Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-683/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin xx xxxxxx 2019-cu il tarixli imtinasının əsassız hesab edilməsi və Azərbaycanda qanuni əsaslarla fasiləsiz olaraq 5 il yaşamağını nəzərə alaraq Azərbaycan Respublikasının vətəndaşlığın alınması tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3858/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin xx xxxxxx 2019-cu il tarixli imtinasının əsassız hesab edilməsi və Azərbaycanda qanuni əsaslarla fasiləsiz olaraq 5 (beş) il yaşamağını nəzərə alaraq Azərbaycan Respublikasının vətəndaşlığın alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun valideynləri müvəqqəti Ukrayna Respublikasında yaşayırdılar. O da Ukrayna Respublikasında anadan olmuşdur. Anası vəfat etdikdən sonra atası ilə Azərbaycana köçmüşdür. İddiaçı Salyan şəhəri, 1 saylı məktəb-liseyinə qəbul olmuş və məktəb-litseyi nümunəvi tələbə kimi bitirmişdir. Vətəndaşlığın alınması üçün atası Azərbaycan Respublikasının Dövlət Miqrasiya xidmətinə müraciət etmiş, iki ildən sonra onun atasına vətəndaşlıq verilmişdir. Bundan sonra da iddiaçı vətəndaşlıq almağı üçün ümumi qaydada Azərbaycan Respublikası Dövlət Miqrasiya xidmətinə müraciət etmişdir. Lakin 5 ildən çox müddətdir ki, hər dəfə ona müxtəlif bəhanələrlə vətəndaşlığın verilməsindən imtina edilmişdir. Bütün bu prosesslərdən onun atası da vaxtı ikən keçmişdir. Lakin atasından fərqli olaraq ona bu gunə kimi vətəndaşlığın alınması ilə bağlı müsbət cavab verilməmişdir. Dəfələrlə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində dəfələrlə qəbulda olmuş, hər dəfə də müxtəlif bəhanələr bildirilərək vətəndaşlığın verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının vətəndaşlağını almaq üçün imtahanı verməyinə baxmayaraq imtahandan kəsilmişdir. Dövlət Miqrasiya Xidməti xx.xx.2017-ci il tarixli 219/i №-li əsassız bir qərarla imtahandan keçməməyi ilə bağlı imtina verilmişdir. Belə ki, iddiaçı öz ana dilində yazıb və səlist danışmağa bacarır. Azərbaycanın müstəqilliyi onun dövlət atributlarını və Azərbaycanın tarixini bilməklə yanaşı məktəbdə də onu keçmişdir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə həm şifahi həm də yazılı müraciətlər etmişdir. Son müraciəti xx.xx.2019-cu il tarixdə olmuşdur. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti xx.xx.2019-cu il tarixli K/A-3296 saylı cavab məktubu verilərək vətəndaşlığın verilməsi üçün meyarlarla təyin olunur. Lakin vətəndaşlığın verilməsi barədə cavab məktubunda hər hansı bir qeydiyyat aparılmamışdır. Cavab məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsiyyətindən təhsilindən, dinə mənsubiyyətindən, siyasi və başqa əqidələrindən aslı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3858/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3858/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini və iddiaçının nümayəndəsini dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarıdəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İnzibati icraat materiallarından görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixdə Ukraynanın Zaporojye vilayəti, Melitopol şəhərində anadan olmuşdur. İddiaçının doğum haqqında şəhadətnaməsində atası X4, anası X1raq qeyd olunmuşdur. İddiaçı Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə alması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Xidmət tərəfindən həmin məsələ araşdırılmış və inzibati orqanın xx.xx.2017-ci il tarixli 219/İ №-li Qərarı ilə iddiaçının Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsindən imtina olunması qərara alınmışdır. İddiaçı Azərbaycan Respublikasında qanuni əsaslarla fasiləsiz olaraq 5 (beş) il yaşadığını nəzərə alaraq Azərbaycan Respublikasının vətəndaşlığının alınması barədə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqanın xx xxxxxx 2019-cu il tarixli məktubu ilə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə Birinci instansiya məhkəməsi iddia tələbini rədd etmişdir və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olduğu iş materialları ilə sübuta yetirilmədiyindən cavabdehin hərəkətləri qanuni və əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşır və bununla bağlı aşağıdakı maddi hüquq normalarını qeyd edir. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Həmin Qanunun 14-cü maddəsinin ikinci hissəsinə əsasən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır. İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 219/i nömrəli xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında qərarı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 1036-İİQ nömrəli Qanununun 59-cu maddəsi və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55.0.10-cu maddəsi rəhbər tutularaq Ukrayna vətəndaşı Ağalarova İradanın xx xxxxxx 2016-cı il tarixli müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikasında qаçqın stаtusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxid vətəndaşlığı olmayan şəxslərə verilir. Göründüyü kimi, iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir və cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmış və birinci instansiya məhkəməsinin qərarının ləğvi və iddianın təmin edilməsi üçün əsas təşkil etmirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas təşkil etmədiyindən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3858/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, qərarın təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-683/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-683/2020
29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver