Məhkəmə qərarları › İş №2-1(103)-679/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-679/2020

25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-679/2020 25.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X3 ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-in X1rşı “güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3513/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3513/2019 saylı qərarı ilə iddia qismən tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3513/2019 saylı qərarının ləğv edilməsi, iddiaçının tələblərinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: - Xətai rayon Polis İdarəsi tərəfindən verilən AZE seriyalı № 0******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə Zəngilan rayonunda doğulmuşdur. - iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə kimi V.İ. Lenin adına Toxuculuq Kombinatına sapdaşıyıcı vəzifəsində işləmişdir. xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə kimi hərbi xidmətdə olmuş, xx.xx.1982-ci ildən xx.xx.2000-ci ilədək V.İ.Lenin adına Toxuculuq Kombinatında şilixləyici, yükdaşıyan, şilixləyici vəzifəsində işləmiş, xx.xx.2000-ci ildə Dəniz-beton Məmulatları zavoduna 4-cü dərəcəli təmirçi çilingər vəzifəsinə qəbul olunmuş, xx.xx.2001-ci ildə həmin zavoda 5-ci dərəcəli təmirçi-çilingər keçirilmiş, xx.xx.2002-ci ildə “ ARDNŞ” nin 98 saylıxx.xx.2002-ci il tarixli əmrinə əsasən Dəmirbeton Məmulatları zavodu 01.07. 2002-ci il tarixdən” Xəzərdənizneftqaztikinti” trestinin tərkibinə verilmişdir. xx.xx.2002-ci ildə 6-cı dərəcəli təmirçi-çilingər vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü ildə AR. ƏM-nin 69-cu maddəsinə əsasən işçinin təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2003-cü ildə “X14 Azerbaijan” MMC-yə müddətli əmək müqaviləsinə əsasən Anod quraşdırıcısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2007-ci ildə AR Ədliyyə Nazirliyinin 0107p288-47582 nömrəli qeydiyyat haqqında şəhadətnaməyə əsasən Şirkətin adı X11” adı dəyişdirilmişdir. xx.xx.2008-ci ildə AR Əmək Məcəlləsinin 682-ci maddəsinin “v” bəndinə əsasən ( əmək müqaviləsinin müddətinin başa çatması) tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2008-ci ildə X13” MMC-yə poliuretan operatoru vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci ildə AR ƏM-nin 68.2-ci maddəsinin “v” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2010-cu ildə onunla bağlanmış ƏM-də nəzərdə tutulmuş şərtlərə uyğun olaraq ZOD-5 olmaqla Bazada təmirçi-çilingər peşəsinə işə qəbul edilmişdir. xx.xx.2015-ci ildə AR ƏM-nin 69.3-cü maddəsi, başqa işə götürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar Əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2015-ci ildə SOCARın “Neftqaztikinti” trestinin Anbar Təsərrüfatı bölməsinin Baza 3-ə ƏÖD-5 olmaqla təmirçiçilingər peşəsinə işə qəbul edilib. xx.xx.2018-ci ildən hal-hazıra kimi eyni peşədə işləyir. - Azərbaycan Respublikası H.Z.Tağıyev adına Toxucutikintisənaye Kombinatı” ASC tərəfindən verilmiş 81 saylı xx.xx.2018-ci il tarixli güzəştli arayışından görünür ki, xx.xx.1961-ci ildə anadan olmuş İddiaçı həqiqətən H.Z.Tağıyev adına TTS ASC-nin keçmiş V.İ.Lenin adına Toxuculuq Kombinatı)Toxuculuq İstehsalatının hazırlıq sexində, xx.xx.1982-ci il tarixindən xx.xx.2000-ci ilə kimi yapışqanlı toxunmayan material istehsalı (şilixləyici) peşəsində işləmişdir. - Azərbaycan Respublikası H.Z.Tağıyev adına Toxucutikintisənaye kombinatı” ASC tərəfindən verilmiş 89 saylı xx.xx.2018-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən H.Z. Tağıyev adına TTSK ASC-də xx.xx.1982-ci ildən xx.xx.2000-ci il tarixədək toxuculuq istehsalatında şilixləyici, yükdaşıyan şilixləyici işləmişdir. xx.xx.1999-cu ildən əmək haqqı ödənilməyən məzuniyyətdə olmuşdur. - Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışdan görünür ki, İddiaçı (SSN: **********531) xx.xx.2006-cı ildən xx.xx.2008-ci il, xx.xx.2015-ci ildən xx.xx.2018-ci il tarixədək 5 il 9 ay sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesb üzrə ödənilmiş m\əğburi dövlət sosial sığorta haqlarının 90% -i və xx.xx.2018-ci il tarixədək orta aylıq nominal əmək haqqının artım tempi indeksinin illik səviyyəsi nəzərə alınmaqla 12020,90 manat pensiya kapitalı vardır. Belə olan halda iddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması ilə bağlı ərizə ilə cavabdehə müraciət etsədə, cavabdeh xx.xx.2019-cu il tarixli cavab məktubu ilə iddiaçının müraciətini əsassız olaraq təmin etməkdən imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) çalışan sığortaolunanların kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqdavə azı 25 il iş stajı olduqda bu müddətin 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Tədqiq olunmuş əmək kitabçasından müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 25 il ümumi iş stajını və 12 il 06 ay güzəştli iş stajı mövcuddur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası ƏƏSMN Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 № qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1-ci bəndinə əsasən xx.xx.2006-cı ilədək sığortaolunanlarınb qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da xx.xx.2006-cı ilə qədər sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Bundan başqa, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin, 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Göründüyü kimi, qanunvericiliklə bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin Məcəllənin 132-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti, habelə azadlıqdan məhrum etmədən islah işlərinə məhkum edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Göründüyü kimi, iddiaçının xx.xx.1999-cu ildən xx.xx.2000-ci il tarixədək ödənişsiz məzuniyyətdə olduğu dövr öz iradəsi əsasında olmadığından kitabçasında əmək stajı kimi qeyd olunduğundan ümumi iş stajına daxil olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi qismən əsaslı, cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X6 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X8 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3513/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən: Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar