Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-684/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Oruczadənin sədrliyi və məruzəsi ilə, X9 və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) X6, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “malların ixracatçı ölkənin təqdim etdiyi invoysda və mənşə sertifikatında göstərilən alt yarımmövqe koduna və “Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər mineral maddələrdən digər məlumatların digərləri” malın təsvirinə uyğun yazılmasının qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 133/2022 saylı, 14 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMCnin idxal etdiyi **********1511 saylı gömrük bəyannaməsinin “31.Malların təsviri” bölümündə olan malların təsvirinin və “33.Malın kodu” bölümündə olan alt yarımmövqe kodunun ixracatçı şirkət tərəfindən təqdim edilən invoysda və eyni zamanda ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatında göstərilən ********** saylı alt yarımmövqe koduna və “Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər mineral maddələrdən digər məlumatların digərləri” malın təsvirinə uyğun yazılmasının qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC İran İslam Respublikasının Astara şəhərində yerləşən “X20 SİNA” Şirkəti ilə 17 avqust 2019-cu il tarixli, 2019/08/17/01 saylı müqavilə bağlayaraq xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslar ilə 8462 kv.m “Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər mineral maddələrdən digər məmulatların digərləri adlı materialları (KOD:**********) almışdır. Malın adı, KOD-u, sayı, invoys dəyəri İran İslam Respublikasının gömrük orqanı tərəfindən verilən ixrac gömrük bəyyanaməsində öz əksini tapmışdır. Eyni zamanda mənşə sertifikatı da, bu göstəricləri təsdiq etmişdir.Bakı Baş Gömrük İdarəsi onlara aid yükün istehsalçı və ixracatçı ölkə tərəfindən verilən qanuni kodunu dəyişib, digər aid olmayan 69-cu qrupa ********** saylı alt yarımmövqe koduna dəyişməyə onları məcbur edir. 69 saylı malların təsnifat kodu üzrə malların tərifində (Nazirlər Kabinetinin xx.xx.2017ci il tarixli, 500 saylı Qərarına əsasən 69-cu qrupa daxil olan keramika məhsullarının tərifi aşağıdakı kimidir: Bu qrupa yalnız, qəliblənmədən sonra yandırılmış keramika məmulatları daxil olunur. Tərəflərindən tərtib olunan ilk gömrük bəyannaməsi ilə əlaqədar X7 İdarəsi tərəfindən avadanlıq olmadığı üçün rəy verə bilmədikləri söylənmişdir. Yeni ekspertizanın təyin olunması üçün əlavə vaxt tələb olunduğu üçün ümumi razılığa gəlmişlər və ilkin gömrük bəyannaməsi ləğv edilmişdir, müvəqqəti saxlanc bəyannaməsi tərtib olunmuşdur, mallar onlara məxsus anbarda müvəqqəti saxlanca verilmişdir. Daha sonra ekspertiza üçün Dadaşov adına elmi-tədqiqat institutuna müraciət olunmuş və oradan da, imtina cavabı gəlmişdir. Daha sonra onlar yenidən gömrük bəyannaməsi tərtib edərək, Bakı Baş Gömrük İdarəsinə göndərmişlər. Bu bəyannamə üzrə bütün qanuni rüsum və vergilərin tamamı büdcəyə ödənilmişdir. Buna baxmayaraq mallarını sərbəst dövriyyəyə buraxmadılar. xx.xx.2019-cu il tarixdə Bakı Baş Gömrük İdarəsinə qarşı onların incidilməsinin dayandırılması və mallarının buraxılması tələbini qoymuşdur. Bu əsnada Bakı Bakı Baş Gömrük İdarəsinə DGK-nın sədri Səfər Mehdiyev bir dəstə adamın və kameranın müşaiyəti ilə daxil olmuşdur. Bir neçə gün öncə imtina vermiş X10 İdarəsi nədənsə bu dəfə tələm-tələsik adına rəy dedikləri, lakin onlara nədənsə təqdim etmədikləri, “sənəd” əsasında guya malın kodunun ********** olduğunu göstərmişdir. Bu halda sual olunur ki, bir neçə gün öncə imtina vermiş X10 İdarəsi bir neçə gündən sonra malın kodunu necə müəyyən etmişdir? Bu halda iki nəticədən birinin yalan olması tam aydındır. X15 xx.xx.2019-cu il tarixdə, saat 13:04:45 radəsində (qeyri-iş saatında) geri qaytararaq səbəbi isə: X10 İdarəsinin xx.xx.2019-cu il 2200- 012/0xx-xx/004940 nömrəli rəyinə əsasən mal XİF MN ********** alt yarımmövqeyində sinifləşdirilsin göstərmişdir. X10 İdarəsinə ikinci dəfə təqdim olunan malın onlara aid olubolmadığı bəlli deyildir. Bu qədər qaranlıq məqamlar olduğu halda X10 İdarəsinin adına rəy dedikləri, lakin onlara təqdim etmədikləri xx.xx.2019-cu il tarixli, 2200-012/0xx-xx/004940 nömrəli “sənəd”-in nə qədər mötəbər olub-olmaması sual altındadır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən sübut etmə vəzifəsi dövlət orqanının üzərinə qoyulur. X10 İdarəsinə isə dediklərinin heç birini sübut edə bilmir, yalnız əllərindəki imkanlardan sui-istifadə edərək, onların istədiyini etməyə məcbur edirlər. Odur ki, onlar pozulmuş hüquqlarının bərpası üçün həmin **********1511 saylı gömrük bəyannaməsinin “31. Malların təsviri” bölümündə olan malların təsvirinin və “33. Malın kodu” bölümündə olan alt yarımmövqe kodunun ixracatçı şirkət tərəfindən təqdim edilən invoysda və eyni zamanda ixracaatcı ölkənin təqdim etdiyi mənşə sertifikatında göstərilən ********** saylı alt yarımmövqe koduna və “Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər mineral maddələrdən digər məmulatların digərləri” malın təsvirinə uyğun yazılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xx.xx.2014-cü il arixli, 100/143 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikasının 2.1-ci bəndində gömrük bəyannaməsinin 31-ci və 33-cü qrafalarının bəyannaməçi tərəfindən doldurulmalı olduğu göstərilmişdir. Göründüyü kimi, gömrük bəyannaməsində malın təsvirinə uyğun yazılması öhdəliyinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi tamamilə qanuna ziddir, iddiaçı özünün tərtib etməli və məlumatlarının düzgünlüyünə cavabdeh olmaqla təsdiq etməli olduğu gömrük bəyannaməsinin müvafiq qrafalarının yazılması öhdəliyini cavabdehin üzərinə qoymaqla qanuna və digər normativ hüquqi aktlara zidddir . İşin mahiyyəti ilə bağlı qeyd etmək istəyirlər ki, “Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikası”nın tələbinə əsasən gömrük bəyannaməsinin malların təsviri adlanan 31-ci qrafasında bəyan olunan malların X8 Mal Nomenklaturası üzrə mal mövqelərinin adları altında göstərilməsinə yol verilmir. Buna baxmayaraq, iddiaçı malların adını və növünü gizlədərək "Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər mineral maddələrdən digər məmulatların digərləri" kimi təsvir edir. Halbuki, heç bir ekspertizaya ehtiyac olmadan adi gözlə müşahidə etdikdə belə həmin malların döşəmə plitələri (kafel, metlax) olduğu açıqaydın görünür. Buna baxmayaraq, Bakı Baş Gömrük İdarəsi Azərbaycan Respublikasının X8 Mal Nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli, 500 saylı Qərarı ilə təsdiq edilmiş X8 Mal Nomenklaturası (bundan sonra- XİF MN) üzrə müvafiq kodun müəyyən edilməsi üçün X10 İdarəsinə müraciət etmiş, həmin idarə tərəfindən nümunələr üzərində ilkin və kompleks ekspertiza aparılaraq ‘‘Ulduz Elektron” MMC-nin ünvanına UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 nömrəli invoyslar üzrə idxal olunan suda udma əmsalı 0.04 kütlə % olan, üst qatı minalanmış keramikadan döşəmə plitələri XİF MN görə ********** alt yarımmövqeyində sinifləşdirildiyi müəyyən olunmuşdur. Bununla da, iddiaçının **********1511 sorğu nömrəli gömrük bəyannaməsində ölkəyə gətirdiyi döşəmə plitələrinin kodunu dəyişdirərək, ********** saylı alt yarımmövqe kodu və “Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər mineral maddələrdən digər məmulatların digərləri” kimi bəyan etməklə malların gömrük dəyərinin 15%-ni ödəyərək, əslində ödənilməli olan kvadrat metrə görə 2 ABŞ dolları təşkil edən gömrük rüsumundan yayınmaq istədiyi aşkar olunmuşdur. İddiaçı tərtib etdiyi gömrük bəyannaməsindəki məlumatları düzgün qeyd etməli və müvafiq gömrük ödənişlərini ödəməli, bu vəzifələrini gömrük orqanına həvalə etməməlidir. Əlavə olaraq bildirlir ki, İran İslam Respublikasının Astara şəhərində yerləşən X20 Sına şirkəti ilə 17 avqust 2019-cu il 2019/08/17/01 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE19081803, UE********. UE19081805, UE19081806 saylı invoyslar ilə "Ulduz-Elektron” MMC-nin ünvanına daxil olmuş malların gömrük rəsmiləşdirilməsi cəmiyyətin xx.xx.2019cu il tarixli, **********8454 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən aparılmış, mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında tələbkarın özünə məxsus anbarına yerləşdirilmişdir və bu prosedur Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının təsdiq edilməsi haqqında 27 avqust 2013-cü il tarixli Qərarı ilə tənzimlənir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-133/2022 saylı, 14 iyul 2022-ci il qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun yazılmış və onunla əsaslandırılmışdır ki, Məhkəmə qərarında iddiaçı tərəfindən **********1511 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən dövlət büdcəsinə ödənilməli olan bütün gömrük rüsumları və ödənişlərin ödənildiyini “müəyyənləşdirsə" də nəyə əsasən bu qənaətə gəldiyini aydınlaşdırmamışdır. Eyni zamanda, məhkəmə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin ekspertizanın aparılmasından imtina etməsini bəyan edilmiş malların 69 07 21 9000 kodu altında sinifləşdirilməsini istisna etdiyini göstərsə də, iş materiallarında olan X7 İdarəsinin ekspert rəyini sınaq protokolunda olan tarix mexaniki olaraq yanlış yazıldığı üçün mötəbər sübut kimi qəbul etməmiş, iş materiallarında olan Azərbaycan Milli Elmlər Akademiyası “Fizika İnstitutu’’ və “Geologiya və X5 Mərkəzi”nin rəyinə ümumiyyətlə münasibət bildirməmişdir. Məhkəməyə vəsatət təqdim edərək istinad olunan sənədlərin əslinin iddiaçıdan tələb olunmasını, tərəflərindən aparılmış araşdırma ilə təsnifat kodlarının X11 10 (on) rəqəmlə deyil, 8 (səkkiz) rəqəmlə göstərildiyinin müəyyən olunduğunu, iddiaçının sənədlərin əslini məhkəməyə təqdim etməkdən imtina etməklə **********1511 sorğu nömrəli gömrük bəyannaməsində ölkəyə gətirdiyi döşəmə plitələrinin kodunu dəyişdirərək ********** saylı alt yarımmövqe kodu və “Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər mineral maddələrdən digər məmulatların digərləri” kimi bəyan etməklə malların gömrük dəyərinin 15%-ini ödəyərək, əslində ödənilməli olan kvadrat metrə görə 2 ABŞ dolları təşkil edən gömrük rüsumundan yayınmaq istədiyi bildirilmiş, iddiaçının göstərdiyi ********** saylı alt yarımmövqe kodunun İran İslam Respublikasında 68159990 kimi göstərildiyi və iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş mənşə sertifikatı, invoysun mötəbər sübut olmadığının nəzərə alınmasını xahiş etsələr də məhkəmə qərarında vəsatətə münasibət bildirilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hazırki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X10 İdarəsinin 3-cü şəxs statusu ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıdakı normalarına diqqət yetirir: “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun: - 10.1-ci maddəsində təsbit edilmişdir ki, bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslandırılmaldır. - 11.1-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. - 11.3-cü maddəsinə əsasən bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. - 11.4-cü maddəsinə əsasən yuxarı gömrük orqanı və ya məhkəmə bəyannaməçinin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Qanunun 11.2-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər təklif etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: - 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarının gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüququ vardır. - 22.6-cı maddəsinə əsasən şəxs gömrük brokerinin xidmətlərindən imtina edə bilər. Bu halda gömrük orqanının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin bu Məcəllənin 151-ci maddəsinə uyğun olaraq tərtib edilməsində, ona müvafiq düzəlişlər edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. - 153.1-ci maddəsinə əsasən bu Məcəllənin 153.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, gömrük bəyannaməsi təsdiq edildikdən sonra bəyannaməçinin müraciəti əsasında həmin bəyannamədə düzəlişlərin aparılmasına və ya onun geri götürülməsinə gömrük orqanları tərəfindən icazə verilir. - 153.2-ci maddəsinə əsasən aşağıdakı hallarda təqdim olunmuş gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verilmir: 153.2.1. gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətində olduğunu bildirdikdən sonra; 153.2.2. gömrük orqanları gömrük bəyannaməsindəki məlumatların orqanının müəyyən etdiyi hallar istisna olmaqla, gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra. - 153.4-cü maddəsinə əsasən gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. - 153.5-ci maddəsinə əsasən bu Məcəllənin 153.4-cü maddəsi gömrük orqanının vəzifəli şəxslərinin bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin tərtib edilməsində və ona müvafiq düzəlişlər edilməsində yardım göstərilməsi barədə bu Məcəllənin 22.6-cı maddəsində nəzərdə tutulmuş vəzifəsini istisna etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyanedilməsi Qaydaları” -14.1-ci bəndinə əsasən bu Qaydaların 14.2-ci bəndində göstərilən hallar istisna olmaqla, gömrük bəyannaməsi təsdiq edildikdən sonra bəyannaməçinin müraciətiəsasında həmin bəyannamədə düzəlişlər aparılmasına və ya onun geri götürülməsinə gömrük orqanları tərəfindən icazə verilir. -14.2-ci bəndinə əsasən təqdim olunmuş gömrük bəyannaməsində aşağıdakı hallarda düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verilmir: -14.2.1. gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətində olduğunu bildirdikdən sonra; -14.2.2. gömrük orqanları gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra; -14.2.3. bu Qaydaların 14.3-cü bəndində göstərilən hallar istisna olmaqla, gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra. -14.3-cü bəndinə əsasən aşağıdakı hallarda gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verilir: -14.3.1. gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan başqa məqsədlər üçün istifadə olunduqda; -14.3.2. malların buraxılışının həyata keçirilməsinə baxmayaraq, onlar gömrük nəzarəti zonasını tərk etmədikdə. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi, İran İslam Respublikasının Astara şəhərində yerləşən X20 SENA Şirkəti ilə İddiaçı MMC arasında bağlanmış 17 avqust 2019-cu il tarixli, 2019/08/17/01 saylı müqaviləyə əsasən xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invosyslar ilə ididaçının ünvanına “Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər mineral maddələrdən digər məmulatların digərləri” KOD ********* kodu altında mallar daxil olmuşdur. X20 SENA Şirkəti tərəfindən sözügedən malların mənşə sertifikatı təqdim edilmişdir. İddiaçı tərəfindən **********6082 sorğu nömrəli, xx.xx.2019-cu il tarixdə təsdiq edilmiş qısa idxal bəyannaməsi təqdim edilərək, 31. Malın tam təsviri hissəsində - Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər mineral maddələrdən digər məmulatların digərləri, 33. Malın kodu hissəsində - ********* göstərilmişdir. İddiaçı tərəfindən yenidən **********1511 sorğu nömrəli, xx.xx.2019cu il tarixdə təsdiq edilmiş Gömrük bəyannməsi təqdim edilərək, 31. Malın tam təsviri hissəsində - Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər mineral maddələrdən digər məmulatların digərləri, 33. Malın kodu hissəsində - ********* göstərilmiş və həmin bəyannaməyə əsasən dövlət büdcəsinə ödənilməli olan bütün gömrük rüsumları və ödənişləri ödənilmişdir. Cavabdeh inzibati orqan apellyasiya şikayətində ödəniş və rüsumlarının ödənilməsinin nəyə əsasən müəyyənləşdirildiyinə dair mövqeyinə əsasən Məhkəmə kollegiyası qeyd edir ki, e.gov.az saytından təqdim edilmiş sənədlərdən də görünür ki, Bank kartı vasitəsilə GB üzrə ödəniş edilməsi zamanı 2 hal ekrana çıxır: kart vasitəsilə ödəniləcək məbləğ (HÖP) seçilməyib və ya artıq tam ödənilmişdir. Lakin sənədlərdən də göründüyü kimi HÖP-dən ödənişlər seçilmişdir, deməli ikinci hal mövcuddur, yəni artıq GB üzrə ödənişlər artıq tam ödənilmişdir. Həmçinin, işin hallarından aydın olduğu kimi, gömrük əməkdaşları tərəfindən gömrük bəyannaməsi bəyannaməçiyə xx.xx.2019-cu il tarixdə, saat 14:30:45 və xx.xx.2019-cu il tarixdə, 17:27:08 radələrində qaytarılaraq səbəb kimi 31-ci qrafa malın adı və ölçülərinin düzgün yazılması, 33-cü qrafa malın kodunun düzgün, ********** yazılmalı olması göstərilmiş, xx.xx.2019-cu il tarixdə, saat 17:24:49-da qaytarılaraq GB-ilə əməliyyatları dayandırmaq üçün səbəb kimi XİFMN kodunun araşdırılması üçün S.Ə.Dadaşov adına E.T.L.K.M İnstitutuna müraciət edilməsi göstərilmiş, xx.xx.2019-cu il tarixdə, saat 10:14:17 radələrində GB-ilə əməliyyatları dayandırmaq üçün səbəb kimi 31-ci qrafa malın adı və ölçülərinin düzgün yazılmaması, 33-cü qrafa malın kodunun düzgün, ********** yazılmalı olması göstərilmiş, xx.xx.2019cu il tarixdə 17:50:34 radələrində GB-ilə əməliyyatları dayandırmaq üçün səbəb kimi laboratoriya müayinəsi üçün səbəb: yükün koduna rəy verilməsi göstərilmiş, xx.xx.2019cu il tarixdə, saat 09:16:09 radələrində GB-ni bəyannaməçiyə qaytarmaq üçün səbəb kimi malların MGEİ-nin müəyyən etdiyi kod altında bəyan olunması (**********), 37-ci və 40cı qrafaların düzgün doldurulmalı olması, malların təsvirinin tam və düzgün göstərilməli olması, invoysda göstərilən valyutanın dəqiqləşdrilməsi, yükləri buraxan təyinat gömrük postunun bəyannaməçi tərəfindən düzgün seçilməli olması göstərilmişdir, xx.xx.2019-cu il tarixdə, saat 13:04:45 radələrində GB-ni bəyannaməçiyə qaytarmaq üçün səbəb kimi X10 İdarəsinin xx.xx.2019-cu il tarixli, 2200-012/0xx-xx/004940 nömrəli rəyinə əsasən malın XİF MN ********** alt yarımmövqeyində sinifləşdirilməli olması göstərilmişdir. Cavadeh tərəfindən X7 İdarəsinə 1400-012/00425/006574 nömrəli, xx.xx.2019-cu il tarixli məktubla müraciət edilərək, İddiaçı MMC-nin ünvanına UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 nömrəli invoyslar üzrə idxal olunan yüklərin kodunun müəyyən edilərək, rəy verilməsi xahiş edilmişdir. X7 İdarəsi tərəfindən Bakı Baş Gömrük İdarəsinə təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 2200-012/0xx-xx/004940 nömrəli rəyə əsasən, ekspertizanın aparılması üçün əsas 1400-012/0xx-xx/006574 nömrəli, xx.xx.2019-cu il tarixli müraciət məktubu; ekspertizanın məqsədi və qarşıda qoyulan sullar yükün XİF MN üzrə kodunun müəyyən edilməsi; ekspertizanın vaxtı və yeri xx.xx.2019-xx.xx.2019, X7 İdarəsi; ekspertizanın növü ilkin və kompleks ekspertiza; təqdim olunan materiallar və sənədlər UE19081801, UE1908102, UE19081803, UE19081804, UE19081805, UE19081806 nömrəli invoyslar, yol nəqliyyat sənədi (CMR), gömrük bəyannaməsi, mənşə sertifikatı, müqavilə, prob və nümunələrin götürülməsi haqqında akt, sənədlərin (materialların) daxil olma tarixi sənədlər – xx.xx.2019, nümunələrin təqdim olunması xx.xx.2019; təqdim edilmiş malların adı (qablaşdırılması və rekvizitləri) Suda udma əmsalı 0.04 kütlə % olan, üst qatı minalanmış keramikadan döşəmə plitələr; icra edən ekspert X13, şöbə rəisi, kimyaçı X1, baş kimyaçı – ekspert, kimyaçı X14; sual yükün XİF MN üzrə kodunun müəyyən edilməsi, tədqiqat obyektinin vəziyyəti döşəmə örtüyü, tədqiqat metodu sənədlərin araşdırılması, vizual, İQspektrofotometriya üsulu, ГОСТ 27180-2001, ölçmə üsulu; sınaq nəticələri MGEİ-nin 6029/2019 nömrəli sınaq protokolunda qeyd olunmuşdur. Normativ sənəd XİF MN, XİF MN-na dair İzahnamə, nəticə ekspertizanın aparılması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin ünvanına UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 nömrəli invoyslar üzrə idxal olunan suda udma əmsalı 0.04 kütlə % olan, üst qatı minalanmış keramikadan döşəmə plitələri XİF MN görə 6907 21 900 0 alt yarımmövqeyində sinifləşdirilir. İş materiallaırna əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X10sə İdarəsinin 6029/2018 nömrəli sınaq protokolundan görünür ki, nümunənin adı – döşəmə üçün üzlük, nümunənin miqdarı və çəkisi 1 × 2 ədəd, nümunənin götürülmə yeri – X23, nümunənin götürülmə vaxtı – xx.xx.2018, nümunənin qəbul şöbəsinə təqdim olunduğu tarix xx.xx.2018-ci il tarix göstərilsə də, sınaq protokolunun tərtib edilmə tarixi xx.xx.2019-cu il göstərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4364/2019 saylı, xx.xx.2019cu il tarixli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-367/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadları ilə işin obyektiv araşdırılması məqsədilə məhkəmə ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə həvalə edilsə də, həmin sahə üzrə müvafiq mütəxəssisin ekspertiza tədqiqatında iştirakının təmin edilə bilməməsi səbəbindən məhkəmə qərardadının icrasından imtina edilmişdir. Azərbaycan Respublikasının Ədliyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2022-ci il tarixli, 6/2763-9/3493 nömrəli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatı ilə məhkəmə qərardadının icrasından imtina edilmişdir. İmtinaya əsas kimi – Mərkəzdə müvafiq maddi-texniki baza olmadığı üçün 1-ci sual üzrə tədqiqat aparılmaması, 1-cu sual cavablandırılmadığından məhkəmə əmtəəşünas ekspert qarşısında qoyulmuş 4-cü və 5-ci suallar üzrə tədqiqatın aparılmaması göstərilmişdir. Göründüyü kimi, inzibati işin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçının təqdim etdiyi **********1511 sorğu nömrəli bəyannamə cavabdeh tərəfindən iddiaçıya qaytarılmış, 1400-012/00425/006574 nömrəli, xx.xx.2019-cu il tarixli müraciət məktubu əsasında yükün X8 Mal Nomenklaturası (XİFMN) üzrə kodunun müəyyən edilməsi məqsədilə gömrük orqanı tərəfindən ilkin və kompleks ekspertiza təyin edilmiş, ekspertiza X7 İdarəsi tərəfindən aparılmış, tədqiqat obyekti döşəmə örtüyü olmaqla, aparılmış ekspertizanın nəticəsində müəyyən edilmişdir ki, iddiaçının ünvanına xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslar ilə idxal olunan suda udma əmsalı 0.04 kütlə % olan, üst qatı minalanmış keramikadan döşəmə plitələri XİF MN görə 6907 21 900 0 alt yarımmövqeyində sinifləşdirilir. Bundan sonra sözügedən rəy əsas gətirilərək gömrük orqanı tərəfindən bəyannamənin qəbul edilməsindən imtina edilmişdir. Eyni zamanda, rəydən görünür ki, tədqiq olunan material və sənədlər - xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslar, yol nəqliyyat sənədi (CMR), gömrük bəyannaməsi, mənşə sertifikatı, müqavilə, prob və nümunələrin götürülməsi haqqında akt göstərilmişdir. Tədqiqat obyekti kimi – döşəmə örtüyü göstərilmişdir. Sənədlər tədqiqata xx.xx.2019-cu il tarixdə, nümunələr isə xx.xx.2019-cu il tarixdə təqdim edilmişdir. İş materiallarında olan “Gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında” xx.xx.2019-cu il tarixli aktdan görünür ki, plomblu nümunə - UE19081806 saylı invoys üzrə üzlük xx.xx.2019-cu il tarixdə, 11:00-da götürülmüş, xx.xx.2019-cu il tarixdə, saat 12:00-da laboratoriyaya təhvil verilmişdir. Həmçinin, plomblu nümunələrin götürülməsində İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş, akt mühafizəçi M.Ələkbərovun və R.Abasquliyev adlı nümayəndənin iştirakı ilə tərtib edilmişdir. Plomblu nümunələri götürərək, təhvil verən şəxs isə mühafizəçi M.Ələkbərov olmuşdur. Digər tərəfdən rəydə, rəyin verilməsinə əsas olmuş aparılmış sınaq nəticələrinin əks olunduğu MGEİ-nin 6029/2019 nömrəli sınaq protokoluna istinad olunmuşdur ki, məhkəmə tərəfindən həmin sınaq protokoluna baxış keçirilərkən müəyyən edilmişdir ki, sınaq protokolunun nömrəsi 6029/2018 göstərilmiş, nümunənin adı – döşəmə üçün üzlük, nümunənin götürülmə vaxtı xx.xx.2018-ci il, nümunənin qəbul şöbəsinə təqdim olunduğu tarix xx.xx.2018-ci il göstərilmiş, sınaq protokolunun tərtib olunma tarixi isə xx.xx.2019-cu il tarix göstərilmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın sınaq protokolunda olan tarixin mexaniki olaraq yanlış yazıldığı və bu yalnışlığa görə rəyin mötəbərliyi şübhə doğurmamalı kimi mövqeyinə cavab olaraq qeyd edir ki, yuxarıda qeyd edilən kifayət qədər hallar sınaq protokolunun nəticələrinin, nəticə etibarı ilə isə X7 İdarəsinin rəyinin mötəbərliliyini şübhə altına almağa əsas verir. Həmçinin, kollegiya iclasında iştirak edən iddiaçı da izahatında sözügedən malların onun anbarında müvəqqəti saxlancda olduğunu, anbarın açarlarının onda olduğunu, həmin ərəfədə yanğın xəsarəti nəticəsində xəstəxanada yatdığını, hər hansı bir nümunələrin onun tərəfindən təqdim edilmədiyini bildirmişdir. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən X2 Nomenklaturası (XİFMN) üzrə kodunun müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilsə də, müvafiq mütəxəssis və Mərkəzdə müvafiq tədqiatın aparılması üçün texniki bazanın olmadığı əsas gətirilərək, ekspertizanın aparılmasından imtina edilmiş, sözügedən hal isə bir növ bəyan edilmiş malların 6907 21 9000 kodu altında sinifləşdirilməsi halını istisna etmişdir. Bununla da Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf ünvanına idxal olunmuş malın kodunu öz mövqeyinə və iradəsinə əsasən deyil, mənşə ölkəsi İran İslam Respublikasının Astara şəhərində yerləşən “X20 SİNA” Şirkəti ilə bağlanmış 17 avqust 2019-cu il tarixli, 2019/08/17/01 saylı müqavilə, xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslar və mənşə sertifikasında göstərilənlərə əsasən müəyyən etmiş və gömrük orqanına bəyan etmişdir. Eyni zamanda, Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən Məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-133/2022 saylı, 14 iyul 2022-ci il tarixli qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-133/2022 saylı, 14 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Rəşid Səmədov Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-684/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-684/2023
12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver