Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-683/2025 09.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, üçüncü şəxsin nümayəndəsi X6 və cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X7) “bağ sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5337/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən, 0.12 ha ərazisi olan, “1538” nömrəli torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X9 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən, 0.12 ha ərazisi olan, “1538” nömrəli bağ sahəsi X3 və İstismarı Birliyinin xx.xx.2006-cı il tarixli, 17340 nömrəli müqaviləsinə əsasən xx.xx.1990-cı il tarixli, 73 nömrəli protokol xx.xx.2022ci il tarixdə vəfat etmiş əri X8 adına ayrılmışdır. Həmin bağ sahəsi hal-hazırda mübahisəsiz olaraq onun istifadəsindədir. "Vərəsəlik hüququ haqqında şəhadətnamə"nin verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, 9 saylı Notariat ofisinə ərizə ilə müraciət etmiş və Bakı şəhəri, 9 saylı Notariat Ofisinin 18 may 2023-cü il tarixli, 1234 nömrəli arayışına əsasən adına vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə "Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında" qanunun 22.2-ci maddəsinin tələbinə istinad edərək, həmin bağ sahəsinə mülkiyyət hüququnun mərhum əri X9 məxsus olması haqqında arayışın verilməsi üçün cavabdeh idarəyə ərizə ilə müraciət etmiş, lakin sonuncu onun müraciətə xx.xx.2023-cü il tarixli, **********20 saylı məktubunda mahiyyəti üzrə cavab verməmiş və arayışın verilməsindən imtina etmişdir...” Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsində hasarlanma işləri aparılmamış, bir hissəsi digər fiziki şəxs tərəfindən hasarlanmış, torpaq sahəsi iddiaçının istifadəsində deyil. Bağ sahəsinin bir hissəsi digər bağların (1539 saylı bağ sahəsi və bölünənlərinin) ərazisinə uyğun gəlir və digər şəxsin (X2) müraciəti olmuşdır. Hazırda həmin şəxs Bakı İnzibati Məhkəməsinin icraatında sonuncunun idarəyə qarşı 2- 1(112)-17099/2023 saylı inzibati iş mövcuddur. Faktiki ölçüləri ilə arxiv cizgisində göstərilənlər arasında uyğunsuzluq mövcuddur. Arxiv cizgisində və icarə müqaviləsində nəzərdə tutulan ev faktiki göstərilən bağ sahəsində mövcud deyil. Bağ sahəsi ümumi hasar daxilindədir. Ümumi torpaq sahəsinin faktiki ölçüsü 4512 kv.m-dir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5337/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən, 0,12 ha ərazisi olan “1538” nömrəli torpaq sahəsi üzərində hüquqların iddiaçının mərhum əri X9 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Göstərilən torpaq sahəsində hasarlanma işləri aparılmadığından idarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin tam aparılması mümkün olmamışdır. Həmçinin sahənin bir hissəsi digər fiziki şəxs tərəfindən hasarlanmışdır. Bununla yanaşı miras qoyan tərəfindən əvvəlki müraciət zamanı hazırki sahənin qərbində olan bağ göstərilmişdir. (torpaq sahəsi iddiaçının istifadəsində deyil). Bundan əlavə, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən şərti göstərilən sahənin bir hissəsi digər bağların (1539 saylı bağ sahəsi və bölünənlərinin) ərazisinə uyğun gəlir. Eləcə də sahənin bir hissəsinə digər şəxsin (X2) müraciəti olmuşdur. İdarənin mütəxəssisləri tərəfindən göstərilən daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, bağ sahəsinin faktiki ölçüləri ilə arxiv cizgisində göstərilənlər arasında uyğunsuzluq mövcuddur. Eyni zamanda, sahənin bir hissəsinə digər şəxsin (X2) müraciəti olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4757/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı X2 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən “1538a” nömrəli bağa mülkiyyət hüququnun mərhum X11 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı BakıƏrazi İdarəsinə həvalə edilməsinə dair iddiası təmin edilmişdir. İş hal-hazırda 2(103)-3934/2024 nömrəsi ilə Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Məhkəmə tərəfindən torpaq sahəsinin iddiaçının adına qanunamüvafiq qaydada ayrılıbayrılmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı onun bibisi, üçüncü şəxs isə bacısıdır, onlar arasında bağ sahəsi ilə bağlı mübahisə yoxdur. Bağ sahəsi bir hasar daxilində yerləşməklə 25 sota yaxındır, hasarlanma bizim tərəfimizdən həyata keçirilmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, İddiaçı cavabdeh idarəyə qarşı iddia ərizəsində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən, 0.12 ha ərazisi olan, “1538” nömrəli torpaq sahəsinə mülkiyyət hüququnun mərhum əri X9 məxsus olması haqqında arayışın verilməsini tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə iddiaçı tələbində haqlıdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0 və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Həmin Qanunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. İş materiallarına əlavə edilmiş - Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişaf və İstismarı Birliyi ilə X13 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 17340 nömrəli müqavilədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonunun Ləhiş ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 1538 nömrəli bağ sahəsi istifadə etmək üçün X9 verilmişdir bağ sahəsi ayrılmışdır. Bakı şəhəri 9 saylı Notariat Ofisinin iddiaçının müraciəti ilə əlaəqədar Asan Xidmət Mərəkəzi Əmlak Xidməti Məkanına ünvanlanmış xx.xx.2023-cü il tarixli 1234 nömrəli məktubuna əsasən müəyyən olunur ki, iddiaçının müraciətinə əsasən onun, xx.xx.2022-ci il tarixdə vəfat etmiş əri X4 miras qalmış Sabunçu rayonunun Ləhiş ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 1538 nömrəli bağ sahəsinə dair vərəsəlik işi açılmış və Ofis tərəfindən cavabdeh idarədən miras qalmış əmlak üzərində miras qoyanın adına çıxarı (arayış) tərtib olunması xahiş olunmuşdur. Cavabdehin işə əlavə olunmuş iddiaçının həmin bağ sahəsinin mərhum ərinə məxsus olması barədə ərizəsi ilə əlaqədar ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan, habelə mütəxəssislər tərəfindən tərtib olunmuş müayinə aktından görnür ki, iddiaçının göstərdiyi torpaq sahəsində hasarlanma işləri aparılmadığından idarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin tam aparılması mümkün olmadığı, həmçinin, həmin sahənin bir hissəsi digər fiziki şəxs tərəfindən hasarlandığı, bununla yanaşı miras qoyan tərəfindən əvvəlki müraciət zamanı hazırki sahənin qərbində sahənin göstərildiyi, bundan əlavə, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən şərti göstərilən sahənin bir hissəsi digər bağların (1539 saylı bağ sahəsi və bölünənlərinin) ərazisinə uyğun gəldiyi və digər şəxs (üçüncü şəxs) X2 da müraciəti olduğu əsas gətirilərək - iddiaçıya bağ sahəsinin ölmüş ərinə məxsus oması barədə arayışın verilməsindən imtina olunmuşdur. Məhkəmə kollegiyası qeyd olunan əsaslarla iddiaçıya arayış verilməsindən imtina olunması tamamilə əsassızdır. Birincisi, işə əlavə olunmuş cizgisinə və sxematik xəritəyə əsasən belə nəticəyə gəlmək olur ki, 1538 saylı bağ sahəsi ilkin olaraq 2500 kv m sahədən ibarət olmuş, sonradan iki hissəyə ayrılmaqla, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişaf və İstismarı Birliyi tərəfindən icarə müqavilələri əsasında bir hissəsi 1200 kv m hisəssinə 1538 saylı bağ sahəsi kimi, iddiaçının mərhum əri X8, digər 1200 kv.m hissəsi isə 1538a saylı bağ sahəsi kimi üçüncü şəxs X2 istifadəsinə verilmişdir. Həmin torpaq sahələri bir hasar daxilində yerləşsə də hər kəsə oz torpağının yeri bəllidir və onlar arasında hər hansı mübahisə yoxdur və hər ikisi həmin torpaq sahəsinə hüquqlarının qeydə alınması üçün cavabdeh orqana müraciət etmişlər. İş materiallarından da görünür ki, üçüncü şəxs X7 Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi 17 avqust 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində Ləhiş bağlar massivində yerləşən 1538 nömrəli bağ sahəsinin hazırkı iddiaçı (vərəsə) İddiaçı adına dövlət reyestrində rəsmiləşdirilməsinə, eyni zamanda sonuncu eyni tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində 1538a saylı bağ sahəsinin üçüncü şəxsin qeydiyyata alınmasına etirazı olmadığını bildirmişdir. Üçüncü şəxsin hazırkı məhkəmə iclaısında iştirak edən nümayəndəsinin izahatından da göründüyü kimi, iddiaçı ilə yaxın qohumluqları var, onlar arasında mübahisə yoxdur, torpaq sahəsi onlarln özləri tərəfindən hasarlanmışdır. Hətta cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən də göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4757/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı X2 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən “1538a” nömrəli bağa mülkiyyət hüququnun mərhum X11 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdeh İdarəsiyə həvalə edilmişdir. Bir hasar daxilində torpaq sahəsinin faktiki ölçüsü 4512 kv.m olmasına gəldikdə, birincsi, tədqiq edilən plan-cizgidə bir hasar daxində yerləşən 1538 və 1338a saylı bağ salərinin ümumi sahəsinin 2500 kv.m olduğu təsbit olunur. İkincisi, iddiaçının tələbində icarə müqaviələsi əsasından mərhum ərinə ayrrılmış 1200 kv.m torpaq sahəsinin sonuncuya məxsus olması barədə aryışın verilməsi tələb olunur. Qeyd olunan faktlar onu deməyə əsas verir ki, cavabdeh formal xarakterli dəlilləri ilə iddiaçının müraciətinin təmin olunmasından imtina etməklə onun qanunla qorunan hüquqlarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 113 nömrəli 22 dekabr 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş və 30 dekabr 2009-cu il tarixində 3492 nömrə ilə dövlət qeydiyyatına alınmış “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: 7.1-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndi isə nəzərdə tutur ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh qeydiyyat orqanının vəzifəsidir. Qeyd olunan cavabdeh orqanın fəaliyyətini tənzimləyən maddi hüquq normalarının tələblərindən də göründyü kimi, üzərinə düşən vəzifələri yetərincə icra etməmiş, hərəkətsizlik edərək iddiaçıya tələb olunan aryışın tərtib olunub verilməsindən əsassız olaraq imtina etməklə onun hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi mahiyyəti üzrə düzgün nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən torpaq sahəsinin iddiaçının adına qanunamüvafiq qaydada ayrılıb-ayrılmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmadığını, əsassız qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5337/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM m. 87.6). Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5337/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-683/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-683/2025
09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver