Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-676/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi inzibati məhkəmə icraatına üçünvü şəxs qismində cəlb edilməklə) “Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Kamil Məmmədov küçəsində yerləşən 13 saylı evin 5 saylı mənzilinə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X4 ibarət tərkibdə, Ramiz Vüqar oğlu Əsgərlinin katibliyi, Üçüncü şəxsin nümayəndəsi X5 iştrakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1282/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. 021698 №-li, xx.xx.1992-ci il tarixli orderin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Kamil Məmmədov küçəsi, ev 13, 5 saylı mənzil xx.xx.1991-ci il tarixdə 5 nəfər ailə üzvü ilə İddiaçı ayrılmışdır.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar Hissəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 207 nömrəli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə 15 nömrəli protokola əsasən ünvan 1 ünvanına ailə tərkibi 5 nəfər olmaqla 14 oktyabr 1992-ci il tarixdə Salyan rayon Mənzil-İstismarı hissəsi tərəfindən 021698 nömrəli order verilmişdir.
3. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2023-cü il tarixli Arayışına əsasən, ünvan 3 ünvanında qeydiyyatdadırlarlar – İddiaçı, X17, X11, X10, X8, X12, X18, X19, X22, X9.
4. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 46 №-li, xx.xx.2023-cü il tarixli “vətəndaş İddiaçı yaşadığı xidməti mənzilin ona daimi yaşayış üçün verilməsi və kirayə müqaviləsinin onun adına bağlanması haqqında” sərəncamından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, ev 13, sahəsi 47.0 kv.m olan, 3 otaqlı, 5 saylı mənzil xidməti mənzillər siyahısından çıxarılaraq vətəndaş İddiaçı daimi yaşayış üçün verilməsi və mənzilin kirayə müqaviləsinin onun adına bağlanılması qərara alınmışdır. 1. İddiaçı (özü), 2. X12 (arvadı), 3. X10, 4. X9 (oğlu),
5. X8 (oğlu)
5. X10, X8, X9 və X6 notarial qaydasında təsdiq edilmiş ərizələrindən görünür ki, onlar Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, ev 13-də yerləşən 5 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə razılıq verirlər.
6. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-21-3/2-P-0070-8/2024 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən təqdim edilmiş “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsi” əsasında sözügedən ünvanda yerləşən yaşayış binası həmin birliyin balansında olan əmlak kimi dövlət əmlakının Registrində qeydiyyata alınmışdır. Bu baxımdan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il tarixli 25 iyun tarixli 118 nömrəli Qərarı il təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilmsi Qaydası”nın tələbinə uyğun olaraq, sözügedən mənzilin, yəni Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, ev 13, 5 saylı mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması barədə balanssaxlayıcı qurumun baş idarəetmə orqanı tərəfindən müraciət daxil olacağı təqdirdə tərəflərindən müvafiq qaydada münasibət bildiriləcəkdir.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçı X3 ünvanladığı xx.xx.2023-cü il, 3- 21-3-30/2- 14469/2023 **********69 nömrəli tarixli məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, ev 13-də yerləşən 5 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, ev 13-də yerləşən 5 saylı mənzilinə dair Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 46 saylı sərəncamı xx.xx.2023-cü il tarixdə verilmişdir.
8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 25-4/2-43/2024 nömrəli məktubundan görünür ki, İddiaçı müraciətində qeyd olunan Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Kamil Məmmədov küçəsində yerləşən 13 saylı evin, 5 saylı mənzili Azərbaycan Respublikasının Müdafiə Nazirliyininn balansındandır.
9. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin xx.xx.2024cü il tarixli, 1601 nömrəli məktubundan görünür ki, İddiaçı yaşadığı ünvan 3 ünvanındakı yaşayış sahəsi Müdafiə Nazirliyinin balansındadır və xidməti mənzil statusuna malikdir.
10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-ci tarixli, **********88 nömrəli məktubu ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Kamil Məmmədov küçəsi, ev 13 ünvanında yerləşən binada qeydiyyatdan keçmiş bir neçə mənzillərə dair müvafiq sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir: 1) “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Kamil Məmmədov küçəsi, ev 13, mənzil 20 xüsusi mülkiyyət hüququ iləxx.xx.2018-ci il tarixdə X13 adına qeydiyyata alınmışdır. (mənzilin özəlləşdirilməsi üçün əsas hüquqmüəyyənedici sənəd 225224 №-li, 1986-ci il tarixli order olmuşdur); 2) “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” **********89-05101-093023 reyestr nömrəli çıxarışın surətindn görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Kamil Məmmədov küçəsi, ev 13, mənzil 22 xüsusi mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır. (mənzilin özəlləşdirilməsi üçün əsas hüquqmüəyyənedici sənəd 225227 №-li, 1986-ci il tarixli order olmuşdur); 3) “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” **********89-05101-093016 reyestr nömrəli çıxarışın surətindn görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Kamil Məmmədov küçəsi, ev 13, mənzil 4 xüsusi mülkiyyət hüququ ilə xx.xx.2016-ci il tarixdə X7 adına qeydiyyata alınmışdır. (mənzilin özəlləşdirilməsi üçün əsas hüquqmüəyyənedici sənəd 225209 №-li, 1986-ci il tarixli order və Bakı ŞİHB-nın MKTD-nin 37/3 nömrəli, xx.xx.2016- cı il tarixli sərəncamı olmuşdur); 4) “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* nömrəli çıxarışın surətindn görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Kamil Məmmədov küçəsi, ev 13, mənzil 14 xüsusi mülkiyyət hüququ ilə xx.xx.2018-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. (Bakı ŞİHB-nın MKTD-nin 80/1 nömrəli, xx.xx.2017-cı il tarixli sərəncamı olmuşdur)
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Kamil Məmmədov küçəsində yerləşən 13 saylı evin 5 saylı mənzilinə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qaradağ rayon İcra Hakimiyyət Başçısının 46 nömrəli xx.xx.2023-cü il tarixli sərəncamı ilə Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, ev 13, 5 saylı mənzil xidməti mənzillər siyahısından çıxarılaraq İddiaçı daimi yaşayış üçün veriliməsi və mənzil kirayə müqaviləsinin bağlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili işlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli arayışa əsasən, iddiaçının sözügedən mənzildə qeydiyyatda olması öz əksini tapmışdır. Eyni zamanda Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar Hissəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 207 nömrəli arayışda da qeyd olunduğu kimi iddiaçı da daxil olmaqla ailə tərkibi 5 nəfərdən ibarət olmaqla onlara 021698 nömrəli order təqdim edilmişdir. Belə ki, iddiaçıya məxsus olan sözügedən Qaradağ rayonu, Ələt qəsəbəsi. K.Məmmədov küçəsi, ev 13, 5 saylı mənzil üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdehə xx.xx.2023-cü tarixli ərizə ilə müraciət olunmuşdur. Lakin cavabdeh tərəfindən sözügedən ərizəyə xx.xx.2023-cii il tarixli imtina məktubu ilə cavab verilmiş və qeyd olunmuş olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələblərinə əsasən, hüquqmüəyyəncdici sənədlər təqdini edilməmişdir, Hesab edirik ki, cavabdeh tərəfindən verilən imtina qanunsuz və əssasızdır. Yuxarıda da qeyd olunduğu kimi, Qaradağ rayon İcra Hakimiyyət Başçısının 46 nömrəli xx.xx.2023-cü il tarixli sərəncamı ilə sözügedən mənzil iddiaçının daimi istifadəsinə verilmiş və bununla bağlı iddiaçıya hüquqmüəyyənedici sənəd olan order də təqdim edilmişdir. Bütün qeyd olunan hüquq təsdiqləyici sənədlərin cavabdehə təqdim edilməsinə baxmayaraq onlar hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdirlər. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir
14. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Kamil Məmmədov küçəsi, 13 saylı evin, 5 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Kamil Məmmədov küçəsi, 13 saylı evin, 5 saylı mənzilinə dair Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 46 saylı sərəncamı xx.xx.2023-cü il tarixdə verilmişdir. Milli Qeydiyyat Sistemindən əldə olunmuş məlumata əsasən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Kamil Məmmədov küçəsində yerləşən 13 saylı evin 5 saylı mənzilə dair “Hərbi hissə tərəfindən razılıq olmadan özəlləşdirilməsi qeyri-qanuni olması (xidməti orderlər verilib)” ilə bağlı Müdafiə Nazirliyinin Salyan rayon MİH 258 nömrəli, xx.xx.2007-ci il tarixli məktubu idarəyə daxil olmuşdur. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən göstərilən mənzilə yerli baxış zamanı məlum olmuşdur ki, mənzil beşmərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1282/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
16. Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı ünvan 3 ünvanındakı yaşayış sahəsi Müdafiə Nazirliyinin balansındadır və xidməti mənzil statusuna malikdir. Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Kamil Məmmədov küçəsi, 13 saylı evin 5 saylı mənzilinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hüquqmüəyyənedici sənədlər Müdafiə Nazirliyi tərəfindən iddiaçıya təqdim edilməmişdir. Həmin mənzil Müdafiə Nazirliyi tərəfindən Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti başçısının balansına verilməmiş və həmin mənzilə dair Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 46 saylı sərəncamının hansı əsaslarla verildiyi məhkəmədə araşdırılmamışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
19. Məhkəmədə üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə üçüncü şəxsin nümayəndəsi bildirmişdir ki, mübahisə predmeti olan mənzil Müdafiə Nazirliyinin, yaşayış binası isə Qaradağ rayon İcra Hakimiyyətinin balansındadır.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdehin nümayəndəsi məhkəmədə iştirak etməmişlər. Məhkəmə kollegiyası Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasını onların iştrakı olmadan keçirilməsini mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
22. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
23. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.
24. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir. - mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslərin ərizəsi - mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); - mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
29. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 21-24-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
30. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Kamil Məmmədov küçəsində yerləşən 13 saylı evin 5 saylı mənzilin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun həmin tələbi təmin olunmuşdur.
31. Cavabdeh orqan isə sözügedən mənzilin iddiaçıya Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli sərəncamı ilə verildiyini, bununla da iddiaçı barəsində hüquqmüəyyənedici sənəd olan sərəncamın 2009-cu ildən sonrakı tarix olmaqla “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna əsasən özəlləşməyə əsas vermədiyinə istinad edərək, imtina cavabı vermişdir.
32. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdehin qeyd olunan dəliləri ilə razılaşmır.
33. Belə ki, işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən müvafiq qurumlara sorğular verilmişdir.
34. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 09 dekabr 2024-cü il tarixli məktundan görünür ki, vətəndaş İddiaçı xx.xx.1992-ci il tarixli 021698 nömrəli orderə əsasən ev 13, mənzil 5 ünvanında yerlşəşən 3 otaqlı mənzillə təmin olunmuşdur. Qeyd olunan bina Qaradağ rayon İcra hakimiyyətinin balansındadır. Mənzilin isə Müdafiə Nazirliyinin Salyan rayon Mənzil-İstismar hissəsinə məxsus olması barədə orderdən başqa heç bir təsdiqedici sənədi yoxdur.
35. İşdə olan 021698 nömrəli, xx.xx.1992-ci il tarixli orderə, habelə Bakı şəhəri Qaradağ RİHB-nin 46 №-li, xx.xx.2023-cü il tarixli sərəncamına əsasən müəyyən olunur ki, iddiaçı 1992-ci ildən etibarən həmin mübahisəli mənzildə yaşayır və mənzil İddiaçı 5 nəfər ailə tərkibi ilə ayrılmışdır. Sonradan Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, ev 13, sahəsi 47.0 kv.m olan, 3 otaqlı, 5 saylı mənzil xidməti mənzillər siyahısından çıxarılaraq vətəndaş İddiaçı daimi yaşayış üçün verilməsi və mənzilin kirayə müqaviləsinin onun adına bağlanılması qərara alınmışdır.
36. Tədqiq olunan həmin sənədlərlə müəyyən olunan hallardan göründüyü kimi, əslində iddiaçı 1992-ci ildən artıq mübahisəli mənzilin faktiki kirayəçisi olmaqla, ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamış, mənzillə təmin olunmağa qanuni gözlənti hüququ olmuş və bu hüquqdan irəli gələn nəticələri yalnız 2023-cü ildə realizə edə bilmişdir.
37. Kollegiya qeyd edir ki, iddiaçının adına mənzilə dair 2009-cu ildən sonra rəsmiləşmənin aparılması onun mənzilə həmin vaxtadək “qazanılmış hüququ”nu aradan qaldırmır.
38. Qeyd ediləndərdən göründüyü kimi, iddiaçının yaşadığı köhnə dövlət mənzil fonduna aid binada yerləşən mübahisəli mənzillə bağlı kirayə hüquq münasibətləri hələ qüvvədən düşmüş 1982-ci il tarixli Mənzil Məcəlləsinin qüvvədə olduğu vaxtı yəni, 1992-ci ildən yaranmışdır.
39. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.
40. Həmçinin, məhkəmə tərəfindən sözügedən mənzilin xüsusi təyinatlı mənzil fonduna aid olan xidməti mənzillərin sosial təyinatlı mənzil fonduna aid edilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin 26 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 118 saylı qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın 1.8-ci bəndinə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. Belə olan halda yerli icra hakimiyyəti funksiyasını həyata keçirən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının sözügedən xx.xx.2023-cü il tarixli sərəncamı qanuni olmuşdur.
41. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 may tarixli, 86 nömrəli qərarı ilə təstiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”nın 1.2,1.3 və 1.4-cü bəndlərinə əsasən Xidməti yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xidməti yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət edilməklə, xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xidməti yaşayış sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Xidməti yaşayış sahələri yalnız ayrıca mənzil kimi verilir. Həmin Qaydanın 2.1 və 2.4-cü bəndlərinə əsasən Xidməti yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xidməti yaşayış sahələrinin kirayə müqavilələri (bundan sonra — kirayə müqaviləsi) əsasında verilir. Kirayə müqaviləsinə görə bir tərəf xidməti yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə — vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.
42. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin tələbi nəzərə alınmaqla, iddiaçı 1992-ci ildən qeydiyyatda olduğu və həmin vaxtdan ailə üzvləri ilə birlikdə yaşadığı dövlət mənzil fonduna aid həmin mənzili özəlləşdirmək hüququ olan şəxs kimi qiymətləndirilməlidir.
43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
44. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
45. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1282/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1282/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.