Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-687/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə cavabdeh inzibati orqanın cərimə olunması ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2- 1(81)-3138/2019 saylı xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri,Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2-1(81)- 3138/2019 nömrəli qərarı ilə İddiaçı Cavabdehnə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı vurulmuş maddi ziyana görə 173100 manat və mənəvi zərərə görə 2000 manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Həmin qərar xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini almış və icra edilməsi üçün Bakı şəhəri Cavabdehnə göndərilmişdir, lakin cavabdeh orqan tərəfindən hal-hazırki tarixədək icra edilməmişdir. Narazı qalan iddiaçı həmin qərarın icrasının təmin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3138/2019 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Cavabdeh xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini almış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2-1(81)-3138/2019 nömrəli qərarının icra edilməməsinə görə 500 (beş yüz) manat məbləğində cərimə edilsin və həmin qurumdan tutulan cərimə dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin həmin qərardadından iş üzrə cavabdeh Bakı şəhəri Cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və həmin qərardadla müəyyən edilmiş 500 (beş yüz) manat məbləğində cərimənin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apelyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosesual hüquq normalarının pozulması ilə çıxarıldığından əsassızdır. Belə ki, Cavabdeh tərəfindən qərarın icrası ilə bağlı olaraq müəyyən olunmuş vəsaitin rayon İcra hakimiyyətinə ayrılmasına göstəriş verilməsi üçün Maliyyə Nazirliyinə müraciət olunmuş, lakin, nazirlik tərəfindən hər hansı bir vəsait ayrılmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnaməsinə əsasən Rayon İcra Hakimiyyətləri büdcə təşkilatları hesab olunur. Büdcədən ayrılan vəsaitlərin öz təyinatı vardır. Maliyyə Nazirliyi tərəfindən vəsait ayrılmadığı təqdirdə məhkəmə qərarının icrası mümkün deyildir. Buna görə də məhkəmənin inzibati orqanı 500 manat məbləğində cərimə etməsi qanunsuz və əsassız olmuşdur. Məhkəmə kollegiysının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərardadını qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasına gəlmiş X1 Nazirliyi tərəfindən vəsaitin ayrıldığını, iddiaçıya ilin sonunadək, yəni, dekabrın 31-dək vəsait ödəniləcəyini, lakin həmin vəsait icra hakimyyətinin hesabına hələ köçürülmədiyi nəzərə alınmaqla bir ay müddətinə işin təxirə salınmasını məhkəmədən xahiş etmiş, onun vəsatəti təmin olunaraq işə baxılması xx.xx.2023-cü il tarixə təxirə salınmış, lakin həmin məhkəmə iclası barədə məlumatı olsa da, gəlməmiş, işə baxılması yenidən xx.xx.2023-cü il tarixinə təxirə salınmış, cavabdehin nümayəndəsi həmin məhkəmə iclasına da gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan, işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, işin hallarından göründüyü kimi, xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini almış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli qərarı Bakı şəhəri Cavabdeh tərəfindən bu günədək icra edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. İş materiallarına əsasən müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsi xx.xx.2022-ci il tarixli məktubu ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli qərarının icra olunması və görülmüş icra tədbirlərin nəticəsi barədə 30 (otuz) gün müddətində məhkəməyə məlumat verilməsini cavabdehdən tələb etmiş, əks təqdirdə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra edilməməsinə görə ona İPM-nin 120-ci maddəsinin tələblərinə əsasən cərimə tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh orqan isə məhkəməyə ünvanlanmış 22 iyul 2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Cavabdeh tərəfindən məhkəmənin qərarında müəyyən olunmuş vəsaitin Cavabdehnə ayrılmasına göstəriş verilməsi üçün Maliyyə Nazirliyinə müraciət olunmuş, sonuncu tərəfindən vəsait ayrıldığı təqdirdə həmin icra sənədi dərhal icra ediləcəkdir. Cavabdeh tərəfin hazırkı apelyasiya mərhələsində işə münasibətindən də aydın görünür ki, müxtəlif səbəblərlə hərəkətsizlik nümayiş etdirərək birinci instansiya məhkəməsinin qanuni qüvvəsini almış qərarının icrasını uzatmaqda davam edir. İPM-in 120.2-ci maddəsinə əsasən bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Həmin Məcəllənin 120.3-cü maddəsinə əsasən cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Birinci instansiya məhkəməsinin qərardadından da görünür ki, Məcəllənin qeyd olunan tələbləri nəzərə alınmaqla, cavabdeh orqan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 28 dekabr 2019-cu il tarixli, 2-1(81)-3138/2019 nömrəli qərarı ilə üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirməsi üçün 15 gün müddət təyin edilməklə, cərimə olunacağı barədə xəbərdarlıq edilsə də müsbət nəticəsi olmadığından, ona 500 manat məbləğində cərimə tətbiq olunmuşdur. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərardadı ilə cavabdeh inzibati orqanın 500 manat məbləğində cərimə olunmasını işin hallarına və prosessual hüquq normalarına uyğun nəticə kiimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərardadın maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3138/2019 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.. Yuxarıda göstərilənləri və İPM-in 80, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3138/2019 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-687/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-687/2023
23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver