Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-69/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X19 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X16-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X15 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-476/2019 saylı 07 noyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Nəriman Nərimanov adına NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsinin X12 üzvlərinin 8 saylı xx.xx.1999-cu il protokolundan Çıxarışdan görünür ki, X6 məxsus olan, sahəsi 600 kv.m olan 93 saylı bağ sahəsi Bağçılığın nizamnaməsinə uyğun olaraq qohumu İddiaçı verilmişdir. X27 İşləri İdarəsi tərəfindən verilmiş 73 nömrəli orderdən görünür ki, Bakı şəhəri, Korgöz qəsəbəsində yerləşən 93 saylı bağ sahəsi İddiaçı verilmişdir. X17 adına NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsinin X12 üzvlərinin 48 saylı xx.xx.1999-cu il protokolundan çıxarışdan görünür ki, sahəsi 500 kv.m. olan 93 saylı bağ sahəsi X9 verilmişdir. Sözügedən torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri İH-nin BTİ və İB-nin 16 saylı xx.xx.2007-ci il tarixli protokolu əsasında 93/182 saylı bağ evinin tikintisi üçün Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivi ərazisində Ə.Səlimova 500 kv.m. torpaq sahəsi ayrılmışdır. Səngəçal ərazisindəki 93/182 saylı bağın istifadəyə verilməsi haqqında 40908 saylı xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, sözügedən bağ sahəsi Ə.Səlimovun istifadəsinə verilmişdir. MA seriyalı ******* saylı 27.10.211-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi Bağlar sahəsi 1-ci küçə, 93 saylı bağ evi X7 xüsusi mülkiyyətindədir. İddiaçı bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********68 saylı xx.xx.2018-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş X2 üzvlərinin siyahısında onun adı aşkar olunmamışdır. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim olunmuş sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, sənədlər müxtəlif bağçılıq yoldaşlıqlara aiddir. Həmçinin sözügedən bağ nömrəsi digər fiziki şəxsin adına (X14) dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Bundan başqa göstərilən sahə bağçılıq yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “istifadəsində olan Bakı şəhəri, Korgöz qəsəbəsində yerləşən 93 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəriman Nərimanov adına NQÇ İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin 2 oktyabr 1999-cu il tarixli 8 saylı protokoluna əsasən baldızı X4 razılığı əsasında ona Korgöz qəsəbəsində bağçılıq üçün ayrılmış ümumi sahəsi 600 kv.m. olan 93 saylı bağ sahəsi həmin tarixli 73 nömrəli orderlə ona verilmişdir. Həmin bağ sahəsində fərdi ev tikmiş və faktiki ailəsi ilə orada yaşayır. Onun adına olan həmin qanuni bağ sənədlərini iyun 2018-ci ildə cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmişdir ki, bağ sahəsini dövlət reyestrində qeydiyyata alıb ona mülkiyyətinə dair çıxarış versinlər. Cavabdeh 27 iyun 2018-ci il tarixli məktubla bağ sahəsinə çıxarış verməkdən imtina etmişdir. Tamamilə qanunazidd və əsassız olan həmin imtinanı onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın hüquqi qeydiyyata alınması üçün əsas olan order və ya protokoldan çıxarış ərizə ilə təqdim edilməmişdir. Eyni zamanda X12 üzvlərinin siyahısında iddiaçının adının olmadığı bildirilmişdir. Həmin araşdırma cavabdeh tərəfindən vətəndaşın tələbini qəsdən təmin etməmək üçün başdansovdu aparılmışdır. Belə ki, iddiaçının ərizə ilə təqdim etdiyi xx.xx.1999-cu il tarixli 8 saylı protokoldan çıxarışda açıqaydın göstərilmişdi ki, həmin bağ sahəsi ilkin olaraq X2 üzvü olan baldızı X6 ayrılmış və onun razılığı əsasında adına sənədləşdirilmişdir. Ona görə də, siyahıda onun adının aşkar olunmaması təbiidir. Bir də ki, bağ sahəsinin özəlləşdirilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə görə bağ sahəsi üçün verilmiş order kifayət etməlidir. Cavabdehin 27 iyun 2018-ci il tarixli məktubunda inzibati orqan olaraq qanunvericiliyin tələblərini qəsdən pozduğundan şübhələndiyi üçün təkrarən ərizə ilə müraciət etmişdir. Həmin ərizədə onların qanunvericiliyin tələblərini pozmalarını şərh etməsinə baxmayaraq yenidən xx.xx.2018-ci il tarixli məktubla bağ sahəsinə çıxarış verməkdən imtina etmişdir. Bu dəfə də onun adının siyahıda aşkar olunmadığı əsas götürülmüşdür. İnzibati orqan olan cavabdehin hərəkəti qanunsuzdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, ərizənin icrası mümkün olmamış və iddiaçıya **********57 saylı xx.xx.2018-ci il tarixli və **********68 saylı xx.xx.2018-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-476/2019 saylı 07 noyabr 2019cu il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-476/2019 saylı 07 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələblərinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti, Qaradağ rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, X3 Təşkili üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti 3-cü şəxs qismində cəlb edilməli və iş üzrə ekspertiza keçirilməlidir. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv edilməlidir. Məhkəmə tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd edilmiş hallar qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-810/2020 saylı 17 iyun 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-476/2019 saylı 07 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2212/2020 saylı 02 dekabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-810/2020 saylı 17 iyun 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X20 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmiş, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilməsinə etiraz etməmişdir. İddiaçının vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilməsinə etiraz etməmişdir. İşə apellyasiya qaydasında son olaraq yenidən baxılması xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Əvvəlki tarixlərdə keçirilmiş məhkəmə iclasınların vaxtı və yeri barədə məlumat olan məhkəmə bildirişi 3-cü şəxs X9 göndərilməsi barədə poçt zərfinin üzərindəki qeydə əsasən «rəhmətə gedib» səbəbindən geri qaytarılmışdır. Lakin xx.xx.2022-ci il tarixdə keçirilmiş iclası barədə 3-cü şəxsin ünvanına göndərilmiş məhkəmə bildirişinin həmin ünvanda yaşayan X21 tərəfindən qəbul edilməsinə baxmayaraq məhkəmə iclasında həmin şəxs iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxs X7 (və ya varisinin) iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2018-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2018-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “istifadəsində olan Bakı şəhəri, Korgöz qəsəbəsində yerləşən 93 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən “təqdim edilmiş X2 üzvlərinin siyahısında onun adının aşkar olunmaması, təqdim olunmuş sənədlərdə uyğunsuzluğun olması, sənədlərin müxtəlif bağçılıq yoldaşlıqlara aid olması, sözügedən bağ nömrəsinin digər fiziki şəxsin adına (X14) dövlət reyestrindən qeydiyyatdan keçməsi, göstərilən sahənin bağçılıq yoldaşlığın ayrıc aktından kənarda yerləşməsi” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası “təqdim edilmiş X2 üzvlərinin siyahısında onun adının aşkar olunmaması, təqdim olunmuş sənədlərdə uyğunsuzluğun olması, sənədlərin müxtəlif bağçılıq yoldaşlıqlara aid olması, sözügedən bağ nömrəsinin digər fiziki şəxsin adına (X14) dövlət reyestrindən qeydiyyatdan keçməsi, göstərilən sahənin bağçılıq yoldaşlığın ayrıc aktından kənarda yerləşməsi” ilə bağlı olmuşdur. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2212/2020 saylı 02 dekabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, 3-cü şəxs kimi icraata cəlb edilmiş Ə.Səlimovun məhkəmə iclasında iştirakı təmin edilməli, eyni zamanda iddiaçının istinad etdiyi torpaq sahəsinin 3-cü şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi araşdırılıb nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Buna görə də apellyasiya qaydasında işə təkrar baxılarkən 3-cü şəxs kimi icraata cəlb edilmiş Ə.Səlimovun məhkəmə iclasında iştirakını təmin etmək məqsədilə ünvanına məhkəmə bildirişləri göndərilmiş, lakin həmin poçt zərfi “rəhmətə gedib” səbəbindən geri qaytarılmış, daha sonra isə həmin ünvanda zərfi qəbul edən şəxs məhkəmə iclasında iştirakını təmin etmədiyi üçün 3-cü şəxsin hüquq varisi ilə əvəz olunması mümkün olmamışdır. Bununla yanaşı, Nəriman Nərimanov adına NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsinin X5 ayrılmış torpaq sahəsinin, o cümlədən Nəriman Nərimanov adına NQÇİ-nin həmkarlar İttifaqı Komitəsinin X12 üzvlərinin xx.xx.1999-cu il 8 saylı protokolundan çıxarışa əsasən İddiaçı verilmiş torpaq sahəsinin ayrıc aktı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb olunmuşdur. Həmin məhkəmə sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Nəriman Nərimanov adına NQÇİ-nin həmkarlar İttifaqı Komitəsinin X12 üzvlərinin xx.xx.1999-cu il 8 saylı protokolundan çıxarışa əsasən İddiaçı verilmiş torpaq sahəsinin ayrıc aktının (həmçinin sözügedən bağ sahəsinə aid cizgi və yerləşmə sxeminin) arxiv qovluğunda aşkar edilmədiyi bildirilmiş, lakin N.Nərimanov adına NQÇİ-nin X13 aid ayrıc aktının təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuşdur. İşə kassasiya qaydasında baxmış məhkəmənin qərarında sadalanan halların araşdırılması məqsədilə Nəriman Nərimanov adına NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsinin X12 üzvlərinin 8 saylı xx.xx.1999-cu il protokolu ilə X6 ayrılmış 600 kv.m. olan 93 saylı bağ sahəsi və Nəriman Nərimanov adına NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsinin X12 üzvlərinin 48 saylı xx.xx.1999-cu il protokolu ilə 3-cü şəxs X9 verilmiş 500 kv.m olan 93 saylı bağ sahəsinin N.Nərimanov adına NQÇİ-nin X13 ayrıc aktı ilə ayrılmış torpaq sahəsinin hüdudları daxilində olub-olmamasının, İddiaçı iddia etdiyi Bakı şəhəri, Korgöz qəsəbəsində yerləşən 93 saylı bağ sahəsinin ayrıc aktı, cizgi və yerləşmə sxemi mövcud olmadığından həmin torpaq sahəsinin faktiki olaraq 3-cü şəxs X9 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bağlar sahəsi, 1-ci küçə, 93 saylı 500 kv.m. bağ torpaq sahəsinin plan və ölçü sənədindəki koordinatlarla üst-üstə düşüb-düşmədiyinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş mütəxəssis rəyindən görünür ki, Nəriman Nərimanov adına NQÇİ-nin X1 ayrılmış bağ sahələri üzrə bölgü eskizi təqdim edilmədiyi üçün 8 saylı xx.xx.1999-cu il tarixli protokolu ilə X10 ayrılmış (sonradan iddiaçıya verilmiş) 600 kv.m olan 93 saylı bağ sahəsinin N.Nərimanov adına NQÇİ-nin X5 ayrıc aktı ilə ayrılmış ərazinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin, iddiaçı tərəfindən iddia edilən faktiki ölçülmüş torpaq sahəsi N.Nərimanov adına NQÇİ-nin X5 ayrıc aktı ilə ayrılmış ərəzinin hüdudlarından kənarda yerləşir. 3-cü şəxs X8 **********79- 11301 reyestr nömrəli Çıxarışla mülkiyyətinə verilmiş 500 kv.m torpaq sahəsi olan 93 saylı bağ sahəsi N.Nərimanov adına NQÇİ-nin X5 ayrıc aktı ilə ayrılmış ərazinin hüdudları daxilində yerləşir. 3-cü şəxs X11 məxsus Bakı şəhəri,Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bağlar sahəsi, 1-ci küçə, 93 saylı 500 kv.m. bağ torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü" sənədindəki kordinatlarla İddiaçı tərəfindən iddia edilən faktiki ölçülmüş torpaq sahəsi üst-üstə düşmür (sxem əlavə edilir). xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş 10/2852 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyinin məzmunu mütəxəssis rəyinin məzmunu ilə eynilik təşkil edir. Bölgü sxeminin təqdim olunmaması ilə nəzərə alınmalıdır ki, həmin sənədi təqdim etmənin yükü iddiaçının üzərinə qoyula bilməz. Çünki sözügedən sənəd iddiaçının tərtib edib saxlamalı olduğu sənəd deyildir, daha çox müvafiq bağçılığın vəzifəsidir. Ona görə də, həmin sənədin təqdim olunmaması iddiaçının hüquqlarının həyata keçirilməsinə maneə təşkil etməməlidir. Digər tərəfdən isə qeyd olunmalıdır ki, iddiaçının istifadəsində olan sahənin hər hansı başqa şəxsə məxsus olan sahə ilə üst-üstə düşdüyünə dair də işdə məlumat yoxdur, bu hal ekspert rəyi ilə də təsdiq olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Hazırki işdən görünür ki, iddiaçı müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən ayrılmış bağ sahələrinə dair icarə müqaviləsi, sərəncam və ya order təqdim etməmiş və belə sənədlərin hər hansı birinə, o cümlədən kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasına istinad etməmişdir. İddiaçının istinad etdiyi order müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən verilməmişdir. İddiaçının istinad etdiyi 2 oktyabr 1999-cu il tarixli protokoldan çıxarış isə kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin iclasının protokolundan çıxarışdır. Həmin çıxarışın məzmunundan görünür ki, X12 üzvləri 7 nəfər iştirak etmiş, iddiaçı X5 üzv qəbul edilmiş, 600 kv.m olan 93 saylı bağ sahəsi bağçılıq nizamnaməsinə uyğun olaraq iddiaçıya verilmişdir. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin iclasının protokolundan çıxarış mövcud olduğundan, qanunun müddəasına görə həmin çıxarış iddiaçının iddia etdiyi torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsində keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə qiymət verərək hesab edir ki, həmin rəy inandırıcı olmaqla, mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan bağ sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. O ki qaldı cavabdehin apellyasiya şikayətində göstərdiyi Bakı şəhər İcra Hakimiyyətinin, Qaradağ rayon İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, X3 Təşkili üzrə Dövlət Agentliyinin, və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin hazırki iş üzrə 3-cü şəxs qismində cəlb edilmələri barədə dəlilinə, bu barədə Kollegiya qeyd edir ki, həmin dəlillər cavabdeh tərəfindən əsaslandırılmadığı üçün və hazırki işdə həmin şəxslərin işə cəlb olunmasına zərurət olmadığından təmin edilə bilməz. Apellyasiya şikayətində qeyd edilmiş digər dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-476/2019 saylı 07 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti isə təmin edilməməli, həmçinin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza təhqiqatının aparılması ilə bağlı xərclər cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-476/2019 saylı 07 noyabr 2019cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. İşin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində ekspert xərci cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-69/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-69/2022
29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver