Məhkəmə qərarları › İş №2-1(103)-679/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-679/2023

16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-679/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X5 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair » inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9840/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı vzorzvzqz iddia ərizəsi, sonradan isə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona Bakı şəhəri 38 nömrəli Şəhər Poliklinikasının göndərişi əsasında xx.xx.2022-ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır. «İddiaçı 2005-ci ildən şəkərli diabet xəstəliyindən əziyyət çəkir. 2010-cu ilin fevral ayından 3-cü qrup əlil kimi ona pensiya təyin olunmuşdur. Xəstəliklə bağlı hər il tibbi müayinələrdən keçir. 2016-cı il fevral ayının 8-də növbəti dəfə tibbi müayinədən keçmiş və 2021-ci ilin fevral ayınadək iddiaçıya 3-qrup əlillik təyin olunmuşdur. Lakin xəstəlik dərəcəsi ağırlaşdığı üçün 2017-ci ilin yanvar ayında Tibbi-Sosial Ekspert Komissiyasına 2-ci qrup əlilliyin verilməsi barədə müraciət etmiş, sonuncu son altı ayda 9 gün müalicə alması ilə bağlı müayinələrin nəticələri və həkimlərin rəyi “əlillik dərəcəsini təyin etməyə əsas vermir” kimi əsassız olaraq ona 2-ci qrup əlilliyin verilməsi barədə rəy verməkdən imtina etmişdir. İddiaçı 2021-ci il dekabr ayının 1-dən 2021-ci ilin 12-dək 3 saylı Şəhər Kliniki Xəstəxanasında stasionar müalicə almış, müalicənin nəticəsi olaraq iddiaçıda şəkərli diabet xəstəliyinin ağırlaşması, yəni ona insulin tələbli 2-ci tip ağır formalı şəkərli diabet və digər ağırlaşmalar diaqnozu verilmişdir. İddiaçı ümumilikdə əmək qabiliyyətinin 80%-ni itirmişdir ki, bu da ona 2-ci qrup əlillik təyin edilməsi üçün əsas verdiyinə baxmayaraq, cavabdeh qanunsuz olaraq 2-ci qrup əllik verilməsi barədə rəy verməkdən imtina etmişdir. 2017-ci il tarixdə iddiaçı 2-ci qrup əlilliyə görə rəyin verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İnzibati Məhkəmənin 17 yanvar 2017-ci il tarixli, №2- 1(81)-140/2018-saylı qərarı ilə iddiası təmin olunmuş, cavabdehin 2-ci qrup əlilliyin verilməsindən imtina edilməsi qərarı ləgv edilərək iddiaçıya 2-ci qrup əlilliyin verilməsi cavabdehə həvalə edilmisdir. Bakı Apellyasiya Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli 2-1(103)-1283/2018 saylı qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 22 iyun 2018-ci il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyi tərəfindən iddiaçının səhhətindəki ağırlaşmaların 2-ci qrup əlilliyin verilməsinə əsas verib-verilməməsi barəsində araşdırmalar aparılmış və ekspertin №T 208/2018-saylı rəyinə əsasən iddiaçının səhhətindəki şəkərli diabet xəstəliyinin yaratdığı ağırlaşmaların 2-ci qrup əlilliyin verilməsi ücün zərurət yaratdığı müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixdə 2-ci qrup əlilliyin 5 il müddəti tamam olduğundan, Bakı səhəri 6 saylı poliklinika 3 saylı X2 müayinə və müalicələr haqqında çıxarışına əsasən yenidən iddiaçıya 2-ci qrup əlilliyin təyin olunması üçün elektron göndəriş vermişdir. Bu dəfə də cavabdeh ona 2-ci qrup əlilliyin verilməsindən əsassız olaraq imtina vermişdir. Qeyd edir ki, 1.12.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Sabunçu rayonu 3 saylı Şəhər Kliniki Xəstəxanasında şəkər şöbəsində (ixtisaslaşdırılmış şöbədə) həkim endokrinoloqun nəzarəti altında stasionar müalicə almışdır (Cavabdeh işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli imtina qərarından görünür ki, imtinanın səbəbi kimi iddiaçının əlavə müalicəyə ehtiyacının olması göstərilmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30-dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”sinə uyğun olaraq iddiaçıya 2-ci qrup əlilliyin verilməsi tam qanunamüvafiqdir. Sabunçu rayonu 3 saylı X3 şəkər şöbəsində (ixtisaslaşdırılmış şöbədə) həkim endokrinoloqun aldığı müayinə və müalicələr haqqında çıxarışda, 6 saylı Səhər poliklinikasının müayinələr və müalicələr barədə verdiyi forma 88-də, qeyd olunan məhkəmə qərarları əsasında AR Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6- Təcrübi və Tədris Birliyi tərəfindən iddiaçının səhhətindəki ağırlaşmaların 2-ci qrup əlilliyin verilməsinə əsas verib-verilməməsi barəsində araşdırmalar aparılmış və ekspertin № T208/2018-saylı rəyində açıq-aydın ona 2-ci qrup əlilliyin verilməsinin zəruriliyi barədə qeyd olunmuşdur.” Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında iddiaçının ixtisalaşdırılmış müalicəyə ehtiyacı səbəbi ilə ona imtina verilməsinin əsaslı olduğunu bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9840/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri 38 nömrəli Şəhər Poliklinikasının göndərişi əsasında xx.xx.2022-ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci madəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı 38 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, insulintələbli Diabetik polinevropatiya(E10-14 ümumi dördüncü .4 işarəsi ilə),. Arteriyalar və arteriolaların digər zədələnmələri, Plər iki pəncənin və barmaq arteriyalarının İİ dərəcəli spastiki vəziyyəti.(dopplerə əsasən) Diabetik retinopatiya (E10- E14 ümumi dördüncü .3 işarəsi ilə) , OU-Proliferativ diabetic retinopatiya.Ağırlaşmış katarakta, OU-fəsadlaşmış katarakta Digər dəqiqləşdirilmiş retinal pozğunluqlar, Torlu qişanın angiopatiyası Essensial [birincili] hipertenziya, Arterial hipertenziya İ dərəcə İİİ dərəcəli əlavə risk; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb; Əlavə müalicə-ixtisaslaşmış müalicə davam etsin ” səbəbi ilə imtina verilmişdir. İddiaçı diaqnozunda insulindən asılı olmayan şəkərli diabet qeyd olunmuşdur. Həmin xəstəliyin olması xəstədə gözün zəifləməsinə, böyrək çatışmazlığına və aşağı ətrafın hərəkət pozğunluğuna səbəb olur, lakin İddiaçı Forma 88 arayışında oftalmoloq rəyində gözün görmə qabiliyyətinin normal olduğu, xroniki böyrək çatışmazlığının olmadığı, böyrəyin sağlam olduğu, aşağı ətraflarda də, çiklik olsa da, əlillik səviyyəsində olmadığını qeyd edilmişdir. Bundan əlavə iddiaçının m al^cə müddəti də əlillik təyinatı üçün yetərli deyil. Bununla yanaşı analoji bir işdə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1 (102)-1861/2022 nömrəli qərarında da (35-ci bənd) əlilliyin təyin olunması üçün şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müdc tində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicə; ıddətinin gözlənilməli olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 2.3, 2.5-2.6-cü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 2.2, 4.1-4.3-cü bəndlərinə istinadən onunla əsaslandırılmışdır ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina oluması istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən, “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmamasına, qeyd olunan Əsasnaməyə uyğun qiymətləndirmə aparılmasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmn etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kolllegiyasının iclasları barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, iddiaçı isə onunla razılaşmamış, onun ağır diabet xəstəsi olduğunu və müalicəsinin mümkünsüz olduğunu, son müayinələri ilə də təsdiq olunduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.5.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas olaraq aşağıdakılar göstərilmişdir: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının əlillik vəziyyətinə 20 saylı Şəhər Poliklinikasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Ümumi xəstəlik, “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip. Ağır forma. İnsulin tələbli. Diabetik polineyropatiya. Diabetik nefropatiya. Aşağı ətrafların diabetik angiopatiyası; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Şəkərli diabet” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra, Bakı 38 nömrəli Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında iddiaçıya eyni göstəricilərlə daha bir il müddətinə əlillik dərəcəsi verilmiş, bundan sonra da, həmin polikliniknın xx.xx.2015-ci il tarixli göndərişi əsasında, eyni göstəricilərlə ona 1 il müddətinə ldə 3-cü dərəcəli əlillik verilmiş, xx.xx.2016-cı il tarixli göndəriş əsasında isə ona elektron təyinatla ona da onun bunddaha sonra i əlillik verilmişdir. Bundan sonra, ona elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip. ağır gedişli insulin tələbli. Aşağı ətrafların diabetik angiopatiyası, polineyropatiya. Hipertoniya xəstəliyi İİ.m; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Şəkərli diabet” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 6 nömrəli Şəhər Poliklinikasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10- E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip. İnsulin tələbli. Ağır forma. Diabetik polineyropatiya. Periferik angiopatiya. Hipertoniya xəstəliyi İİ mərh; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00,E07- E07.9,E10,E12,E15-E16.1,E22.0-E22.1,E23.0-E23.2,...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. İş materiallarına əsasən müəyyən olunan işin sonrakı hallarına görə iddiaçı tərəfindən qaldırılmış iddia ərizəsi əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 17 yanvar 2017-ci il tarixli, №2- 1(81)-140/2018-saylı qərarı ilə iddiaçıya 2-ci qrup əlilliyin verilməsi cavabdehə həvalə edilmis və həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli 2-1(103)-1283/2018 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış həmin qərarı ilə müəyyən olunmuş hallardan görünür ki, məhkəmənin 22 iyun 2018-ci il tarixli qərardadı ilə təyin olunmuş məhkəmə-tibb ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş T208/2018 saylı, 10 iyul 2018-ci il tarixli ekspert rəyində (i v. 12, 21) ekspert tərəfindən göstərilmişdir ki, 06 saylı şəhər poliklinikasının Tibbi Sosial Ekspert Komissiyasına Göndərişində göstərilən göstərilən xəstəliklərin İddiaçı istər ambulator, istər stasionar müalicəsi zamanı aradan qaldırılması mümkün deyildir.Bu müalicədər yarana biləcək ağırlaşmaların qarşısının alınmasına yönəlmişdir. Lakin iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının qeyd olunan 5 illik əlillik müddəti bitdikdən sonra Bakı 38 nömrəli Şəhər Poliklinikasının iki göndərişi cavabdeh tərəfindən imtina ilə qarşılanmışdır: - xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçıya “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: Əsas diaqnoz: İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla insulin tələbli; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan göstəriciləri qeyd olunmayıb. İxtisaslaşmış müəsissədə əlavə müayinə olunmaq məsləhət görülür” səbəbi ilə imtina verilmiş; -xx.xx.2022-ci il tarixli göndərişi əsasında isə “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, insulin tələbli. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə), Arteriyalar və arteriolaların digər zədələnmələri, Hər iki pəncənin və barmaq arteriyalarının İİ dərəcəli spastiki vəziyyəti. (dopplerə əsasən) Diabetik retinopatiya (E10–E14 ümumi dördüncü .3 işarəsi ilə), OU-Proliferativ diabetic retinopatiya. Ağırlaşmış katarakta, OU-fəsadlaşmış katarakta. Digər dəqiqləşdirilmiş retinal pozğunluqlar, Torlu qışanın angiopatiyası. Essensial [birincili] hipertenziya, Arterial hipertenziya İ dərəcə İİİ dərəcəli əlavə risk; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-ixtisaslaşmış müalicə davam etsin” səbəbi ilə imtina verilmişdir. Cavabdehin sonuncu imtinasının qeyd olunan səbəbindən göründüyü kimi, iddiaçının “əlavə ixtisaslamış müalicəyə ehtiyacı var” səbəbi ilə 2-ci dərəcə əlllik verilməsindən imtina olunmuşdur. Halbuki, qeyd olunan qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən olunmuş hallardan göründüyü kimi, istər ambulator, istər stasionar müalicə ilə onun xəstəliyinin müalicəsinin aradan qaldırılmasının mümkünsüz olduğu artıq öz təsdiqini tapmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi xəstəlik tarixinə aid tibbi sənədlərə, o cümlədən, X7 T8818 saylı xəstəlik tarixindən görünür ki, xx.xx.2022 - xx.xx.2022 tarixləri arasında müalicə alarkən onun, insulindən asılı ağır forma (E11.7) şəkərli diabet xəstəliyi və “diabetik katarakta (H280) diabetik polinegropotriya (G63.2), dəqiqləşdrilməmiş Vit D çatmamazlıq(E559), xroniki biofenot ret.(N11)” ağırlaşmalar müalicəyə daxil olmuş iddiaçının xəstəxanadan yalnız “nisbi yaxışılaşmaı ilə” buraxılması mümkün olmuşdur. Hadislərin qeyd olunan xronoloji ardıcıllığından göründüyü kimi, iddiaçının iqsulindən asılı ağır formalı şəkərli diabet xəstəliyi onun müalicələrinə baxmayaraq, nəinki azalmış, əksinə, getdikcə daha da ağırlaşmış və hal-hazırda da xroniki şəkildə davam etməkdədir. “Əlilliyin qiymətləndirilməsi” Qaydasının qeyd olunan 1.5.1-ci və 1.5.3-cü bəndlərindən isə göründüyü kimi, şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının əlillik müddəti bitdikdən də sonra davam etməsi əliliyin təyin edilməsi üçün əsas verir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.2-ci maddəsi isə nəzərdə tutur ki, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Göründüyü kimi, cavabdeh orqan iddiaçıya, gah göndərişin natamam doldurulması, gah da ixtisaslı müalicəyə ehtiyacı olması səbəbi ilə ikinci dərəcə əlillik verilməsindən imtina etməsi işin sübutlarla müəyyən olunan hallarına və qanunvericiliyin tələblərinə ziddir. İddiaçının xəstəliyinin mahiyyətinə gəldikdə, cavabdeh tərəfindən onda həmin xəstəliyin mövcudluğu və əlillik meyarlarına uyğun gəlməsinin mübahisələndirildiyi müəyyən olunmur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”ının cədvəl üzrə 11.2-ci bəndinin müddalarından görünür ki, iddiaçıda mövcud olan, “insulindən asılı ağır formalı şəkərli diabet” (E11.7) xəstəliyi 65-80 faiz orqanizmin funksiyalarının pozulması” kimi qiymətləndirilir. İddiaçının sonuncu dəfə xx.xx.2021-ci il tarixində əlilliyi qiymətləndirilərkə hələ qüvvədə olmuş AR Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı Qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin iddiaçının aid olduğu insulindən asılı şəkərli diabet xəstəliyi (E11.7) ikinci dərəcə əlillyin təyinatı üçün əsas verən 2.2.7-ci “ endokrin xəstəlilər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10.E12, E15- E16.1, E22.0-E22.1, E23.0-E23.2, E23.7.E24-24.9, E25.8, E26.9, E27.1- E27.9, E32-E32.8, E34- E34.1, E34-E35.8) ü (E10-E12) 2.2.7-ci bəndində təsbit olunuşdur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin iddiaçının xəstəliyinin qanunvericiliyə uyğun qiymətləndirməsinin aparıldığını vurğulayaraq, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsini maddi və prosessual hüquq normalarının pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9840/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9840/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar