Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-679/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X10 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə, İddiaçınun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Maddi-Məişət Müayinəsi üzrə Mərkəzi Filialına qarşı “ünvanlı sosial yardımın ödənilməsinin bərpa edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10005/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Maddi-Məişət Müayinəsi üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edərək, iddiaçıya və uşaqları 15 avqust 2005-ci il təvəllüdlü X3, 07 iyul 2007-ci il təvəllüdlü X6, 29 sentyabr 2009-cu il təvəllüdlü X5, 20 oktyabr 2020-ci il təvəllüdlü X2 verilən ünvanlı dövlət sosial yardımın bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: İddiaçının əri 07 noyabr 1984-cü il təvəllüdlü X14 6 saylı cəza çəkmə müəssisəsində cəza çəkir. Yaşayışıları ağır vəziyyətdə olduğu üçün ünvanlı dövlət sosial yardım alırlar. Uşaqları 15 avqust 2005-ci il təvəllüdlü X7, 07 iyul 2007-ci il təvəllüdlü X11, 29 sentyabr 2009-cu il təvəllüdlü X8, 20 oktyabr 2020-ci il təvəllüdlü X1 rayonu, M.Hadi küçəsi, ev 88, mənzil 15 ünvanda qeydiyyatdadır və həmin ünvanda da yaşayırlar. Özü işləmir, evdar qadındır. Bəzi vaxtlarda qayınatası və qayınanası ilə ünsiyyətdə olması üçün onların evinə qonaq gedib orada qalır. Cavabdeh tərəfindən aparılan yoxlama günü həmin günə təsadüf etdiyindən, öz ünvanlarında yaşamaması səbəbi ilə onlara ünvanlı dövlət sosial yardımın verilməsindən imtina olunmuş və ödənilmiş 2466.75 manat məbləğində vəsaitin geri qaytarılması tələb olunmuşdur. Həmin imtina məktubu qayınatasının qeydiyyatda olduğu ünvan 2 ünvana göndərilmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri əsassızdır. Çünki onun başqa evdə qonaq kimi qalması ona və uşaqlarına verilən ünvanlı dövlət sosial yardımın dayandırılmasına və ödənilmiş vəsaitin geri qaytarılmasına əsas vermir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10005/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı və uşaqları 15 avqust 2005-ci il təvəllüdlü X3, 07 iyul 2007-ci il təvəllüdlü X6, 29 sentyabr 2009-cu il təvəllüdlü X5, 20 oktyabr 2020-ci il təvəllüdlü X2 verilən ünvanlı dövlət sosial yardımın dayandırıldıgı vaxtdan bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Maddi-Məişət Müayinəsi üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Cavabdeh qurum Dövlət Sosial Müdafiə Fondunun Maddi-Məişət Müayinəsi üzrə Mərkəzi Filialı deyil, belə ki, sözügedən iş üzrə məhkəmə qərarı iddiaya cavab verməli olmayan qurumun üzərinə öhdəliyin qoyulması ilə nəticələnmişdir. Bu da onu deməyə əsas verir ki, məhkəmə ilkin olaraq iddianın mümkünlüyü şərtinə əməl etməmişdir...” Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi S.İskəndərva apellyasiya şikayətinin qeyd olunan dəlillərini müdafiə edərək, Fondun Maddi-Məişət Müayinəsi üzrə Mərkəzi Filialı haqqında” Əsasnaməni məhkəməyə təqdim edərək, Filialın ünvanlı sosial yardımın ödənilməsi vəzifəsini yerinə yetirmədiyini, onun əsas funksiyasının ailənin maddi-məişət şəraitinin müayinəsini aparmaq və bu sahədə digər tədbirlərin həyata keçirilməsı vəzifəsi daşıdığını, ünvanlı dövlət sosial yardımın ödənilməsi və ya bərpa olunması onun səlahiyyətlərinə aid olmadığını qeyd edərək, hesab etmişdir ki, Maddi-Məişət Müayinəsi üzrə Mərkəzi Filialı əsl cavabdeh ola bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayəti ilə razılaşmasa da, hər bir halda iş üzrə onun əsl cavabdehlə əvəz olunmasına da etiraz etməmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə heyətinin xx.xx.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Maddi-Məişət Müayinəsi üzrə Mərkəzi Filialı haqqında” Əsasnaməyə əsasən müəyyən olunur ki, Filial ünvanlı sosial yardımın təyin olunması məqsədilə ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılmasını mərkəzləşdirilmiş qaydada təmin edən ixtisaslaşdırılmış mərkəzi struktur bölməsidir (1.1). Həmin Əsasnamənin 3-cü bəndinin müddəalarından görünür ki, Filialın əsas vəzifələri Qaydalara uyğun olaraq ailənin maddi-məişət şəraitinin müayinəsini həyata keçirmək, nəticələrini VEMTAS-a ötürülməsini təmin etmək, sosial yardım təyin olunmuş işlərin müntəzəm elektron monitorinqinin aparılmasını təmin etmək və s. bu kimi s vəzifələri daşıyır. Başqa sözlə Filialın ünvanlı sosial yardımın təyin edilməsi və ya ödənilməsi kimi vəzifə funksiyaları yoxdur. “Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanunun 6.1-ci maddəsinə əsasən sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Həmin Qanunun 6.3-cü maddəsinə əsasən “Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 6.1-ci və 6.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Qeyd edilən Əsasnamədən və qanunvericiliyin tələblərindən göründüyü kimi, sosial yardım aztəminatlı ailələrə təyin edilməsi müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Hazırkı cavabdehin isə qanunvericiliklə üzərinə düşən öhdəliyi - ünvanlı ssaial yardımı təyin edilməsi məqsədilə ilkin orlaraq ailənin maddi-məişət şəraitinin müayinəsini (monitorinqini) aparıb nəticələrini VEMTAS-a ötürülməsini təmin etməkdən ibarətdir. Göründüyü kimi, DSMF PHŞ-in Maddi-Məişət Müayinəsi üzrə Mərkəzi Filialı iddiaçının hazırkı tələbi üzrə əsl cavabdeh qismində olması istisna olunur. Birinci instansiya məhkəməsi tərəfindən isə iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsində müvafiq yardım göstərməmiş, ünvanlı sosial yardımın ödənilməsinin bərpa edilməsində Maddi-Məişət Müayinəsi üzrə Mərkəzi Filialının səlahiyyətli-olubolmadığı yoxlanılmamış, işə mahiyyəti üzrə baxılaraq müvafiq öhdəliyi mövcud olmadığı halda cavabdehin üzərinə üzərinə iddiaçının ünvanlı sosial yardımın bərpa edilməsi öhdəliyini qoymuşdur. Halbuki, İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsi isə nəzərədə tutur ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 49.1.2-49.15-ci maddələri isə tələb edir ki, sədrlik edən hakim şifahi məhkəmə baxışı başlayana qədər - hazırlıq sənədlərini (ərizələrini, vəsatətlərini, izahatlarını, etirazlarını) tamamlamağı və ya aydınlaşdırmağı, iş üzrə materiallarda saxlanılması mümkün olan sənədlərin və predmetlərin məhkəməyə təqdim olunmasını proses iştirakçılarına təklif etmək, dəqiqləşdirmə tələb edən müəyyən halların izah olunması üçün müddət təyin etmək; zəruri sənədləri (arayışları, məlumatları) toplamaq; tələb olunan sənədlərin təqdim olunması barədə sərəncam hakim vermək; proses iştirakçılarının şəxsən məhkəməyə gəlmələrinə dair sərəncam vermək kimi - bütün zəruri tədbirləri görməlidir. Beləliklə də, tərəflərin izahatlarına və tədqiq olunmuş sübutlara əsasən məhkəmə tərəfindən müəyyən olunur ki, birinci instansiya məkəməsi tərəfindən işə baxılarkən ciddi prosessual pozuntulara yol vermihş, məhkəmə araşdırmasının predmeti hərtərəfli araşdırılmamış, iddiaçının tələbinə cavab verməli olan şəxs müəyyən edilməmiş, əsl cavabdehə münasibətdə iddia tələbini dəqiqləşdirməkdə ona yardımçı olmamış, qeyd olunanlarla bağlı, habelə, məsələnin maddi və prosessual hüquq normalarının tələblərinə uyğun həlli istiqamətində iş üçün əhəmiyyət kəsb edən geniş həcmdə sübutları araşdırılmamış, onlara hüquqi qiymət verilməmişdir. İPM-in 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10005/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, qeyd olunan nöqsanlar nəzərə alınmaqla, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməli, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən və İPM-in 80, 87, 90-cı maddələrini rəhbər tutuaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10005/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilsin. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Qərardaddan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-679/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-679/2024
29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver