Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-68/2022 17.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Nümayəndə, üçüncü şəxsin nümayəndəsi X10, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4, Cavabdeh6, İbrahimova (Dostəliyeva) Reyhanə Əbülfəs qızına, İbrahimova (Dostəliyeva) Rəna Əbülfəs qızına, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Kuhi (Dostəliyeva) Gülarə Əbülfəs qızına, X7 qarşı (üçüncü şəxs:Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiya ödənilməklə fərdi yaşayış evinin boşaldılması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-85/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından cavabdehlər (adları kursivlə qeyd edilən) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “cavabdehlərə məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və kompensasiya ödənilərək fərdi yaşayış evinin boşaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslarına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli və 572 saylı, 29 dekabr 2018-ci il tarixli qərarına müvafiq olaraq Bakı şəhəri Yasamal rayonu ərazisində yaşayış və qeyri-yaşayış sahələrinin bir qisminin dövlət ehtiyacları üçün alınması müəyyən edilmiş, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. Cavabdehlərə danışıq (könüllü alğı-satqı) yolu ilə onların yaşadığı daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildiriş göndərilmişdir. İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq cavabdehlərə yaşadıqları ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azəbraycan Respublikası Qanunu və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə cavabdehlərə ödəmə etməyə hazır olduğunu bildirmiş, lakin, cavabdehlər təklif olunan kompensasiyanı almaqdan imtina etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-85/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş və qərara alınmışdır ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı həmin əmlakın: - 1/24 hissəsinin mülkiyyətçisi Cavabdeh5 17706.42 manat, - 1/48 hissəsinin mülkiyyətçisi Cavabdeh6 8853.21 manat, - 1/32 hissəsinin mülkiyyətçisi İbrahimova (Dostəliyeva) Reyhanə Əbülfəs qızına 13279.81 manat, - 1/32 hissəsinin mülkiyyətçisi İbrahimova (Dostəliyeva) Rəna Əbülfəs qızına 13279.81 manat, - 1/96 hissəsinin mülkiyyətçisi Cavabdeh7 4426.60 manat, - 1/96 hissəsinin mülkiyyətçisi Cavabdeh8 4426.60 manat, - 1/96 hissəsinin mülkiyyətçisi Cavabdeh9 4426.60 manat, - 1/32 hissəsinin mülkiyyətçisi Cavabdeh10 13279.81 manat, - 1/32 hissəsinin mülkiyyətçisi Cavabdeh11 13279.81 manat, - 1/96 hissəsinə Cavabdeh12 4426.60 manat, - 1/96 hissəsinin mülükiyyətçisi Cavabdeh13 4426.60 manat, - 1/96 hissəsinə Cavabdeh14 4426.60 manat, - 1/32 hissəsinin mülkiyyətçisi Kuhi (Dostəliyeva) Gülarə Əbülfəs qızına 13279.81 manat, - 1/4 hissəsinin mülkiyyətçisi X7 106238.50 manat, - 1/6 hissəsinin mülkiyyətçisi Cavabdeh1 70825,67 manat - məbləğində kompensasiya ödənilməklə cavabdehlər tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi boşaldılsın. İşdə iştirak edən cavabdehlərdən Cavabdeh1, Cavabdeh4, Ələkbər Dostalizadə, Cavabdeh5, Vidadi Dostaliyev, Gülnarə Abbasova, Cavabdeh12,Cavabdeh13, Cavabdeh14, habelə, işdə iştirak etməyə cəlb edilməyən Əliyeva Təranə və X5 da apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar dərindən düşünülmədən qəbul edilmiş, məhkəmə tərəfindən işə baxılarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 17 noyabr 2022-ci iltarixli qərardadı ilə İPM-in 81.2-ci maddəsinin tələbi nəzərə alınaraq, işdə iştirak etməyə cəlb edilməyən və birinci instansiya məhkəməsində proses iştirakçısı olmayan - X1 və X8 apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmamışdır. İddiaçı, apellyasiya mərhələsində X6 cavabdeh qismində işə cəlb olunması haqqında iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim etmiş, lakin xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında həmin ərizəsini geri götürərək, növbəti məhkəmə iclasında yeni iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edəcəyini bildirmiş, məhkəmə tərəfindən iddiaçının Azalə Dostalizadənin cavabdeh qismində işə cəlb olunması barədə ərizəsi geri götürülmüş hesab edilmişdir. xx.xx.2022-ci il tarixində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yeni ərizəsini təqdim edərək, cavabdehlərə məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı həmin əmlakın: 1) 1/6 hissəsinin mülkiyyətçisi Cavabdeh1 72907,00 (əvvəlki məbləğ: 70825,67 manat); 2) 1/24 hissəsinin mülkiyyətçisi Cavabdeh5 59755,00 manat (əvvəlki 17706.42 manat); 3) 1/48 hissəsinin mülkiyyətçisi Cavabdeh6 4065,00 manat (əvvəlki 8853.21 manat); 4) 1/32 hissəsinin mülkiyyətçisi İbrahimova (Dostəliyeva) Reyhanə Əbülfəs qızına 6090,00 manat (əvvəlki 13279.81 manat); 5) 1/32 hissəsinin mülkiyyətçisi İbrahimova (Dostəliyeva) Rəna Əbülfəs qızına 2025,00 (əvvəlki 13279.81 manat); 6) 1/96 hissəsinin mülkiyyətçisi Cavabdeh7 2025,00 manat (əvvəlki 4426.60 manat); 7) 1/96 hissəsinin mülkiyyətçisi Cavabdeh8 2025,00 manat (əvvəlki 4426.60 manat); 8) 1/96 hissəsinin mülkiyyətçisi Cavabdeh9 2025,00manat (əvvəlki 4426.60 manat); 9) 1/32 hissəsinin mülkiyyətçisi Cavabdeh10 6090 (əvvəlki 13279.81 manat), 10) 1/32 hissəsinin mülkiyyətçisi Cavabdeh11 6090 manat (əvvəlki 13279.81 manat); 11) 1/96 hissəsinə Cavabdeh12 2025,00 manat (əvvəlki 4426.60 manat); 12) 1/96 hissəsinin mülükiyyətçisi Cavabdeh13 2025,00 (əvvəlki 4426.60 manat); 13) 1/96 hissəsinə Cavabdeh14 2025,00 manat (əvvəlki 4426.60 manat); 14) 1/32 hissəsinin mülkiyyətçisi Kuhi (Dostəliyeva) Gülnarə Əbülfəs qızına 6090 (əvvəlki 13279.81 manat), 15) 1/4 hissəsinin mülkiyyətçisi X7 48720,00 manat (əvvəlki 106238.50 manat) məbləğində kompensasiya ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir (1-ci iki halda kompensasiya məbləğinin həcmi artırılsa da, qalan 13 cavabdehə münasibətdə kompensasiya məbləği azaldılmışdır). Məhkəmə kollegiyası tərəfindən, qeyd edildiyi kimi, birinci iki cavabdehə münasiəbtdə iddianın həcmi artırılsa da, digər 13 cavabdehə münasibətdə iddianın həcminin azadıldığı və həmin hissələr birinci instansiya məhkəməsinin araşdırma predmetini təşkil etmədiyi, habelə məhkəmənin qərarı ilə iddianın tam təmin olunması və həmin qərardan İPM-in 81.2-ci maddəsinin tələbi baxımından, iddiaçının şikayətvermə hüququnun mövcud olmadığı, faktiki olaraq da şikayət verilmədiyi nəzərə alınaraq onun qeyd edilən iddianın dəqiqləşdirilməsi barədə ərizəsinin məhkəmə icraatı mümkün hesab edilməmiş, qəbulundan imtina edilmişdir. (Birinci iki cavabdehə münasibətdə kompensasiyanın artırılmış hissəsinin əlavə razılaşma əsasında da ödənilməsi mümkünlüyü iddiaçıya izah edilmişdir). Məhkəmə kollegiyasının iclaslarında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, iddiaçının nümayəndəsi Nümayəndə və üçüncü şəxsin nümayəndəsi X16 apellyator cavabdehlərin şikayəti ilə razılaşmamış, söküntü ərazisinə düşən əmlaka görə onlara hətta artıq kompensasiya hesablandığını bildirərək, şikayətin təmin olunmaması barədə qərar çıxaırlmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər (apellyatorlar) məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işin qeyd olunan hallarını və İPM-in 82-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə apellyator cavabdehlərə münasibətdə, yəni şikayət həddində işə baxılmasını zəruri hesab etmiş və iş materiallarınını apellyasiya qaydasında araşdırıb belə nəticəyə gəlmişdir ki, aşağıdakı əsaslara görə cavabdehlərin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddia ərizəsindən və işin şərh olunan faktiki hallarından göründüyü kimi, onun iddiası – ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin İddiaçı (alan orqan) tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması, yəni əmlak tələbi ilə bağlıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinin tələbindən görünür ki, inzibati icraat – həm də inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilə bilən bir fəaliyyətdir, İPM-in 2.2.7-ci maddəsinin tələbinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin faktiki hallarına görə cavabdehlərə məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli, 51 saylı qərarına müvafiq olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması nəzərdə tutulan ərazidə yerləşdiyi işin mübahisələndirilməyən halıdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir. Cavabdeh apellyatorların apelyasiya şikayətinin dəlillərindən aydın olur ki, onlar birinci instansiya məhkəməsinin qərarı ilə onlara ödənilməsi qərara alınmış kompensasiya məbləğləri ilə razılaşmayaraq, iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını məhkəməldən tələb edirlər. Lakin, iş materiallarına əsasən müəyyən olunur ki, onlara ödənilməsi üçün hesablanmış kompensiya məbləğləri - iddiaçı inzibati orqan tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanununun tələbləri nəzərə alınmaqla və əmlakın müvafiq qiymətləndirməsi aparılmaqla, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi (Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4397/2019 saylı, xx.xx.2019-cu il tarixli Qətnaməsi) ilə müəyyən olunan əmlak paylarına müvafiq olaraq hesablanmışdır Belə ki, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi dəqiqləşdirilmə barədə ərizəsinə əlavə edilmiş qiymətləndirmə cədvəlinə əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli, 51 saylı qərarına əsasən Bakı şəhəri İddiaçı tərəfindən dövlət ehtiyacları üçün alınan - ünvan 1 ünvanında yerləşən, cavabdehlərə məxsus mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın mövcud faktiki sahəsi müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən qiymətləndirilən həmin əmlakın bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri (o cümlədən AR Prezidentinin xx.xx.2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 % və digər əlavələr) nəzərə alınmaqla, əmlakın: -181.58 kv.m əsas sahəsinin 1 kv.metri 1500 manatdan 272.370,00 manat; -90.57 kv.m köməkçi sahəsinin 1 kv.metri 1500 manatdan 135859.50 manat; -3.71 kv.m. pilləkən sahəsi üçün 1 kv.metri 400 manatdan 1484 manat; -4.4 kv.m tamet döşəmə sahəsi 1 kv.metri 20 manatdan 88 manat; -5.35 kv.m təsərrüfat anbarı (H=1.36) üçün 1 kv.metrii 600 manatdan 3211.80 manat; -9.68 kv.m metlax döşəmə 1/5 üçün 1 kv.metri 20 manatdan 193.60 manat; - 1.84 kv.m açıq eyvan ½ sahəsinin 1 kv.m 400 manatdan 736.00 manat; - 7.53 kv.m açıq eyvan üçün 1 kv.metri 400 manatdan 3012.00 manat; -hər bir ailə üçün kirayə haqqı 8000 manat - ümumilikdə, 424.954.90 manat məbləğində kompensasiya məbləği hesablanmaqla, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4397/2019 saylı, xx.xx.2019-cu il tarixli Qətnaməsi ilə müəyyən olunan paylarına müvafiq olaraq bölüşdürülmüşdür. İşə əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qeyd olunan qətnaməsindən isə görünür ki, söküntü ərazisinə düşən mübahisləndirilən əmlaka (fərdi yaşayış evinə) 1/24 hissəsinə Cavabdeh5, 1/48 hissəsinə X4, 1/48 hissəsinə Cavabdeh6, 1/32 hisəssinə İbrahimova (Dostəliyeva) Reyhanə Əbülfəs qızının, 1/32 hissəsinə İbrahimova (Dostəliyeva) Rəna Əbülfəs qızının, 1/96 hissəsinə Cavabdeh7, 1/96 hissəsinə Cavabdeh8, 1/96 hissəsinə Cavabdeh9, 1/32 hissəsinə X2, 1/32 hissəsinə Cavabdeh10, 1/32 hissəsinə Cavabdeh11, 1/96 hissəsin Cavabdeh12, 1/96 hissəsinə Cavabdeh13, 1/96 hissəsinə Cavabdeh14, 1/32 hissəsinə Kuhi (Dostəliyeva) Gülarə Əbülfəs qızının, 1/4 hisssinə X3, 1/4 hissəsinə X9 və 1/6 hissəsinə Cavabdeh1 vərəsəlik payları müəyyən edilmişdir (İşdən görünür ki, qətnamə üzrə icra sənədi verilmiş və Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəifndən xx.xx.2019-cu il tarixli “icraata başlamaq haqqında» qərarı qəbul olunmuşdur) . Qeyd ounanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hesablanmış kompensasiya məbləğləri qanunvericiliyin tələblərinə uyğun hesab edilməlidir. Belə ki, Mülki Məcəllənin 247.1.1-ci maddəsinə əsasən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği torpağın bazar qiymətinin müəyyən edilməsi üsulu ilə hesablana bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır. Həmin Qanunun 19.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə tədbirlər həyata keçirir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən qiymətləndirmə komissiyasının bu Qanunun 23.1.7-ci maddəsinə uyğun olaraq müstəqil qiymətləndiricinin torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təkliflərinin, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyinin təhlili nəticəsində torpaq və digər əmlakın bazar qiyməti barədə qəbul etdiyi qərarı alan orqan tərəfi ndən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənilməsində istifadə edilir. Beləliklə də, alan orqan (iddiaçı) tərəfindən mübahisəli daşınmaz əmlaka görə cavabdehlərə təklif olunan kompensasiyanın əsaslı olduğu tədqiq edilən sübutlarla müəyyən edilən hallara və qanunvericiliyin tələblərinə uyğunluğu öz təsdiqini tapır. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 52.2; 52.2.1-52.2.3-cü maddələrinə əsasən alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən - torpağın alınmasının bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olmasının; alınan torpağa sahibliyin bu Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının; alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin təsdiq olunması üçün verilir. Beləliklə qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını – mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir və apellyator cavabdehlərin apellyasiya şikayətinin, məhkəmə tərəfindən işin ədalətli araşdırılmadığını və işə baxılarkən qanunvericiliyin tələblərinin pozulduğunu mübahisələndirən, dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-85/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən, qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinin tələbindən görünür ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehlərin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-85/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı (yoxlanılan hissədə) dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-68/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-68/2022
17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver