Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-674/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 2016-cı il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 2016-cı il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7497/2021 saylı 22 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. İddiaçıya məxsus NZ seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı xx.xx.1985-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilə qədər Lənkəran Təmir Tikinti Trestində işçi, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə gədər Lənkəran Balıq-Konserv Zavodunda mexanika sexinin ocaqçı şagirdi, oçaqçı, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilə gədər 8 nömrəli Kənd-Təsərrüfat Trestində işçi, xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilə qədər X3 kərpicçi, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər Lənkəran Balıq-Konserv Zavodunda işçi, xx.xx.1980-ci ildən xx.xx.1984-cü ilə qədər Bakı şəhəri Orcokinidze rayon X2 işçi və anbarçı, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilə qədər sifarişçi, xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilə qədər Azərittifaqın Bakpromkombinatda ekspeditor, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə qədər Şaumyan RİT-də qəssab, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər “Aqropromstroy-2”də işçi, xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilə qədər “İnvestServis” LTD-də muhafizəçi vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair portaldan çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı **********1 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə ilkin müayinə olunmuş və bir il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. xx.xx.2016-cı il tarixdə şəxsin ikinci dərəcə əlilliyi Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə müvafiq olaraq şəxsin iştirakı olmadan Əlillik altsistemi tərəfindən beş il müddətinə uzadılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF Məhkəmə Mübahisələri ilə İş İdarəsinin **********7 saylı xx.xx.2020-ci il tarixli məktubuna əlavə olunmuş X4 müavinət işinin təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə xx.xx.2015- ci ildən xx.xx.2016-cı ilədək, xx.xx.2017-ci il tarixdə isə xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilədək 2-ci qrup əlilliyə görə sosial müavinat təyin edilmişdir. İddiaçı ona 2016-cı ildən əlilliyə görə əmək pensiyasının təyin edilməli olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********2 saylı xx.xx.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən İİ və İİİ qrup əlillərə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Onun xx.xx.2016-cı il tarixdən sosial pensiya təyin edildiyindən əlilliyə görə əmək pensiyası almaq hüququ yoxdur. Cavabdehin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 2016-cı il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.1973-cu ildə Lənkəran Təmir Tikinti Trestində əmək fəaliyyətinə başlamış, sonradan hərbi xidmətə çağrılmış, lakin xəstəliyi ilə əlaqədar ordudan tərxis olunmuş və yenidən əmək fəaliyyətini davam etdirmişdir. Əmək fəaliyətinə başladığı gündən xx.xx.1993-cü ilə kimi əmək fəaliyyətini davam etdirmiş və sonradan fasilələrlə fərdi əməklə məşğul olmuş, xəstəliyi tam işləməyinə imkan verməmişdir. 2016-cı ildən (gözdən əlil) 2-ci qrup əlildir. 2016-ci ildə əlilliyi ilə əlaqədar əmək pensiyası almaq üçün inzibati orqana müraciət etmiş, lakin tələbi təmin olunmamışdır. Cavabdeh qanunsuz olaraq onun əlilliyə görə pensiya almaq hüququnu məhdudlaşdırmışdır. Halbuki onun yaş həddi imkan verirdi ki, ona 2016-cı ildə əlilliyə görə əmək pensiyası təyin olunsun. O, dəfələrlə, sonuncu dəfə isə yanvar 2020-ci ildə cavabdehə ona əlilliyə görə əmək pensiyası təyin olunması barədə ərizə ilə yazılı müraciət etmişdir. Təkrar olaraq cavabdeh əsassız səbəblərdən ona əlilliyə görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz və ona əlavə verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 11-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Beləliklə, əlilliyə görə əmək pensiyasının təyin olunma şərtləri : 1) sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı; 2) əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PSK/(TxK), burada: SH-əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixədək qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T-gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K-sığorta davamiyyəti əmsalıdır. İddiaçı pensiya yaşına çatsa da əlilliyə görə tələb olunan əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olmadığı üçün müraciət etdiyi DSMF Suraxanı rayon şöbəsi tərəfindən əlilliyə görə sosial müavinət təyin olunmuş və hazırki vaxta qədər ödənişlər olunur. Vətəndaşa əlilliyə görə pensiya təyini üçün tələb olunan kapital 16742,9 manat, vətəndaşın pensiya kapitalı isə 11632,84 manat təşkil edir. Həmçinin vətəndaşın əmək kitabçasında qeyd olunan və sosial sığorta stajına daxil edilən xx.xx.1990-ci ildən xx.xx.1993-cü ilədək olan dövrü şübhə doğurmuş, lakin qarşılıqlı yoxlamaq mümkün olmamışdır. Beləliklə, iddiaçının əmək pensiyasına hüququ yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli 2-1(112)-2937/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2016-cı il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2021-ci il tarixli 2- 1(103)-365/2021 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli 2- 1(112)-2937/2020 nömrəli qərarı ləğv edilmiş, inzibati işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bundan sonra işə yenidən Bakı İnzibati Məhkəməsi tərəfindən baxılaraq 2-1(112)- 7497/2021 saylı 22 sentyabr 2021-ci il tarixli qərarla iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddianın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. "xxxx" LTD MMC yarandığı 1990-cı il dövründə mövcud olmamışdır. Həmin dövrdə bütün təşkilatlar Ədliyyə Nazirliyində hüquqi qeydiyyata alınır və onlara möhür, nizamnamə verilirdi. Məhkəmə tərəfindən Ədliyyə Nazirliyinə sorğu verilərək MMC-nin ilkin qeydiyyatı müəyyən edilməmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddiaya dair yazılı etirazın və ona əlavənin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, İddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi hazırki işə İddiaçı iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə prosesində iştirak etmiş İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2020-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 2016-cı il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından ona xx.xx.2016-cı il tarixdən sosial pensiya təyin edilməsi, eyni zamanda pensiya kapitalının və ya sığorta stajının kifayət qədər olmaması əsası ilə imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının sığorta stajının qanunla tələb olunan sığorta stajından az olmasına, cavabdehin imtinasının qanunvericiliyin tələblərinə zidd olmamasına istinad edərək iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir. 01 iyul 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqında” Qanunun 12ci maddəsinin tələbinə görə əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.3.1-ci bəndinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Göründüyü kimi, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə görə hazırki iddianın təmin olunması üçün iki şərt- 1) iddiaçının əlil olması və 2) iddiaçının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması zəruridir. Bu şərtlər əsasında işin halları araşdırıldıqda müəyyən olunur ki, iddiaçının xx.xx.2015-ci il tarixdə ikinci dərəcəli əlil sayılması işin mübahisəsiz halıdır. Yəni, Qanunun 12.1-ci maddəsində nəzərdə tutulmuş birinci şərt mövcuddur. İkinci şərtə gəldikdə isə, cavabdeh iddiaçıya əlilliyə görə pensiya təyin olunmasını mümkünsüz edən hal kimi onun zəruri sosial sığorta stajına malik olmadığını bildirir. İddianın təmin olunması üçün tələb olunan sosial sığorta stajı isə 15 il 3 ay (61 – 15 = 46 x 4 = 184 : 12 = 15 il 3 ay) təşkil edir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1.-ci bəndinə görə sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən olunur. Hazırki işdən görünür ki, cavabdeh inzibati orqan iddiaçının yetəri qədər sığorta stajına malik olmasını və ya pensiya kapitalının kifayət qədər olmasını mübahisələndirir, sonradan isə əmək kitabçasında qeyd olunan xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilədək olan dövrün (İnvest-servis” LTD müəssisəsində işlədiyi dövrün) şübhə doğurduğunu qeyd edir. Birinci instansiya məhkəməsinə sorğuya cavab olaraq daxil olmuş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 5/1178 saylı xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdi ki, "xxxx" LTD müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X7 İdarəsinin **********329400 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, idarədə olan reyestrdə "xxxx" Müəssisəsi adlı kommersiya qurumu aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 22 avqust 2020-ci il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş İdarəsinə ünvanlanmış məktubunda göstərilmişdir: "xxxx" müəssisəsi barədə məlumat verilməsi ilə bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsindən daxil olmuş müraciətə baxılmışdır. Bildirilmişdi ki, adıçəkilən müəssisə barədə məlumat qeyri-kommersiya qurumlarının dövlət reystrində aşkar edilməmişdir.” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 30 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış məktubunda göstərilmişdir: “İddiaçı “pensiya təminatı üzrə” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 2937/2020 saylı inzibati işlə əlaqədar "xxxx" müəssisəsinin 1990-cı ildən xx.xx.1993-cü ilədək dövlət qeydiyyatından keçib-keçməməsi, fəaliyyətinin olub-olmaması, hüquqi şəxsin balansında əmlakın olması, özəlləşdirilmə tarixi və digər məlumatların təqdim edilməsi barədə 14 sentyabr 2020-ci il tarixli **********6 nömrəli sorğuya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdi ki, Əmlak Məsələləri Dövlət Xidmətində "xxxx" müəssisəsi barədə sorğuda qeyd olunan hər hansı məlumat yoxdur.” İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən onun işlədiyi "xxxx" LTD MMC-nin ilkin qeydiyyatının müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müvafiq sorğunun verilməməsi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-i madəsinə əsasən məhkəmə tərəfindən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən İddiaçı işlədiyi "xxxx" LTD müəssisəsinin dövlət qeydiyyatı ilə bağlı hüquqi sənədlərin, o cümlədən müəssisənin ilk dəfə dövlət qeydiyyatına alınmasına dair sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxlərin Dövlət Qeydiyyatı İdarəsinə məhkəmə sorğusu göndərilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxlərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda idarədə olan reyestrdə "xxxx" LTD müəssisəsi adlı kommersiya qurumunun aşkar edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" MMC-nin qeydiyyat sənədlərinin təsdiq edilmiş surətlərdən görünür ki, "xxxx" MMC (VÖEN **********) 04 mart 2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən daxil olmuş sorğuya cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi X7 üzrə X14 kommersiya təşkilatlarının dövlət reyestrindən çıxarışından görünür ki, "xxxx" MMC xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmış, xx.xx.2016-cı il tarixdə çıxarış verilmişdir. "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli təsisçi qərarından görünür ki, dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinə ərizə ilə müraciət edilməsi qərara alınmışdır. 0705-Q3-405 saylı Dövlət qeydiyyatı haqqında şəhadətnaməyə əsasən "xxxx" MMC ilk dəfə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi X7 üzrə X14 tərəfindən xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır. "xxxx" MMC-nin Nizamnaməsi isə xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası tərəfindən İddiaçı işlədiyi "xxxx" LTD müəssisəsinin ("xxxx" MMC - VÖEN **********) 1990-1993-cü illərdə hüquqi şəxs kimi İcra Hakimiyyətində qeydiyyatdan keçib-keçməməsi, keçdiyi təqdirdə dövlət qeydiyyatına alınmasına dair sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Göyçay və Qəbələ rayon İcra Hakimiyyətinə məhkəmə sorğuları göndərilmişdir. Həmin sorğulara cavab olaraq məhkəməyə daxil olmuş Qəbələ rayon İcra Hakimiyyəti Başçısı Aparatının 4/415/229 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı işlədiyi "xxxx" LTD müəssisəsi barədə rayon İcra Hakimiyyətində heç bir məlumat mövcud deyildir. Eyni zamanda Göyçay rayon İcra hakimiyyətinin 176 saylı xx.xx.2022-ci il tarixli məktubunda arxivdə "xxxx" LTD müəssisəsinin 1990-1993-cü illərdə hüquqi şəxs kimi qeydiyyatdan keçməsinə dair sənədin aşkar edilmədiyi qeyd olunmuşdur. Həmçinin apellyasiya baxışı zamanı İddiaçı ilk dəfə nə vaxt əlilliyin verilməsi barədə məhkəməyə məlumat verilməsi və bu barədə sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məhkəmə sorğusu göndərilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyiindən daxil olmuş sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0034003AABWF nömrəli göndərişi əsasında xx.xx.2015ci İldə ilkin qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Sonrakı dövrdə İddiaçı “ümumi xəstəlik" səbəbindən ikinci dərəcə əlilliyi xx.xx.2016-cı il tarixdən “Əlillik” altsistemi tərəfindən 5(beş) il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Nəzərə çatdırılmışdı ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında adsızlaşdırılmış sənədlər üzərindən şəxsin iştirakı olmadan elektron qiymətləndirilir. Vətəndaşın əlillik müddətinin bitdiyi xx.xx.2021-ci ildən sonra Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə dövlət tibb müəssisəsi tərəfindən yeni göndəriş (Forma-088) daxil olmamışdır. Məktuba əlavə edilmiş ətraflı qiymətləndirmə məlumatlarından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə Bakı 24 nömrəli Birləşmiş Xəstəxanasında tibbi nəzarətə götürülmüş, xx.xx.2015-ci il tarixdə ilkin müayinə olunaraq ona 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, növbəti müayinə tarixi xx.xx.2016-cı il müəyyən edilmiş, həmin tarixdə yenidən müayinədən keçmiş, növbəti müayinə tarixi 5 il müddətinə uzadılaraq xx.xx.2021ci il müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş sığortaolunanın hesabından görünür ki, 2016-cı ilin avqust ayından dekabr ayına kimi İddiaçı 1492.00 manat gəliri olmuş, sığortaedən X8 tərəfindən 373.00 manat hesablanmış, 164.92 manat ödənilmiş, pensiya kapitalı isə 204.41 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlilliyə görə pensiya hüququnun yaranması üçün sığorta stajının 15 il 3 ay olması tələb olunur. Lakin iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilə qədər "xxxx" LTD-də muhafizəçi vəzifəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Belə ki, məhkəmə araşdırmaları zamanı təqdim olunmuş sənədlərdən müəyyən olundu ki, "xxxx" LTD ilk dəfə 04 mart 2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Belə olan halda iddiaçının həmin müəssisədə 1990-1993-cü illərdə işləməsi halı təsdiq olunmur. Bu baxımdan iddiaçının əlilliyə görə pensiya təyin olunması üçün onun qanunla tələb olunan 15 il 3 ay stajı tamamlanmır. O ki qaldı cavabdehin etirazında qeyd etdiyi “iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi” barədə cavabdehin dəlilinə, bu barədə məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçı 2016-cı ildən ona əlilliyə görə pensiya təyin olunmasını tələb etdiyi üçün onun tələbinə 01 iyul 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqında” Qanunun tələbləri tətbiq edilməli və həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb qanuna xx.xx.2017-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq da həmin tələb xx.xx.2017-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. Belə olan halda həmin şərtin yoxlanılmasına ehtiyac qalmır. Lakin məhkəmə kollegiyası bir daha yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının 1990-1993-cü illərdə işlədiyi müəssisənin mövcudluğu ilk dəfə onun hüquqi şəxs kimi qeydiyyatdan keçdiyi- 2005-ci ildən olduğu üçün bu hal onun 1990-1993-cü illərdə həqiqətən həmin müəssisədə işləməsi faktını şübhə altına alır və buna görə də kollegiya iddiaçının ona əlilliyə görə pensiya təyin olunmasını tələb etdiyi- 2016-cı il tarixə onun qanunla tələb olunan 15 il 3 aydan az iş stajı olduğu üçün tələbinin təmin oluna bilməməsi qənaətindədir. Nəzərə alınmalıdır ki, iddiaçıya əlilliyə görə pensiya təyin olunması barədə tələb əsassız olub, təmin edilmədiyi üçün iddiaçının “yaranacaq fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbi də əsas tələbə əlavə tələb olaraq verildiyindən əsas tələbin təmin olunmaması səbəbindən rədd edilməlidir. Odur ki, Kollegiya qeyd olunan əsaslarla bağlı birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə də məhkəmə kollegiyası həmin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qəbul etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7497/2021 saylı 22 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-674/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-674/2022
08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver