Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-685/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-1(112)-1186/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli **********678100 saylı qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli **********678100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə 2020-ci il hesabat dövrü üzrə "xxxx" MMC-yə 742.749,63 manat əlavə vergi hesablanmışdır. Qərarın bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat hissəsində hesablama metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 200.1-ci (malların təqdim edilməsindən gəlir), 200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) və 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətrində göstərilmiş cəmi 6634586.59 manat gəlir məbləği hesabat dövrü ərzində online kassa aparatı ilə müəyyən edilən (0.00 manat), ixrac edilmiş (6926876.10 manat) və təqdim edilmiş elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (0.00 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 6926876.10 manat məbləğdən 292289.51 manat az əks etdirilmişdir. Hesablama metodu ilə göstərilmiş xərclərin cəmi məbləği ilə (6562229.62 manat) əvvəlki il üzrə təqdim edilmiş Mənfəət vergisinin bəyannaməsinin 1 №-li Əlavəsinin “Hesabat Dövrünün sonuna” sütununda əks edilmiş mal-material qalığının məbləği (0 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (6265819.57 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0.00 manat) məbləği (+)n bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyindən tutulan vergi bəyannamələrinin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) +1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0.00 manat) cəmi məbləğindən (6265819.57 manat) bəyannamənin 1№-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0.00 manat) çıxılması nəticəsində yaranan (6265819.57 manat) məbləğin müqayisəsi nəticəsində 296410.05 manat məbləğində sənədlərlə təqdim edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Belə ki, 2020-ci il üzrə iddiaçı tərəfindən təqdim edilən mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsindən əldə edilən 6634586.59 manat gəlir məbləği Dövlət Gömrük Komitəsinin elektron bazasından götürülmüşdür. İxrac əməliyyatları barədə çıxarışdan da göründüyü kimi qeyd edilən dövrdə satış 6634586.59 manat olmuş və bəyannamələrdə həmin məbləğlər öz əksini tapmışdır. Lakin xx.xx.2021-ci il tarixli **********678100 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərara əsasən malların təqdim edilməsindən əldə edilən gəlir məbləği Dövlət Gömrük Komitəsinin elektron bazasından ixrac əməliyyatları barədə məlumatdan fərqlidir. Bütün alış əməliyyatları rəsmi alış aktları ilə tərtib edilmişdir. Sənədlər AVİS sisteminin “aktlar” alt bölməsindən elektron bazaya daxil edilmişdir. Cavabdeh orqan məhkəməyə iddiaya qarşı yazılı etirazı təqdim edərək göstərmişdir ki, aparılmış araşdırma nəticəsində vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə xx.xx.2021-ci il tarixdə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində vergi orqanının baza məlumatlarına əsasən 296410,05 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Eyni zamanda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********473200 nömrəli xidməti məktubuna əsasən vergi ödəyiciləri tərəfindən təqdim edilmiş mənfəət və gəlir vergisi bəyannamələrində xərclərin tərkibi əsasən elektron alış aktları əsasında formalaşdığı müəyyən edildikdə, qeyd olunan halların araşdırılmalı, əmtəəsiz əməliyyatlar müəyyən olunduğu və ya xərclərin süni şəkildə artırıldığı ilə bağlı əsaslı səbəblər aşkar edildikdə göstərilən xərclərin vergi ödəyicilərinin mənfəət və ya gəlir vergisi bəyannamələrində xərc sənədi kimi nəzərə alınmaması göstərişinə əsasən həmin xidməti məktuba əlavə edilmiş cədvəldən göründüyü kimi "xxxx" MMC-nin təqdim etdiyi mənfəət vergisi bəyannaməsində xərclərin tərkibi əsasən elektron alış aktları əsasında formalaşdığı üçün araşdırma aparılmış və ödəyici tərəfindən elektron alış aktı tərtib edilən zaman vergi orqanında fiziki şəxs kimi uçotda olan ödəyicilər müəyyən edildiyindən 3804588,71 manat nəzərə alınmayacaq məbləğ aşkar edilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********056200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” və xx.xx.2021-ci il tarixli **********255700 nömrəli “Mənfəət/Gəlir vergisi bəyannamələrində malların elektron alış aktlarından formalaşan xərclər üzrə aparılan kameral vergi yoxlamaları zamanı müəyyən olunan uyğunsuzluqlar barədə” uyğunsuzluq məktubları göndərilmiş və məktubda qeyd olunan müddətdə təsdiqini tapmayan xərclərlə, eyni zamanda elektron alış aktları ilə bağlı təsdiqedici sənədlər əlavə edilməklə ətraflı izahat məktubunun və ya kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri və ya kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 743 029,94 manat (yekun olaraq 3713748,0 manat xərc kimi nəzərə alınmayacaq məbləğ müəyyən edilmişdir) məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********678100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-1(112)-1186/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: S.Salahova) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, vergi orqanı tərəfindən hesablamalar aparılarkən vergi qanunvericiliyinin tələblərinə düzgün formada əməl edilsə də, məhkəmə tərəfindən həmin normalar yanlış təfsir edilmişdir. Belə ki, vergi orqanı tərəfindən haqlı olaraq qanunvericiliyə uyğun olaraq tərtib edilməmiş xərc sənədləri qəbul edilməmiş və həmin xərc vergi ödəyicisinin bəyan etdiyi xərclər sırasından çıxarılaraq vergilər hesablanmışdır. Məhkəmə tərəfindən aşağıda qeyd olunan-tətbiq edilməli olan, lakin tətbiq edilməyən maddi hüquq normalarının tətbiq edilməməsi nəticədə yanlış qənaətə səbəb olmuşdur. Qeyd olunan maddi hüquq normalarının məzmunundan göründüyü kimi elektron alış aktları və elektron qaimə-fakturaların tərtib edilməsi üzrə vəzifələr qanunvericilikdə konkret olaraq müəyyən edilmiş və tənzimlənmişdir. Lakin işin faktiki hallarına nəzər yetirdikdə aydın olur ki, iddiaçı tərəfindən vergi orqanında uçotda olan şəxslərə münasibətdə elektron alış aktları tərtib edilmişdir ki, vergi qanunvericiliyi ilə bu hal yolverilməzdir. Belə ki, iddiaçının vergi orqanında uçotda olan şəxslərə münasibətdə elektron alış aktları tərtib etmək vəzifəsi olmadığı kimi, həmin alış aktlarını tərtib etmək hüququ da müəyyən edilməmişdir. Bu halın mövcudluğu eyni zamanda vergi orqanında uçotda olan şəxslərin mallar təqdim edilərkən elektron qaimə-faktura tərtib etmək vəzifəsini də qanunsuz olaraq istisna edir. Hər bir hüquq digər vəzifə ilə qarşılıqlı əlaqədədir. Hüquqsuz vəzifə, vəzifəsiz hüquq yoxdur. Mövcud halda isə iddiaçı heç bir hüququ olmadığı halda vergi qanunvericiliyi ilə müəyyən edilmiş tələbləri pozaraq vergi orqanında uçotda olan şəxslərə münasibətdə elektron alış aktları tərtib etmiş və həmin sənədlərin xərc sənədi kimi nəzərə alınmasını tələb etmişdir. Vergi Məcəlləsinin 71-2.3-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. O zaman sual yaranır ki, bu hesablama zamanı vergi orqanı qanunvericiliyin hansı tələbini pozmuşdur? Beləliklə, məhkəmənin qeyd etdiyi mövqe şəxsi mülahizə xarakterli olmaqla, nə hüquqi, nə də iqtisadi cəhətdən əsaslandırılmışdır. Yuxanda qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, məhkəmə aşağıda qeyd olunan maddi hüquq normalarını inzibati mübahisə üzrə tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Həmin məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 16.1.11-10-cu maddəsinə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək vergi ödəyicisinin vəzifəsidir. Həmin məcəllənin 71-1.1ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Həmin Məcəllənin 71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Həmin Məcəllənin 71-2.2-ci maddəsinə əsasən elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 71-2.3-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Göründüyü kimi qanunvericilik alış aktının xərc sənədi kimi qəbul edilməsi ilə bağlı məsələləri müfəssəl şəkildə tənzimləmiş, lakin məhkəmə tərəfindən həmin normalar nəzərə alınmamışdır. Əlavə olaraq qeyd edilir ki, malların alındığı şəxslərdən biri olan X5 (VÖEN **********) tərəfindən 4 saylı Ərazi Vergilər İdarəsinə təqdim olunmuş izahata əsasən onun tərəfindən iddiaçıya 5000 manat dəyərində malların satılması qeyd edilsə də, iddiaçı tərəfindən təqdim edilmiş alış aktlarında 363941.9 manat məbləğində malların X2 alınması əks etdirilmişdir. Göründüyü kimi vergi ödəyicisi tərəfindən malların alınmasına dair əsassız sənədlər tərtib edilərək xərcləri şişirdilmiş və bu hal məhkəmə araşdırmasından kənarda qalmışdır. Məhkəmənin “həmin hesablamanı nə Vergi Məcəlləsinin 67-ci maddəsinə, nə də 83.9-cu maddəsinə uyğun aparmışdır” dəlili ilə əlaqədar bildirirlər ki, hesablamanın əsaslarından da göründüyü kimi vergi orqanı tərəfindən aparılmış olan hesablama Vergi Məcəlləsinin 67-ci maddəsi, konkret olaraq həmin məcəllənin 67.1.3-cü maddəsinə əsasən, yəni vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar əsasında həyata keçirilmişdir. Belə olan halda vergi orqanı tərəfindən aparılmış olan hesablamaların şübhə altına alınması yolverilməzdir. Məhkəmə tərəfindən iş üzrə zəruri araşdırlma aparılmadığı üçün vergi orqanı tərəfindən aparılmış olan hesablamaların hüquqi əsasları da müəyyən edilməmişdir. Həmçinin qeyd etməyi zəruri hesab edirlər ki, vergi orqanı vergilərin hesablanmasını Vergi Məcəlləsində nəzərdə tutulmuş ümumi üsulla həyata keçirmişdir. Lakin məhkəmə vergilərin hesablanmasının əsaslarını şübhə altına almaq və gəldiyi təhrif olunmuş nəticəni əsaslandırmaq məqsədilə absurt dəlil irəli sürməyə cəhd etmişdir. Onu da məhkəmənin diqqətinə çatdırırlar ki, vergi ödəyicisi tərəfindən 2020ci ilin mənfəət vergisi üzrə malların təqdim edilməsindən, islərin görülməsindən və xidmətlərin göstərilməsindən 6634586,59 manat gəlir təqdim edilmiş, 1401,56 vergiyə cəlb olunan gəlir göstərilmiş və nəhayət ki, 280,31 manat dövlət büdcəsinə ödənilməli mənfəət vergisi göstərilmişdir. Eyni zamanda məhkəmə qərarında qeyd etmişdir ki, vergi ödəyicisi olan şəxslərə münasibətdə elektron qaimə-fakturanın təqdim edilməsi vəzifəsi kimi iddiaçının deyil, satıcının vəzifəsi olmuş, həmin şəxslər tərəfindən elektron qaimə-faktura təqdim edilmədiyindən iddiaçı həmin əməliyyatları da elektron alış aktı ilə rəsmiləşdirməlidir. Bu rəsmiləşdirmə Vergi Məcəlləsinin tələblərinə uyğun olmasa da, alış aktlarında malı alan və satan şəxslər, malın miqdarı, qiyməti barədə göstəricilər öz əksini tapmışdır. Məhkəmənin qeyd olunan dəlilləri ilə bağlı bildirirlər ki, vergi ödəyicisi olan şəxslərə tərəfindən elektron qaimə-fakturanın təqdim edilməməsi iddiaçıya həmin əməliyyatları da elektron alış aktı ilə rəsmiləşdirməyə hüquq vermir. Elektron alış aktının rəsmiləşdirilməsinə icazə verilən hallar yuxarıda ətraflı şəkildə qeyd edilmiş və hüquqi cəhətdən əsaslandırılmışdır. Qeyd olunan hallardan kənar alış aktlarının rəsmiləşdirilməsi qanunsuz sayılmaqla həmin sənədlərin xərc sənədi kimi qəbul edilməsini birmənalı şəkildə istisna edir. Bununla bağlı bildirirlər ki, vergi ödəyiciləri arasında hansı halda malların nağd qaydada aparılan əməliyyat kimi nəzərə alınması “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində əks etdirilmişdir. Belə ki, qeyd olunan əməliyyatlara qanunla kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu; əlvan və qara metal qırıntılarının qəbulu; utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu; xam dərinin tədarükü (alışı) aid edilmişdir. Qeyd edirlər ki, qanunvericilikdə qeyd olunan məsələləri tənzimləmək məqsədilə yuxanda qeyd olunan müddəa təsbit olunmuşdur. Məhkəmənin bildirdiyi dəlili əsas kimi götürsək, bütün vergi ödəyiciləri malların alqı-satqısı üzrə əməliyyatları alış aktı ilə rəsmiləşdirsin və bu halı qarşı tərəfin vergi ödəyicisi olmağını bilməməsi ilə əsaslandırsın. Məhkəmə tərəfindən absurd dəlillər gətirilərək vergi orqanının haqlı mövqeyi təkzib edilmişdir. Eyni zamanda, məhkəmənin qeyd etdiyi arqumentə nəzər saldıqda aydın olur ki, məhkəmə özü də vergi ödəyicisinin əməliyyatlarının düzgün rəsmiləşdirilmədiyini qəbul etsə də, vergi orqanının haqlı hesablamasını əsassız olaraq ləğv etmişdir. Belə ki, maddi hüquq pozuntularına yol verildiyi məhkəmə tərəfindən etiraf edilir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh həmin sənədləri xərc sənədi kimi qəbul etmirsə, VM-in 67-ci maddəsinə əsasən vergilər hesablanmalı idi. Bir daha qeyd edirlər ki, vergi orqanı tərəfindən vergilərin hesablanması zamanı məhz 67-ci maddənin tələbləri nəzərə alınmış və bu barədə vergi ödəyicisinə uyğunsuzluq məktubu göndərilmişdir. Belə ki, həmin maddənin tələblərindən birinə əsasən (67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar əsasında vergi orqanının vergiləri hesablamaq hüququ vardır. Vergi orqanı tərəfindən qeyd olunan norma çərçivəsində təqdim edilmiş alış aktları araşdırılmış və onların arasından qanunvericiliyə uyğun olaraq tərtib edilmiş aktlar xərc sənədi kimi nəzərə alınmışdır. Məhkəmə tərəfindən heç bir əsas olmadan qeyd olunan hallar nəzərə alınmamış və düzgün tərtib edilməmiş sənədlərə görə vergi ödəycisi üçün vergilərin ödənilməsindən yayındırmağa fürsət yaradılmışdır. Məlumat üçün bildirirlər ki, iş üzrə məhkəmə-mühasibat və əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli, 9/2608-9/2707 saylı rəy verilmişdir. Məhkəmə sözügedən rəyi mötəbər sübut hesab edərək həmin rəyə istinad etmişdir. Xüsusilə qeyd etməyi zəruri hesab edirlər ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın predmetinin işə heç bir aidiyyəti olmamışdır. Belə ki, məhkəmə tərəfindən ekspertiza qarşısında qoyulmuş suallardan biri alınmış malların bazar qiyməti ilə bağlı olmuşdur ki, mübahisə predmeti malların bazar qiymətinin düzgünlüyü ilə bağlı olmamışdır. Digər bir sual isə alış aktları ilə alınmış malların ixrac əməliyyatları barədə məlumatlara uyğun gəlirmi? Qeyd edirlər ki, məhkəmə tərəfindən bu iki əməliyyatın müqayisə edilməsində məqsədin nə olduğu vergi orqanına aydın olmamışdır. Belə ki, mübahisə predmetinin vergi orqanında uçotda olan şəxslərə münasibətdə xərc sənədi kimi elektron alış aktlarının nəzərə alınmadığı halında vergilərin hesablanması olduğu halda qeyd olunan əməliyyatların müqayisə edilməsi anlaşılan deyildir. Həmçinin bildirməyi zəruri hesab edirlər ki, əmtəəşünaslıq ekspertizasının rəyi həm əsaslandırılmamış, həm də həmin rəylə iş üçün əhəmiyyətli olan heç bir hal müəyyən edilməmişdir. Bir daha nəzərə çatdırırlar ki, hesablamanın əsaslarını qanunsuz tərtib edilmiş xərc dair sənədlər olmuşdur ki, bu hal da yuxarıda qeyd olunan maddi hüquq normaları ilə təsdiq edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının müəyyən etdiyi hallar həmin qanunsuz tərtib edilmiş xərcə dair sənədlərin qəbuledilənliyini müəyyən etmir. Eyni zamanda bildirirlər ki, malların miqdarının müqayisə edilməsi üzrə fəaliyyət məhkəməəmtəəsünaslıq ekspertizasının predmetini təşkil etmir. Ekspert rəyində bildirir ki, vergilərin hesablanması ilə bağlı qanunvericiliyin tələblərinə əsasən iddiaçı fiziki şəxslərdən malları alarkən onların vergi orqanında uçotda olmayan şəxs qismində müəyyən edilməsini araşdırmaq öhdəliyi daşımır və həmçinin fiziki şəxslərin uçotda olub-olmamasını yoxlamaq, məlumat əldə etmək alıcı kimi iddiaçının vəzifələri xaricindədir. Qeyd olunan dəlillə bağlı bildirirlər ki, ekspertin üçüncü sual üzrə verdiyi rəyin əsaslandırılması məhkəmə-mühasibat eskpertizasının predmetini təşkil etməmişdir. Ekspertin fəaliyyəti hüquqi qiymətləndirmədən ibarət olmuş, nəticədə isə mühasibatlıq üzrə rəy vermişdir. Həmçinin qeyd etməyi zəruri hesab edirlər ki, əsas mübahisə predmeti olan xərc sənədi kimi elektron alış aktları ekspertin tədqiqat obyektindən kənarda qalmışdır. Məhkəmə isə sözügedən ekspert rəyini mötəbər sübut hesab edərək hüquqi-rəsmi sənəd olmayan sözügedən elektron alış aktlarını nəticədə qanunsuz və əsassız olaraq xərc sənədi kimi qəbul etmişdir. Ekspertin dəlili üzrə həmçinin bildirməyi zəruri hesab edirlər ki, iddiaçının fiziki şəxslərdən malları alarkən onların vergi orqanında uçotda olmayan şəxs qismində müəyyən edilməsini araşdırmaq öhdəliyini daşıyıb-daşımaması və həmçinin fiziki şəxslərin uçotda olub-olmamasını yoxlamaq və eyni zamanda həqiqəti müəyyən etmək üzrə vəzifələr məhkəmənin hüquqi qiymətləndirilməsi üzrə fəaliyyətinə daxildir. Eyni zamanda qeyd etməyi zəruri hesab edirlər ki, vergi ödəyiciləri üzrə elektron alış aktları tərtib etmiş iddiaçı həmin şəxslərin vergi orqanında uçotda olmayan şəxs olduğu qənaətinə gəlmişdir. Belə bir qənaətin formalaşma əsasları isə iddiaçı tərəfindən sübut edilməmiş, həmin qənaət üzrə məhkəmənin mövqeyi isə qərarda əks olunmamışdır. Həmçinin qeyd etməyi zəruri hesab edirlər ki, mübahisə predmeti ilə bağlı cinayət işi başlanılmış və ibtidai istintaq zamanı alınmış Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8977 saylı rəyinə əsasən vergi orqanı tərəfindən hesablanmış məbləğlər təsdiq edilmişdir. Lakin məhkəmə qeyd olunan faktı nəzərə almamış, sözügedən rəy üzrə araşdırma aparmamış və həmin rəyi qiymətləndirməmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2021-ci il tarixdə 2020-ci il üzrə vergi dövrü üçün dəqiqləşmiş mənfəət vergisi bəyannaməsi təqdim etmiş, 280,31 manat vergi hesablamışdır. Cavabdeh təqdim edilmiş bəyannamə əsasında kameral vergi yoxlaması keçirmiş, xx.xx.2021-ci il tarixdə iddiaçıya kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məkub ünvanlamış, məktubda qeyd etmişdir ki, müqayisə nəticəsində 296410.05 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərc müəyyən edilmiş, gəlir 292289.51 manat az əks etdirilmişdir. Bununla əlaqədar iddiaçıdan həmin dövr üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin təqdim edilməsi tələb olunmuşdur. İddiaçı dəqiqləşdirilmiş bəyannamə təqdim etmədiyindən cavabdeh xx.xx.2021-ci il tarixli **********678100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ilə iddiaçı barəsində keçirilmiş kameral vergi yoxlaması nəticəsində 2020-ci il üzrə 742749,63 manat əlavə vergi hesablamışdır. Qərar bununla əsaslandırılmışdır ki, “İddiaçı tərəfindən hesablama metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 200.1-ci (malların təqdim edilməsindən gəlir), 200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) və 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətrində göstərilmiş cəmi 6634586.59 manat gəlir məbləği hesabat dövrü ərzində online kassa aparatı ilə müəyyən edilən (0.00 manat), ixrac edilmiş (6926876.10 manat) və təqdim edilmiş elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (0.00 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 6926876.10 manat məbləğdən 292289.51 manat az əks etdirilmişdir. Hesablama metodu ilə göstərilmiş xərclərin cəmi məbləği ilə (6562229.62 manat) iddiaçı tərəfindən əvvəlki il üzrə təqdim edilmiş Mənfəət vergisinin bəyannaməsinin 1 №-li Əlavəsinin “Hesabat Dövrünün sonuna” sütununda əks edilmiş mal-material qalığının məbləği (0 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (6265819.57 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0.00 manat) məbləği (+)n bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyindən tutulan vergi bəyannamələrinin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) +1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0.00 manat) cəmi məbləğindən (6265819.57 manat) bəyannamənin 1 nömrəli Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0.00 manat) çıxılması nəticəsində yaranan (6265819.57 manat) məbləğin müqayisəsi nəticəsində 296410.05 manat məbləğində sənədlərlə təqdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir.” İşdən görünür ki, iddiaçı hazırki tələblə cavabdeh orqanın qeyd olunan qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. Məhkəmə qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsində inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati aktın qanunsuz sayılması təsbit edilmişdir. Deməli, hazırkı halda müəyyənləşdirilməli hal inzibati orqan tərəfindən mübahisəli qərar qəbul edilərkən qanunvericiliyin maddi və prosessual tələblərinin pozulub pozulmamasının müəyyən edilməsidir. “İnzibati icraat haqqında” Qanunun 61.1.-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – VM) qərarın qəbul edildiyi vaxt qüvvədə olan 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, vergi orqanının qərarda göstərdiyi əlavə verginin hesablanmasının səbəbləri hesabladığı vergiyə uyğun olmamışdır. Yəni cavabdeh qərarda göstərdiyi hallara əsasən deyil, tamamilə başqa əsasla iddiaçıya əlavə vergi hesablamışdır. Bununla da vergi orqanı inzibati aktın qəbul edilməsinin prosessual tələblərini pozmuşdur. İşdən cavabdeh inzibati orqanın həmçinin maddi hüquq normalarının tələblərini pozduğu da müəyyən edilir. Belə ki, VM-in qərarın qəbul edildiyi vaxt qüvvədə olan 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. VM-in 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. VM-in 37.4-cü maddəsinin ikinci abzasına əsasən həmin maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Göründüyü kimi, qanunverici kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar təqdim edilmədikdə vergi orqanına həmin Məcəllənin 67-ci maddəsinə əsasən vergiləri hesablamaq hüququ vermişdir. VM-in 67-ci maddəsinə əsasən: - 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. - 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. - 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. - 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. - 67.8. Bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. - 67.11. Qarşılıqlı surətdə asılı olan şəxslər arasında hər hansı əməliyyat aparıldıqda, vergi orqanı müstəqil şəxslər arasındakı əməliyyatlar zamanı əldə edilə bilən vergi tutulan gəliri müəyyənləşdirmək üçün gəlirləri və ya xərcləri həmin şəxslər arasında bölə bilər. - 67.12. Şəxs fərdi istehlakına, o cümlədən əmlak alınmasına çəkilən xərclərin ödənilməsi üçün kifayət olmayan məbləğdə gəlir əldə etdiyini bildirirsə, vergi orqanı gəliri və vergiləri həmin şəxsin əvvəlki dövrlərdəki gəlirlərini, habelə kredit və borclarını nəzərə almaqla çəkdiyi xərclərə əsasən müəyyənləşdirir. - 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. VM-in 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. İşdə olan sənədlərdən görünür ki, cavabdeh iddiaçının zəruri sənədləri təqdim etməməsini iddia edərək ona vergi hesablasa da, bu zaman həmin hesablamanı nə VM-in 67-ci maddəsinə, nə də 83.9-cu maddəsinə uyğun aparmışdır. Cavabdeh vergi orqanında uçotda olan şəxslərə münasibətdə tərtib edilmiş alış aktlarını xərc sənədi kimi qəbul etməmiş və həmin məbləği birbaşa gəlir kimi qəbul edərək həmin gəlirə münasibətdə vergi hesablamışdır, hansı ki, VM-də belə bir vergi hesablama üsulu nəzərdə tutulmamışdır. VM-in 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. VM-in 108.1-ci maddəsinə əsasən həmin fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. İşdən görünür ki, iddiaçının əsas fəaliyyət növü meyvə və tərəvəzin topdan satışı olmuşdur. Cavabdeh iddiaçının ixrac etdiyi meyvə-tərəvəzin özü tərəfindən istehsal edilməsi ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Deməli, iddiaçının gömrük bəyannamələrinə əsasən onun gəlirinə daxil edilən meyvə tərəvəzin əldə edilməsi üçün çəkdiyi xərclər, yəni onun alınması ilə bağlı xərclər gəlirindən çıxılmalıdır. İşdən görünür ki, iddiaçı bu xərcləri təsdiq edən sənəd kimi elektron alış aktlarını təqdim etmişdir. VM-in 71.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. VM-in 71-2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Həmin Məcəllənin 71-2.2-ci maddəsinə əsasən elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 71-2.3-cü maddəsinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. VM-in 71-1.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir. Göründüyü kimi, qanunverici vergi orqanında uçotda olmayan şəxslərdən mal alındıqda əməliyyatın elektron alış aktları, vergi orqanında uçotda olan şəxslərdən mal alındıqda isə elektron qaimə-faktura ilə rəsmiləşdirilməsini nəzərdə tutmuşdur. Bu zaman elektron alış aktı alıcı, elektron qaimə-faktura isə satıcı tərəfindən təqdim olunmalıdır. İşdən görünür ki, iddiaçı alıcı kimi vergi orqanında uçotda olmayan şəxslərə münasibətdə elektron alış aktı tərtib etmiş, bu aktların uçotu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi - AVİS vasitəsilə həyata keçirilmişdir. Vergi ödəyicisi olan şəxslərə münasibətdə elektron qaimə-fakturanın təqdim edilməsi vəzifəsi alıcı kimi iddiaçının deyil, satıcının vəzifəsi olmuş, həmin şəxslər tərəfindən elektron qaiməfaktura təqdim edilmədiyindən iddiaçı həmin əməliyyatları da elektron alış aktı ilə rəsmiləşdirmişdir. Bu rəsmiləşdirmə VM-in tələblərinə uyğun olmasa da, alış aktlarında malı alan və satan şəxslər, malın miqdarı, qiyməti barədə göstəricilər öz əksini tapmışdır. Məhkəmə bir daha qeyd etmişdir ki, cavabdeh həmin sənədləri xərc sənədi kimi qəbul etmirdisə, iddiaçıya VM-in 67-ci maddəsinə əsasən vergi hesablamalı olduğu halda bunu etməmiş, qanunvericiliklə nəzərdə tutulmayan hesablamadan istifadə etmiş, nəticədə iddiaçı barəsində əlavə vergi hesablaması barədə qəbul etdiyi qərar qanunsuz olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi rəhbərliyin əmtəəsiz əməliyyatlar müəyyən olunduğu və ya xərclərin süni şəkildə artırıldığı ilə bağlı əsaslı səbəblər aşkar edildikdə göstərilən xərclərin vergi ödəyicilərinin mənfəət və ya gəlir vergisi bəyannamələrində xərc sənədi kimi nəzərə alınmaması barədə göstərişinə əsasən belə bir qərar qəbul edildiyini bildirsə də, işdə nə əmtəəsiz əməliyyat, nə də xərclərin süni şəkildə artırılması təsbit edilmişdir. Belə ki, iş üzrə məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-1186/2022 saylı qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim olunan 24 may 2022-ci il tarixli, 9/2608-9/2707 nömrəli ekspert rəyində ekspert qarşısında qoyulan suallara cavab olaraq göstərilmişdir ki, İddiaçı MMC tərəfindən elektron alış aktları ilə alınmış malların miqdarının ixrac əməliyyatları haqqında məlumata əsasən ixrac edilmiş malların miqdarına, eləcə də “malların alış aktı barədə məlumat”da (vergi orqanında 1 s kimi uçotda olan ödəyicilərinin siyahısı) göstərilən məhsulların dəyərinin həmin məhsulların alındığı dövrdə olan bazar qiymətlərinə uyğunluğu müəyyən edilmişdir. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 07 may 2021-ci il tarixli, **********678100 nömrəli qərarla hesablanmış mənfəət vergisinin düzgün olmaması müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən (yoxlamanın aparıldığı anda qüvvədə olan redaksiya) Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 78-ci maddəsinin tələblərinə əsasən Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Vergi öhdəliklərinin yerinə yetirilməsi Mülki Məcəllədə nəzərdə tutulmuş ardıcıllıqla həyata keçirilir. Vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. Vergi öhdəliklərinin yerinə yetirilməsi əmtəəsiz əməliyyat üzrə faydalanan şəxs istisna olmaqla, digər şəxsin üzərinə qoyula bilməz. Bu maddənin məqsədləri üçün faydalanan şəxs əmtəəsiz əməliyyat aparmaqla mənfəət əldə etmək məqsədilə həyata keçirilən fəaliyyət üzrə faktiki olaraq gəlir əldə edən, o cümlədən əmtəəsiz əməliyyat aparmaqla mənfəət (gəlir) əldə edən hüquqi şəxsin faktiki sahibi və ya əmtəəsiz əməliyyat aparmaqla gəlir əldə edən vergi ödəyicisinə nəzarəti həyata keçirən fiziki şəxsdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, işin faktiki hallarına nəzər yetirdikdə aydın olur ki, iddiaçı tərəfindən vergi orqanında uçotda olan şəxslərə münasibətdə elektron alış aktları tərtib edilmişdir ki, vergi qanunvericiliyi ilə bu hal yolverilməzdir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlili ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi - AVİS vasitəsilə həyata keçirilməsi barədə VM-in 71.1-ci maddəsinə əsasən vergi ödəyicisinin üzərinə hər hansı şəxslə vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən, vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən, öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. Göstərilənlərlə əlaqədar sahibkar mal satan şəxslərdən aldığı malların adı, çeşidi, miqdarı, vahidinin qiymətini qanunvericiliyə uyğun olaraq sənədləşdirmişdir. Bütün mal satan şəxslərdən sənədləri tələb etmişdir. Lakin, mal satan şəxslərdən onu aldatmağa yönəlik və ya VÖEN təqdim etməyən, e-qaimə təqdim etməyən şəxsləri isə müvafiq dövriyyə yayındırılmaması üçün alış aktları ilə sənədləşdirmişdir. Çünki, malı satan tərəf əgər vergi ödəyicisi olaraq özünü təqdim edirsə müvafiq olaraq malların satış e-qaiməsini təqdim etməlidir. Lakin, malı satan fermer satdığı meyvə tərəvəzi satarkən vergi ödəyicisi olmadığını bildirir və şəxsiyyətini təsdiq edən sənədi təqdim edir. İddiaçı isə müvafiq sənədləri AVİS elektron sisteminə daxil edir. İşdən görünür ki, iddiaçı alıcı kimi vergi orqanında uçotda olmayan şəxslərə münasibətdə elektron alış aktı tərtib etmiş, bu aktların uçotu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi - AVİS vasitəsilə həyata keçirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi - AVİS vasitəsilə həyata keçirilməsi vəzifəsi müvafiq qaydalara və Vergi Məcəlləsinin 71-72-ci maddələrinə əsasən vəzifə daşıyır. Vergi ödəyicisi olan şəxslərə münasibətdə elektron qaimə-fakturanın təqdim edilməsi vəzifəsi alıcı kimi iddiaçının deyil, satıcının vəzifəsi olmuş, həmin şəxslər tərəfindən elektron qaimə-faktura təqdim edilmədiyindən iddiaçı həmin əməliyyatları da elektron alış aktı ilə rəsmiləşdirmişdir. Satış qaimələrinin təqdim edilməsi və alqı-satqı zamanı bu əməliyyatlarda VÖEN olan şəxslər barədə uyğunsuzluq və ya hər hansı bildiriş təqdim etmək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi - AVİS vasitəsilə həyata keçirilmək vəzifəsidir. 2020-ci il üzrə alış aktları tətbiq edilən zaman bu kimi uyğunsuzluq və ya xəta bildirişi vergi orqanı AVİS alt sistemində aşkar edilmədiyi üçün alış aktları vergi orqanı tərəfindən təsdiq edilmiş və qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. Bu günədək də həmin elektron alış aktları qeydiyyatdadır və vergi orqanının uçot bazasında ləğv edilməyən sənəd olaraq qeydiyyatdadır. Yəni bu əməliyyatlar vergi orqanının müvafiq qurumu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi - AVİS vasitəsilə təsdiq edilmiş bu günədək də normal alış sənədi olaraq uçot bazasında qeydiyyatdadır. Müvafiq əməliyyatların riskli olması barədə də hər hansı qərar mövcud deyil. Yuxarıda qeyd edilənlərə əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı gün də daxil olmaqla AVİS elektron sistemində vergi orqanının təsdiqi olmasa hər hansı elektron alış aktı, elektron qaimə faktura təsdiq edilə bilməz. Çünki, bütün bu əməliyyatlara nəzarət edən orqan vergi orqanıdır. Vergi orqanının qeyd etdiyi kimi alınmış meyvə tərəvəzin şəxsi istehlaka aid olması barədə heç bir sübut yoxdur. Bütün meyvə tərəvəzlərin satışını təsdiq edən YGB ləri vergi uçot bazasında təsdiq edilmişdir. Vergi ödəyicisinin, yəni iddiaçının alış əməliyyatlarını şübhə altına alan hər hansı hal mövcud deyil. Bütün elektron alış aktları vergi orqanında mövcud olmuş və həmçinin Məhkəməyə təqdim edilmiş 2700 səhifəyə yaxın sənədlərdən ibarətdir. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Vergi Məcəlləsinin: 130.1-1. İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. 130.3. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. Maddə 134. Hesablama metodundan istifadə edilərkən gəlirin və xərcin uçotu qaydası Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Maddə 135. Hesablama metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı 135.1. Müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. 135.2. Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. 135.3. Vergi ödəyicisi gəlir əldə edirsə və ya onun faiz gəliri, yaxud əmlakın icarəyə verilməsindən gəlir əldə etmək hüququ vardırsa, borc öhdəliklərinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddətinin qurtardığı vaxt gəlir almaq hüququnun əldə edildiyi vaxt sayılır. Borc öhdəliyinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, gəlir onun hesablanma qaydasına müvafiq surətdə həmin hesabat dövrləri üzrə bölüşdürülür. Maddə 136. Hesablama metodundan istifadə edilərkən xərcin çəkilməsi vaxtı 136.1. Vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. 136.2. Bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. 136.3. Borc öhdəliyi üzrə faizlər və ya əmlakın icarə haqqı ödənilərkən borc öhdəliyi və ya icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə bölüşdürülür. Maddə 139. Əmtəə-material ehtiyatlarının uçotu qaydası 139.1. Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. 139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. 139.3. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi mənəvi cəhətdən köhnəlmiş və ya dəbdən düşmüş qüsurlu malın, yaxud digər səbəblər üzündən istehsalına çəkilmiş xərclərdən (satınalma qiymətindən) yüksək qiymətə satıla bilməyən malın (məhsulun) dəyərini onların satıla biləcəyi qiyməti əsas götürməklə qiymətləndirə bilər. 139.4. Vergi ödəyicisi onun ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir. 71-2.1. Bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 71-2.2. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-2.3. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaların 1.1ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-2.2-ci maddəsinə əsasən hazırlanmışdır və elektron alış aktının tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edir. Qaydaların: 1.2-ci bəndinə əsasən elektron alış aktı bu Qaydalara uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir. 2.1-ci bəndinə əsasən Elektron alış aktı malı alan vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında (bundan sonra – İnternet Vergi İdarəsi) yaradılmış “elektron alış aktı” altsistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi İnternet Vergi İdarəsinə daxil olaraq elektron alış aktını hazırlayır və gücləndirilmiş elektron imza vasitəsilə imzalayaraq təsdiq edir. 3.1-ci bəndinə əsasən Vergi ödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktlarını və malların alışı tarixindən 5 (beş) gün müddətində elektron alış aktını tərtib edir. 3.2-ci bəndinə əsasən Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. 4.1-ci bəndinə əsasən Elektron alış aktının uçotu hər bir vergi ödəyicisi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi - AVİS vasitəsilə həyata keçirilir. 4.2-ci bəndinə əsasən Elektron alış aktının seriyası və nömrəsi AVİS vasitəsilə verilir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il tarixli 902 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilmişdir: 3.1.1-ci yarımbənddə “qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir” sözləri “elektron qaimə-fakturanı malgöndərən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür” sözləri ilə əvəz edilsin; 3.1.2-ci yarımbənddə “qaimə-faktura və ya elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturasının da verilməsi tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir” sözləri “elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron sistem vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür” sözləri ilə əvəz edilsin; Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, malların alındığı şəxslərdən biri olan X5 tərəfindən 4 saylı Ərazi Vergilər İdarəsinə təqdim olunmuş izahata əsasən onun tərəfindən iddiaçıya 5000 manat dəyərində malların satılması qeyd edilsə də, iddiaçı tərəfindən təqdim edilmiş alış aktlarında 363941.9 manat məbləğində malların X2 alınması əks etdirilmişdir. Göründüyü kimi vergi ödəyicisi tərəfindən malların alınmasına dair əsassız sənədlər tərtib edilərək xərcləri şişirdilmiş və bu hal məhkəmə araşdırmasından kənarda qalmışdır. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı cavabdehin qeyd etdiyi X3 məhkəmə iclasında izahat verməsi ilə bağlı iştirakını təmin etməsi barədə cavabdehin nümayəndəsinə tapşırıq verilsə də, əsaslı səbəb təqdim etmədən, cavabdeh tərəfindən həmin şəxsin iştirakı təmin edilməmişdir. Faktiki olaraq həmin əməliyyatları təsdiq edən elektron alış aktları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) İnternet Vergi İdarəsi portalında uçota alınmış, müvafiq qeydiyyat nömrəsi və alış aktı imza ilə təsdiq edilmişdir. Müvafiq əməliyyatları təsdiq edən elektron alış aktı və digər sənədlər iş materiallarında mövcud olmuş, faktiki məhkəmə mübahisəsi olan günədək AVİS uçot bazasında qüvvədə olduğu aşkar edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində təsbit olunmuş inzibati icraatda işin hallarının obyektiv araşdırılması prinsipinə görə, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması inzibati orqanın xidməti vəzifəsinə aiddir. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Bundan əlavə, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir və inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“inzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Məhkəmə kollegiyası iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçıya kameral qaydada verginin hesablanması zamanı cavabdeh tərəfindən işin faktiki və hüquqi halları düzgün araşdırılmayaraq, iddiaçıya münasibətdə qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən, mübahisəli qərar əsassız olmaqla ləğv edilməlidir. Vergi Məcəlləsinin 54.0.4-cü maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması olduqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun 67-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 73-cu maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik haqqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********678100 saylı qərarının ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı olmuşdur, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-1(112)-1186/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-685/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-685/2023
18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver