Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-68/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X3 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2686/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İtifaqı Komitəsi ilə birgə keçirdiyi iclasın 11 saylı 20 oktyabr 1989-cu uil tarixli protokolundan çıxarışdan müəyyən olunur ki, həmin qərar əsasında “Gülüstan-2” bağ sahəsində 40 saylı torpaq sahəsi (500 kv.m) İddiaçı adına hesab olunmuş və ona bağçılıq yoldaşlığı üzvlük vəsiqəsi verilməsi qərara alınmışdır.
2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2013-cü ildə verilmiş A seriyalı 427115 nömrəli «torpaq sahəsinin planı və ölçüsü»ndən müəyyən olunur olur ki, Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 11/387 saylı qərarı və ADNA-nın «Gülüstan» bağçılıqyoldaşlığın xx.xx.1989- cu ıl tarixli 11 saylı protokulu ilə Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən və bağ evinin tikintisi üçün İddiaçı ayrılmış 40 saylı bağın 500 kv.m torpaq sahəsi ilə bağlı torpaq sahəsinin plan və ölçüsü tərtib edilərək baş plandan çıxarış və əsas döngə nöqtələrinin koordinatları qeyd olunmuş və Dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 33588 nömrəsi ilə uçota alınmışdır.
3. DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış 12 aprel 2017-ci il tarixli **********26 nömrəli məktubdan müəyyən olunur ki, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 40 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair iddiaçının ********** nömrəli, xx.xx.2017-ci il tarixli poçt vasitəsilə daxil olmuş ərizəsinə baxılmış, cavab olaraq bildirilmişdir ki, təqdim edilmiş sənədlər kserosurətdir və Bakı şəhər ərazi idarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. İdarənin elektron bazasında göstərilən bağların ayrıc aktı barədə məlumat yoxdur. Bundan əlavə, bağ sahəsi mübahisəli olduğundan torpaq sahəsinə dair İdarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007- ci il tarixli sərəncamına, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 7.1 və 9.1.2-ci maddələrinə istinad edilərək, iddiaçının ərizəsinin təmin olunmasından imtina edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə (bundan sonra DƏDRX-nin Bakı şəhər ərazi idarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 40 saylı bağın 0,05 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 11/387 saylı qərarı ilə AZ.NKİ-nin əməkdaşlarına keşmiş Lenin rayonunun Ləhiş qəsəbəsindəki ərazidə torpaq sahəsi ayrılmış, Azərbaycan Neft Kimya İnstitutunun rektorluğunun Həmkarlar ittifaqının Komitəsi ilə birgə keçirdiyi iclasın 11 saylı 20 oktyabr 1989-cu uil tarixli protokolundan çıxarış ilə “Gülüstan-2” bağ sahəsində 40 saylı torpaq sahəsi iddiaçının adına ayrılmış və iddiaçı bağçılıq yoldaşlığına üzv qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2013-cü ildə qeyd olunan torpaq sahəsinə dair “torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. İddiaçı ona ayrılmış bağ torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə və ona əlavə edilmiş sənədlərlə DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə müraciət etmiş, lakin cavabdehin xx.xx.2017-ci il tarixli **********26 saylı məktubu ilə ərizəsi təmin olunmamış, imtinaya əsas kimi sənədlərin surət olmasına və DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyasında adının aşkar olunmamasına istinad olunmuşdur.
6. 22 iyun 2017-ci il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 40 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə müraciət etmiş, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş sənədlər kserosurətdir və Bakı şəhər ərazi idarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. İdarənin elektron bazasında göstərilən bağların ayrıc aktı barədə məlumat yoxdur. Bundan əlavə, bağ sahəsi mübahisəli olduğundan torpaq sahəsinə dair İdarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Bununla əlaqədar ərizənin icrası mümkün olmamış və iddiaçıya daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Odur ki, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2686/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin izahatı və məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar ittifaqının Komitəsi ilə birgə keçirdiyi iclasın 11 saylı 20 oktyabr 1989-cu il tarixli protokolunu ilə “Gülüstan-2” bağ sahəsində yerləşən sahəsi 500 kv.m olan 40 saylı bağ torpaq sahəsi iddaçı İddiaçı ayrılmış, DTXK-nın Bakı şəhər şəbəsi tərəfindən qeyd olunan torpaq sahəsinə dair xx.xx.2013-cü ildə A seriyalı 427115 nömrəli «torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İddiaçı qeyd olunan 500 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə cavabdehə müraciət etmiş, cavabdeh isə 12 aprel 2017-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməmişdir.
10. Məhkəmə qeyd edir ki, qeyd olunan torpaq sahəsi məhz xx.xx.2007-ci ilədək fəaliiyət göstərmiş və həmin tarixədək vətəndaşlara torpaq ayırmaq səlahiyyəti olmuş təşkilat tərəfindən iddiaçıya ayrılmış, cavabdeh iddiaçının adının bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar olunmamasına, İdarənin elektron bazasında göstərilən bağların ayrıc aktı barədə məlumat olmamasına və İdarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə dair çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamasına istinad etsə də, bu halları təsdiq edən sübutunu məhkəməyə təqdim etməmişdir.
11. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklü-lüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.
12. Hazırki iş üzrə də, Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar ittifaqı komitəsi ilə birgə keçirdiyi iclasın 11 saylı 20 oktyabr 1989-cu il tarixli protokolundan çıxarış yuxarıda qeyd edilən Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara aid edildiyindən, cavabdeh inzibati orqanın formal mülahizələrə əsaslanan dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş məsələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
c) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Belə ki, elektron kadastr baza məlumatlarına əsasən şərti koordinatlarla göstərilən bağların ayrıc aktı barədə məlumat aşkar olunmamışdır. Həmçinin qeyd edilən torpaq sahəsi digər şəxslərin adına (X6 və X2) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri ilə üst-üstə düşür.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatları
15. Məhkəmə Kollegiyasının iclasında tərəflər iştirak etməmişlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... 8.0.7. 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. .......
17. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
18. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın: 2.5-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin sırasına - yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış da daxil edilmişdir.
19. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.
20. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və yajırrun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir.. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı cfəoul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibatiorqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
25. Daha sonra məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakılara görə əsaslıdır və təmin olunmalıdır.
26. Belə ki, işin hallarına görə Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İtifaqı Komitəsi ilə birgə keçirdiyi iclasın 11 saylı 20 oktyabr 1989-cu uil tarixli protokolundan çıxarışdan müəyyən olunur ki, həmin qərar əsasında “Gülüstan-2” bağ sahəsində 40 saylı torpaq sahəsi (500 kv.m) İddiaçı adına hesab olunmuş və ona bağçılıq yoldaşlığı üzvlük vəsiqəsi verilməsi qərara alınmışdır.
27. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2013-cü ildə verilmiş A seriyalı 427115 nömrəli «torpaq sahəsinin planı və ölçüsü»ndən müəyyən olunur olur ki, Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 11/387 saylı qərarı və ADNA-nın «Gülüstan» bağçılıqyoldaşlığın xx.xx.1989- cu ıl tarixli 11 saylı protokulu ilə Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən və bağ evinin tikintisi üçün İddiaçı ayrılmış 40 saylı bağın 500 kv.m torpaq sahəsi ilə bağlı torpaq sahəsinin plan və ölçüsü tərtib edilərək baş plandan çıxarış və əsas döngə nöqtələrinin koordinatları qeyd olunmuş və Dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 33588 nömrəsi ilə uçota alınmışdır.
28. DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış 12 aprel 2017-ci il tarixli **********26 nömrəli məktubdan müəyyən olunur ki, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 40 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair iddiaçının ********** nömrəli, xx.xx.2017-ci il tarixli poçt vasitəsilə daxil olmuş ərizəsinə baxılmış, cavab olaraq bildirilmişdir ki, təqdim edilmiş sənədlər kserosurətdir və Bakı şəhər ərazi idarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. İdarənin elektron bazasında göstərilən bağların ayrıc aktı barədə məlumat yoxdur. Bundan əlavə, bağ sahəsi mübahisəli olduğundan torpaq sahəsinə dair İdarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007- ci il tarixli sərəncamına, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 7.1 və 9.1.2-ci maddələrinə istinad edilərək, iddiaçının ərizəsinin təmin olunmasından imtina edilmişdir.
29. Apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq “Gülüstan-2” bağçılıq yoldaşlığın Ayrıc aktı məhkəməyə təqdim olunmuşdur.
30. Apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla “Gülüstan-2” bağçılıq yoldaşlığın üzvlərinin siyahısı məhkəməyə təqdim edilmişdir.Həmin siyahıda iddiaçının adı aşkar edilməmişdir.
31. Həmçinin, həmin sənədlərlə birgə X4 və X1 xüsusi mülkiyyətində olan torpaq sahələrinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur.
32. Bundan sonra apellyasiya baxışı zamanı məhkəmənin 2-1(103)-1688/2024 saylı,xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühəndis-texniki ekspertiza təyin olunaraq ekspert qarşısında torpaq sahəsinin naturada yerinin və koordinatlarının müəyyən edilməsi, 3-cü şəxslərin yeri ilə üst-üstə düşübdüşməməsi və.sair suallar qoyulmuşdur.
33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/4351 saylı ekspert Rəyində rəyə gəlinmişdir ki: Qərardadın birinci sualı üzrə: Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatları təqdim edilmiş sahə qeydiyyata alınmış **********11 (1200.0 kv.m sahə X4 xüsusi mülkiyyətindədir) və **********47 (500.0 kv.m sahə X1 xüsusi mülkiyyətindədir) reyestr nömrəli bağ sahələri ilə üst-üstə düşür. Sahə daxilində iddiaçının adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş plan ölçüsünün baza məlumatı var. Qərardadın ikinci sualı üzrə: Bildiririk ki, nümayəndə kimi Abbasov Azər adlı şəxslə birlikdə sahəyə yerli baxış keçirildi. İddiaçının nümayəndəsi tərəfindən 40 saylı bağ sahəsi kimi şərti olaraq göstərilən 500.0 kv.m sahə ümumi hasar daxilində yerləşir. Ümumi sahə 2403.0 kv.m təşkil edir. Ümumi 2403.0 kv.m olan sahənin koordinatlarını əks etdirən izahlı sxem rəyə əlavə olunur. Qərardadın üçüncü sualı üzrə: Yuxarıda qeyd olunduğu kimi vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatları təqdim edilmiş sahə qeydiyyata alınmış **********11 (1200.0 kv.m sahə X4 xüsusi mülkiyyətindədir) və **********47 (500.0 kv.m sahə X1 xüsusi mülkiyyətindədir) reyestr nömrəli bağ sahələri ilə üst-üstə düşür. Sahə daxilində iddiaçının adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş plan ölçüsünün baza məlumatı var. Qərardadın dördüncü sualı üzrə: Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə heç bir mövcud bağçılıq-yoldaşlıq ayrıcı daxilində yerləşmir.Arxiv məlumatlarına əsasən iddiaçının adına "Gülüstan-2” bağçılıq-yoldaşlıq birliyi nəzdində 40 saylı bağ sahəsinə dair (500.0 kv.m) verilmiş xx.xx.2013-cü il tarixli torpaq sahəsinin plan və ölçüsü sənədi mövcuddur.Lakin həmin plan-ölçünün verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənəd aşkar olunmamışdır.
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
35. Məhkəmə Kollegiyası ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək (İPMin 1.2-ci və MPM-in 88-ci maddəsinə əsasən) rəylə razılaşmamağa əsaslar görmür.
36. Göründüyü kimi, iddiaçı iddia etdiyi torpaq sahəsi qeydiyyata alınmış **********11 (1200.0 kv.m sahə X4 xüsusi mülkiyyətindədir) və **********47 (500.0 kv.m sahə X1 xüsusi mülkiyyətindədir) reyestr nömrəli bağ sahələri ilə üst-üstə düşür.
37. X2 xüsusi mülkiyyətində olan həmin torpaq sahəsinə çıxarışı Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İtifaqı Komitəsi ilə birgə keçirdiyi iclasın 11 saylı 13 yanvar 1989-cu il tarixli protokolundan çıxarış əsasında almışdır.
38. X7 isə xüsusi mülkiyyətində olan həmin torpaq sahəsinə çıxarışı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2686/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı əsasında almışdır.İddiaçı həmin qərarı mübahisələndirməmişdir.
39. "xxxx" ASC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın xx.xx.2017-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 5-ci maddəsində müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir.
40. Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.
41. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir.Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.
42. Eyni zamanda yuxarıda qeyd olunduğu kimi, məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla “Gülüstan-2” bağçılıq yoldaşlığın üzvlərinin siyahısı məhkəməyə təqdim edilmişdir.Həmin siyahıda iddiaçının adı aşkar edilməmişdir. 43.Beləliklə, məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsasdır.
44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
45. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
46. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
47. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirilməyərək iddia təmin edilmişdir.
48. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2686/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2686/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.