Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-682/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); X2 və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.N969-cu il tarixində Bakı şəhərində anadan olmuş, ünvan N ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 202N-ci il tarixli, 2-N(NN2)-4723/202N nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 02.03.202N-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya Müharibə veteranı vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı N987-N989-cu illərdə SSRİ ordu sıralarında xidmət etmişdir. N3-cü ildə məlum hadisələr ilə əlaqədar olaraq, iddiaçı rəsmi, könüllü olaraq döyüş bölgəsinə hərbi xidmətə getmiş və döyüş bölgəsində yerləşən N saylı hərbi hissəyə N6.NN.N3-cü ildə daxil olmuşdur. Bu barədə onun hərbi biletində qeydlər vardır və eyni zamanda həmin hərbi hissədə ona təqdim olunmuş arayışlar mövcuddur. Həmin arayışdan görünür ki, iddiaçı N saylı hərbi hissədə N6.NN.N3-cü ildən döyüş əməliyyatlarında iştirak etmiş və N4-cü ildə ataşkəs elan olunandan sonra ordudan tərxis olmuşdur. O, dəfələrlə Hərbi Komissarlığa, Müdafiə Nazirliyinə, Hərbi hissənin özünə və korpus komandanlığına müraciət etmiş, lakin müharibə veteranı vəsiqəsi alınması ilə əlaqədar ona imtina cavabı verilmişdir. Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 202N-ci il tarixli, 2-N(NN2)-4723/202N nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3.-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 202N-ci il tarixli, 2-N(NN2)-4723/202N nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir: “Mərkəzi Arxivin 07.0N.2020-ci il tarixli 9/2-37 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin oktyabr N3-cü və iyun N4-cü il tarixli nizami hissə üzrə əmrlər kitabında xidmət keçməyiniz və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağınız barədə məlumat olmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur.” - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon idarəsi N9.03.202N-ci il tarixli 550 nömrəli məktubla məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir: “Ehtiyatda olmanın son yaş həddini keçdiyi üçün hərbi vəzifəlilərin qeydiyyatından çıxarılmış N969-cu il təvəllüdlü İddiaçı barədə, səfərbərliyə cəlb olunmuş şəxslərin əlifba qeydiyyat kitabında N6 noyabr N3-cü il tarixdə ordu sıralarına çağırılması qeyd olunmuşdur. Onun sonrakı xidməti və ordu sıralarından tərxis olunması barədə arxiv uçot sənədlərində məlumat yoxdur.” - Müdafiə Nazirliyi N7.03.202N-ci il tarixli 9/2-2409 nömrəli məktubla məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir: “Sizin 04.03.202N-ci il tarixli 2-N(NN2)-4723/202N N-li cavab olaraq bildiririk ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: NN.N0.N3-03.04.N9; sıra-530) Sabunçu RHK-dan çağırılmış İddiaçı komandirin N6.NN.93-cü il tarixli NN5 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və Baş Qərargah rəisinin 03.02.94-cü il tarixli müvafiq Direktivinə əsasən, komandirin 09.02.94-cü il tarixli N2 №-li əmrilə şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. Sabunçu RHK-dan çağırılmış, N969-cu il təvəllüdlü, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N6 noyabr N3-cü il tarixli NN5 №-li əmrilə (əsas: 2, sıra- 4N5) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, N7.NN.N3-cü il tarixdən qazan təminatına qoyulmuşdur. N №-li hərbi hissə komandirinin N0.0N.N4-cü il tarixli N0 №-li əmrində (əsas: səh 20, 4, sıra 70, əmrdə atasının adı yazılmamışdır) 07.0N.N4-cü il tarixdən hərbi hissəni özbaşına tərk etdiyi üçün İddiaçı 08.0N.N4-cü il tarixdən 3 MAT-un qazan təminatından çıxarılması barədə məlumat vardır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin fevral-iyun N4-cü il tarixli nizami hissə üzrə əmrlərində, 09.02.N4-cü il tarixli təşkilati əmrində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun HPN2/NN09 nömrəli, 25.08.202N-ci il tarixli məktubuna əsasən qeyd edilmişdir ki, İddiaçı N6.NN.N3-cü il tarixdən N4-cü ilin iyun ayına kimi N90 №li hərbi hissədə xidmət etməsi ilə bağlı barəsində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. İşin apellyasiya icraatı zamanı məhkəmə tərəfindən 04.02.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə sorğu ünvanlanaraq, İşin obyektiv və hərtərəfli araşdırılması məqsədilə İddiaçı N6.NN.N3-cü il tarixli, NN5 №li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və 09.02.N4-cü il tarixli, N2 №li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə əmrlərin təsdiq olunmuş surətlərini qısa müddətdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Sorğuya cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 4/2- N2N9 №li, 24.02.2022-ci il tarixli məktubuna əsasən qeyd edilmişdir ki, İddiaçı barəsində N90 №li hərbi hissə komandirinin N6.NN.N3-cü il tarixli NN5 №li, N0.0N.N4cü il tarixli N0 №li əmrlərindən və şəxsi heyətinin əlifba qeydiyyatı kitabından arxiv çıxarışlarını ünvanınıza göndəririk. Qeyd edirik ki, N90 №li hərbi hissə komandirinin 09.02.N4-cü il tarixli N2 №li təşkilati əmrində İddiaçı barədə məlumat aşkar edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N5-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci bəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd. Bu Qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin «Veteranlar haqqında» AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» AR Qanununun tətbiq edilməsi haqqında» 25.04.2006-cı il tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi və qanuni əsaslarla tərxis edilməsi mötəbər sübutlarla təsdiq edilməmiş və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlərlə də sübut edilmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan İddiaçı məxsus NZ № ******* seriya və nömrəli N2 noyabr N987-ci ildə Bakı şəhər Lenin Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş hərbi biletin surətinə əsasən müəyyən edilir ki, hərbi biletin N8-ci qrafasında (döyüş əməliyyatlarında iştirak) hər hansı qeyd mövcud deyil. Eyni zamanda hərbi biletin N5-ci qrafasında N №-li hərbi hissədə hərbi xidmət keçdiyi qeyd edilsə də (mayor O.Mamedov), hərbi biletin əslinə baxış keçirilmiş və müvafiq qeyddə imza və möhürün olmadığı müəyyən edilmişdir. Həmçinin iş materiallarında olan N №-li hərbi hissənin komandiri A.Aminov tərəfindən İddiaçı verilmiş arayışda qeyd edilmişdir ki, o, həqiqətən N6.NN.N3-cü ildən bu günə qədər N №-li hərbi hissədə hərbi xidmət keçir və Ağdam rayonunda hərbi döyüş zonasında iştirak edir. Məhkəmə kollegiyası arayışa münasibətdə qeyd edir ki, arayışda səlahiyyətli şəxsin imzası mövcud deyil, arayış Sabunçu rayon Maştağa qəsəbə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş və arayışın tarixi qeyd edilməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmə sorğusuna cavab olaraq 4/2-N2N9 №li, 24.02.2022-ci il tarixli məktuba əlavə edilmiş N №-li hərbi hissə komandirinin N0.0N.N4-cü il tarixli, N0 №-li əmrində İddiaçı 0N.07.N4cü il tarixdə hərbi hissəni özbaşına tərk etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. AR İPM-in N.2-ci maddəsindən MPM-in 8N-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iddiaçının ona müharibə veteranı adının verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-N4.3), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.N), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun N3.2 və N7-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 202N-ci il tarixli, 2-N(NN2)-4723/202N nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 202N-ci il tarixli, 2-N(NN2)-4723/202N nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-682/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-682/2022
15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver