Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-689/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, İddiaçı1, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə qarşı işlədiyi müddətin dövlət qulluğu stajına hesablanması, ümumi müsahibədə iştirakının təmin olunması tələbinə dair inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4027/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4027/2019 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim E.Məmmədov). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətləri qanunsuz hesab edilərək xx.xx.2002-ci il tarixindən xx.xx.2003-cü il tarixədək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X3 və X1 sektorunun mütəxəssisi və xx.xx.2003-cü ildən xx.xx.2008-ci il tarixədək həmin sektorun müdiri vəzifəsində işlədiyi müddətin dövlət qulluğu stajına hesablanması və onun dövlət qulluğuna qəbul üçün təşkil edilən ümumi müsahibədə iştirakının təmin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2002-ci il tarixindən xx.xx.2003-cü il tarixədək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X3 və X1 sektorunun mütəxəssisi və xx.xx.2003-cü ildən xx.xx.2008-ci il tarixədək həmin sektorun müdiri vəzifəsində işləmişdir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və 2004-cü il 21 iyul tarixli 151S nömrəli sərəncamına əlavə də dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2009-cu il tarixli 108 nömrəli qərarının 2-ci bəndinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X3 və Mühafizəsi Departamentinin əməkdaşlarına dövlət qulluqçusu statusu verilmişdir. İddiaçı dövlət qulluğuna qəbul üçün təşkil edilən ümumi müsahibədə iştirakının təmin olunması barədə xx.xx.2018-ci il tarixdə cavabdehə yazılı müraciət etmişdir. Lakin cavabdeh orqanın xx.xx.2018-ci il tarixli məktubu ilə əsassız imtina almışdır. Sonuncu dəfə xx.xx.2019-cu ildə Dövlət X4 üzvü Tələt Məcidova müraciət etmişdir və bu müraciət Dövlət İmtahan Mərkəzinə deyil Ekologiya Nazirliyinə yönləndirilmişdir. Ekologiya Nazirliyinin 51k343-12 saylı xx.xx.2019cu il tarixli məktubunda Dövlət İmtahan Mərkəzinə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən yenidən xx xxx 2019-cu il tarixdə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 04/xx-xx/2114 saylı xx.xx.2019-cu il tarixli məktubu ilə ona cavab ünvanlanaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X3 və Mühafizəsi Departamentində işlədiyi illərdə (2002-2008) Depratamentin dövlət büdcəsindən maliyyələşdirilmiş təşkilat olduğunu və yalnız xx xxxx 2009-cu il tarixdə dövlət orqanlarının siyahısına əlavə edildiyini əsas gətirərək dövlət orqanlarında inzibati vəzifələrdə 5 il qulluq stajına malik olmadığı üçün ümumi müsahibədə iştirak etməsinin qanunverciliklə mümkün olmadığı bildirilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X3 və Mühafizəsi Departamentinin əməkdaşlarına 2001-ci ildən dövlət qulluğu stajı şamil olunur. İş üzrə 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsası kimi onu qeyd etmişdir ki, guya iddiaçının işlədiyi dövrdə onun işlədiyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su Hövzələrində X3 və Mühafizəsi Departamenti dövlət orqanları siyahısına daxil olmadığından, onunla əmək münasibətlərinə xitam verildikdən sonra həmin Departament dövlət orqanları siyahısına əlavə edildiyindən, onun iş stajı dövlət orqanlarında inzibati vəzifələrdə qulluq stajına hesablana bilməz. Eyni zamanda, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə istinad edərək, iddiaçının dövlət orqanlarında inzibati vəzifələrdə 5 il qulluq stajına malik olmadığı üçün onun ümumi müsahibədə iştirak etməsinin mümkün hesab edilməməsi barədə cavabdehin imtinasının əsaslı hesab etmişdir.halbu ki cavabdeh orqan və birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2002-ci il tarixindən xx.xx.2008-ci il tarixədək olan iş stajının qulluq stajı hesab olunmasını əsaslı hesab etməli idi. İddiaçı həmçinin onu da qeyd etdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su Hövzələrində X3 və Mühafizəsi Departamentinin əməkdaşlarına 2001-ci ildən dövlət qulluğu stajı şamil edilir. Ona görə də iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı ******* saylı əmək kitabçası, həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su Hövzələrində X3 və Mühafizəsi Departamenti tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.2002-ci il tarixdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Balıqartırma” İdarəsində “Təsərrüfat” şöbəsinə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2003-cü il tarixdən “Təsərrüfat” şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, “Balıqartırma” İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 170/ü saylı, xx.xx.2004-cü il tarixli əmrinə əsasən “Su hövzələrində X3 və mühafizəsi” Departamenti adlandırılmışdır. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su Hövzələrində X3 və Mühafizəsi Departamenti tərəfindən iddiaçıya ünvanlanmış 16/1101 saylı, xx.xx.2015-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış, Departamentdə saxlanılan arxiv sənədlərinə əsasən onun xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Departamentin Təsərrüfat sektorunda mütəxəssis, xx.xx.2003cü ildən xx.xx.2008-ci il tarixədək sözügedən sektorun müdiri vəzifəsində işləmişdir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və 2004-cü il 21 iyul tarixli 151s nömrəli sərəncamına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2009-cu il 108 nömrəli Qərarı”nın 2-ci bəndinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X3 və Mühafizəsi Departamenti dövlət orqanlarının təsnifatına aid edilmişdir. Azərbaycan Respublikası Konstitutsiyasının 149-cu maddəsinə əsasən onun işlədiyi dövr dövlət qulluğu stajına aid edilir. Bununla əlaqədar müvafiq arayış hazırlanaraq ona təqdim olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2010-cu il 20 may tarixli əmri ilə Departamentin idarəetmə aparatında çalışan işçilərinə ixtisas dərəcələri verilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 17.3-cü maddəsi və Departamentin xx.xx.2008-ci il tarixli 55-K saylı əmri ilə işdən azad edilməsi nəzərə alınaraq, ixtisas dərəcələrinin verilməsi ilə bağlı tərtib olunmuş siyahıya onun adı salınmamışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən iddiaçıya ünvanlanmış 04/xx-xx/3051 saylı, xx.xx.2018-ci il tarixli və 04/xx-xx/2114 saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının ümumi müsahibədə iştirak etməsinə köməklik göstərilməsi ilə bağlı müraciətlərinə baxılmış, ona eyni məzmunlu cavablar verilərək göstərilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 29.3, 7.1-ci maddələrinə istinad olunaraq, onun 2002-2008-ci il tarixlərində Azərbaycan Respublikası Ekologiya və X6 Su Hövzələrində Bioloji Resursların - Artırılması və Mühafizəsi Departamentində mütəxəssis və sektor müdiri vəzifələrində çalışdığı, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2001-ci il tarixli 811 saylı Sərəncamı ilə X2, yetişdirilməsi və bərpası “Balıqartırma” İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliy nin tabeliyinə verilmişdir və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2004-cü il 19 mart tarixli 170/ü nömrəli Əmri ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində X3 və Mühafizəsi Departamenti adlandırılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx xxxxx 2002-ci il carixli 1217/ü nömrəli Əmri ilə təsdiq edilmiş “Su Hövzələrində X3 və Mühafizəsi Departamenti haqqında Əsasnamə”nin 4-cü hissəsinə əsasən departamentin fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir. “Dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2008-ci il tarixli 3030 nömrəli Sərəncamının 1-ci hissəsində Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və işçilərinin aylıq vəzifə maaşları orta hesabla 25 faiz artırılan təşkilatlar sırasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər hazirliyinin Su Hövzələrində X3 və Mühafizəsi Departamenti də nəzərdə tutulmuşdur. Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları” ilə müəyyən edilmişdir. Onun 2002-2008-ci il tarixlərdə çalışdığı Su Hövzələrində X3 və Mühafizəsi Departamenti “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”na “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və 2004-cü il 21 iyul tarixli 151s nömrəli sərəncamına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2009-cu il tarixli 108 nömrəli Qərarının 2-ci hissəsinə uyğun olaraq əlavə edilmişdir və Departament işçilərinin maliyyə təminatı 2009-cu ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saxlanılması üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində həyata keçirilmişdir. Yuxarıda adı çəkilən Qərarlardan müəyyən olunur ki, iddiaçının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X3 və Mühafizəsi Departamentində işlədiyi illərdə (2002-2008-ci illər) Departament dövlət büdcəsindən maliyyələşdirilmiş təşkilar olmuşdur və yalnız xx xxxx 2009-cu il tarixdə dövlət orqanlarının siyahısına əlavə edilmişdir. O, dövlət orqanlarında inzibati vəzifələrdə 5 il qulluq stajına malik olmadığı üçün ümumi müsahibədə iştirak etməsinin qanunvericiliklə mümkün olmadığı göstərilmişdir. İşin hallarından göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X3 və Mühafizəsi Departamentində işlədiyi xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək təsərrüfat sektorunda mütəxəssis, xx.xx.2003-cü ildən xx.xx.2008-ci il tarixədək sözügedən sektorun müdiri vəzifəsində işlədiyi müddətin dövlət qulluğu stajına hesablanması və bunun əsasında inzibati vəzifədə 5 il qulluq stajına malik olduğu üçün ümumi müsahibəyə buraxılmasını xahiş edir. İddiaçı iddiasının əsası olaraq Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə 7-ci bəndinə istinad edir. Beləliklə, birinci instansiya məhkəməsinin araşdırması nəticəsində müəyyən edildi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X3 və Mühafizəsi Departamenti “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”na “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və 2004-cü il 21 iyul tarixli 151S nömrəli sərəncamına əlavə də dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2009-cu il tarixli 108 nömrəli qərarının 2-ci hissəsinə uyğun olaraq əlavə edilmişdir. Departament işçilərinin maliyyə təminatı isə 2009-cu ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saxlanılması üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində həyata keçirilmişdir. Göstərilən aktlardan müəyyən olunur ki, iddiaçının Su Hövzələrində X3 və Mühafizəsi Departamentində işlədiyi illərdə (2002-2008-ci illər) qurum dövlət büdcəsindən maliyyələşdirilmiş təşkilat statusunda olmuşdur. Departament iddiaçının həmin qurumda işlədiyi tarixdən sonra, yəni xx xxxx 2009-cu il tarixdə dövlət orqanlarının siyahısına əlavə edilmişdir. Göründüyü kimi iddiaçının işlədiyi illərdə Departament dövlət büdcəsindən maliyyələşdirilmiş təşkilat statusunda olmuş, xx xxxx 2009-cu il tarixdə dövlət orqanlarının siyahısına əlavə edilmişdir. İddiaçı ilə əmək münasibətlərinə xx xxxx 2009-cu il tarixdən əvvəl, yəni xx.xx.2008ci il tarixdə xitam verildiyindən, hazırda həmin Departamentdə əmək fəaliyyətini davam etdirmədiyindən, onun Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin ona münasibətdə tətbiq edilməsi tələbi əsassızdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi dövrdə onun işlədiyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X3 və Mühafizəsi Departamenti dövlət orqanları siyahısına aid olmadığından, onunla əmək münasibətlərinə xitam verildikdən sonra həmin Departament dövlət orqanlarının siyahısına əlavə edildiyindən, onun iş stajı dövlət orqanlarında inzibati vəzifələrdə qulluq stajına hesablana bilməz. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 29.3-cü maddəsinə əsasən Birinci-beşinci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin birinciyeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması müsahibə yolu ilə həyata keçirilir. Bu maddənin müddəaları bu Qanunun 29.2-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçuları (şəxslər) barəsində tətbiq edilmir. İddiaçı dövlət orqanlarında inzibati vəzifələrdə 5 il qulluq stajına malik olmadığı üçün onun ümumi müsahibədə iştirak etməsinin mümkün hesab edilməməsi barədə cavabdehin imtinası əsaslı olmuşdur. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, hesab edir ki, qərarın ləğv edilməsi üçün əsas yoxdur, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4027/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-689/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-689/2020
23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver