Məhkəmə qərarları › İş №2-1(103)-69/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-69/2023

13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-69/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4998/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2012-ci il tarixdən (57 yaşdan) xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsi və həmin tarixdən hal-hazıradək yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdehin adının “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o xx.xx.1955-ci il tarixdə Salyan rayonunun, Rəncbər kəndində anadan olmuşdur. Lakin hal-hazırda Şirvan şəhər sakini olmaqla yaşayır. İddiaçının xx.xx.1973-hal-hazıra kimi işləməklə ümumi 49 il 08 ay əmək stajı vardır. Həmin əmək stajının xx.xx.1973-xx.xx.1974-cü ilə kimi “Sabirabad” PMK-24-də “rəngsaz”, xx.xx.1975-xx.xx.1983-cü ilə kimi “Azneft İB”-nin “Azneft Tikinti-Quraşdırma İdarəsi-2”-də “rəngsaz”. xx.xx.1983-xx.xx.1983-cü ilə kimi həmin idarənin tərkibində “Tikinti İdarəsi-29”-də, “rəngsaz”, xx.xx.1983- xx.xx.1984-cü ilə kimi həmin idarədə yenidən “Azneft Tikinti-Quraşdırma İdarəsi”-də “rəngsaz”, xx.xx.1984-xx.xx.1984-cü il tarixə kimi həmin idarədə 6-cı dərəcə “rəngsaz”, xx.xx.1984-xx.xx.1984-cü ilə kimi “X4 Zavodu”-da “rəngsaz”, xx.xx.1984-xx.xx.1985-ci ilə kimi “Tikinti İdarəsi-75”-də “rəngsaz”, xx.xx.1986xx.xx.1986-cı ilə kimi “Əli Bayramlı TikintiQuraşdırma İdarəsi”-də “rəngsaz”, xx.xx.1986xx.xx.2004-cü il tarixə kimi “Azərenerjitikinti”-də “rəngsaz”, xx.xx.2006-xx.xx.2008-ci il tarixə kimi “Xəzərdənizneftqaztikinti” Trestində “suvaqçı”, xx.xx.2008-xx.xx.2014-cü ilə kimi “Neftqaztikinti” Trestinin 7 saylı Tikinti-Quraşdırma İdarəsində “rəngsaz”, xx.xx.2014xx.xx.2015-ci il tarixə kimi “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsində “rəngsaz” xx.xx.2015-xx.xx.2019-cu il tarixə kimi “SOCAR”-ın “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsində “rəngsaz” vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr ağır iş olduğundan, ona xx.xx.2012-ci il tarixdə, 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Lakin ona xx.xx.2019-cu il tarixdə, 64 yaşında yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı həqiqətəndə xx.xx.1973-hal-hazıra kimi işləməklə ümumi 49 il 08 ay əmək stajı vardır. Həmin əmək stajının xx.xx.1973-xx.xx.1974-cü ilə kimi “Sabirabad” PMK-24-də “rəngsaz”, xx.xx.1975-xx.xx.1983-cü ilə kimi “Azneft İB”-nin “Azneft Tikinti-Quraşdırma İdarəsi-2”-də “rəngsaz”, xx.xx.1983-xx.xx.1983-cü ilə kimi həmin idarənin tərkibində “Tikinti İdarəsi-29”-də, “rəngsaz”, xx.xx.1983-xx.xx.1984-cü ilə kimi həmin idarədə yenidən “Azneft Tikinti- Quraşdırma İdarəsi”-də “rəngsaz”, xx.xx.1984xx.xx.1984-cü il tarixə kimi həmin idarədə 6-cı dərəcə “rəngsaz”, xx.xx.1984-xx.xx.1984-cü ilə kimi “X4 Zavodu”-da “rəngsaz”, xx.xx.1984-xx.xx.1985-ci ilə kimi “Tikinti İdarəsi-75”-də “rəngsaz”, xx.xx.1986-xx.xx.1986-cı ilə kimi “Əli Bayramlı TikintiQuraşdırma İdarəsi”-də “rəngsaz”, xx.xx.1986-xx.xx.2004-cü il tarixə kimi “Azərenerjitikinti”-də “rəngsaz”, xx.xx.2006-xx.xx.2008-ci il tarixə kimi “Xəzərdənizneftqaztikinti” Trestində “suvaqçı”, xx.xx.2008-xx.xx.2014-cü ilə kimi “Neftqaztikinti” Trestinin 7 saylı Tikinti-Quraşdırma İdarəsində “rəngsaz”, xx.xx.2014- xx.xx.2015-ci il tarixə kimi “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsində “rəngsaz” xx.xx.2015-xx.xx.2019-cu il tarixə kimi “SOCAR”-ın “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsində “rəngsaz” vəzifələrində işləmişdir. İddiaçı xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi ümumi 25 il və 12 il 06 ay xüsusi iş stajı topladığına görə hesab edir ki, onun xx.xx.2012-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ vardır. Çünki, xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən hüquqi yaranmış şəxslər güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nın XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri: 1. Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 Nsli Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa); “rəngsazlar (2290100a—13450)” və “suvaqçılar (2290100a—19727)” vəzifələrinə əsasən 12 il 06 aydan çox zərərli əmək sahəsində əmək stajı və 25 ildən çox ümumi əmək stajını xx.xx.2006-cı il tarixə kimi toplamışlarsa, kişilər 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ yaranır. İddiaçı cavabdeh təşkilata xx.xx.2020-ci il tarixli ərizə və ona əlavə edilmiş şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının və hərbi biletin notarial təsdiq edilmiş surətləri ilə müraciət edərək xx.xx.2012-ci il tarixdən, 57 yaşdan xx.xx.2017ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi isə iddiaçıya xx.xx.2020-ci il tarixli, **********3 saylı məktubla cavab olaraq ona müvafiq sənədlərin əsli təqdim edildikdən sonra baxıla bilinməsi barədə bildirilmişdir. Bundan sonra o, xx.xx.2020-ci il tarixdə ərizəsinə əlavə edilmiş sənədlərin notarial təsdiq edilmiş sürətlərini və sənədlərin əslini cavabdeh orqana təqdim etmiş, sənədlərin əslinin nəzərdən keçirilməsinə baxmayaraq cavabdeh orqan iddiçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin mümkünsüz olduğunu və bunu əmək kitabçalarında qeyd edilən müəssisə və təşkilatlardan həmin yerlərdə işləmiyimi təsdiq edən arayışların olmadığını və həmçinin güzəştli arayışın olmadığını bildirmişlər. Lakin iddiaçıya rəsmi imtina verməkdən imtina etmişlər. Bunun da onunla əsaslandırmışlar ki, yalnız işləməyini təsdiq edən arayışlar və güzəştli arayışlar təqdim edildikdən sonra güzəştli pensiyanın təyin edilib-edilməməsinə baxılmasının mümkün olmasını demişlər. İddiaçı qeydiyyatdan keçmə qəbzi əsasında yenidən cavabdeh orqana xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 N-li Qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilməsini, həmin Qaydaların 2 N-li Əlavəsinə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, umumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyasını təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirildiyini və ona xx.xx.2012-ci il tarixdən, 57 yaşdan yarandığından ona münasibətdə bu Qaydalar tətbiq oluna bilmədiyini, belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011-ci il tarixli, 17 N-li Qərarı ilə təsdiq edilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları mənim pensiya hüququ yaranan tarixdə qüvvədə olduğunu, ona görə də həmin Qaydalarda isə həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayışın təqdim olunması göstərilmədiyini, bundan başqa şəxsin əmək kitabçası onun işlədiyi dövrlərdə iş fəaliyyətinin qeyd edilməsini təsdiq edən sənəddir. Həmin sənəddə qeyd edilənlər şəxsin əmək stajının təsdiqi olaraq faktiki sənəddir və məhz həmin sənədə əsasən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 7-ci və 9-cu maddələrinin tələbləri əsasında şəxs müəyyən yaşa çatdıqda güzəştli və yaşa görə əmək pensiyası təyin edilir. Şəxsin əmək kitabçasında xx.xx.2006-cı il tarixə kimi idarə və müəssisələrdə işlədiyi dövrlər onun sosial sığorta stajı hesab olunur və həmin staj müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul olunmalıdır. Şəxsin əvvəllər işlədiyi dövrlərdə fəaliyyət göstərmiş dövlət idarə və müəssələr bağlanmışdırsa, həmin dövrlərin fəaliyyətin təsdiqi olan sənədlərin dövlət arxivinə təhvil verilibsə, məhz arxiv arayışları əsasında təsdiq olunur, lakin müəssisə və idarənin səhlənkarlığı əsasında sənədlər dövlət arxivinə verilməmişdirsə, ona görə həmin dövrlər də müəssisə və idarələrdə işləmiş şəxs məsuliyyət daşımır. Belə ki, şəxsin həmin dövrlər də müəssisə və idarələr də işləməsinə şübhələr varsa, həmin şübhələr əsaslı olmalı, yəni formal xarakterli mülahizəyə əsaslnan sözlər əsasında olmamalı, həmin şübhəli halları sübut etmək vəzifəsinin inzibati orqana məxsus olduğundan, həmin hallar faktiki və mötəbər sübutlar əsasında müəyyən olunmasını və odur ki, ƏƏSMN-nin yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmasının və həmin imtinanın yazılı verilməməsinə dair açıqlama verilməsi barədə 5 iş günü ərzində cavab verilməsini bildirmişdi. Lakin cavabdeh orqan xx.xx.2020-ci il tarixli, **********8 saylı məktubla iddiaçıya xx.xx.2020-ci il tarixli, **********3 saylı məktubun eyni ilə formatı əsasında şablon olaraq sənədlərin əsli təqdim edilməsini bildirmişlər, amma iddiaçının ərizəsinə dair heç bir rəsmi cavab verilməmişdir. Cavabdeh orqan xx.xx.2020-ci il tarixli, **********8 saylı məktubla iddaiçıya ünvanladığını qeyd etsə də, lakin məktub konvertinin Bakı Poçtuna xx.xx.2020-ci il tarixdə daxil olduğunu təsdiq edən möhür vurulmuşdur, buda ondan xəbər verir ki, cavabdeh orqan iddiaçının məktubuna xx.xx.2020-ci il tarixdə qeyd etməsini göstərəsə də, lakin cavabdeh orqan məktuba gec cavab vermiş və buna bir daha imtinanın verilməməsinin əsassız yerə uzadılması kimi hesab edib qiymət vermək olar. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 57 yaşı olanadək ondan mövcud qanunvericiliklə tələb edilən 12 il 6 ay güzəştli iş stajını toplamamışdır. İlk növbədə ona görə ki, İddiaçının işləmiş olduğu “rəngsaz” peşəsi özlüyündə güzəştli şərtlərlə pensiya hüququ yaratmır. İddiaçı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda, 2290100a—13450 kod altındakı “rəngsazlar” peşəsinə istinad etmişdir. Halbuki, həmin kod “Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər“ bölməsinə aiddir. İddiaçı isə məhz həmin sahədə rəngsaz işləmiş olmasına dair heç bir sübut təqdim etməmişdir. Doğrudur, iş materiallarında xx.xx.2019-cu il tarixli “güzəştli şərtlərlə pensiya təyin edilməsi haqqında” bir arayış var. Lakin əvvəla, o arayış iddiaçının xx.xx.2006-cı ildən sonrakı dövrə aid fəaliyyətini əhatə etdiyi üçün hətta arayışda qeyd olunan müddətləri güzəştli hesab elsək belə, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixinədək 12 il 6 ay etmir. İkincisi isə, arayışda Nazirlər Kabinetinin nə 1993-cü il tarixli, nə də 2007-ci il tarixli qərarları ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahılarına istinad olunmamış, iddiaçının peşəsi konkret olaraq siyahıda nəzərdə tutulmuş hər hansı peşəyə uyğunlaşdırılmamışdır. Arayışda İddiaçının “Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər” ilə məşğul olmasına dair də hər hansı qeyd yoxdur. Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4998/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qərardan iddia ərizəsinin məzmununa uyğun apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-263/2021 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4998/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-31/2022 saylı, 12 yanvar 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)- 263/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, hazırkı mübahisə iddiaçının qeyd olunan müəssisələrdə işlədiyi rəngsaz peşəsinin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olması ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə materiallara əlavə olunmuş iddiaçının iş yerindən arayışlara, habelə onun əmək kitabçasında olan qeydlərə görə, iddiaçı xx.xx.1973-xx.xx.1974-cü illərdə “Sabirabad” PMK-24-də “rəngsaz”, xx.xx.1975-xx.xx.1983-cü illərdə “Azneft İB”-nin “Azneft Tikinti-Quraşdırma İdarəsi-2”-də “rəngsaz”. xx.xx.1983-xx.xx.1983-cü ildə həmin idarənin tərkibində “Tikinti İdarəsi-29”-da “rəngsaz”, xx.xx.1983- xx.xx.1984-cü illərdə yenidən “Azneft Tikinti-Quraşdırma İdarəsi”ndə “rəngsaz”, xx.xx.1984-xx.xx.1984-cü illərdə həmin idarədə 6-cı dərəcə “rəngsaz”, xx.xx.1984-xx.xx.1984-cü illərdə “X4 Zavodu”nda “rəngsaz”, xx.xx.1984xx.xx.1985-ci illərdə “Tikinti İdarəsi-75”-də “rəngsaz”, xx.xx.1986-xx.xx.1986- cı illərdə “Əli Bayramlı Tikinti-Quraşdırma İdarəsi”ndə “rəngsaz”, xx.xx.1986-xx.xx.2004- cü illərdə “Azərenerjitikinti”ndə “rəngsaz”, xx.xx.2006-xx.xx.2008-ci illərdə “Xəzərdənizneftqaztikinti” Trestində “suvaqçı”, xx.xx.2008-xx.xx.2014-cü illərdə “Neftqaztikinti” Trestinin 7 saylı Tikinti-Quraşdırma İdarəsində “rəngsaz”, xx.xx.2014- xx.xx.2015-ci illərdə “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsində “rəngsaz”, xx.xx.2015-xx.xx.2019-cu illərdə “SOCAR”-ın “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsində “rəngsaz” vəzifələrində işləmişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin əsas hissəsini müxtəlif müəssisələrdə rəngsaz peşəsində çalışmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XXXİİİ. Ümumi peşələr bölməsində 23200000-13450 şifrəsi ilə qeyd edilmiş təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsi nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, həmin bölmədə nəzərdə tutulmuş rəngsaz peşəsi konkret fəaliyyət sahəsinə bağlı deyildir və ümumi anlamda təfsir olunmalıdır. Burada əsas tələb rəngsaz peşəsində çalışan şəxsin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə həmin işlərlə məşğul olmasından ibarətdir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, bu bölmədə nəzərdə tutulmuş peşəyə münasibətdə həlledici məqam həmin peşənin aid olduğu sahə deyil, həmin peşə ilə məşğul olarkən şəxsin daim təmasda olduğu və tətbiq etdiyi kimyəvi maddələrin təhlükəlilik səviyyəsi ilə bağlıdır. Bu baxımdan iddiaçının həmin müəssisələrdə işlədiyi rəngsaz peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XXXİİİ. Ümumi peşələr bölməsində 23200000-13450 şifrəsi ilə qeyd edilmiş təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsinə uyğunluğu yoxlanılmalı və bunun nəticəsindən asılı olaraq iddiaçının həmin tarixlərdə topladığı əmək stajının güzəştli şərtlərlə əmək pensiyası hüququ verən əmək stajı olubolmamasına qiymət verilməli idi. İddiaçının rəngsaz peşəsində çalışarkən onun təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə daim təmasda olub-olmadığı, təmasda olduğu rənglərin, kimyəvi həlledicilərin, nitrolakların, antikorroziya vasitələrinin və sair bu qəbildən olan maddələrin QOST 18188-72 və İSO/TC 35, İSO /TC 35 /WG4, İSO /TC 35/ SC14 beynəlxalq standartlara görə 3-cü təhlükəlilik sinfinə aid olub-olmadığı, eyni zamanda əmək fəaliyyəti zamanı istehsalat zərurəti ilə əlaqədar iddiaçının daha təhlükəli kimyəvi maddələrlə işləyib-işləmədiyi də araşdırılmalıdır. Bu məqsədlə aidiyyəti qurumlara, o cümlədən iddiaçının işlədiyi qurumlara müvafiq sorğular göndərilməli, bununla bağlı iddiaçını iş yerindən müvafiq arayışlar tələb olunmalı və həmin xüsusatlar müəyyən edilməlidir. Qeyd edilənlər iş üzrə obyektiv və qanunauyğun qərarın qəbulu baxımından zəruridir. Hazırkı işin hallarından görünür ki, iddiaçı xx.xx.1955-ci ildə doğulmuş, iddiaçı xx.xx.1973-cü ildə əmək fəaliyyətinə başlamış, xx.xx.1973-xx.xx.1974-cü illərdə “Sabirabad” PMK-24-də “rəngsaz”, xx.xx.1975-xx.xx.1983-cü illərdə “Azneft İB”-nin “Azneft Tikinti-Quraşdırma İdarəsi-2”-də “rəngsaz”, xx.xx.1983-xx.xx.1983-cü ildə həmin idarənin tərkibində “Tikinti İdarəsi-29”-da “rəngsaz”, xx.xx.1983-xx.xx.1984-cü illərdə yenidən “Azneft Tikinti-Quraşdırma İdarəsi”ndə “rəngsaz”, xx.xx.1984-xx.xx.1984-cü illərdə həmin idarədə 6-cı dərəcə “rəngsaz”, xx.xx.1984-xx.xx.1984-cü illərdə “X4 Zavodu”nda “rəngsaz”, xx.xx.1984-xx.xx.1985-ci illərdə “Tikinti İdarəsi75”-də “rəngsaz”, xx.xx.1986xx.xx.1986-cı illərdə “Əli Bayramlı Tikinti-Quraşdırma İdarəsi”ndə “rəngsaz”, xx.xx.1986xx.xx.2004-cü illərdə “Azərenerjitikinti”ndə “rəngsaz”, xx.xx.2006-xx.xx.2008-ci illərdə “Xəzərdənizneftqaztikinti” Trestində “suvaqçı”, xx.xx.2008-xx.xx.2014-cü illərdə “Neftqaztikinti” Trestinin 7 saylı Tikinti-Quraşdırma İdarəsində “rəngsaz”, xx.xx.2014xx.xx.2015-ci illərdə “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsində “rəngsaz”, xx.xx.2015-xx.xx.2019-cu illərdə “SOCAR”-ın “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsində “rəngsaz” vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr ağır iş olduğundan, ona xx.xx.2012-ci il tarixdə, 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Lakin ona xx.xx.2019-cu il tarixdə, 64 yaşında yaşa görə əmək pensiyası təyin edilmişdir. SOCAR-ın xx.xx.2019-cu il tarixli SOCAR**********80020123X00152 nömrəli Arxiv Arayışında göstərilmişdir: “SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1955-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1975-ci ildə (əmr N 75/k, xx.xx.1975-ci il) “Aznefttikinti” Trestinin 2 nömrəli Tikinti Quraşdırma İdarəsinin (TQİ) 1-ci sahəsinə 3-cü dərəcəli rəngsaz peşəsinə işə qəbul edilmişdir. xx.xx.1977-ci ildə (əmr N 24/k, xx.xx.1977-ci il) 4-cü dərəcəli rəngsaz peşəsinə keçirilmişdir. xx.xx.1979-cu ildə (əmr NQ 71/k, xx.xx.1979-cu il) “Olimpiada-80” tikintisi ilə əlaqədar Moskva şəhərinə 1 il müddətinə ezamiyyətə göndərilmişdir. xx.xx.1980-cı ildə (əmr N 55/k, xx.xx.1980-cı il) “Aznefttikinti” Trestinin 2 nömrəli TQİ-nin 1-ci sahəsinə 5-ci dərəcəli rəngsaz peşəsinə işə qəbul edilmişdir. xx.xx.1983-cü ildə (əmr N 90/k, xx.xx.1983-cü il) öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1983-cü ildə (əmr N 134/k, 21.11,1983-cü il) “Aznefttikinti” Trestinin 2 nömrəli TQİ-nin 1-ci sahəsinə 5-ci dərəcəli rəngsaz peşəsinə işə qəbul edilmişdir. xx.xx.1984-cü ildə (əmr N 65/k, xx.xx.1984-cü il) Boru alətləri zavoduna köçürülməsi ilə əlaqədar işdən azad olunmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, həmçinin AR Prezidentinin 31 avqust 2002-ci il tarixli 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş AR DSMFnin Əsasnaməsinin 1-ci bəndinə əsasən, AR DSMF Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta və əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına müraciət etməyinizi məqsədəuyğun hesab edirik.” SOCAR-ın xx.xx.2019-cu il tarixli SOCAR**********80020123X00121 nömrəli Arxiv Arayışında göstərilmişdir: “Verilir xx.xx.1955-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki o, həqiqətən xx.xx.2006-cı il tarixindən (əmr N 272/k, xx.xx.2006-cı il) “Xəzərdənizneftqaztikinti” trestinin 2 saylı Tikinti Quraşdırma Filialına suvaqçı peşəsinə işə qəbul olunub və xx.xx.2006-cı il tarixinədək həmin peşədə işləyib. ARDNŞ-nin xx.xx.2007ci il tarixli 51 nömrəli əmrinə əsasən “Xəzərdənizneftqaztikinti” tresti “Azneft” İB-nin tərkibindən ARDNŞ-nın tabeçiliyinə verilib və ”Neftqaztikinti” tresti adlandırılmışdır. xx.xx.2007-ci il tarixindən (əmr N 71/k, xx.xx.2007-ci il) "Neftqaztikinti” trestinin 6 saylı Tikinti Quraşdırma İdarəsinə rəngsaz peşəsinə işə qəbul olunub. xx.xx.2008-ci ildən onunla bağlanmış əmək müqaviləsinə xitam verilib (əmr N 101/k, xx.xx.2008-ci il). Zərərli əmək şəraiti üzrə iş stajı 10 ay 15 gün (on ay on beş gün) təşkil edir. xx.xx.2008-ci il tarixindən (əmr Nə 34/k, xx.xx.2008-ci il) “Neftqaztikinti” trestinin 7 saylı Tikinti Quraşdırma İdarəsinə rəngsaz peşəsinə işə qəbul olunub. xx.xx.2014-cü il tarixindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilib (əmr Nə 600/k, xx.xx.2014-cü il). Zərərli əmək şəraiti üzrə iş stajı 6 il 5 ay 3 gün (altı il beş ay üç gün) təşkil edir. xx.xx.2014-cü il tarixindən (əmr N 598/k, xx.xx.2014-cü il ) “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinə rəngsaz peşəsinə işə qəbul olunub. xx.xx.2015-ci il tarixindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilib (əmr N 308/k, xx.xx.2015-ci il). Zərərli əmək şəraiti üzrə iş stajı 8 ay 27 gün (səkkiz ay iyirmi yeddi gün) təşkil edir. xx.xx.2015-ci il tarixində “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma bölümünə rəngsaz peşəsinə işə qəbul olunub (əmr N SOCAR/15-2500/xx-xx-000218, xx.xx.2015-ci il).xx.xx.2015-ci il tarixindən izolyasiyaçıörtükçü peşəsi üzrə İxtisaslaşdırılmış Təmir Tikinti bölümünə keçirilib (əmr N SOCAR/15- 2500/03-10- 000821, xx.xx.2015-ci il) və hal-hazıradək bu peşədə işləyir. Zərərli əmək şəraiti üzrə iş stajı 3 il 8 ay 11 gün (üç il səkkiz ay on bir gün) təşkil edir. İddiaçı zərərli əmək şəraiti üzrə ümumi iş stajı 14 il 7 ay 19 gün (on dörd il yeddi ay on doqquz gün) təşkil edir.” Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006cı il tarixədək mövcud olmalıdır. Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra ha kimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir. Beləliklə, iş materiallarında olan əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən də iddiaçının kifayət qədər ümumi iş stajının olması mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi əsası kimi qeyd etmişdir ki, tədqiq olunmuş sənədlərə əsasən, iddiaçı xx.xx.2012-cı il tarixinədək 25 ildən artıq ümumi iş stajına malik olsa da, onun işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının xx.xx.2012-ci il tarixədək 12 il 6 aydan artıq güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının mövcud olmadığı iş materialları ilə təsdiqini tapdığından, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün onun güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan güzəşti əmək stajının olmaması əsası ilə iddianın rədd edilməsi barədə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, iddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Apellyasiya baxışı zamanı iddiaçının xx.xx.1973-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi rəngsaz peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XXXİİİ. Ümumi peşələr bölməsində 23200000-13450 şifrəsi ilə qeyd edilmiş təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsinə uyğun olub-olmaması və iddiaçının rəngsaz peşəsində çalışarkən onun təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə daim təmasda olub-olmadığı, təmasda olduğu rənglərin, kimyəvi həlledicilərin, nitrolakların, antikorroziya vasitələrinin və sair bu qəbildən olan maddələrin QOST 18188-72 və İSO/TC 35, İSO /TC 35 /WG4, İSO /TC 35/ SC14 beynəlxalq standartlara görə 3-cü təhlükəlilik sinfinə aid olub-olmadığı, eyni zamanda əmək fəaliyyəti zamanı istehsalat zərurəti ilə əlaqədar iddiaçının daha təhlükəli kimyəvi maddələrlə işləyib-işləmədiyi barədə güzəştli arayışın təqdim edilməsi ilə bağlı SOCAR “Neftqaztikinti” trestinə sorğu ünvanlanmış, SOCAR-ın xx.xx.2022-ci il tarixli SOCAR**********30490075X00265 nömrəli məktubunda göstərmişdir ki, İddiaçı rəngsaz peşəsində fəaliyyəti zamanı təhlükəliliyi 4-cü sinif olan zərərli maddə tətbiq etməklə işləmişdir. İddiaçı izolyasiyaçı-örtükçü işlədiyi müddətdə tətbiq etdiyi zərərli maddənin təhlükəliliyi 2-ci sinifdir. İddiaçı işlədiyi izolyasiyaçı-örtükçü peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Neftqaztikinti” trestinin fəaliyyət sahəsinə uyğun gələn 29-cu bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin a) fəhlələr alt bölməsindəki “izolyasiyaçılar-plyonkaçılar” peşəsi ilə uyğunluq təşkil edir. İddiaçı işlədiyi peşələrin tətbiq etdiyi zərərli maddələrin təhlükəlilik dərəcəsinə dair arayışdan görünür ki, iddiaçı təhlükəliyi 3-cü sinifdən aşağı olmayan (4-cü sinif) aseton, hidrogen sulfid, karbohidrogen kimi zərərli maddələrlə bilavasitə təmasda olmuş, ona işlədiyi dövrdə “zərərli iş şəraitinə görə” artım əmsalı rəngsaz peşəsində (əmək haqqının 4%) və izolyasiyaçı-örtükçü peşəsində (əmək haqqının 12%) təyin edilmişdir. Bundan başqa, işəgötürən tərəfindən təqdim edilmiş arayışda QOST 12.1.007-76 və QOST 12.1.005-88 standartlarına istinad edilmişdir. Göründüyü kimi iddiaçının əmək fəaliyyətinin icrası zamanı təhlükəliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə bilavasitə təmasda olmuşdur. Arayışdakı həmin məlumatları təkzib edən və ya mötəbərliyini şübhə altına alan hər hansı sübut cavabdeh tərəfindən təqdim olunmamışdır. İddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan bölməsində nəzərdə tutulan “fəhlələr” alt bölməsindəki “izolyasiyaçılar-plyonkaçılar” peşələrinə uyğundur. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq güzəştl iş stajının olması iş materialları ilə öz təsdiqini tapır. Kollegiya qeyd edir ki, İddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (xx.xx.2012-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, iddiaçı xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbini irəli sürməkdə haqlı olmuş, cavabdehin imtinası isə əsassız olmuşdur. Pensiyanın xx.xx.2012-ci il tarixdən hal-hazıradək yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində isə iddia qismən təmin edilməldir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci müddəsinin hazırda qüvvədə olan redaksiyasında əmək pensiyalarının onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməsi təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 08 oktyabr 2020-ci il tarixli 03/2020-ci saylı qərardadında belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi iddiaçı onun pensiya təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. İddiaçı ilkin olaraq xx.xx.2020-ci il tarixli ərizə ilə (imtina məktubunda göstərilən tarix) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona xx.xx.2012-ci il tarixdən əmək pensiyasının təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bu halda iddiaçıya pensiya xx.xx.2020-ci il tarixdən əvvəlki üç ilə görə, yəni xx.xx.2017-ci ildən ödənilə bilər. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Göründüyü kimi keçmiş müddət üçün alınmamış pensiya məbləğinin bidəfəyə ödənilməsi vəzifəsini müəyyən edən norma yoxdur. Əksinə, “Əmək pensiyaları haqqında” qanunun 32.1-1-ci müddəsinin ikinci cümləsində deyilir ki, bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Odur ki, keçmiş müddət üçün alınmamış pensiyanın birdəfəlik ödənilməsi hissəsində iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməklə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki üç ilə, yəni xx.xx.2017-ci il tarixdən ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4998/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməklə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki üç ilə, yəni xx.xx.2017-ci il tarixdən ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar