq bölməsinin rəisi X1 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 2-1(103)-672/2025 saylı iş üzrə saat 17:10-da olacaq iclasda işlərin çoxluğu ilə əlaqədar, Baş idarənin Hüquq bölməsində tək əməkdaş o olduğu üçün iştirakı mümkün olmayacağını bildirmiş, işə onların iştirakları olmadan baxılmasını, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarına əsasən: - “SORENTO” markalı, 2012 modeli, “KNAKV814DDA367903” VİN nömrəli nəqliyyat vasitəsinə aid, Cənubi Koreya gömrük orqanları tərəfindən tərtib edilmiş və verilmiş “Gömrük ixrac bəyannaməsi” sənədindən görünür ki, həmin nəqliyyat vasitəsinin satıcısı SJ Trading (nümayəndəsi X18), alıcısı “Ağazadə Hikmət”dir (Koreyada oturumla bağlı şəxsiyyət kodu göstərilməklə), avtomobil ixrac əməliyyatı sənədləşdirilməsi zamanı TLLU ******* nömrəli konteynərə yüklənmiş, sənəd xx.xx.2023-cü il tarixində tərtib edilmişdir. - “ACCENT” markalı, 2012 modeli, “KMHCT41UBCU270093” VİN nömrəli nəqliyyat vasitəsinə aid, Cənubi Koreya gömrük orqanları tərəfindən tərtib edilmiş və verilmiş “Gömrük ixrac bəyannaməsi” sənədindən görünür ki, həmin nəqliyyat vasitəsinin satıcısı SJ Trading (nümayəndəsi X18), alıcısı “Ağazadə Hikmət”dir (Koreyada oturumla bağlı şəxsiyyət kodu göstərilməklə), avtomobil ixrac əməliyyatı sənədləşdirilməsi zamanı MSDU ******* nömrəli konteynərə yüklənmiş, sənəd xx.xx.2023-cü il tarixində tərtib edilmişdir. - “SORENTO” markalı, 2012 modeli, “KNAKU815BDA395238” VİN nömrəli nəqliyyat vasitəsinə aid, Cənubi Koreya gömrük orqanları tərəfindən tərtib edilmiş və verilmiş “Gömrük ixrac bəyannaməsi” sənədindən görünür ki, həmin nəqliyyat vasitəsinin satıcısı SJ Trading (nümayəndəsi X18), alıcısı “Ağazadə Hikmət”dir (Koreyada oturumla bağlı şəxsiyyət kodu göstərilməklə), avtomobil ixrac əməliyyatı sənədləşdirilməsi zamanı TLLU ******* nömrəli konteynərinə yüklənmiş, sənəd xx.xx.2023-cü il tarixində tərtib edilmişdir. - “ACCENT” markalı, 2012 modeli, “KMHCS41UBCU295548” VİN nömrəli nəqliyyat vasitəsinə aid, Cənubi Koreya gömrük orqanları tərəfindən tərtib edilmiş və verilmiş “Gömrük ixrac bəyannaməsi” sənədindən görünür ki, həmin nəqliyyat vasitəsinin satıcısı SJ Trading (nümayəndəsi X18), alıcısı “Ağazadə Hikmət”dir (Koreyada oturumla bağlı şəxsiyyət kodu göstərilməklə), avtomobil ixrac əməliyyatı sənədləşdirilməsi zamanı MSDU ******* nömrəli konteynərə yüklənmiş, sənəd xx.xx.2023-cü il tarixində tərtib edilmişdir. - “İ30” markalı, 2009 modeli, “KMHDC51TBAU210752” VİN nömrəli nəqliyyat vasitəsinə aid, Cənubi Koreya gömrük orqanları tərəfindən tərtib edilmiş və verilmiş “Gömrük ixrac bəyannaməsi” sənədindən görünür ki, həmin nəqliyyat vasitəsinin satıcısı SJ Trading (nümayəndəsi X18), alıcısı “Ağazadə Hikmət”dir (Koreyada oturumla bağlı şəxsiyyət kodu göstərilməklə), avtomobil ixrac əməliyyatı sənədləşdirilməsi zamanı MSDU ******* nömrəli konteynərə yüklənmiş, sənəd xx.xx.2023-cü il tarixində tərtib edilmişdir. - “SORENTO” markalı, 2012 modeli, “KNAKU815BCA341055” VİN nömrəli nəqliyyat vasitəsinə aid, Cənubi Koreya gömrük orqanları tərəfindən tərtib edilmiş və verilmiş “Gömrük ixrac bəyannaməsi” sənədindən görünür ki, həmin nəqliyyat vasitəsinin satıcısı SJ Trading (nümayəndəsi X18), alıcısı “Ağazadə Hikmət”dir (Koreyada oturumla bağlı şəxsiyyət kodu göstərilməklə), avtomobil ixrac əməliyyatı sənədləşdirilməsi zamanı TLLU ******* nömrəli konteynərə yüklənmiş, sənəd xx.xx.2023-cü il tarixində tərtib edilmişdir. - xx.xx.2023-cü il tarixli, 22032904 nömrəli daşıma sənədindən görünür ki, TLLU ******* nömrəli konteynerə yüklənmiş nəqliyyat vasitələrinin alıcısı kimi “İddiaçı” adı qeyd edilmişdir və yükləri göndərən sifarişçi şirkət isə “SJ TRADİNG”dir. Təyinat nöqtəsi “Azərbaycan”dır. - xx.xx.2023-cü il tarixli, 22032905 nömrəli daşıma sənədindən görünür ki, MSDU ******* nömrəli konteynerə yüklənmiş nəqliyyat vasitələrinin alıcısı kimi “İddiaçı” adı qeyd edilmişdir və yükləri göndərən sifarişçi şirkət isə “SJ TRADİNG”dir. Təyinat nöqtəsi “Azərbaycan”dır. - MEDUK1992123 nömrəli karqo/yük daşıma sənədindən görünür ki, sözügedən nəqliyyat vasitələri “SJ TRADİNG” şirkəti tərəfindən Cənubi Koreyanın İNCHEON liman şəhərindən alıcı “İddiaçı”in adına göndərilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 8.0. Gömrük orqanlarının vəzifələri aşağıdakılardır: 8.0.5. gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək və təkmilləşdirmək; 8.0.6. mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək; 40.1. Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım göstərməlidirlər. Maddə 102. Gömrük rəsmiləşdirilməsinin aparılması qaydası 102.1. Gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. 102.2. Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və sürətləndirilməsi məqsədi ilə bağlanılan beynəlxalq müqavilələrə uyğun olaraq, bir sıra dövlətlərdə gömrük rəsmiləşdirilməsi üçün nəzərdə tutulan gömrük sənədlərindən istifadə edilə bilər. 102.3. Bu Məcəlləyə əsasən ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsi tələb olunursa, həmin icazə onun alınması üçün müəyyən edilmiş şərtlərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir. 102.4. Bu Məcəlləyə əsasən ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 108. Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün zəruri əməliyyatlar 108.1. Gömrük sərhədindən malları keçirən şəxs, daşıyıcı, anbar sahibi, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük orqanının tələbi ilə gömrük rəsmiləşdirilməsi nəzərdə tutulan malların və nəqliyyat vasitələrinin daşınmasını, çəkilməsini və ya kəmiyyət ölçüsünün başqa qaydada müəyyən edilməsini, yüklənməsini, boşaldılmasını, qablaşdırılmasını və ya yenidən qablaşdırılmasını, həmçinin bu cür malların və nəqliyyat vasitələrinin saxlandığı yerlərin açılmasını təmin etməlidir. Maddə 164. Sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunun əhatə dairəsi 164.1. Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir. 164.2. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru aşağıdakıları əhatə edir: 164.2.1. qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini; 164.2.2. ticarət siyasəti tədbirlərinin tətbiqini; 164.2.3. malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını. 164.3. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən xarici mallar daxili mallar gömrük statusunu alırlar. 164.4. Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 №-li “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” Qərarı: “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 28.5-ci bəndinə əsasən, insanların həyat və sağlamlığının və ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılsın.

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir. İşin hallarına görə, iddiaçı Koreya Respublikasından sifariş etdiyi, Gürcüstan Respublikasında saxlanılan sözügedən avtomobillərin sərbəst dövriyyə üçün buraxılış gömrük proseduruna uyğun rəsmiləşdirilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli ramsitsİ“ olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 94 nömrəli Qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsinin xx.xx.2023-cü il tarixindən etibarən məhdudlaşdırıldığına əsaslanaraq onun müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtina məktubunda bildirmişdir ki, qeyd edilən nəqliyyat vasitələrinə dair ödənişin İddiaçı tərəfindən 29 mart 2023-cü il tarixədək Azərbaycan Respublikasında fəaliyyət göstərən hər hansı bir bank tərəfindən köçürüldüyünü əks etdirən təsdiqedici sənəd iddiaçı tərəfindən gömrük orqanına təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı Qərarına əsasən istehsal müddəti 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi məhdudlaşdırılmışdır. 30 mart 2023-cü il tarixdə DGK-nin rəsmi saytında edilmiş xəbərdarlıqda da, Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli Qərarının 30 gün müddətində qüvvəyə minməsi, yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsinin məhdudlaşdırılması, 2023-cü il 29 mart tarixinədək (29 mart da daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədlərinin gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin nəzərdə tutulduğu ictimaiyyətin diqqətinə çatdırılmışdır. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsaslı hesab etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının ölkəyə buraxılmasını istədiyi avtomobillərin buraxılış tarixinə görə yaşı 10 ildən çox olan avtomobillər olması işin mübahisələndirilməyən halıdır. Sözügedən qərarla zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərin Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılmışdır. Qərarda həmin tarixdən əvvəl satın alınmış minik avtomobillərinin ölkəyə gətirilməsi (daxil edilməsi) ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. İddiaçı qərardan məlumatlı olmalı olduğu vaxtdan avtomobillərin Azərbaycan Respublikasına gətirilməməsi istiqamətində hər hansı bir addım atması da müəyyən edilmir. Avtomobillərin yükləndiyi gəminin gec yola düşməsi iddiaçının özünün ifadələri ilə təsdiqini tapır. Belə olan halda, iddiaçı müvafiq qərar qəbul edildikdən sonra həmin avtomobillərin Koreya Respublikasından Azərbaycana gətirilməməsi, geri qaytarılması üçün tədbirlər görməli idi. Belə tədbirlərin görülməməsinin riskini iddiaçı daşıyır. Həmçinin, məhkəmə iddiaçının həmin qərarın 29 mart 2023-cü il tarixdən əvvəl satın alınmış avtomobillərə tətbiq edilməməsi dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı bununla da bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi koreya dilindən tərcümə olunmuş İxracat bəyannaməsinin təsdiqi nədəmnəlküy) əvvəl, hesabat) cədvəllərindən görünür ki, həmin bəyannamələrdə iddia tələbində qeyd olunan avtomobillərin alıcısı olaraq Hikmət adlı şəxs qeyd edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 №-li ramsitsİ“ olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” Qərarının iddiaçıya tətbiq edilməməsi üçün əsaslar müəyyən edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, doğrudur, həmin qərarda belə bir müddəa nəzərdə tutulmasa da, cavabdehin həmin qərarın icrası ilə bağlı inzibati praktikası buraxılış tarixi 10 ili tamam olmuş avtomobillərin də idxalının həyata keçirilməsinə imkan vermişdir. Bu, cavabdehin imtina məktubundakı izahı ilə də təsdiq olunur. Belə ki, cavabdeh imtina məktubunda bildirmişdir ki, 2023-cü il 29 mart tarixindək (29 mart da daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədlərinin gömrük orqanlarına təqdim edilməklə, gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin nəzərdə tutulduğu ictimaiyyətin diqqətinə çatdırılmışdır. Göründüyü kimi, cavabdeh orqan qərarın icrasında istisnalar olduğunu müəyyən etmiş, 29 mart 2023-cü il tarixinədək müvafiq ödəniş sənədlərinin gömrük orqanlarına təqdim edildiyi halda, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin mümkünlüyünü təsdiq etmişdir. İşin hallarından aydın olur ki, cavabdeh orqan 29 mart 2023-cü il tarixinədək alınmış nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin mümkünlüyünü inkar etmir, lakin bunun üçün 29 mart 2023-cü il tarixinədək bank ödəniş sənədlərinin olmasını tələb edir. Eləcə də, iddiaçının nümayəndəsi məhkəmədə verdiyi izahatında bildirmişdir ki, bu cür sənədləşmələrlə buraxılış tarixi 10 ili tamam olmuş xeyli sayda nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi aparılmış, müvafiq inzibati icraat praktikası formalaşmışdır. Bu, cavabdehin nümayəndəsi tərəfindən inkar olunmamışdır. Birinci instansiya məhkəməsinin, iddiaçının qərardan məlumatlı olmalı olduğu vaxtdan avtomobillərin Azərbaycan Respublikasına gətirilməməsi istiqamətində addım atmalı olması, avtomobillərin yükləndiyi gəminin gec yola düşməsi ilə bağlı iddiaçının ifadələrinin qiymətləndirilməsi, müvafiq qərar qəbul edildikdən sonra həmin avtomobillərin Koreya Respublikasından dərhal Azərbaycana gətirilməməsi, geri qaytarılması üçün tədbirlər görməli olması, belə tədbirlər görülməməsinin riskinin iddiaçının üzərində olmasına dair, eləcə də gömrük ixrac bəyannamələrində avtomobillərin alıcısı olaraq Hikmət adlı şəxsin qeyd edilməsinə dair qənaətləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, işin həmin halları birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və sübutlar düzgün qiymətləndirilməmişdir. Bununla bağlı, məhkəmə kollegiyası nəqliyyat vasitələrinin xx.xx.2023-cü il tarixinədək alınmasını təsdiq edən dəlilləri, nəqliyyat vasitələrinin alınma yollarını, İddiaçılə rəsmi sənədlərdə adı keçən Hikmət adlı alıcının münasibətlərini, nəqliyyat vasitələrinin yükləndiyi konteynerlərin olduğu gəminin səfər müddəti ilə bağlı məsələləri və iş üçün əhəmiyyətli olan sair halları araşdırmış, iddiaçı tərəfdən müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi tələb edilmiş, təqdim edilmiş əlavə sübutlarla iş üçün əhəmiyyəti olan hallar aydınlaşdırılmışdır. Apellyasiya instansiyası məhkəmə baxışı zamanı təqdim olunmuş və araşdırılmış sübutlarla aşağıdakılar müəyyən edilmişdir. - İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, Azərbaycan Respublikasının vətəndaşıdır. - X4 məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, Azərbaycan Respublikasının vətəndaşıdır. - İddiaçı və X4 məxsus doğum şəhadətnamələrindən görünür ki, onlar doğma qardaşdırlar. - X4 məxsus xarici pasportdan görünür ki, onun pasportunda xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasından çıxmasına dair DSX-nin möhürü, eləcə də xx.xx.2022-ci il tarixində Cənubi Koreya ölkəsinə daxil olmasını təsdiq edən müvafiq qeydlər vardır. - Ağazadə Hikmətə məxsus, 900***-******* nömrəli rezidens kartından görünür ki, X15da oturumu vardır. - İddiaçı və X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, onlar öz aralarında həmin tarixdə müqavilə bağlayaraq, Cənubi Koreya istehsalı olan nəqliyyat vasitələrinin həmin ölkədən Azərbaycana göndərilməsi və satışının təşkili/həyata keçirilməsi və əldə olunacaq qazancın tərəflər arasında bölüşdürülməsinin ümumi qaydasına və ilkin şərtlərinə, gəlir və xərclərin bölünməsi qaydasına dair öz aralarında razılaşmışlar. Müqavilə ilə nəqliyyat vasitələrinin alınması və Azərbaycana göndərilməsinin müxtəlif yolları, eləcə də, nəqliyyat vasitəsinin tərəflərin ortaq pul vəsaiti ilə alınması və Azərbaycana göndərilməsi, nəqliyyat vasitəsinin Azərbaycandakı müştərinin pul vəsaiti hesabına alınması və Azərbaycana göndərilməsi, nəqliyyat vasitəsinin Cənubi Koreyadakı iş ortağının (ortaqlarının) pul vəsaiti hesabına alınması və Azərbaycana göndərilməsi, nəqliyyat vasitəsinin tərəflərin və Cənubi Koreyadakı iş ortağının (ortaqlarının) ortaq pul vəsaiti hesabına alınması və Azərbaycana göndərilməsi, nəqliyyat vasutəsinin Cənubi Koreyadakı müştəridən nisyə alınması və satış üçün Azərbaycana göndərilməsi yolları razılaşdırılmışdır. - X19-ə məxsus, 740***-******* nömrəli rezidens kartından görünür ki, o, ABŞ vətəndaşıdır, bununla belə, Cənubi Koreyada oturumu vardır. - X19 və X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Biznes ortaqlıq müqaviləsi”dən görünür ki, X19 “investor”, Ağazadə Hikmət “ticarətçi” olmaqla onlar öz aralarında müqavilə bağlayaraq, X2 istifadə olunan maşınların satın alınması üçün maliyyə dəstəyi göstərməsinə və Ticarətçinin də ixrac və paylaşdırmanın müxtəlif mərhələlərində satışı aparacağının şərtlərinə dair öz aralarında razılaşmışlar. Müqavilə ilə nəqliyyat vasitələrinin alqı-satqısının müxtəlif yolları, eləcə də, Cənubi Koreyada Azərbaycanlı alıcılara birbaşa satışı, avtomobil konteynerdə olarkən daşınma zamanı satışı, avtomobillərin Gürcüstanın Poti limanına çatmasından sonra satışı, avtomobillərin yerli bazar üçün Azərbaycana çatmasından sonra satışı razılaşdırılmışdır. - X11 Qeydiyyat İdarəsi tərəfindən Ağazadə Hikmətə verilmiş 140971 uçot nömrəli “Tam qeydiyyat haqqında şəhadətnamə”dən görünür ki, o, 2022-ci ilin dekabr ayından Koreyada fəaliyyət göstərir, Ağazadə Hikmət “İBOKARS Co LTD” şirkətinin sahibidir, hüquqi şəxsi qeydiyyata alınmışdır, biznes-ticarət fəaliyyəti vardır. - X12 Vergi İdarəsi tərəfindən Ağazadə Hikmətə verilmiş 5xx-xx-02870 nömrəli “Vergi ödəyicisinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, Ağazadə Hikmət “İBOKARS Co LTD” şirkətinin nümayəndəsidir/təmsilçisidir, Koreyada ikinci əl avtomobil ticarəti ilə məşğuldur. - Musayev Elməddinin adına tərtib olunmuş xx.xx.2023-cü il tarixli invoysdan, onun adına tərtib olunmuş “Bank of Baku” bankına aid xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, şəxs “SJ TRADİNG” şirkətindən avtomobil alınması üçün həmin tarixdə həmin invoys əsasında bank köçürməsi yolu ilə ödəniş etmişdir. - Əliyeva Elnurənin adına tərtib olunmuş xx.xx.2023-cü il tarixli invoysdan, onun adına tərtib olunmuş “Xalq Bank” Sumqayıt filialına aid xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, şəxs “SJ TRADİNG” şirkətindən avtomobil alınması üçün həmin tarixdə həmin invoys əsasında bank köçürməsi yolu ilə ödəniş etmişdir. - Bağıyev Nicatın adına tərtib olunmuş xx.xx.2023-cü il tarixli invoysdan, onun adına tərtib olunmuş "xxxx" ASC-yə aid xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, şəxs “SJ TRADİNG” şirkətindən avtomobil alınması üçün həmin tarixdə həmin invoys əsasında bank köçürməsi yolu ilə ödəniş etmişdir. - Zöhrabov Elçinin adına tərtib olunmuş xx.xx.2023-cü il tarixli invoysdan, onun adına tərtib olunmuş “Xalq Bank” “Əhmədli” filialına aid xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, şəxs “SJ TRADİNG” şirkətindən avtomobil alınması üçün həmin tarixdə həmin invoys əsasında bank köçürməsi yolu ilə ödəniş etmişdir. - Musayev Elməddin, Əliyeva Elnurə, Bağıyev Nicat, Zöhrabov Elçinin adına tərtib olunmuş “CMR” sənədlərindən - Beynəlxalq yük-daşıma qaimələrindən görünür ki, Cənubi Koreyanın “SJ TRADİNG” şirkəti tərəfindən göndərilmiş onlara məxsus nəqliyyat vasitələri Poti limanına göndərilməsi və Azərbaycana çatdırılması üçün müvafiq qaydada sənədləşdirilmişdir. - xx.xx.2023-cü il tarixli “Konteynerlərin gəlişi barədə bildiriş” sənədlərindən görünür ki, nəqliyyat vasitələrinin olduğu TLLU ******* və MSDU ******* seriya/nömrəli konteynerlər həmin tarixdə Gürcüstanın Poti limanına çatmışdır, yükləri Poti terminallarında qəbul etmək olar. Məhkəməyə vəsatətlə müraciət edən iddiaçı və eləcə də, nümayəndəsi məhkəmə iclası zamanı izahat verərək bildirmişdir ki, X7 onun kiçik və yeganə qardaşıdır, ali təhsillidir. Onun soyadı “Ağayev”, qardaşının soyadı isə “Ağazadə”dir. Doğma qardaş olmaları doğum şəhadətnamələri ilə təsdiq olunur. Qardaşı bir neçə illər bundan öncə Cənubi Koreyaya gedib, orada təhsil alıb, daha sonra orada yaşamağa, ticarət etməyə qərar verib. Təhsilini başa vurduqdan sonra ticarətlə bağlı müvafiq sənədləşmələrin/rəsmiləşmələrin edilməsi üçün 2022-ci il tarixində Bakıya qayıdıb. xx.xx.2022-ci il tarixində qardaşı ilə öz aralarında öz ortaqlıqlarına dair müqavilə bağlamışlar. Daha sonra, 2022-ci ilin dekabr ayının 21-də Bakıdan Cənubi Koreyaya gedib. Onun Bakıdan həmin tarixdə getməsini və 22 dekabrda Cənubi Koreyaya daxil olması xarici pasportunda da əks olunmuşdur. Cənubi Koreyaya getdikdən sonra 2022-ci ilin 24 dekabrında orada X16 Jin ad-soyadlı ortağı ilə müqavilə bağlamış, daha sonra öz şirkətinin qurulması ilə bağlı müvafiq rəsmiləşmələr aparılmışdır. Bunu təsdiq edən müqavilə və təsis-qeydiyyat sənədləri (Tam Qeydiyyat şəhadətnaməsi, vergi ödəyicisinin qeydiyyat şəhadətnaməsi) tərcümələrlə birlikdə vəsatətə əlavə olunmuşdur. X8 X16 Jin arasında bağlanmış müqavilədən görünür ki, investor X19, qardaşı isə ticarətçi statusundadır. X17 öz şirkətinin adı “SJ TRADİNG”dir. Fəaliyyətə başladıqdan sonra 2023cü ilin mart ayına kimi qardaşı Bakıya “SJ TRADİNG” adından təkcə onun adına deyil, digər alıcıların da adlarına nəqliyyat vasitələri göndərmişdir. 10 ili tamam olmuş göndərilmiş bəzi nəqliyyat vasitələrinin sənədləri (invoys və bank ödənişi sənədləri, həmçinin daşıma/”CMR” sənədləri) vəsatətə əlavə olunmuşdur. İş materiallarında olan ona aid sənədlərdən də görünür ki, mübahisəli nəqliyyat vasitələri “SJ TRADİNG” şirkəti adından və tərəfindən göndərilmişdir. Qardaşının həmin şirkətin rəhbəri ilə biznes ortaqlığı olduğundan və ticarətin biznes/satış işləri ona həvalə olunduğundan bəzi sənədlərdə qardaşının öz adı da keçmişdir. Beləliklə, iş materiallarından və apellyasiya instansiyasında araşdırılmış əlavə sənədlərdən görünür ki, iddiaçının qardaşı X10 Koreya rezidentidir, orada yaşayır və rəsmi çalışır, orada “SJ TRADİNG” şirkətinin sahibi X14 Sung Jin adlı şəxslə ticarət ortaqlığı vardır. Bu üzdən də, gömrük ixrac sənədlərində onun adı keçmişdir. Bundan əlavə, İddiaçılə qardaşı Hikmət Ağazadə arasında ortaqlıq müqaviləsi olması təsdiq olunur. Ortaqlıq müqaviləsində onlar öz aralarında avtomobil ixrac-idxalı və satışı ilə bağlı məsələlərin müxtəlif yollarını razılaşdırmışlar. Eləcə də, Hikmət Ağazadə ilə X16 Jin arasında ortaq biznesə dair müqavilə vardır. Burada, nəqliyyat vasitələrinin qadağan olunmayan müxtəlif ticarət yolları ilə əldə edilməsi və xaricə, həmçinin Azərbaycana göndərilməsi də əks olunmuşdur. Cavabdehin imtinasının və etirazının dəlillərindən görünür ki, cavabdeh orqanın əsas dəlili -iddiaçının nəqliyyat vasitələrinin 29 mart 2023-cü il tarixinə kimi alınmasını təsdiq edən bank köçürmə sənədlərinin olmamasıdır. Məhkəmə kollegiyası aydınlaşdırmışdır ki, Nazirlər Kabinetinin məlum qərarının tətbiqinin inzibati praktikasında istehsal tarixi 10 ili tamam olmuş nəqliyyat vasitələri sahiblərindən 29 mart tarixinə kimi öncədən köçürülmüş pul vəsaitlərinə dair bank ödəniş sənədini təqdim edənlərə gömrük rəsmiləşdirilməsi aparılması imkanı yaradılmışdır və bu, cavabdehin öz sənədləri ilə təsdiq olunur. Cavabdeh orqan iddiaçıya münasibətdə nəqliyyat vasitələrinin 29 mart 2023-cü il tarixinə kimi alınmasını və göndərilməsini mübahisələndirmir, yalnız iddiaçının bu nəqliyyat vasitələrinin nağd pulla öncədən alınmasını (malın qiymətinin öncədən ödənilməsini) təsdiq edən bank köçürmə sənədlərinin olmamasını bildirir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın bu dəlilini əsaslı və qanuni hesab etmir. Belə ki, mülki qanunvercilik normalarına görə, mülki hüquq subyektlərinin və mülki dövriyyə iştirakçılarının iradə sərbəstliyi, həmçinin müqavilələr azadlığı vardır. Bunlar prinsiplər olaraq Mülki Məcəllənin 6-cı maddəsində əks etdirilmişdir. Mülki hüquq subyektlərinin iradə sərbəstliyi prinsipi mülki hüquq münasibətlərinin iştirakçılarına imkan verir ki, müstəqil surətdə, istədikləri kimi, öz mənafelərinə uyğun davranış variantı seçsinlər. Hər bir şəxs mülki hüquq münasibətlərinə daxil olmaqda və ya olmamaqda, qarşı tərəfdən öhdəliyin icrasını tələb etməkdə və ya etməməkdə sərbəstdir. Mülki hüquq münasibətlərinin iştirakçıları xüsusi hüquq və mənafelərini gerçəkləşdirməkdə sərbəstdirlər və öz hərəkətlərinin nəticələrinə görə risk daşıyırlar. Bu prinsipin təzahür formalarından biri də mülki qanunvericilik normaları “qadağan edilməyən hər şeyə icazə verilir” prinsipinə əsaslanır. Mülki hüquq münasibətlərinin subyektləri qanunla qadağan edilməyən bütün hərəkətləri edə bilərlər. Fəaliyyət qabiliyyətli fiziki şəxslər və hüquqi şəxslər qanunvericiliklə qadağan olunmayan istənilən fəaliyyətlə məşğul ola bilərlər. Onlar normativ aktlarda nəzərdə tutulan və tutulmayan hüquq və vəzifələr əldə edə bilərlər. Eləcə də, mülki hüquq münasibətlərinin iştirakçıları hüquqlarını həyata keçirərkən və müdafiə edərkən davranış qaydasını seçməkdə azaddırlar. Qanunvericilik mülki hüquqların həyata keçirilməsinin hədlərini müəyyən edir və bu hədd daxilində sərbəst hərəkət etmək azadlığını tanıyır. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqlardan başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İşin hallarından görünür ki, İddiaçılə Hikmət Ağazadə öz aralarında və həmçinin, Cənubi Koreyalı şəxslə ortaq ticarətləri vardır. Ticarətin formalarını seçməkdə, ödəniş etməkdə, ödəniş formasını seçməkdə onların iradə sərbəstlikləri vardır. Mülki Məcəllənin 598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Göründüyü kimi, qanunvericilik alıcı üçün əşyanın dəyərini bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəmək imkanını tanımışdır. Buna görə İddiaçı nəqliyyat vasitələrinə görə öncədən ödəməni təsdiq edən bank ödəniş sənədlərinin tələb olunması qanunvericiliyə ziddir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 №-li ramsitsİ“ olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” Qərarında belə bir tələb və ya şərt müəyyən edilməmişdir. Eləcə də, digər qanunvericilik aktlarında, xüsusi hallar və ya müqavilə şərtləri istisna olmaqla, alıcı üçün malın dəyərini imperativ qaydada əvvəlcədən ödəmə tələbi müəyyən edilməmişdir. Müqavilə azadlığı prinsipinə görə isə, mülki hüququn subyektləri müqavilə bağlamaqda azaddırlar, yəni tərəfdaş seçməkdə, müqavilənin şərtlərini müəyyən etməkdə və müqavilə əlaqələrinin formasını seçməkdə müstəqildirlər. Qanunda göstərilən hallardan başqa, heç bir halda şəxsi müqavilə bağlamağa, eləcə də ödəmə üsulu ilə bağlı müqavilə şərtlərini müəyyələndirməyə məcbur etmək olmaz. Doğrudur, bütün ölkələrin milli qanunvericiliyində bu prinsipdən istisnalar nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə azadlığına həsr olunmuş 390.3-cü maddəsində də göstərilir ki, müqavilə bağlamaq vəzifəsi MM-də və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutula bilər. Lakin, hazırki işdə iddiaçının idda tələbi ilə mübahisələndirilən icraatda bu istisnaların tətbiq olunması əsasları yoxdur. Bundan əlavə, Mülki Məcəllənin 6.3-cü maddəsinə əsasən, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Mülki Məcəllənin 6.3-cü maddəsi dəqiq və aşkar olaraq müəyyən edir ki, mülki hüquqlar yalnız burada göstərilən məqsədlərlə və ya yalnız qanunla məhdudlaşdırıla bilər. Qanundan aşağı qüvvəli aktlarla müəyyən edilən məhdudiyyətlərin hüquqi qüvvəsi yoxdur. Doğrudur, MM-nin bir sıra maddələrində müxtəlif səbəblərlə bağlı belə məhdudiyyətlər müəyyən edilib. Lakin, hazırki işdə iddiaçıya münasibətdə belə məhdudiyyətlər üçün əsaslar müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan nəqliyyat vasitələrinin 29 mart 2023-cü il tarixindən öncə alınmasını təsdiq etmək və avtomobillərin sərbəst dövriyyə üçün buraxılış gömrük proseduruna uyğun rəsmiləşdirilməsini təmin etmək üçün öncədən ödəməni təsdiq edən bank ödənişi sənədlərini tələb etməklə, şəxsin mülki hüquqlarını məhdudlaşdırmış olur ki, bu da qanunvericiliyə ziddir. Cavabdeh inzibati orqan bunu tələb edərkən nə imtina məktubunda, nə də iddia ərizəsinə yazılı etirazında konkret qanuna istinad etməmişdir. Bu da həmin məhdudiyyətin hüquqi qüvvəsinin olmaması deməkdir. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən, 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Nəqliyyat vasitələrinin alıcıları olan İddiaçı və qardaşı Hikmət Ağazadə üçün əşyanın qiymətinin əvvəlcədən ödənilməsinin tələb olunması, nisyə alqı-satqı və ya əşyanı təhvil aldıqdan sonra ödəmə ilə bağlı qanunvericiliklə müəyyən edilən hüquqi imkanların inkar olunması deməkdir. Bu həm də şəxsin hüquq və azadlıqlarına müdaxilədir. Digər tərəfdən, bu, həm də bərabərlik prinsipinin pozulmasıdır. Belə ki, əşyanın dəyərini əvvəlcədən ödəyənlərə münasibətdə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduruna uyğun rəsmiləşdirilmə təmin edilir, nisyə alqı-satqı və ya əşyanı təhvil aldıqdan sonra ödəyənlər üçün isə belə bir rəsmiləşdirmə imkanı təmin edilmir. “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinə əsasən, 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraatın əsas prinsiplərindən olan bərabərlik prinsipi pozulmuşdur. Belə ki, işin birinci instansiya icraatı zamanı iş materiallarında olan sənədlərdən, hazırkı apellyasiya icraatı zamanı araşdırılmış sənədlərdən görünür, həmçinin tərəflərin nümayəndələrinin izahatlarından aydın olur ki, əşyanı (nəqliyyat vasitələrini) satıcıdan bilavasitə təhvil almazdan əvvəl qiymətini ödəyənlər üçün, ödəməni təsdiq edən bank köçürmə sənədinə malik olanlar, yəni xx.xx.2023-cü il tarixinədək ödəyənlər üçün rəsmiləşdirilmə imkanı tanınsa da, həmin tarixə kimi bilavasitə bank köçürməsi etməyənlər, lakin qanunverciliyin icazə verdiyi və qanunla qadağan edilməyən sair yollarla avtomobil alanlar, eləcə də müqaviləsi olan və müqavilə şərtlərinə uyğun olaraq avtomobillərini təhvil aldıqdan sonra qiymətini ödəməli olanlar üçün belə bir imkan tanınmamış, onların rəsmiləşdirilmə aparılmasına icazə verilməmişdir. İnzibati orqan iş üzrə düzgün nəticəyə gəlinməsi üçün, işin hallarını araşdırmalı, iddiaçının müqavilə münasibətlərini, avtomobillərin alınma üsullarını, ödəmə şərtlərini aydınlaşdırmalı idi. Lakin, inzibati icraat zamanı bunlar edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Cavabdeh inzibati orqan iddiaçının müqavilə münasibətlərini və iş üçün əhəmiyyətli olan sair halları aydınlaşdırmadan, tətbiq olunmalı qanunvericilik normalarını tətbiq etmədən, imtina üçün əsas olan normaları imtina məktubunda aydın ifadə etmədən və əks etdirmədən iddiaçının ərizəsini əsassız olaraq təmin etməmiş, bununla da onun hüquqlarını və qanunvericilik normalarını pozmuşdur. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd edilən halları nəzərə almamış və əsassız olaraq iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Nəticədə, iddiaçıya cavabdeh tərəfindən fərqli münasibətin göstərilməsi konstitusion hüquq olan bərabərlik hüququnun da pozulmasına gətirib çıxarılmışdır. Buna görə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız omaqla yanaşı, həm də ədalətsizdir. Avropa İnsan Haqları Məhkəməsi bir sıra qərarlarında dəfələrlə qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrı-seçkilik hesab olunur (bax Fabris Fransaya qarşı [BP] -16574/08 Qətnamə xx.xx.2013-cü il tarixli qərar küyöB] Palata]; Munyos Dias İspaniyaya qarşı zoñuM) Díaz v. Spain), ərizə No 49151/07, xx.xx.2009-cu il tarixli qərar). Odur ki, iddiaçının fərdi situasiyası nəzərə alınmaqla başqa cür yanaşma AHİK-in 8-ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin pozuntusu hesab edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə kollegiyası hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının Azərbaycan Respublikası ərazisinə gətirilməsini istədiyi, iddia tələbində qeyd olunan avtomobillər alınarkən, hətta gəmiyə yüklənərkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli qərarı qüvvədə olmamışdır. İddiaçı həmin avtomobilləri alarkən mövcud qanuvericiliyə uyğun hərəkət etmiş və həmin vaxtı yaşı 10 ildən çox olan avtomobillərin idxal edilməsini qadağan edən hər hansı norma mövcud olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10479/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10479/2024 saylı, 18 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia ərizəsi təmin edilsin. Gürcüstan Respublikasında saxlanılan aşağıdakı avtomobillərin Azərbaycan Respublikasına daxil olmasına və həmin avtomobillərin sərbəst dövriyyəyə buraxılış gömrük proseduruna uyğun şəkildə iddiaçı Ağayev Rauf Azər oğlu tərəfindən rəsmiləşdirilməsinə icazə verilməsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə həvalə edilsin:

1. “KİA” markalı, “SORENTO” modeli, buraxılış ili - 2012, VİN nömrəsi: KNAKV814DDA367903;

2. “KİA” markalı, “SORENTO” modeli, buraxılış ili - 2012, VİN nömrəsi: KNAKU815BCA341055;

3. “KİA” markalı, “SORENTO” modeli, buraxılış ili - 2012, VİN nömrəsi: KNAKU815BDA395238;

4. “Hyundai” markalı, “i30” modeli, buraxılış ili - 2009, VİN nömrəsi: KMHDC51TBAU210752;

5. “Hyundai” markalı, “ACCENT” modeli, buraxılış ili - 2012, VİN nömrəsi: KMHCS41UBCU295548;

6. “Hyundai” markalı, “ACCENT” modeli, buraxılış ili - 2012, VİN nömrəsi: KMHCT41UBCU270093. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Nigar Nəbizadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar