Məhkəmə qərarları › İş №2-1(103)-675/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-675/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-675/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X5, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (X11 və qeyriləri üçüncü şəxs qismində cəlb edilməklə) “Cavabdeh 28 iyul 2020-ci il tarixli 3/10-625 saylı məktubunun qanunsuz hesab edilməsi və tikiliyə dair layihə sənədləri əsasında tikinti işlərinə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-48/2024 saylı 27 avqust 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şosesi, 261-ci sahədə yerləşən 0,0228 ha torpaq sahəsində tikinti işlərinin aparılmasını qadağan edən Səbail rayonu İH başçısının 28 iyul 2020-ci il tarixli 3/10-625 №-li sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 261-ci sahədə yerləşən 0,0228 ha torpaq sahəsində tikinti işlərinin aparılmasını qadağan edən Səbail rayon İH-i başçısının 28 iyul 2020-ci il tarixli 3/10-625 №-li məktubunun qanunsuz hesab edilməklə ləğv edilməsi və verilmiş layihə sənədlərinə uyğun olaraq tikinti işlərinin aparılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia ərizəsi icraata qəbul edilmişdir Bakı İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-1(112)-1506/2021 saylı qərarı ilə, iddia təmin edilərək, Cavabdeh 28 iyul 2020-ci il tarixli 3/10-625 nömrəli məktubu qanunsuz hesab edilməklə ləğv edilmiş və verilmiş layihə sənədlərinə uyğun olaraq tikinti işlərinin aparılmasının davam etdirilməsi qərara alınmışdır. X1, X10 və X14 “üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma” barədə vəsatətlə məhkəməyə müraciət edərək, onların iş üzrə üçüncü şəxs qismində cəlb olunması, Bakı İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-1(112)-1506/2021 saylı qərarının ləğv olunması və işə mahiyyəti üzrə baxılmasının təzələnməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(112)-9724/2022 saylı qərardadı ilə, X1, X10 və X7 “üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma” barədə vəsatəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2- 1(112)-1506/2021 saylı qərarı ləğv edilmiş və iş üzrə icraat təzələnmiş, X11, X10 və X14 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şosesi, 261-ci sahədə yerləşən 0,0228 ha torpaq sahəsi İddiaçı X15 ilə Bakı şəhəri 51 saylı notariat ofisində 2018-ci il dekabrın 26da bağlanmış və 4Ə-1302 №-li reyestrdə təsdiq olunmuş AN-İ seriyalı ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında almış, bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının adına 07 yanvar 2019-cu il tarixli A seriyalı 337936 №-li torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuş və adına həmin idarə tərəfindən 08 yanvar 2019-cu il tarixli RX seriyalı ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mülkiyyətində olan adıçəkilən torpaq sahəsinə dair tərtib olunmuş 06 avqust 2018-ci il tarixli EL-280/2018 №-li memarlıqplanlaşdırma layihəsi əsasında mövcud tikilinin sökülməsi və yeni tikinti işlərinin aparılmasına dair Cavabdehnə müraciət etmiş, sonuncu tərəfindən 29 noyabr 2019-cu il tarixli, 3/10- F-23-151 №-li razılaşdırılmış məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin tikintisinə icazə verilmiş, tikinti işləri başa çatdıqdan sonra 10 iş günü ərzində İH-ə məlumat verilməsi tövsiyyə olunmuşdur. Bundan sonra, tikintinin aparılması işlərinə başlamaq üçün əraziyə tikinti materialları gətirib işə başlamaq istəyərkən ona məlum olmuşdur ki, cavabdeh onun xəbəri olmadan 28 iyun 2020-ci il tarixli 3/10-625 №-li məktubla tikinti işlərinin başlanmasına icazə verilməsi barədə 29 noyabr 2019-cu il tarixli 3/10-F-23-151 №-li sərəncamı ləğv etmişdir. 2020-ci il avqustun 11-də müraciət edərək hüquqlarının kobud surətdə pozulması ilə nəticələnən 28 iyun 2020-ci il tarixli 3/10-625 №li sərəncamın ləğv edilməsini xahiş etmiş, lakin cavabdeh aparılacaq tikinti işlərinin guya hansısa problemlər yaradacağı səbəbi ilə bundan imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının kobud surətdə pozulması ilə nəticələndiyindən etibarsız hesab edilməlidir. Çünki, o, təsdiq olunmuş yeni layihəyə uyğun olaraq tikinti işlərinə başlamış, birinci mərtəbəni inşa etmiş, tikinti işlərinin aparılması üçün külli miqdarda xərc çəkmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-48/2024 saylı, 27 avqust 2024-cü il tarixli qərarı ilə (hakim H.Ağalarov) İddiaçı Cavabdehnə qarşı (X11 və qeyriləri üçüncü şəxs qismində cəlb edilməklə) “Cavabdeh 28 iyul 2020-ci il tarixli 3/10-625 saylı məktubunun ləğv edilməsi və tikiliyə dair layihə sənədləri əsasında tikinti işlərinin davam etdirilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ekspertiza üçün tələb olunan xərci ödəməkdən imtina etməmişdir. Əgər həmin xərcin ödənilməsindən imtina etmiş olsaydı belə, bu iddia tələbinin rədd edilməsi üçün hüquqi əsas deyildir. Çünki qanunvericilikdə belə bir müddəa mövcud deyildir. Üstəlik də ki, real məhkəmə təcrübəsinə əsasən ekspertiza tədqiqatının xidmət haqqı məhkəmə qərarı qüvvəyə mindikdən sonra ödənilir. Bundan başqa, mülkiyyətində olan torpaq sahəsində aparılan tikinti işlərinin üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmiş X11, X10 və X7 hüquqlarını pozmasını iddia etmələrinə baxmayaraq, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişlər. Lakin bütün bunlara baxmayaraq, məhkəmə üçüncü şəxslər tərəfindən təqdim olunan fotoşəkillərə əsaslanmaqla qərar qəbul etmişdir. Halbuki, məhkəmə iclası zamanı tərəfindən İddiaçı mülkiyyətində olan torpaq sahəsində əvvəl mövcud olmuş tikilinin mobil telefonda olan fotoşəkilləri məhkəməyə göstərilərək üçüncü şəxslərin iddiaçının hüquqlarını pozmasını bildirsə də, məhkəmə bu fakta da qiymət verməmişdir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şosesi, 261-ci sahədə yerləşən 0,0228 ha torpaq sahəsini İddiaçı xx.xx.2018-ci ildə X6 daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında almış, torpağı alan zaman orada üçüncü şəxslərə məxsus tikililərdən daha əvvəl tikilmiş bina mövcud olmuşdur. İddiaçı da köhnə binanı sökərək onun yerində daha müasir tikili inşa etmişdir. Üstəlik, artıq tikinti işləri başa çatmışdır. Bundan başqa, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şosesi, sahə 261 ünvanında yerləşən 0.0228 ha torpaq sahəsi xüsusi mülkiyyətdir, torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqları Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq, RX seriyalı, ******* nömrəli çıxarış verilmiş, Dövlətin ali qurumları tərəfindən tikinti aparılmasına icazə verilmiş və üçüncü şəxslərin həmin torpaq sahəsi ilə uzaq-yaxın heç bir əlaqəsi yoxdur. Bundan əlavə, tikintinin layihəyə uyğun həyata keçirilməsinə bilavasitə nəzarət edən orqan FHN Tikintidə Təhlükəsizliyə Dövlət Agentliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir ki, həmin orqanlar da tikintinin layihəyə və tikinti normalarına uyğun həyata keçirilməməsi ilə bağlı mülkiyyətçiyə heç bir irad bildirməmişlər. Belə olan vəziyyətdə məhkəmənin hazırki qərarı qəbul etməsi mülkiyyət hüququnu pozmaqla yanaşı həmin əmlak barəsində sərəncam hüququnu da məhdudlaşdırır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 bildirmişdir ki, Cavabdeh tikinti layihəsini təsdiq edib, məhkəmənin qərarını icra edib, apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənini mülahizəsinə buraxırlar. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə digər üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən üçüncü şəxslərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Hazırkı işin materiallarında olan: - RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şosesi, sahə 261 ünvanda yerləşən 0.0228 (hektar) torpaq sahəsi İddiaçı məxsusdur. - xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,12 torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 617,60 kv.m sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüquqları əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. - Bakı şəhəri Cavabdeh başçısının 1159 saylı, 17 aprel 1995-ci il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikintisi üçün X8 600 kv.m torpaq sahəsi ayrılması qərara alınmışdır. - RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüquqları əsasında X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. - Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi uzun illər ərzində və halhazırda neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində yerləşir. Bu səbəbdən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. - Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, № 3/10-F-23-151 saylı məktubunda qeyd edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli, Seriya RX ******* nömrəli Çıxarışına əsasən ünvan 2 ünvanında mülkiyyətində olan torpaq sahəsində mövcud fərdi yaşayış evinin tikintisinə dair məlumatlandırma icraatı qaydasında təqdim etdiyi memarlıq-planlaşdırma həlli layihəsinə (Lisenziya № EL280/2018, xx.xx.2018-ci il) baxıb onu razılaşdırırlar. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.5-ci maddəsinə əsasən barəsində “məlumatlandırma icraatı təqdim edilən yaşayış evinin razılaşdırılmış layihəsinə uyğun tikintisinə nəzarət Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Eyni zamanda, Məcəllənin 102.6-cı maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi başa çatdıqdan sonra, bu barədə 10 iş günü müddətində Rayon İcra Hakimiyyətinə məlumat verilməsi qeyd olunmuşdur. - Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli № 3/10- 625 məktubunda qeyd edilir ki, “ünvan 4 ünvanda mülkiyyətinizdə olan torpaq sahəsində mövcud tikilinin sökülərək yenidən tikilməsinə dair məlumatlandırma icraatı qaydasında təsdiq edilmiş 3/10-F-23-151 saylı, xx.xx.2019-cu il tarixli layihə ləğv edilir”. - İddiaçı Bakı şəhəri Cavabdeh başçısına ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsində qeyd edilmişdir ki, Cavabdeh başçısının müavini Vüqar Şıxməmmədovun 28 iyul 2020-ci il tarixli 3/10- 625 saylı qərarı ilə ona Bakı şəhəri, Səbail rayon, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şosesi, 261 ünvanda apardığı tikinti işlərinə dair Cavabdeh 29 noyabr 2019-cu il tarixli 3/10-F-23-151 saylı layihəsi ləğv edilmişdir. O, həmin ünvanda rəsmi razılığa əsasən tikinti işlərinə başlamış, xeyli iş görmüş, tikinti materialları işlətmiş və pul xərcləmiş. İndi qəbul edilən qərar onun hüquq və mənafelərinə ziddir, ona külli miqdarda ziyan vurulur. Odur ki, ərizəsini nəzərə alıb, 28 iyul 2020-ci il tarixli qərarı ləğv edib, təqdim etdiyi layihə əsasında tikinti işlərinin aparılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. - Bakı şəhəri Cavabdeh Başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, № 10-f-18-151 saylı məktubda qeyd edilmişdir ki, “ünvan 4 ünvanda mülkiyyətinizdə olan torpaq sahəsində mövcud tikilinin sökülərək yenidən tikilməsinə dair məlumatlandırma icraatı qaydasında təsdiq edilmiş memarlıq-planlaşdırma həllinin ləğvi barədə Cavabdehnə ünvanlanan F-18-151 saylı, xx.xx.2020-ci il tarixli müraciətə baxılmışdır. Mövcud tikilinin sökülərək yeni layihə əsasında aparılan tikinti işləri zamanı müəyyən problemlər yarandığından həmin fərdi yaşayış evinin tikintisinə dair tərtib edilən memarlıq planlaşdırma həlli ləğv edilmişdir. Mövcud olan problemlər aradan qaldırıldıqdan sonra qaldırılan məsələyə yenidən baxıla bilər”. - Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi uzun illər ərzində və halhazırda neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində yerləşir. Bu səbəbdən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. - Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinə həvalə edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti vəsatətlə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilməli olan mütəxəssis rəyinin təqdim edilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilən məktubda nəzərdə tutulmuş xidmət haqqının ödəniləcəyi təqdirdə mütəxəssis rəyinin verilməsinin təmin ediləcəyi qeyd edilmişdir. İddiaçı tərəfindən müvafiq xidmət haqqının ödənilməsindən imtina edilmiş, bu səbəbdən iş materialları ekspert tərəfindən icra edilmədən geri qaytarılmışdır. İddiaçı hazırkı iddiası ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 261-ci sahədə yerləşən 0,0228 ha torpaq sahəsində tikinti işlərinin aparılmasını qadağan edən Səbail rayon İH-i başçısının 28 iyul 2020-ci il tarixli 3/10-625 №-li məktubunun qanunsuz hesab edilməklə ləğv edilməsi və verilmiş layihə sənədlərinə uyğun olaraq tikinti işlərinin aparılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi edilməmiş, mövqeyi onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı, müvafiq ərazidə neft quyusunun olub-olmamasının, istismarının dayandırılıb-dayandırılmamasının, əgər varsa həmin torpaq sahəsində tikintinin aparılmasına maneə təşkil edib-etməməsinin, hansı təhlükəsizlik tədbirləri görülməklə tikinti işlərinin aparılmasının mümkün olmasının, həmin torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşib-yerləşməməsinin, torpaq sahəsinin kateqoriyasının (məqsədli təyinatı) müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti vəsatətlə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilməli olan mütəxəssis rəyinin təqdim edilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilən məktubda nəzərdə tutulmuş xidmət haqqının ödəniləcəyi təqdirdə mütəxəssis rəyinin verilməsinin təmin ediləcəyi qeyd edilmişdir. İddiaçı tərəfindən müvafiq xidmət haqqının ödənilməsindən imtina edilmiş, bu səbəbdən iş materialları ekspert tərəfindən icra edilmədən geri qaytarılmışdır. İddiaçı tərəf ekspertiza üçün tələb olunan xərci ödəməkdən imtina etməklə ekspertizanın keçirilməsinə mane olduğundan, ekspertiza təyin edilən faktlar onun xeyrinə şərh edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: -74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. -79.1-ci əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. 79.2-ci maddəsinə əsasən bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik normalarına əsasən məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün tələb olunan sənədlər torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd. 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3-cü maddəsinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir. 80.5-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 80.6-cı maddəsinə əsasən bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsinə əsasən tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda həmin müddətin bitdiyi andan dərhal bu barədə məlumatın Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. 80.7-cı maddəsinə əsasən məlumatlandırma icraatı üzrə bu Məcəllənin 80.4-cü, 80.4-1-ci və 80.6-cı maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, işin halları ilə müəyyən edilir ki, Bakı şəhəri Cavabdeh başçısının 1159 saylı, 17 aprel 1995-ci il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikintisi üçün X8 600 kv.m torpaq sahəsi ayrılması qərara alınmışdır. İddiaçı məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin tikintisi üçün memarlıqplanlaşdırma həlli layihəsini, torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlə birlikdə Cavabdehnə təqdim etmiş, Cavabdeh tərəfindən təqdim edilmiş memarlıq-planlaşdırma həlli layihəsi baxılıb razılaşdırılmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli 3\10-625 nömrəli məktubu ilə 3/10-F-23-151 saylı, xx.xx.2019-cu il tarixli layihə ləğv edilmişdir. Lakin həmin məktubda (iddiaçının hüquqlarını pozan aktda) layihənin ləğv edilməsi səbəbləri qeyd edilməmiş və əsaslandırılmamışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciətlər edilmiş, inzibati orqan tərəfindən iddiaçıya cavab verilərək qeyd edilmişdir ki, mövcud tikilinin sökülərək yeni layihə əsasında aparılmış tikinti işləri zamanı müəyyən problemlər yarandığından həmin fərdi yaşayış evinin tikintisinə dair tərtib edilmiş memarlıq planlaşdırma həlli ləğv edilmiş, mövcud problemlər aradan qaldırıldıqdan sonra məsələyə yenidən baxıla biləcək. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, bu Məcəllənin 80.1-1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə isə, həmin ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, tikinti işləri barədə məlumatlandırma icraatı qaydasında müvafiq sənədləri təqdim edən şəxsə müəyyən olunmuş müddət ərzində iradlar bildirilmədikdə şəxs tikinti işlərinə başlaya bilər. Bu iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Hazırkı işin hallarından göründüyü kimi, cavabdeh inzibati orqan heç bir əsaslandırılma aparılmadan, qanunvericiliyin tələbi pozulmaqla 3/10-F-23-151 saylı, xx.xx.2019-cu il tarixli layihəni (memarlıq-planlaşdırma həlli layihəsinin razılaşdırılması haqqında) ləğv etmişdir. “İnzibati icraat haqqında” Qanunun: 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2--ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən məktub (akt) qəbul edilərkən qanunda nəzərdə tutulmuş qaydada inzibati icraat aparılmamışdır. Qanunvericiliyə əsasən inzibati aktın qəbul edilməsindən əvvəl mütləq qaydada inzibati icraatın aparılmalı olduğu, bu zaman marağına toxunan şəxslərin həmin icraata cəlb edilməli olduğu, inzibati orqanın işin bütün faktiki hallarını xidməti vəzifəsinə görə aydınlaşdırmalı olduğu və bunun üçün zəruri sübutları toplamalı olduğu, inzibati akt qəbul edilərkən iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara qiymət verilməli olduğu və nəhayət, qəbul edilmiş inzibati aktın qanunda nəzərdə tutulmuq qaydada əsaslandırılmalı olduğu təsbit edilmişdir. Ona görə də, sərəncam inzibati icraat haqqında hüquq normalarının tələblərinə riayət edilməməklə qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 68.4-cü maddəsinin tələbinə görə qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. Qanunun 68.6-cı maddəsində qeyd edilir ki, maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı üçüncü şəxslər X11, X10 və X14 məhkəmə kollegiyasına müraciət edərək bildirmişdilər ki, İddiaçı ilə aralarında barışıq əldə olunmuş və hazırda biri-birilərinə qarşı hər hansı iddia və tələbləri yoxdur. Hazırda ərizə ilə məhkəməyə müraciət edərək “üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma və inzibati mübahisəyə yenidən baxılmasına dair” vəsatətlərini geri götürürlər və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-48/2024 saylı 27 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsinə və iddia tələbinin təmin olunmasına etiraz etmirlər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-48/2024 saylı 27 avqust 2024-cü il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia təmin edilməli, Cavabdeh 28 iyul 2020-ci il tarixli 3/10-625 nömrəli məktubu qanunsuz hesab edilməli və tikiliyə dair layihə sənədləri əsasında tikinti işlərinin aparılmasına yaradılmış maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-48/2024 saylı 27 avqust 2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh 28 iyul 2020-ci il tarixli 3/10-625 nömrəli məktubu qanunsuz hesab edilsin və tikiliyə dair layihə sənədləri əsasında tikinti işlərinin aparılmasına yaradılmış maneələr aradan qaldırılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar