Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-690/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə və üçüncü şəxs Azərbaycan Milli Konservatoriyasina qarşı iddiaçının müvafiq elektron informasiya sistemində qeydiyyata alınması barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2-1(112)-6209/2020 saylı qərarından cavabdehin nümayəndəsi R.Hüseynov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2-1(112)-6209/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının sosial baxımdan həssas əhali qrupuna aid edilən ailə üzvü kimi X1 sistemində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur(hakim E.Əliyev). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi R.Hüseynov tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qanununa uyğun olaraq iddiaçının ailəsinin sosial baxımdan həssas ailə qrupuna aid olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 29.10.2020-ci il tarixli məhkəmə iclasında Azərbaycan Milli Konservatoriyası 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, onun sosial baxımdan həssas əhali qrupuna aid edilən ailə üzvü kimi X1 sistemində qeydiyyata alınması öhdəliyinin cavabdeh Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin 18.11.2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Milli Konservatoriyasında ödənişli əsaslarla təhsil alır. Ailəsinin sosial durumu yaxşı olmadığından Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi saytında “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi” böləsinə müraciət etmişdir. X4 birinci qrup gözdən əlildir. X3 isə rəsmi olaraq xəstəbaxıcısı olduğuna görə işləmir. Təhsil Nazirliyi iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatı: Cavabdehin nümayəndəsi X9 verdiyi apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, İş materiallarından göründüyü kimi, iddiaçının atası 1-ci qrup əlil olmasına baxmayaraq, onun anası prezident təqüdçüsü kimi qeydiyyata düşmüşdür. Hazırkı qərarda isə imtiyazlı şəxslərin siyahısında prezident təqüdçüsü olanların adları əks olunmamışdır. Digər tərəfdən bu qərarın 3-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsil müəssisələri (tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq) tərəfindən təqdim edilən məlumatlar əsasında normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə müəyyən edərək, bu Qərarın icrasını təmin etsin. Qərarın bu bəndindən göründüyü kimi, Təhsil Nairliyinin funksiyası təhsil müəssisələri (tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq) tərəfindən təqdim edilən məlumatlar əsasında həssas ailə qrupuna aid edilən ailələrin üzvi olan tələbələrin adları qeydiyyat almaqla Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə bu Qərarın icrasını təmin edir. Yəni ali təhsil müəssisələri tərəfindən daxil olan siyahının sistemə daxil edilməsi Təhsil Nazirliyinin funksiyasına aid edilmişdir. Lakin qərarın bu tələbinə baxmayaraq, işə baxan məhkəmə iddiaçın adının qeydiyyata alınması öhdəliyini Təhsil Nazirliyinin üzərinə qoymuşdur. Baxmayaraq ki, həssas əhali qrupun aid edilən şəxsləri müəyyən etmək və siyahısını Təhsil Nazirliyinə göndərmək ali təhsil müəssisələrinin funksiyasına daxildir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin qeyri-mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Milli Konservatoriyası məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarından müəyyən edilir ki, İddiaçı Azərbaycan Milli Konservatoriyasında ödənişli əsaslarla təhsil alır. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana elektron qaydada müraciət etmişdir. İş materiallarından görünür ki, Təhsil Nazirliyi iddiaçının elektron müraciətinə imtina cavabı verərək bildirmişdir ki, iddiaçının anası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 nömrəli Qərarının 1-ci bəndində nəzərdə tutulan sosial baxımdan həssas əhali qrupuna aid deyildir. Birinci instansiya məhkəməsi aşağıda qeyd edilənlərə əsasən hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, iş materiallarından görünür ki, “e-sosial.az” elektron sistemdən çıxarışdan görünür ki, iddiaçının anası X2 Alt Sistemində işsiz kimi qeydiyyata alınmışdır. İş materiallarından görünr ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 11 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının Arayışına əsasən iddiaçının X4 İ dərəcə əlilliyi olan şəxsdir. Göründüyü kimi, iddiaçının atasının İ dərəcə əlil olması, həmçinin anasının işsiz kimi qeydiyyatda olması iş materialları ilə öz təsdiqini tapmışdır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 14.8-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Həmin Qanunun 14.17-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmalıdırlar. “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.04.2020-ci il tarixli 138 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin: 1.1. ünvanlı dövlət sosial yardımı alanlar; 1.2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar: 1.2.1. İ və İİ dərəcə əlilliyi olan şəxslər; 1.2.2. işsiz kimi qeydiyyatda olanlar; 1.2.3. yaşa görə əmək pensiyaçıları; 1.2.4. yaşa görə sosial müavinət alanlar. Həmin Qərarın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsil müəssisələri (tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq) tərəfindən təqdim edilən məlumatlar əsasında normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə müəyyən edərək, bu Qərarın icrasını təmin etməlidirlər. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi belə qənaətə gəmişdir ki,iddiaçının tələbə olması, onun atasının İ dərəcə əlil olması, həmçinin anasının işsiz kimi qeydiyyatda olması iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçı sosial baxımdan həssas əhali qrupuna aiddir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, cavabdehin nümayəndəsi R.Hüseynovun apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi R.Hüseynov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2-1(112)-6209/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-690/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-690/2021
02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver