Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-673/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı müvafiq iş illəri sosial sığorta stajına daxil edilməklə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinədair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1992/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 (bundan sonra – DSMF) Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı x xxxx 1973-cü il tarixdən x xxx 1993-cü il tarixədək Ağdam rayonu Azərbaycan Kolxozunda, x xxxxxx 1994-cü il tarixdən xx xxxx 2003-cü il tarixədək “Elvin 1” KM-də iş stajı sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1958-ci il tarixdə Ağdam rayonunun Zəngişahlı kəndində doğulmuşdur. x xxxx 1973-cü il tarixdən x xxx 1993-cü il tarixədək Ağdam rayonunun “Azərbaycan” Kolxozunda (20 il, 10 ay, 2 gün), x xxxxxx 1994-cü il tarixdən xx xxxx 2003-cü il tarixədək “Elvin 1” kiçik müəssisəsində (9 il 9 ay 24 gün) satıcı vəzifəsində işləmişdir. Ümumilikdə onun 30 il 7 ay 26 gün iş stajı mövcuddur. xx xxxxx 2019-cu il tarixdə o, 1 saylı ASAN Xidmət mərkəzi vasitəsilə cavabdeh DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh xx xxxxx 2019-cu il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. Məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.2.1-ci maddəsinin tələblərinə uyğun olmadığından ona yaşa görə əmək pensiyasının təyin olunması qanuna ziddir. Onun ümumilikdə 30 il 7 ay 26 gün iş stajı vardır. Cavabdeh isə, əsassız imtina məktubu tərtib edərək mülahizələrə əsaslanmış və onun hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7, 30.2, 31.1, 32.1, 37.7-ci maddələrinə, İPM-in 2.2.2, 14.3, 33, 38.2, 45, 46, 73-cü maddələrinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsaslanaraq, x xxxx 1973-cü il tarixdən x xxx 1993-cü il tarixədək Ağdam rayonu Azərbaycan Kolxozunda, x xxxxxx 1994-cü il tarixdən xx xxxx 2003-cü il tarixədək “Elvin 1” KM-də iş stajı sosial sığorta stajına daxil edilməklə ona (iddiaçıya) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsinin üzərinə qoyulması məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Nərimanov rayon Şöbəsi iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda x xxxxxx 2019-cu il tarixdə qüvvəyə minmiş dəyişikliyə uyğun olaraq həmin Qanunun 22-1 maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 2019-cu ilin yanvarın 1dən etibarən sığortaolunanların əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabın sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin yanvarın 1-dək sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hazırlanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanların 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla aşağıdakı qaydada hesablanır: 22- 1.2.1.2019- 2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunanlara yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Əmək pensiyasının təyin olunması ilə bağlı müraciət “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.2.1-ci maddəsinin müvafiq tələblərinə uyğun olmadığından ona (iddiaçıya) yaşa görə əmək pensiyasının təyin olunması qanuna ziddir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1992/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı onun x xxxx 1973-cü il tarixdən x xxx 1993-cü il tarixədək Ağdam rayonu Azərbaycan Kolxozunda, x xxxxxx 1994-cü il tarixdən xx xxxx 2003-cü il tarixədək “Elvin 1” KM-də olan iş stajının sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Nərimanov rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək apellyasiya şikayətini etirazına uyğun əsaslandırıb məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəməiclasındaiştirakedəniddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməklə iddiaçıya pensiya təyin edilməsinin müddəti hüququn yarandığı tarixdən, yəni 61 yaşından müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam rayon filialının arxiv arayışına əsasən İddiaçı 1973-1994-cü illərdə Ağdam rayonu Azərbaycan adına Kolxozda işləməsi və əmək haqqı alması barədə məlumat əksini tapmış, ona məxsus əmək kitabçasında isə onun 1973-1993-cü illərdə Ağdam rayonu Azərbaycan Kolxozunda işləməsi (üzv olması) və 1994-2003-cü illərdə “Elvin 1” KM-də satıcı işləməsi barədə qeydlər aparılmışdır. İddiaçı cavabdeh orqana yaşa görə ona əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş, cavabdeh orqan isə onun müraciətinin “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2.1-ci bəndinin tələblərinə uyğun olmadığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə əmək kitabçasında göstərilməməsi əsası ilə cavabdeh DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən İddiaçı müvafiq arayışlarda və əmək kitabçasında göstərilən x xxxx 1973-cü il tarixdən x xxx 1993-cü il tarixədək Ağdam rayonu Azərbaycan Kolxozunda, x xxxxxx 1994-cü il tarixdən xx xxxx 2003-cü il tarixədək “Elvin 1” KM-də iş stajı sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina olunmasını qanuna zidd hesab edərək iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirmiş və iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 30.1-ci maddəsinə görə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Prezidentinin x xxxx 2006-cı il tarixli Fərmanına görə DSMF) tərəfindən təyin edilir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 27-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. x xxxxxx 2006-cıl il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatıhaqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara pensiya hesablanarkən onun işlədiyi hər hansı işin müddətini də nəzərdə tutur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının tələbində nəzərə alınması göstərilən iş stajı (müvafiq arayış və əmək kitabçasında göstərilən) üzrə dövrün (1973 – 2003-cü illər) bir hissəsindən sonrakı vaxtda, yəni xx xxxxxx 1992-ci il tarixdən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı qəbul edildikdən) sonra qüvvədə olan qanunvericilik əmək kitabçası və ya onda müvafiq qeydlər olmadığı hallarda iş stajının arayışlar vasitəsilə müəyyən edilməsini mümkün saymışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı qüvvədə olmasa da, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə uyğun olaraq, həmin normanın iddiaçıya münasibətdə tətbiq edilməli olması barədə mövqeyi əsaslı olmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mahiyyət etibarilə düzgün nəticəyə gəlsə də, İddiaçı pensiyanın hansı tarixdən təyin edilməli olduğunu göstərməmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1973-cü ildə anadan olduğundan onun yaşa görə pensiya hüququ xx.xx.2019-cu il tarixdən, yəni 61 yaşdan yaranmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı bu hissədə dəyişdirilərək İddiaçı onun x xxxx 1973-cü il tarixdən x xxx 1993- cü il tarixədək Ağdam rayonu Azərbaycan Kolxozunda, x xxxxxx 1994-cü il tarixdən xx xxxx 2003-cü il tarixədək “Elvin 1” KM-də olan iş stajının sosial sığorta stajına daxil edilməklə xx.xx.2019cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Nərimanov rayon şöbəsinin üzərinə qoyulmalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Bütün göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1992/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarıdəyişdirilsin. İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyası xx.xx.2019-cu il tarixdən hesablansın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-673/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-673/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver