Məhkəmə qərarları › İş №2-1(103)-690/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-690/2020

09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-690/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X10 Xüsusi X1rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Ülvi Arif oğlu Mayılovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X2, 3-cü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X10 Xüsusi X1rşı “ona xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3583/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdehtərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X15 Xüsusi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Əmək pensiyasının ödənilməsi barədə qərarın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə qəbul edilməməsinə, əmək pensiyasının təyin olunmasından imtina barədə qərarda pensiya təyin olunmasından imtinanın səbəblərinin göstərilməməsinə və əmək pensiyasının təyin olunmasından imtina barədə qərarın həmin Qanunda nəzərdə tutulan müddətdə müraciət edənə göndərilməməsinə görə cavabdeh Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyi yanında Dövlət X10 X8 İdarəsinin müdirinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 191.1-ci maddəsinə əsasən min manatdan min beş yüz manatadək məbləğdə cərimənin tətbiq edilməsinə, ona pensiya hüququnun yarandığı gün, yəni 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin və ötən illərin pensiya məbləğini hesablanıb ona birdəfəlik ödənilməsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyi yanında Dövlət X10 X8 İdarəsinin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona pensiya hüququnun yarandığı gün, yəni 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona birdəfəlik ödənilməsinə dair xx.xx.2019cu il tarixdə rəsmi ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh orqan xx.xx.2019-cu ildə onun müaricətini alsa da, bu günə kimi müraciətinə cavab verməmişdir. Bu da onun konstitusion hüquqlarının pozulmasına səbəb olmuşdur. Hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin bu hərəkətsizliyi qanunsuz sayılmalı, barəsində xüsusi qərardad çıxarılmalı, cərimə tətbiq edilməli və iddianın təmin olunmasına dair qərar qəbul edilməlidir. O, 1979-cu ildə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə yerləşən 23 nömrəli peşə məktəbinə daxil olmuş 3 il həmin məktəbi oxumuş, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək hərbi xidmətdə olmuşdur. xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci tarixədək SPMK-3 trest-də montajnik vəzifəsində, xx.xx.1985-ci ildən xx.xx.1985-ci il tarixədək SPMK-4 trest-də montajnik vəzifəsində işləmişdir. xx.xx.1985-ci il tarixdən hal-hazıra kimi o vaxtki Spo “Kaspmorsudoresmnoy” Qoslovnay Prouzvodseyvennoy imeni Pariskoy Kommum, indiki “xxx” Gəmi Təmiri və Tikintisi Zavodunda işləyir. Zərərli sahələrdə işləməyi ilə bağlı arayışı və digər tələb olunan sənədləri rəsmi ərizə ilə birlikdə cavabdehə təqdim etsə də, cavabdeh tərəfindən 2 aya yaxındır ki, ona cavab verilməmişdir. Hesab edir ki, cavabdehin hərəkətsizliyi qanunsuz hesab edilməli, iddiası isə təmin edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3583/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçının iddiası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 191.1-ci maddəsinə əsasən cərimənin tətbiq edilməsi hissəsində mümkün sayılmamışdır. Həmçinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3583/2019 saylı xx xxxxxx 2019cu il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı pensiya hüququnun yarandığı vaxtdan, yəni 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X10 X8 İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X10 X8 İdarəsi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsininn qərarı əsassız və qanunsuzdur. İddiaçı tərəfindən məhkəmə prosesi zamanı “xxxxxxxxxxxxxxxxxxxxnin” iki müxtəlif mətnli arayışları təqdim edilmişdir. Birinci arayış həmin Zavodun diektoru tərəfindən imzalanmış və Zavodun möhürü ilə təsdiq edilmişdir. İkinci arayış isə Zavodun direktoru tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Lakin məhkəmə iddiaçının təqdim etdiyi qeyimötəbər bir yazının mətninə istinad etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli Qərarının 4-cü bəndində göstərilmiş ki, Nazirliklər, baş idarələr, komitələr və birliklər: 1 və 2 nömrəli siyahıları tətbiq etmək üçün tabeliklərində olan müəssisə və təşkilatlar tərəfindən hazırlıq işlərinin vaxtında başa çatdırılması, iş yerlərinin attestasiyasının keçirilməsi və əmək şəraitinin yaxşılaşdırılması üzrə zəruri tədbirlər görsünlər; siyahılara müvafiq olaraq, güzəştli şərtlərlə pensiya təyin olunmaq üçün iş yerlərinin siyahılarını, peşələrin və vəzifələrin adlarını müəyyənləşdirsinlər və onlarla işçiləri tanış etsinlər; işçiləri güzəştli pensiya hüququ verən iş yerlərinə təyin etdikdə onların əmək kitabçalarında müvafiq qeydiyyat aparsınlar. Həmin Qərardan görünür ki, işçiləri güzəştli pensiya hüququ verən iş yerlərinə təyin etdikdə onların əmək kitabçalarında müvafiq qeydiyyat aparılmsı göstərilmişdir. Lakin iddiaçının əmək kitabçasında onun müxtəlif vaxtlarda həmin zavodda qaz kəsicisi işləməsi qeyd edilsə də, onun məhz rezervuarların, bankların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsicisi vəzifəsində işləməsi qeyd edilməmişdir. Bu da onu subut edirki, iddiaçı qaz kəsicisi vəzifəsində işləsə də, o məhz rezervuarların, bankların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində işləməmişdir. İddiaçının həmçinin həmin peşədə işləməsi fərz edilsə də, “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən onun xüsusi stajı yoxdur. Arayışdan görünür ki, iddiaçı xx.xx.1989-cu ildə Mobres sahəsində 1-ci dərəcəli qazla kəsən vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü il tarixədək həmin peşədə çalışmış (05 il 03 ay 27 gün), sonra o, həmin zavodda lakin başqa vəzifədə işləmiş, həmin vəzifəyə xx.xx.2001-ci il tarixdə qəbul edilmiş və xx.xx.2011-ci il tarixədək həmin vəzifədə işləmişdir (05 ay 25 gün). Sonradan iddiaçı həmin Zavodda başqa vəzifəyə- gövdə sahəsi 3-cü dərəcəli qazla kəsən takelajçı vəzifəsinə qəbul edilmişdir. Gövdə sahəsi 3-cü dərəcəli qazla kəsən takelajçı arayışda qeyd edilən kod altında göstərilən rezervuarların, bankların, sisternlərin və gəmi bölmələrinin daxili işlərini məşğul olan qaz kəsiciləri peşəsindən fərqli peşədir. Həmçinin arayışdan görünür ki, xx.xx.1988-ci ildə iddiaçıya 2-ci dərəcəli qazla kəsən peşəsi verilsə də, həmin peşə ona ikinci peşə kimi verilmişdir ki, bunu da iddiaçının əsas peşəsi kimi qəbul etmək olmaz. İddiaçı Mobres sahəsinə 1-ci dərəcəli qazla kəsən kimi ancaq xx.xx.1989-cu ildə yəni 11 ay 18 gün sonra təyin edilmişdir. İddiaçının işlədiyi “xxxxxxxxxxxxxxxxxxxx QSC “xxx” X16” nun iş fəaliyyəti gəmilərin təmirindən ibarətdir. Həmin iş fəaliyyəti və iddiaçının xx.xx.2001-ci ildən işlədiyi peşənin adı yəni (Gövdə sahəsi 3-cü dərəcəli qazla kəsən takelajçı) Nazirlər Kabinetinin 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda göstərilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 55 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa gərə əmək pensiyası hüququ vardır. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasından görünür ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.1984-cü il tarixindən başlamış və xx.xx.2006-cı ilədək onun 21 il 07 ay 07 gün ümumi stajı vardır. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunda birdəfəlik olaraq ödəniş nəzərdə tutulmamışdır. Əmək pensiyalarının ödənilməsi məcburi dövlət sosial sığorta ayrılmaları üzrə daxilolmalar hesabına həyata keçirilir ki, bu da hər ay üçün sığorta edənlər tərəfindən ödənilən vəsaitlər hesabına formalaşır. Keçmiş dövr üçün yaranmış böyük borc məbləğləri hissə-hissə ödənilir. Həmin məbləğin birdəfəlik ödənilməsi üçün əlavə vəsait tələb olunur ki, bunun da Fondun büdcəsindən birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Lakin keçmiş dövrlər üçün yığılmış borcun ödənilməsi faktiki olaraq vətəndaşın müraciət etdiyi tarixdə hüququ yarandığı tarixdən hesablanır, gecikmiş ayların sayına bölünməklə aparılır. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi, iş materiallarında olan iş yerindən verilmiş arayışların mötəbərliliyini mübahisələndirmir, apellyasiya şikayətinin bu barədə dəlili isə cavabdeh orqanda həmin arayışların imzalanmamış nüsxəsinin olması ilə bağlı irəli sürülmüşdür. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. 3-cü şəxsin nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı mobrez sahəsində qazla kəsən işlədikdən sonra xx.xx.2001-ci il tarixdən xx.xx.2011-ci il tarixədək gövdə sahəsində qazla kəsən takelajçı peşəsində gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsicisi işləmişdir. Yəni, iddiaçı gəmi bölməsinin daxilində, qapalı yerdə qazla kəsən takelajçı peşəsində işləmişdir ki, bu da iddiaçıya zərərli əmək şəraitində işlədiyi üçün ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnu verir. Bununla bağlı 3-cü şəxsin nümayəndəsi cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1963-cü ildə Cəbrayıl rayonu, Qışlaq kəndində anadan olmuş, xx.xx.1984-cü ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1985-ci ildə “ X13 Birliyi” X17 Təmiri” Paris Kommunası adına Baş İstehsalat Bölməsinə işə qəbul olunmuş və həmin ildən halhazıra kimi fəaliyyətini davam etdirir. Bu faktlar işdə olan iddiaçıya məxsus İT-1 ******* saylı əmək kitabçasının surəti ilə də təsdiq olunur. “xxxxxxxxxxxxxxxxxxxx” QSC “xxx” Gəmi Təmiri və Tikintisi zavodunun RM01/137 saylı xx.xx.2019-cu il tarixli arayışından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı “xxxxxxxxxxxxxxxxxxxx” X9 “xxx” X16nda Gövdə qaynaq bölməsində 4-cü dərəcəli gəmi gövdə təmirçisi peşəsində işləyir. İddiaçı xx.xx.1984-cü ildə baş tikinti idarəsi “KCCMC”-də 2-ci quraşdırıcı, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilə kimi Baş su tikintisi idarəsində 2-ci dərəcəli fəhlə, xx.xx.1985-ci ildə Paris Kommunası adına X17 təmiri İstesalat birliyinin tökmə sexində əl ilə qəlibləmədə qəlibçi şagirdi, xx.xx.1985-ci ildə Təmir tikinti sahəsində 2-ci dərəcəli yardımçı fəhlə, xx.xx.1986-cı ildə Mexaniki sexdə 2-ci dərəcəli gəmi təmiri çilingəri, xx.xx.1987-ci ildə Mobres sahəsinə 2-ci dərəcəli takelajçı, xx.xx.1988-ci ildə 2-ci dərəcəli qazla kəsən (ikinci peşə), xx.xx.1989-cu ildə Mobres sahəsində 1-ci dərəcəli qazla kəsən, xx.xx.1989-cu ildə Mobres sahəsində 2-ci dərəcəli qazla kəsən, xx.xx.1990-cı ildə Mobres sahəsində 3-cü dərəcəli qazla kəsən, xx.xx.1994-cü ildə Mexaniki sexdə gəmi təmiri çilingəri şagirdi vəzifəsində çalışmış və xx.xx.1997-ci ildə Mexaniki sexdə 2-ci dərəcəli gəmi təmiri çilingəri vəzifəsinə bərpa edilmişdir. Bundan sonra iddiaçı xx.xx.1999-cu ildə Keşikçiləri dəstəsi 3-cü dərəcəli gözətçi, xx.xx.2001ci ildə Keşikçiləri dəstəsi 4-cü dərəcəli buraxılış məntəqəsinin nəzarətçisi vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci ildə Anbar təsərrüfatı takelaj peşəsi həvalə edilməklə 3-cü dərəcəli qazla kəsən, xx.xx.2001-ci ildə Gövdə sahəsi 3-cü dərəcəli qazla kəsən takelajçı, xx.xx.2009-cu ildə qazla kəsən takelajçı peşəsi üzrə 4-cü dərəcə, xx.xx.2011-ci ildə Zakfederasiya adına BİV-nin gövdə qaynaq sexinə 4-cü dərəcəli qazla kəsən vəzifəsində, xx.xx.2014-cü ildə Gövdə qaynaq sexi 4-cü dərəcəli gəmi gövdə təmirçisi vəzifəsində çalışmışdır. Sonradan iddiaçının işlədiyi müəssisənin adı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 saylı xx.xx.2014-cü il tarixli Qərarı ilə “xxx” X16 adlandırılmışdır. AXDG QSC-nin 151 saylı xx.xx.2017-ci il tarixli əmrinə əsasən AXDG QSC-nin “xxx” X14 adı dəyişdirilərək “xxx” Gəmi Təmiri və Tikintisi Zavodu adlandırılmışdır. Hal-hazırki vaxta kimi iddiaçı həmin Zavodda Gövdə qaynaq sexində 4-cü dərəcəli gəmi gövdə təmirçisi peşəsində işləyir. İddiaçının iş yerindən verilmiş arayışlardan müəyyən olunur ki, onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 No-li siyahısı”nın bölmə XXİİİ şifr 12100000-11618 “rezervuarların, bankların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsiciləri” adlanan 11.14 bəndlərinə uyğundur. Belə ki, iddiaçı “qazla kəsən” peşəsi üzrə xx.xx.2006-cı il tarixə kimi 10 il 11 ay 7 gün xüsusi staja, 21 il 5 ay 26 gün ümumi staja malikdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ona xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən verilmiş **********6 saylı xx.xx.2019-cu il tarixli məktubla iddiaçının tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, həmin məktubda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusı sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim edilmiş sənədlərdə onun xx.xx.2001-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin “xxx X16nda əmək fəaliyyəti ilə məşğul olduğu qazla kəsən takelajçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısın”da nəzərdə tutulmamışdur. Bununla bağlı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X10 Xüsusi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin birdəfəlik ödənilməsiöhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və onun bu tələbləri birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxan məhkəmə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və “Vətəndaşların poensiya təminatı haqqında” Azərbaycan Rrspublikası Qanununa istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. AzərbaycanRespublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaş çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin maddəyə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Bununla bağlı iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş staj; 2) xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli xüsusi iş stajı. Apellyasiya baxışı zamanı 3-cü şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş RM02/02-416 saylı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı mobrez sahəsində qazla kəsən işlədikdən sonra xx.xx.2001-ci il tarixdən xx.xx.2011-ci il tarixədək gövdə sahəsində qazla kəsən takelajçı peşəsində gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsicisi işləmişdir. Zərərli əmək şəraitli işlərdə məşğul olan qazla kəsənlərə hər iş növbəsi 0.5 litr süd verilir. Əmək şəraiti xüsusilə zərərli və ağır olan işdə işlədiyi üçün əmək məzuniyyətinə hər il əlavə olaraq 6 təqvim günü əlavə məzuniyyət verilməsi təmin olunur. Gəmi bölmələrinin daxilində, qapalı yerlərdə təmir işləri apararkən qazla kəsmə işləri yerinə yetirilən vaxt qazla kəsənlərin qapalı yerdən sistematik olaraq çıxması üçün fasilələr verilir, fasiləsiz ventiliyasiya vasitəsi ilə toksiki maddələr icazə verilən norma həddinə salınır. Fərdi mühafizə vasitələrindən filterli resperatorlardan istifadə edilməklə nəfəs orqanları qorunur. Gəminin qapalı yerlərinin bilavasitə atmosferlə əlaqəsi olmayan yerlərinə daxil olma lük və boğazlar vasitəsilə yerinə yetirilir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 21 il 5 ay 26 gün ümumi stajı və 10 il 11 ay 7 gün xüsusi stajı olmuşdur. Buna görə də iddiaçı xx.xx.2006-cı ilədək qanunla tələb olunan güzəştli iş stajını da toplamış və onun 52 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, birinci instansiya məhkəməsinin iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. İddiaçının “ötən illərin pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin tələbi təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək, pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 6-cı maddəsinə görə Əmək pensiyasının baza hissəsi və bu Qanunun 19-cu maddəsi ilə müəyyən olunan baza hissəsinə əlavələr məcburi dövlət sosial sığortası vəsaitləri, dövlət büdcəsinin transfertləri və qanunvericiliyə uyğun digər mənbələr hesabına maliyyələşdirilir. (6.1); Əmək pensiyasının sığorta və yığım hissələri, bu Qanunun 20-ci maddəsi ilə müəyyən olunan qulluq stajına görə əmək pensiyasına əlavələr məcburi dövlət sosial sığortası vəsaitləri hesabına maliyyələşdirilir.(6.2); Əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. (6.3). Göründüyü kimi, əmək pensiyasının baza, sığorta və yığım hissələri bir qayda olaraq məcburi dövlət sosial sığortası vəsaitləri hesabına maliyyələşdirilir, hansı ki həmin vəsaitlər büdcəyə tədrici ödənişlər hesabına toplanır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, pensiya məbləğinin qanunvericilikdə birdəfəlik ödənilməsi nəzərdə tutulmadığından və ümumiyyətlə birdəfəlik ödəniş pensiya təyin olunması məqsədinə və pensiya qanunvericiliyinin prinsiplərinə zidd olduğundan “yaranmış fərqin birdəfəlik ödənilməsi” hissəsində iddia tələbi təmin olunmamalıdır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi “iddiaçının təqdim etdiyi arayışların müxtəlif mətnlərdə olub, müəssisənin rəhbəri tərəfindən imzalanmaması, əmək kitabçasında onun həmin zavodda məhz rezervuarların, bankların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsicisi vəzifəsində işləməsinin qeyd edilməməsi, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi üçün iddiaçının tələb olunan ümumi və xüsusi iş stajının olmaması, həmçinin “gövdə sahəsi 3-cü dərəcəli qazla kəsən takelajçı” arayışda qeyd edilən kod altında göstərilən rezervuarların, bankların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsiciləri peşəsindən fərqli peşə olması, iddiaçıya 2-ci dərəcəli qazla kəsən peşəsinin ikinci peşə kimi verilməsi” barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər əsassız oduğu üçün qəbul edilmir. Belə ki, iddiaçının həm əmək kitabçası, həm də iş yerindən təqdim etdiyi arayışların məzmunundan müəyyən olunur ki, iddiaçı cavabdehin mübahisələndirdiyi “Gövdə sahəsi 3-cü və 4cü dərəcəli qazla kəsən takelajçı” vəzifələrində çalışmış, işəgötürən tərəfindən verilmiş arayışlar müəssisənin rəhbəri tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iddiaçının təqdim etdiyi, iş materiallarında olan iddiaçının iş yerindən verilmiş arayışların mötəbərliliyini mübahisələndirməmiş və apellyasiya şikayətinin dəlilinin cavabdeh orqanda həmin arayışların imzalanmamış nüsxəsinin olması ilə əlaqələndirildiyini bildirmişdir. İş yerindən verilmiş arayışlarda iddiaçının işlədiyi sahələrin zərərli olduğu üçün onun güzəştli şərtlərlə təqaüd almaq hüququnun olması göstərilməklə yanaşı, bu mövqe əsaslandırılaraq, həmin peşələrin 1993-cü ildə təsdiq olunmuş Siyahıda bölmə XXİİİ şifr 12100000-11618 “rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrin daxili işlərində məşğul olan qaz kəsiciləri” adlanan bəndinə uyğun olması da konkret olaraq göstərilmişdir. Nəzərə alınmalıdır ki, «şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayış»ın alınması həm də hazırda cavabdehin mübahisələndirdiyi hallar üzrə qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Cavabdehin mübahisələndirdiyi “iddiaçının “gövdə” sahəsində 3-cü dərəcəli qazla kəsən takelajçı” peşəsinin arayışda qeyd edilən kod altında göstərilən “rezervuarların, bankların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsiciləri” peşəsindən fərqli peşə olması barədə dəlilləri üzrə məhkəmə kollegiyası araşdırma apararaq arayışı təqdim etmiş müəssisəyə müvafiq sorğu məktubu vermişdir. Həmin sorğuya cavab olaraq müəssisə tərəfindən RM02/02-416 saylı xx.xx.2020-ci il tarixli məktubla bildirilmişdir ki, İddiaçı “mobrez sahəsində qazla kəsən” işlədikdən sonra xx.xx.2001-ci il tarixdən xx.xx.2011-ci il tarixədək “gövdə sahəsində qazla kəsən takelajçı” peşəsində, gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsicisi işləmiş, bu barədə müəssisə tərəfindən iddiaçının qazla kəsmə işlərini qapalı yerdə, hansı zərərli iş şəraitində icra etdiyi təfərrüatı ilə əks olunmuşdur. Qeyd olunmalıdır ki, eyni məzmunlu açıqlamanı iddiaçının işlədiyi müəssisə cavabdeh tərəfin vəkil sorğusuna verdiyi cavab məktubunda da vermişdir. Belə ki, işdə olan Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Əkrəm Həsənov və Partnyorları Vəkil Bürosu” tərəfindən mobres sahəsində qazla kəsən və gövdə sahəsində qazla kəsən takelajçı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş siyahılarda hansı kodlar altında qeyd edilmələri barədə “xxx” Gəmi Təmiri və Tikintisi Zavoduna ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, mobres sahəsində qazla kəsən və gövdə sahəsində qazla kəsən takelajçı ’’Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cu il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş siyahılarda hansı kodlar altında qeyd edilmələri, qərarda qeyd edildiyi kimi sahələr üzrə deyil, işçinin peşəsi, yerinə yetirdiyi iş və iş şəraiti nəzərə alınmaqla müəyyən edilir. Gəmi bölmələrinin daxilində, qapalı yerlərdə təmir işləri apararkən qazla kəsmə işləri yerinə yetirilən vaxt qazla kəsənlərin qapalı yerdən sistematik olaraq çıxması üçün fasilələr verilir, fasizləsiz ventilyasiya vasitəsi ilə toksiki maddələr icazə verilən norma həddinə salınır, fərdi mühafizə vasitələrindən filterli resperatorlardan istifadə edilməklə nəfəs orqanları qorunur. Gəminin qapalı yerlərinin bilavasitə atmosferlə əlaqəsi olmayan yerlərinə daxil olma lük və boğazlar vasitəsilə yerinə yetirilir. Takelajçı peşəsi qazla kəsiçilərə ikinci peşə olaraq verilir, gəmi gövdəsinin daxilində qapalı sahədə kəsilib çıxarılan detalın qaldırılması üçün əvvəlcədən lazımi yerdən həmin detala kəsilib dəyişdirilən hissəyə dəlik açılır və qaldırıcıya qoşulur, kəsildikdən sonra həmin yerdən çıxarılır və yeni detal, təbəqə həmin yerə montaj edilir. Hər iki sahənin qazla kəsiciləri Nazirlər Kabinetinin 320 nömrəli 1993-cü il 21 iyun tarixli qərarı ilə təsdiq edilmiş 1№ li siyahı bölmə XXİİİ şifr 12100000-11618 rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrin daxili işlərində məşğul olan qaz kəsiciləri bəndinə uyğundur. Beləliklə, işin halları onu deməyə əsas verir ki, iddiaçının iş yerindən təqdim etdiyi arayışlar və digər sübutlar onun xxx X16nda xx.xx.2001-ci ildən xx.xx.2011-ci ilə qədər işlədiyi dövrün (cavabdehin mübahisələndirdiyi dövr) güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən staj kimi qəbul olunmasına əsas verir və bunun üçün həmin sübutlar yetərli hesab olunur. O ki qaldı apellyasiya şikayətinin “iddiaçıya 2-ci dərəcəli qazla kəsən peşəsinin ikinci peşə kimi verilməsi” barədə dəlilinə, bu barədə məhkəmə kollegiyası qeyd edir ki, əmək qanunvericiliyində şəxsə hansısa peşənin ikinci peşə kimi verildiyi halda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunarkən həmin peşədə işlədiyi dövrün nəzərə alınmaması ilə bağlı hər hansı müddəa öz əksini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən, “İddiaçı xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdən sonra yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X10 X8 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3583/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı qismən, “İddiaçı xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdən sonra yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi rədd edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar