Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-68/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə (hazırda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2-1(112)-5502/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə (hazırda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013xx.xx.2014-cü illərdə X1 "xxxx" ASC-də və xx.xx.2020-xx.xx.2020-ci ildə "xxxx" MMC-də elektrik və qaz qaynaqçısı işlədiyini təsdiq etməklə ona xx.xx.2021-ci il tarixdən 60 yaşı tamam olan tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1961-ci ildə anadan olub. Əmək fəaliyyətinə 1976-cı ildə başlayıb. 1976-1980-cı illərdə Sumqayıt Kimya-Texnologiya Texnikumunda təhsil almış və təyinatla Sumqayıt “Üzvi-Sintez” İstehsalat Birliyinə işə göndərilib. Ümumin iş stajı 46 ildir. Hal-hazırda Sumqayıt Texnologiyalar Parkında işləyir. Oktyabr 1980-ci ildən noyabr 1982-ci ilə qədər Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Aşağıdakı iş dövrləri zərərli iş stajına aiddir: 1) xx.xx.2001 -ci ildə "xxxx" ATSC-də işə qəbul edilmiş və xx.xx.2005-ci ildə işdən azad edilib (5-ci dərəcəli qaz kəsicisi); 2) xx.xx.2005-xx.xx.2005-ci il "xxxx" MMC-də 5-ci dərəcə qaz qaynaqçısı işləyib ("xxxx" ASC); 3) xx.xx.2005-xx.xx.2008-ci illərdə "xxxx" MMC-də 5-ci dərəcə qaz qaynaqçısı (“Azenco“ ASC-də); 4) xx.xx.2009-xx.xx.2010-cu il "xxxx" ASC-də qaz kəsicisi; 5) xx.xx.2013-xx.xx.2014-cü il "xxxx" ASC-də 5-ci dərəcəli qaynaqçı; 6) xx.xx.2015xx.xx.2016-cı il "xxxx" MMC-də 3-cü dərəcə qaz kəsicisi; 7) xx.xx.2018-xx.xx.2019-cu il “STP”-də 4-cü dərəcəli qaz kəsicisi; 8) Hal-hazırda “Sumqayıt Texnologiyalar Parkında” qaz kəsicisi işləyir; 9) xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər "xxxx" MMC-də xidməti müqavilə əsasında qaz kəsicisi (23-t-xidmət/2020 saylı müqavilə); 10) xx.xx.1982xx.xx.1983-cü il cü illərdə “Azərkiyma” İB-də qaynaqçı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarının 35-ci fəslinə əsasən onun 13 il zərərli istehsal sahəsində iş stajı vardır. Hal-hazırda onun 60 yaşı xx.xx.2021-ci ildə tamam olmuşdur. Buna görə də güzəştli pensiya təyini üçün sənədlərini “Sumqayıt Asan Xidmət” Mərkəzinə təqdim edib. AR ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı özünün xx.xx.2021-ci il tarixli məktubu ilə müraciəti təmin edilməmişdir. Səbəb kimi imtina məktubunda qeyd edilmişdir ki, “Avro-Asiya İnşaat“ Korporasiyası "xxxx" ASC-də qaynaqçı vəzifəsində işlədiyi iş dövrü AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarında göstərilməmişdir. Həmin qərarda qaynaqçı, qaz qaynaqçısı, əl ilə qaynaq aparan elektrik qaynaqçısı kimi göstərilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmır. Belə ki, qaynaqçı dedikdə elektrik və qaz qaynaqçısı peşələri nəzərdə tutulur. İddiaçı adı çəkilən müəssisədə həm qaz qaynaqçısının, həm də elektrik qaynaqçısının işlərini əl ilə icra edib. Ümumi iş stajı 46 ildir. Həmin iş dövrünün 13 ili güzəştli pensiya təyin edilməsi üçün əsas verən iş stajına aiddir. Buna görə də cavabdehin imtinası əsassızdır. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli, **********5 nömrəli imtina məktubu onunla əsaslandırılıb ki, iddiaçının (1) güzəştli iş stajı 12 il 6 aydan az (11 il 10 ay 06 gün) təşkil edir; (2) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. İddiaçı xx.xx.2013-xx.xx.2014-cü illərdə “AvroX2 "xxxx" ASC-də "xxxx" peşəsində çalışıb. Həmin ASC, 42/21 saylı, xx.xx.2021-ci il tarixli Arayış tərtib etməklə göstərib ki, iddiaçının peşəsi Nazirlər Kabinetinin 12 nömrəli, 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiqlənmiş məlum Siyahının 35-ci bölməsində öz əksini tapmışdır. Lakin həmin bölmədəki konkret peşənin adı çəkilməmişdir. Nazirlər Kabinetinin 12 nömrəli, 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiqlənmiş məlum Siyahının 35-ci bölməsi “Ümumi peşələr” adlanır. Həmin bölmədə adında qaynaqçı ifadəsi nəzərdə tutulan aşağıdakı peşələrə yer verilib: - rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları - rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları - rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları - qaz qaynaqçıları - kəsməkdə və əl ilə qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları - təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları - əl ilə qaynaq aparan elektrik qaynaqçıları. Göründüyü kimi, 35-ci Bölmədə fərqli qaynaqçı peşələri öz əksini tapmışdır. İddiaçı xx.xx.2013-xx.xx.2014-cü illərdə “X1 “EVRASCON" ASC-də çalışdığı peşənin həmin bölmədəki hansı peşəyə uyğun gəldiyini isbat edə bilmir. Cavabdeh qeyd edir ki, iddiaçı ümumi və güzəştli iş stajını toplasa belə, nəzərə almaq lazımdır ki, iddiaçıya pensiya təyin edilməsi üçün onun ən azı 38.200 manat məbləğində pensiya kapitalına malik olması tələb edilir. Lakin iddiaçının sahib olduğu pensiya kapitalı cəmi, 33.436,83 manat təşkil edir. Odur ki, Filialın imtinası bu hissədə “Əmək pensiyaları haqqında” Qanunun 9.1,6.2, 6.3 və 45-ci maddələrinə uyğun olmaqla qanuni və əsaslıdır. Cavabdeh inzibati orqan qeyd olunanlar nəzərə alınmaqla, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2-1(112)-5502/2021 saylı qərarı ilə (hakim F.Mədətli) iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbi ilə eyni əsaslarla əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -iddiaçıya məxsus AZE seriyalı, 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. - 02 iyul 1980-cı ildə verilmiş 413 qeydiyyat nömrəsi ilə qeydə alınmış BT seriyalı 039845 №li diplomun surətindən müəyyən olunur ki, İddiaçı 1976-cı ildə Sumqayıt kimyatexnologiya texnikumuna daxil olmuş və 1980-cı ildə “Kimya zavodlarının avadanlığı” ixtisası üzrə təhsil almışdır. - NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. - Notarial qaydada təsdiq və tərcümə edilmiş ИT-İ seriyalı, ******* nömrəli xx.xx.1980ci il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı xx.xx.1980-ci ildə Sumqayıt kimya texnologiya texnikumunun təyinatı üzrə 4-cü dərəcə üzrə avadanlıqların təmiri üzrə əhəng südünün alınması sexinə çilingər qəbul edilmişdir. xx.xx.1980-cı ildə Azərbaycan SSR ƏQM-nin 36-cı maddəsinin 3-cü bəndinə əsasən Sovet Ordusu sıralarına çağırıldığı səbəbi ilə işdən azad edilib. xx.xx.1982-ci ildə Sumqayıt Mexanikitəmir zavodu Qazan qaynaq sexinə 3-cü dərəcə ilə qazançı vəzifəsinə qəbul edilmişdir. xx.xx.1983-cü ildə Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsi ilə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1983-cü ildə Buzuluk tikinti yolları Tikinti-quraşdırma qatarı N-819 müddətli əmək müqaviləsinin bağlanması ilə əlaqədar olaraq 2-ci dərəcə ilə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə montajçı qəbul edilmişdir. xx.xx.1984-cü ildə RSFSR ƏQM-nin 31-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1984-cü ildə “Kazaxstroymexanizasiya” tresti Mexaniki kolon N-17 1-ci dərəcə ilə çilingər qəbul edilib və Yaxroma məktəbinə 5 ay müddətinə sürücülük kursuna göndərilib. xx.xx.1984-cü ildə Kraz-256-6 3-cü dərəcə ilə sürücü keçirilib. xx.xx.1984-cü ildə RSFSR ƏQM-nin 33-cü maddəsinin 1-ci bəndinə əsasən mexaniki kolonun yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq işdən azad edilib. xx.xx.1984-cü ildə “Kimya təmir tikinti quraşdırma Mərkəzi” trestinin TTQİ-1 Sumqayıt superfosfat zavoduna texnoloji avadanlıqların təmiri üzrə usta qəbul edilib. xx.xx.1985-ci ildə 5-ci dərəcə çilingər-montajçı vəzifəsinə qəbul edilib. xx.xx.1985-ci ildə “Kimya təmir tikinti quraşdırma Mərkəzi” trestinin TTQİ-1 adı “Kuybışev Kimya təmir” tresti TTQİ-4 dəyişdirilib. xx.xx.1985-ci ildə “Kuybışev Kimya təmir” tresti TTQİ-4 7 saylı sahənin adı “Kuybışev Kimya təmir tresti TTQİ-3 3 saylı sahəyə dəyişdirilib. xx.xx.1986-cı ildə RSFSR ƏQM-nin 31-ci maddəsi ilə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1986-cı ildə Metallurgiya zavodlarının təchizatı üzrə 5-ci dərəcə ilə çilingər-montajçı vəzifəsinə qəbul edilmişdir. xx.xx.1986-cı ildə Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsi ilə öz xahişi ilə işdən azad edilib. xx.xx.1986-cı ildə 3 saylı Təmir-Tikinti Quraşdırma Sahəsi “Kuybışev Kimya təmir” tresti 3 saylı sahəyə 5-ci dərəcə ilə texnoloji avadanlıqların təmiri üzrə çilingər-montajçı qəbul edilmişdir. xx.xx.1987-ci ildə “Kuybışev Kimya təmir” trestinin Sumqayıt təsərrüfat hesabatlı təmir-tikinti quraşdırma sahəsinə keçirilmişdir. xx.xx.1989-cu ildə 5-ci dərəcə ilə texnoloji avadanlıqların təmiri üzrə çilingərmontajçı vəzifəsinə keçirilmişdir. xx.xx.1989-cu ildə çilingər-quraşdırıcı üzrə 6-cı dərəcə verilmişdir. xx.xx.1993-cü ildə TTQİ5 adı “Servis” MKM-yə dəyişdirilmişdir. xx.xx.1997-ci ildə “Azərmetaltəmirtikinti” İB Bakı İxtisaslaşdırılmış tikinti quraşdırma idarəsinə 6-cı dərəcə ilə çilingər-montajçı qəbul edilmişdir. xx.xx.1997-ci ildə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1999-cu ildə 328 saylı H/H 5-ci dərəcə ilə 1 saylı sahəyə gəmi gövdəsinə təmirçi vəzifəsinə qəbul edilmişdir. xx.xx.1999-cu ildə Azərbaycan Respublikası ƏM-nin 75-ci maddəsinin 2 “A” bəndi üzrə tərəflərin razılığı ilə işdən azad edilmişdir. xx.xx.2001-ci ildə “Sumqayıt-Elektrik- Dəstləşdirmə” ATSC EHP və m/k sahəsinə 5-ci dərəcəli q/kəsicisi qəbul edilmişdir. xx.xx.2005-ci ildə “SED” ATSC-dən işdən azad edilmişdir. xx.xx.2005-ci ildə "xxxx" MMC Sumqayıt sahəsinə 5-ci dərəcəli qaz qaynaqçısı qəbul edilmişdir. xx.xx.2005-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2005-ci ildə "xxxx" MMC Sumqayıt sahəsinə 5-ci dərəcəli qaz qaynaqçısı qəbul edilmişdir. xx.xx.2008-ci ildə Tİ və Xİ 1 №-li tikinti sahəsinə 5-ci dərəcə qaz qaynaqçısı keçirilmişdir. xx.xx.2008-ci ildə Azərenerjitikinti MMC "xxxx" ASC adlandırılmışdır. xx.xx.2008-ci ildə həmin peşə ilə Tikinti Məmulatlarının İstehsalı İdarəsi 1 №-li tikinti sahəsinə keçirilmişdir. xx.xx.2009-cu ildə həmin peşə ilə tikinti məmulatlarının İstehsalı İdarəsi Metal kəsmə sexinə keçirilmişdir. xx.xx.2010-cu il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2013-cü ildə “X1 "xxxx" ASC-yə müddətli əmək müqaviləsi ilə 5-ci dərəcəli qaynaqçı peşəsinə işə qəbul edilmişdir. xx.xx.2014-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası "xxxx" MMC İstehsalat sexinə 3-cü dərəcəli qaz kəsicisi peşəsi üzrə işə qəbul edilmişdir. xx.xx.2016-cı ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2016-cı ildə "xxxx" MMC “Sokar Karbonit” zavodunda işləmək üçün çənlərin quraşdırılması sahəsində quraşdırıcı çilingər peşəsinə qəbul edilmişdir. xx.xx.2017-ci ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2017-ci ildə Sumqayıt Poladkonstruksiya Quraşdırma ASC Metal konstruksiyaların montajı üzrə quraşdırıcı işinə qəbul edilmişdir. xx.xx.2018-ci ildə tərəflərin qarşılıqlı razılığına əsasən işdən azad edilmişdir. xx.xx.2018-ci ildə "xxxx" MMC Metaləritmə zavodunun Poladəritmə sexinin Fasiləsiz pəstalıtökmə sahəsinə 4-cü dərəcəli qaz kəsici peşəsinə qəbul edilmişdir. xx.xx.2018-ci ildə həmin sahəyə 5-ci dərəcəli qaz kəsicisi peşəsinə keçirilmişdir. xx.xx.2019-cu ildə əmək müqaviləsinin müddəti qurtardığından əmək müqaviləsinə xitam verilmişdir. - Azərbaycan Respublikası "xxxx" ATSC tərəfindən verilmiş 01 №li xx.xx.2021-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.2001-ci ildən (Əmr N-10 ş xx.xx.2001) – xx.xx.2005-ci (Əmr N-01 – ş xx.xx.2005) ilə kimi tam iş günü "xxxx" ASC-də EHQ-MK sahəsində 5-ci dərəcəli qaz kəsicisi peşəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının 8-ci bəndinə əsasən siyahıda sadalanan istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ vardır. - Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş 01-FA/59 saylı, xx.xx.2021-ci il tarixli arayışda göstərilmişdir ki, 1961-ci il təvəllüdlü İddiaçı xx.xx.2005-ci ildə (əmr №-05-ş, xx.xx.2005-ci il) "xxxx" MMC-nin Sumqayıt sahəsinə 5-ci dərəcəli qaz qaynaqçısı peşəsinə işə qəbul edilib və xx.xx.2005-ci ildə (əmr N-62-ş, xx.xx.2005-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilib. xx.xx.2005-ci ildə (əmr № 47-kş, xx.xx.2005-ci il) "xxxx" MMC-nin Sumqayıt sahəsinə 5-ci dərəcəli qaz qaynaqçısı peşəsinə işə qəbul edilib, xx.xx.2008-ci ildə (əmr №19/8-kş, xx.xx.2008-ci il) həmin peşə ilə Tikinti Məmulatlarının İstehsalı İdarəsinin 1 №-li Tikinti sahəsinə keçirilib və xx.xx.2010-cu ildə (əmr №-199/18-kş, xx.xx.2010-cu il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilib. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 N-li Qərarının 35-ci “Ümumi peşələr” fəslinə əsasən qaz kəsicilərinin işi xüsusi zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj 05 il 10 ay 21 gün təşkil edir. Dövlət Əmlaklarının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il, 323 N-li sərəncamına əsasən "xxxx" MMC "xxxx" ASC adlandırılıb. - "xxxx" MMC tərəfindən verilmiş 03 nömrəli, 28 yanvar 2021-ci il tarixli güzəştli arayışda göstərilmişdir ki, 1961-ci il təvəllüdlü İddiaçı xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək "xxxx" MMC-nin Metaləritmə zavodunun Poladəritmə sexinin Fasiləsiz pəstah tökmə sahəsinin 5-ci dərəcəli qaz kəsicisi peşəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarının 24-cü fəslinə əsasən bilavasitə zərərli iş hesab edilir. Güzəştli pensiya üçün stajı 1(bir) il, 3(üç) ay, 26 (iyirmi altı) gün təşkil edir. - “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş 44 nömrəli, xx.xx.2021-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü ilə kimi tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Mexaniki təmir” zavodunun qazan-qaynaq sexində qazançı peşəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının 14-cü bölməsinin 2150300a-13144 şifrinə əsasən 2 saylı siyahısında sadalanan qazançılar istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli, **********1 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 15974,40 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 18420,92 manat olmaqla, cəmi pensiya kapitalı 34395,32 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 20 il 11 ay 17 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 15974,40 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 18420,92 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə onun Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39400,00 manat məbləğində hesablanmışdır. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli, 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. - İddiaçının hazırkı tələblə müraciətinə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 10 mart 2021-ci il tarixli, **********5 №li cavab məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının ümumi peşələr bölməsində (35) qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan xx.xx.2013-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində “X1 "xxxx" ASC-də qaynaqçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi qaynaqçı vəzifəsi yuxarıda qeyd olunan qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 10 ay 6 gün) təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 38200,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33436,83 manat təşkil edir. Bu səbəbdən də güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır: 1. İddiaçının 60 yaşının tamam olması; 2. İddiaçının 25 il ümumi iş stajının mövcud olması; 3. İddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması; 4. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Qanunveriliciyin tələbləri nəzərə alınmaqla iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür və onun 60 yaşına çatması (xx.xx.2021) və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması onun əmək kitabçası ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdehin imtinasının əsası xx.xx.2013-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində “X1 "xxxx" ASC-də qaynaqçı vəzifəsində işlədiyi qaynaqçı vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının ümumi peşələr bölməsində (35) qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə uyğun olmaması, bu səbəbdən də iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (11 il 10 ay 6 gün) təşkil etməsi, bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsidir. Halbuki, iş materiallarında olan X1 "xxxx" ASC tərəfindən verilmiş 42/21 nömrəli, xx.xx.2021-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı «X1 EVRASCON» ASC-də xx.xx.2013-cu il tarixdən xx.xx.2014-cu il tarixə kimi (əmr № iq-19) 5-ci dərəcəli qaynaqçı peşəsində işləyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixində təsdiq edilmiş qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsinə əsasən güzəştli əmək stajı 1 (bir) il 0 ay 0 gün təşkil edir. Həmçinin, məhkəmənin sorğusuna cavab olaraq iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 58 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı həqiqətən "xxxx" MMC ilə 23t/2019 saylı, xx.xx.2019-cu il tarixli Xidmət Müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək "xxxx" MMC-də qaz kəsici kimi xidmət göstərmişdir. Göründüyü kimi iddiaçının işlədiyi qaz kəsici peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarının 35-ci fəslində göstərilən rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsiciləri peşəsinə uyğundur və qeyd olunan peşə güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 12 il 6 aydan çox güzəştli iş stajının olması işin materialları ilə öz təsdiqini tapmışdır. Cavabdehin imtinasının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalın əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə qeyd olunan Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmişdir: “Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi qeyd olunan dəyişikliyə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin hallarından da müəyyən edildiyi kimi, iddiaçı 25 ildən çox ümumi və bu müddətin 12 il 6 ayından çox isə güzəştli iş stajına malikdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciət edən zaman haqlı olmuş və cavabdehin imtina etməsi qanunsuz olmuş, birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd olunan hallarına lazımi diqqət yetirməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və beləliklə də səhv nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuş, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğuna görə təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2-1(112)-5502/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2-1(112)-5502/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia ərizəsi təmin edilsin. İddiaçı xx.xx.2013-xx.xx.2014-cü illərdə X1 "xxxx" ASC-də və xx.xx.2020-xx.xx.2020ci ildə "xxxx" MMC-də elektrik və qaz qaynaqçısı işlədiyini təsdiq etməklə xx.xx.2021-ci il tarixdən, yəni 60 yaşı tamam olan tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-68/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-68/2023
18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver