Məhkəmə qərarları › İş №2-1(103)-690/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-690/2022

24.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-690/2022 24.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5986/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 17 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5986/2021 xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5986/2021 xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsi ilə eyni əsaslarla əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın isə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbi isə təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədləri olmadığından daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyatından cavabdeh əsaslı olaraq imtina etmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalı, iddia təmin olunmalıdır. İddiaçının cavabdeh İdarəyə muraciətinin icra edilməsindən imtinanın əsaslarına görə, Bakı şəhər X12 İcraiyyə Komitəsi tərəfindən Dübəndi rayonu ərazisində S.Bəhlulzadə adına Xarici dillər (ərəb-ingilis) təmayüllü gimnaziyasının 42 əməkdaşına torpaq sahəsinin ayrılması ilə bağlı qərar qəbul edilmiş, müvafiq akt (cizgi sxemi) ilə təsdiq olunmuşdur. Lakin, qərar ilə ayrılmış bağ sahələrindən birinin İddiaçı ayrılması hər hansı sənəd əsasında öz təsdiqi tapmamışdır. Belə ki, ümumiyyətlə bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçaları və Dübəndi bağ massivi 17-ci Cənub küçəsi, 17 saylı bağ sahəsinə dair sənədlər (üzvlük kitabası, protokoldan çıxarış və s.) arxiv sənədləri Arxiv İdarəsində aşkar olunmamışır. Buna baxmayaraq, bağ sahələrinin S.Bəhlulzadə adına Xarici dillər (ərəb-ingilis) təmayüllü gimnaziyasının 42 əməkdaşına ayrılmasını təsdiq edən Siyahı təqdim olunmuşdur. Həmin siyahıda isə İddiaçı Hüseyn oğlunun adı göstərilməmişdir İddiaçı tərəfindən təqdim olunmuş siyahıda İddiaçı adı ilə yanaşı, həmçinin digər şəxslərin adları göstərilmiş, adların bəziləri İdarənin arxivində saxlanılan siyahıda öz əksini tapsa da, digər adlar Siyahıda ( X9, X3, X6, X10, o cümlədən İddiaçı) əks olunmamışdır. Həmçinin, iddiaçının təqdim etdiyi siyahıda, arxivdə saxlanılan siyahıdan fərqli olaraq S.Bəhlulzadə adına Xarici dillər (ərəb-ingilis) təmayüllü gimnaziyasının əməkdaşları qismində 29 nəfər şəxsin adı göstərilmişdir. Digər tərəfdən isə, iddiaçının təqdim etdiyi Siyahı Bağçılıq yoldaşlıq idarə heyətinin sədri qismində M.M.Xurşudov, X8 isə R.M.Qasımova tərəfindən təsdiq edildiyi göstərilsə də, arxivdə saxlanılan siyahı M.M.Xurşudov, B.D.Safarov və İ.S.Hacıyev tərəfindən təsdiq olunmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən AR İN yanında ƏMDX-nin DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə S.Bəhlulzadə adına X20 Gimnaziyanın bağçılqyoldaşlıq idarə heyətinin üzvləri olan X4, X7, X13, X1 adlarına olan bağ sahələrinə dair (ünvan 2 ünvanında yerləşən bağ sahələri) çıxarışların məhkəməyə təqdim edilməsi ilə bağlı sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq bildirilmişdir ki, X4, X7, X13, X1 adlarına ayrılmış bağ sahələri özgəninkiləşdirilərək digər fiziki şəxslərin adlarına dövlət reyestrində qeydiyyata alınmışdır. İdarə tərəfindən qeyd edilən şəxslərin adlarına (X4, X2, X11, X5, X2) bağ sahələrinin çıxarışları təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sözügedən çıxarışlar cavabdeh İdarənin istinad etdiyi 1-ci, yəni 2 saylı 23./Xİİ-85 il tarixli Protokol-Qərarla təsdiq olunmuş bağçılıq üzvlərinin Siyahısında qeyd olunmamış şəxslərə verilmişdir ki, bu da ööz növbəsində onu təsdiq edir ki, iddiaçının həmin Siyahıda olmaması onun bağ sahəsinə çıxarış verilməsi müraciətinin icra edilməsi üçün gətirilən səbəb əsaslı və qanuni olmamış, iqnzibati icraatın bərabərlik prinsipini pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə müvafiq olaraq inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.3-cü maddəsinə görə, inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.4-cü maddəsinə uyğun olaraq inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı 1-ci Siyahıda göstərilməsə də, həmin Siyahını təsdiq edən Profkom üzvlərindən biri olmuşdur. Araşdıram zamanı toplanmış sənədlərə görə, bağçılıq üzvlərinin Siyahıları bir neçə dəfə yenilənmişdir. Növbəti Siyahıda İddiaçı və onun yuxarıda adları çəkilən və çıxarışlar verilmiş qonşuları qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq kollegiya qeyd edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5986/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 99.1, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5986/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar elan olunsun. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası təmin edilsin. ünvan 1 ünvanında yerləşən 17 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar