Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-683/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X10 iştirakları ilə, İddiaçı (xx.xx.1961-ci il tarixdə anadan olmuş, Kürdəmir ray., Carli kəndində qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi barədə iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3033/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 04.02.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 01.07.1982-ci il tarixdən 31.12.1982-ci il tarixədək Geologiya Nazirliyinin Ümumittifaq X5 X1 Şöbəsinin seysmik partiyasında mövsümü işlərdə sürücü kimi işlədiyi 6 ay və 1986-cı ildə Kürdəmir rayonu “Şəfəq” adına kolxozda kolxozçu kimi işlədiyi 3 ay 23 təqvim gününün qanunla müəyyən edilmiş qaydada əmək stajına daxil edilməsi və 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1961-ci il tarixdə Kürdəmir rayonunun Carlı kəndində anadan olmuş və Kürdəmir rayonunun Carlı kəndində pasport qeydiyyatındadır. O, 03.07.1978-ci ildən hal-hazıra kimi Geologiya Nazirliyinin Geofiziki Kəşfiyyat sulları ElmiTədqiqat X6 sürücü, fəhlə, qazmaçı, Geogiziki və Geologiya İdarəsinin Kompleks Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsində maşinist, gözətçi, fəhlə, yardımçı fəhlə vəzifələrində işləmişdir. Onun 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 il 6 ay 17 gün, 01 yanvar 2006-cı il tarixədək güzəştli işlərdə iş stajı isə 12 il 11 ay 28 gündür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edildiyindən və 06 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli. 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmasına görə 08.10.2019-cu il tarixdə ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir, cavabdeh tərəfindən 18.11.2019-cu il tarixli, **********3 saylı məktubla ona cavab olaraq bildirilmişdir ki, təqdim edilmiş NT-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. O, 1986-cı ildə Kürdəmir rayonu “Şəfəq” adına kolxozda kolxozçu kimi işlədiyi 3 ay 23 gün iş stajı ilə bağlı Kürdəmir rayon Dövlət Arxivindən verilmiş 09.12.2019-cu il tarixli,155 nömrəli arxiv arayışına əsasən həmin işlədiyi 3 ay 23 günün iş stajına daxil edilərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı təkrarən 27.12.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən 29.12.2019- cu il tarixli, **********0 saylı məktubla ona həmin İdarə tərəfindən 18.11.2019-cu il tarixli, **********3 saylı məktubla verilmiş cavabda göstərilmiş eyni məzmunlu cavab verilərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi göstərilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və əsassızdır. Belə ki, o, 03.07.1978-ci il tarixli, 121 saylı əmrə əsasən Geologiya Nazirliyinin Geofiziki Kəşfiyyat sulları X2 Şöbəsinin 14 saylı seysmik partiyasına mövsümü işlərə sürücü vəzifəsinə işə qəbul olunmuş, 03.01.1979-cu il tarixli 2-K saylı əmrə əsasən işdən azad edilmişdir. 21.08.1979-cu il tarixli, 214 saylı əmrə əsasən Geologiya Nazirliyinin Geofiziki Kəşfiyyat sulları X2 Şöbəsinin seysimik partiyasına mövsümü işlərə sürücü vəzifəsinə işə qəbul olunmuş, hərbi xidmətə çağrılması ilə əlaqədar olaraq 16.10.1979-cu il tarixli 223-K saylı əmrə əsasən işdən azad edilmişdir. 30.10.1979-cu il tarixdən 30.11.1981 -ci il tarixinə kimi Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Bunu onun hərbi bileti də təsdiq edir. 01.07.1982-ci il tarixdə Geologiya Nazirliyinin Ümumittifaq X5 X2 şöbəsinin seysimik partiyasına mövsümü işlərə sürücü vəzifəsinə işə qəbul olunmuş, 31.12.1982-ci il tarixli 376 saylı əmrə əsasən Azərbaycan SSR-nin Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Bunu Geofizika və Geologiya İdarəsi tərəfindən verilmiş 27 yanvar 2020-ci il tarixli,SC) CAR**********80020123X00004 nömrəli arxiv arayışı təsdiq edir. 31.01.1983-cü il tarixli, 19-K saylı əmrə əsasən Geologiya Nazirliyinin Ümumittifaq X5 X2 Şöbəsinin 2 saylı seysmik partiyasına fəhlə vəzifəsinə işə qəbul olunmuş, 01.04.1983-cü il tarixli 65-A saylı əmrə əsasən sürücü vəzifəsinə keçmiş, 02.01.1985-ci il tarixli 3-K saylı əmrə əsasən Azərbaycan SSR-nin Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. 08.04.1985-ci il tarixli, 44-K saylı əmrə əsasən Geologiya Nazirliyinin Ümumittifaq X3 ElmiTədqiqat X7 2 saylı seysmik partiyasına mövsümü işlərə sürücü vəzifəsinə işə qəbul olunmuş, 09.10.1985-ci il tarixli, 152-K saylı əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. 16.10.1985-ci il tarixli 3-K saylı əmrə əsasən Geologiya Nazirliyinin Ümumittifaq X5 X2 Şöbəsinin 2 saylı seysmik partiyasına mövsümü işlərə sürücü vəzifəsinə işə qəbul olunmuş, 31.03.1986-cı il tarixli 51-K saylı əmrə əsasən Azərbaycan SSR-nin Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. 1986-cı ildə Kürdəmir rayonu “Şəfəq” adına kolxozda 113 gün,yəni 3 ay 23 gün müddətində kolxozçu kimi işləmişdir. Bunu Kürdəmir rayon Dövlət Arxivindən verilmiş 09.12.2019-cu il tarixli, 155 nömrəli arxiv arayışı təsdiq edir. 24.07.1986-cı il tarixli 121-K saylı əmrə əsasən Geologiya Nazirliyinin Ümumittifaq X5 X2 Şöbəsinin 14 saylı seysimik partiyasına mövsümü işlərə qazmaçı vəzifəsinə işə qəbul olunmuş, 15.12.1986-cı il tarixli 193-K saylı əmrə əsasən çöl işlərinin bitməsinə görə işdən azad edilmişdir. 23.02.1987-ci il tarixli 30-K saylı əmrə əsasən Geologiya Nazirliyinin Ümumittifaq X5 X2 Şöbəsinin 2 saylı seysmik partiyasına mövsümü işlərə qazmaçı vəzifəsinə işə qəbul olunmuş, 03.04.1989-cu il tarixli 46-K saylı əmrə əsasən işdən azad edilmişdir. 19.04.1989-cu il tarixli 51-K saylı əmrə əsasən Geologiya Nazirliyinin Ümumittifaq X5 X2 Şöbəsinin 2 saylı seysimik partiyasına mövsümü işlərə 3cü dərəcəli qazmaçı vəzifəsinə işə qəbul olunmuş, 10.03.2006-cı il tarixli 18K saylı əmrə əsasən Geofizika və Geologiya İdarəsinin Elmi Tədqiqat İnstitununun 1 saylı Təcrübi metodiq seysmik kəşfiyat dəstəsinə 6-cı dərəcəli qazmaçı vəzifəsinə keçirilmiş, 01.04.2010-cu il tarixli 40-K saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad olunmuşdur. 02.04.2010cu il tarixli 128-K saylı əmrə əsasən Geofizika və Geologiya İdarəsinin Kompleks X4 İdarəsinin Mühəndisi geoloji ekspedisiyasının müfəssəl X11 üzrə kəşfiyat partiyasına neft və qaz üzrə qazma qurğusunun 6-cı dərəcəli maşinisti vəzifəsinə işə qəbul olmuş, 30.08.2012-ci il tarixli 372-K saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad olunmuşdur. 31.08.2012ci il tarixli 90-K saylı əmrə əsasən Geofizika və Geologiya İdarəsinin Kompleks mühəndis axtarış ekspedisiyasının müfəssəl X11 üzrə neft və qaz üzrə qazma qurğusunun 5-ci dərəcəli maşinisti vəzifəsinə işə qəbul olmuş, 06.03.2015-ci il tarixli SOCAR15-1200- ********** saylı əmrə əsasən 4-cü dərəcəli gözətçi, 30.04.2015-ci il tarixli SOCAR15-1200- 02Vİ3000324 saylı əmrə əsasən Kompleks mühəndisi axtarış istehsalat bölümünün müfəssəl X11 üzrə kəşfiyyat partiyasına 5-ci dərəcəli qazma qurğusunun maşinisti, 04.02.2016-cı il tarixli B00039 saylı əmrə əsasən istehsalat xidmət bazasına 4-cü dərəcəli yardımçı fəhlə,10.03.2016-cı il tarixli B000171 saylı əmrə əsasən X11 Ekspedisiyasının mühəndisi geoloji tədqiqat partiyasının qazma qurğusuna 5-ci dərəcəli maşinist,11.01.2017-ci il tarixli 20 B00012 saylı əmrə əsasən yardımçı fəhlə, 14.04.2017ci il tarixli 20B000187 saylı əmrə əsasən mühəndis geoloji qazma ekspedisiyasının mühəndisi geoloji tədqiqat partiyasının qazma qurğusuna maşinist, 11.10.2017-ci il tarixli 20B00616 saylı əmrə əsasən 4-cü dərəcəli yardımçı fəhlə, 19.02.2018-ci il tarixli 20B00060 saylı əmrə əsasən X11 Ekspediyasının Mühəndisi geoloji tədqiqat partiyasının qazma qurğusuna 5-ci dərəcəli maşinist vəzifəsinə keçmiş və hazırda da işləyir. O, güzəştli işlərdə,yəni çol işlərində 1986-cı ildə 3 ay 10 gün,1987-ci ildə 8 ay 8 gün, 1988-ci ildə 7 ay 5 gün, 1989-ci ildə 8 ay 11 gün, 1990-cı ildə 7 ay 1 gün, 1991 -ci ildə ay 28 gün, 1992-ci ildə 8 ay 2 gün, 1993-cü ildə 8 ay 16 gün, 1994-cü ildə 9 ay 16 gün, 1995-ci ildə 5 ay 7 gün, 1996-cı ildə 8 ay 28 gün, 1997-ci ildə 6 ay 23 gün, 1998-ci ildə 10 ay 0 gün, 1999-cu ildə 8 ay 6 gün,2000-ci ildə 6 ay 15 gün, 2001 -ci ildə 8 ay 25 gün, 2002-ci ildə 9 ay 6 gün, 2003-cü ildə 8 ay 1 gün, 2004-cü ildə 6 ay 3 gün,2005-ci ildə 7 ay 27 gün işləməklə 1 yanvar 2006-cı il tarixədək cəmi 12 il 11 ay 28 gün iş stajı vardır. Onun, 01.07.1982-ci il tarixdən 31.12.1982-ci il tarixədək Geologiya Nazirliyinin Ümumittifaq X5 X2 şöbəsinin seysimik partiyasında mövsümü işlərdə sürücü kimi işlədiyi 6 ay iş stajı və 1986-cı ildə Kürdəmir rayonu “Şəfəq” adına kolxozda kolxozçu kimi işlədiyi 3 ay 23 gün iş stajı NT-İ № ******* nömrəli əmək kitabçasında işəgötürənlərin günahı ucbatından qeyd edilməmişdir. 01.07.1982-ci il tarixdən 31.12.1982-ci il tarixədək Geologiya Nazirliyinin Ümumittifaq X5 X2 şöbəsinin seysmik partiyasında mövsümü işlərdə sürücü kimi işlədiyi 3 ay 23 gün iş stajı Geofizika və Geologiya İdarəsi tərəfindən verilmiş 27 yanvar 2020-ci il tarixli,SOCAR**********80020123X00004 nömrəli arxiv arayışla, 1986-cı ildə Kürdəmir rayonu “Şəfəq” adına kolxozda kolxozçu kimi işlədiyi 3 ay 23 gün iş stajı isə Kürdəmir rayon Dövlət Arxivindən verilmiş 09.12.2019-cu il tarixli, 155 nömrəli arxiv arayışla təsdiq edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3033/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilmiş, İddiaçı 01.07.1982-ci il tarixdən 31.12.1982-ci il tarixədək Geologiya Nazirliyinin Ümumittifaq X5 X1 Şöbəsinin seysmik partiyasında mövsümü işlərdə sürücü kimi işlədiyi 6 ay və 1986-cı ildə Kürdəmir rayonu “Şəfəq” adına kolxozda kolxozçu kimi işlədiyi 3 ay 23 təqvim gününün qanunla müəyyən edilmiş qaydada əmək stajına daxil edilməsi və 57 yaşı tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının pensiya təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 23.11.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 01.01.2006-cı il tarixədək iddiaçının topladığı ümumi iş stajı 25 ildən azdır. Belə olan halda “Vətəndaşların pensiya təminatı haqqında”Qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz.İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışmasını təsdiq edən arayışları təqdim etməmişdir.İddiaçının əmək kitbaçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər.Bu səbəbdən də iddiaçının qüvvədə olan qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3033/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilməli, cavabdehin apellyasiya şikayəti təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən: - AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Kürdəmir rayonu, Carlı kəndində anadan olmuş, Kürdəmir rayonu, Carlı kəndində qeydiyyatdadır. - iddiaçıya məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 03.07.1978-ci il tarixdə əmək fəaliyyətinə başlamış, hal-hazıradək müxtəlif peşələrdə işləyir. - NZ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı 29.10.1979- 26.11.1981-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. - SOCAR Geofizika və Geologiya İdarəsi tərəfindən verilmiş 27 yanvar 2020-ci il tarixli, SOCAR**********80020123X00004 nömrəli arayışın surətindən görünür ki, iddiaçının 03.07.1978-ci il tarixdən 16.05.2019-cu il tarixinə qədər cəmi iş stajı 36 il 04 ay 3 gün, cəmi güzəştli çöl iş stajı (1986-2008-ci illər üzrə) 14 il 11 ay 6 gün təşkil edir. - Kürdəmir rayon Dövlət Arxivi tərəfindən verilmmiş 09 dekabr 2019-cu il tarixli, 155 nömrəli arxiv arayışdan görünür ki, Kürdəmir rayonu Carlı kəndində qeydiyyatda olan İddiaçı 1986-cı ildə Kürdəmir rayonu “Şəfəq” adına kolxozda işləyərək natura dəyəri ilə birlikdə əmək haqqı qazanmışdır. Vəzifəsi kolxozçu, illik müəyyən edilmiş minimum adam günü 200, il ərzində işlənmiş adam günlərinin miqdarı 113, əmək haqqı 430 qeyd edilmişdir. - cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 29 dekabr 2019cu il tarixli, **********0 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının təqdim etdiyi İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasından göründüyü kimi, onun 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakılar qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivi tərəfindən verilmiş 09 dekabr 2019-cu il tarixli, 155 nömrəli arxiv arayışından görünür ki, Kürdəmir rayonu Carlı kəndində qeydiyyatda olan İddiaçı 1986-cı ildə Kürdəmir rayonu “Şəfəq” adına kolxozda işləməsi qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının iddia ərizəsində göstərdiyi 01.07.1982-ci il tarixdən 31.12.1982-ci il tarixədək Geologiya Nazirliyinin Ümumittifaq X5 X1 Şöbəsinin seysmik partiyasında mövsümü işlərdə sürücü kimi 6 ay və 1986-cı ildə Kürdəmir rayonu “Şəfəq” adına kolxozda kolxozçu kimi işlədiyi dövrlər onun əmək kitabçasında qeyd olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 №-li qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan SOCAR tərəfindən təqdim edilmiş, 27 yanvar 2021-ci il tarixli, SOCAR**********80020123X00004 saylı arxiv arayışında iddiaçının 21.10.1979-cu il tarixli, 214 saylı əmrə əsasən Geologiya Nazirliyinin Ümumittifaq X5 X1 şöbəsinin seysmik pariyasına mövsümü işlərə sürücü vəzifəsinə işə qəbul olunması və 31.10.1979-cu il tarixli, 223-k saylı əmrə əsasən Hərbi xidmətə çağrılması ilə əlaqədar olaraq işdən azad olunması qeyd edilmişdir. Lakin iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasında isə onun 21.08.1979-cu il tarixli, 214 №-li əmrlə işə qəbul olunduğu və 16.10.1979-cu il tarixdə isə 31.10.1979-cu il tarixli, 223 №-li əmrlə Hərbi xidmətə çağrılması ilə əlaqədar olaraq işdən azad olunması qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının əmək kitabçası ilə SOCAR tərəfindən təqdim edilmiş arxiv arayışı arasında ziddiyyətlər olduğu, iddiaçının 16.10.1979-cu il tarixdə sonrakı tarixli (31.10.1979-cu il) əmrlə işdən azad edildiyi və əmək kitabçasına sonradan düzəliş edildiyi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanması üçün qanunvericiliklə nəzərdə tutulmuş ümumi iş stajına malik olmadığından hazırkı iddia tələbi əsassızdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3033/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3033/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “01.07.1982-ci il tarixdən 31.12.1982-ci il tarixədək Geologiya Nazirliyinin Ümumittifaq X5 X1 Şöbəsinin seysmik partiyasında mövsümü işlərdə sürücü kimi işlədiyi 6 ay və 1986-cı ildə Kürdəmir rayonu “Şəfəq” adına kolxozda kolxozçu kimi işlədiyi 3 ay 23 təqvim gününün qanunla müəyyən edilmiş qaydada əmək stajına daxil edilməsi və 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsinin cavabdehə həvalə edilməsi”nə dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-683/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-683/2021
13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver