Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-691/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və onun qanuni nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1826/2022 saylı, 01 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mərhum əri X6 Azərbaycan Elmi X3 İnstitutunda (xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə kimi, 10 ay 28 gün) sürücü, Azərbaycan Tərəqqisi Uğrunda KGİ Xızı rayon Komitəsində (xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə kimi, 2 ay 9 gün) sürücü, 1 №-li Bakı avtobus parkında (xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə kimi, 7 ay 26 gün) sürücü, “Elvin” kiçik müəssisəsində (xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi, cəmi 9 ay 15 gün) sürücü, Şəhərlərarası Sərnişindaşıma “Avtokombinatı”nda (xx.xx.1993-cü ildən xx.xx.1999-cu ilə kimi, 5 il 10 ay 3 gün) sürücü, "xxxx" X14 Cəmiyyətində (xx.xx.2000-ci ildən xx.xx.2001-ci il tarixə kimi, 1 il 5 ay 20 gün) sürücü, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilə kimi, 3 ay 14 gün) sürücü və "xxxx" ASC-də (xx.xx.2001-ci ildən xx.xx.2005-ci ilə kimi, 3 il 11 ay 24 gün) sürücü, cəmi 14 il 1 ay 19 gün sürücü kimi işlədiyinin və 14 il 1 ay 19 gün sığorta stajının təsdiq olunması; xx.xx.2008-ci il tarixində anadan olmuş övladı İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2026-cı il tarixədək ailə başçısını itirməyə görə aylıq əmək pensiyası təyin olunması və övladı İddiaçı ailə başçısını itirməyə görə pensiya hüququ yarandığı tarixdən (xx.xx.2020-ci il tarixdən) pensiyanın yenidən hesablanması və pensiya təyin olduğu vaxtdan hal-hazırkı tarixə kimi ötən dövr üçün yaranmış fərqin hesablanıb ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı X2 əsl İddiaçı ilə əvəz edilmiş, iddia tələbi İddiaçı xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın üzərinə qoyulması şəklində icraata qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək T.Soltanovun 12 il (51 yaş - 15 yaş = 36) x 4 ay =144 ay : 12= 12 il) sosial sığorta stajı olduğu halda təyin edilə bilərdi. İddiaçı Fəxriyyə Soltanovanın təqdim etdiyi mərhum əri T.Soltanova məxsus əmək kitabçasının surətinə əsasən onun xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək Azərbaycan Elmi-Tədqiqat, Üzümçülük, Şərabçılıq İnstitutunda, xx.xx.1991-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək və xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək Azərbaycan Tərəqqi Uğrunda KKİ, Xızı rayon komitəsində işlədiyi (1 il 9 ay 3 gün) dövrlər və hərbi biletin surətinə əsasən xx.xx.1987-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət (2 il 24 gün) ümumilikdə 3 il 9 ay 27 gün olmaqla xx.xx.2006-cı il tarixinə kimi mübahisələndirilməyən sığorta stajı mövcuddur. Eyni zamanda bildirilir ki, Sosial Ödənişlərin Təyinatı üzrə X10, daxili nəzarət və monitorinq departamentinin Monitorinq və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli aktlarına əsasən mərhum T.Soltanovun əmək kitabçasında qeyd edilən xx.xx.1993-cü il tarixindən xx.xx.1999-cu il tarixinədək (5 il 10 ay 3 gün) işlədiyi “Şəhərlərarası Sərnişindaşıma Avtokombinatı”nın və xx.xx.2000-ci il tarixindən xx.xx.2001-ci il tarixinə kimi (1 il 9 ay 4 gün) işlədiyi "xxxx" MMC-nin sənədləri və xx.xx.2001-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək (3 il 11 ay 23 gün) işlədiyi "xxxx" ASC-nin arxiv sənədləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin arxivinə təhvil verilmədiyindən qeyd edilən dövrlərin araşdırılması mümkün olmadığı üçün həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək Tofiq Soltanovun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1826/2022 saylı, 01 avqust 2022-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı ailə başçısını itirməyə görə pensiya təyin edilməsi mümkün olan şəxslər kateqoriyasına daxildir və mərhum X9nun ümumilikdə topladığı 16 il 02 ay 22 gün sığorta stajı iddiaçıya ailə başçısını itirməyə görə tələb olunan 12 il sığorta stajından çoxdur. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərar ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X1 övladı İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası hüququ onun atası X9nun vəfat etdiyi xx.xx.2020ci il tarixindən yaranmışdır. Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sosial sığorta stajı olduqda təyin edilir. Həmin maddəyə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək T.Soltanovun 12 il sosial sığorta stajı olduğu halda təyin edilə bilərdi. İddiaçı Fəxriyyə Soltanovanın təqdim etdiyi mərhum əri T.Soltanova məxsus əmək kitabçasının surətinə əsasən onun xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək Azərbaycan Elmi-Tədqiqat, Üzümçülük, Şərabçılıq İnstitutunda, xx.xx.1991-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək və xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək Azərbaycan Tərəqqi Uğrunda KKİ, Xızı rayon komitəsində işlədiyi (1 il 9 ay 3 gün) dövrlər və hərbi biletin surətinə əsasən xx.xx.1987-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət (2 il 24 gün) ümumilikdə 3 il 9 ay 27 gün olmaqla xx.xx.2006-cı il tarixinə kimi mübahisələndirilməyən sığorta stajı mövcuddur. Eyni zamanda bildirilir ki, Sosial Ödənişlərin Təyinatı üzrə X10, daxili nəzarət və monitorinq departamentinin Monitorinq və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli aktlarına əsasən mərhum T.Soltanovun əmək kitabçasında qeyd edilən xx.xx.1993-cü il tarixindən xx.xx.1999-cu il tarixinədək (5 il 10 ay 3 gün) işlədiyi “Şəhərlərarası Sərnişindaşıma Avtokombinatı”nın və xx.xx.2000-ci il tarixindən xx.xx.2001-ci il tarixinə kimi (1 il 9 ay 4 gün) işlədiyi "xxxx" MMC-nin sənədləri və xx.xx.2001-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək (3 il 11 ay 23 gün) işlədiyi "xxxx" ASC-nin arxiv sənədləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin arxivinə təhvil verilmədiyindən qeyd edilən dövrlərin araşdırılması mümkün olmadığı üçün həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək Tofiq Soltanovun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İşin obyektiv, tam və hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə xx.xx.2021-ci il tarixdə **********4 nömrəli sorğu ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilmişdir. Mübahisələndirilən illər üzrə “Şəhərlərarası Sərnişindaşıma Avtokombinatı”nın, "xxxx" MMC-nin və "xxxx" ASC-nin arxiv sənədlərinin şəxsi vərəqlərində iddia olunan dövrdə iddiaçının mərhum əri T.Z.Soltanovun işə daxilolma, işdən azad edilmə, əməkhaqqı cədvəllərində əməkhaqqı hesablanıb-hesablanmaması barədə məlumatların təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xx.xx.2021-ci il tarixli, 1-6-118/6166-21 nömrəli məktub ilə sorğu əsasında müvafiq məlumatların verilməsini təmin etmişdir. Təqdim edilən məlumatlara əsasən X9 xx.xx.1993-cü il tarixdə “Şəhərlərarası Sərnişindaşıma Avtokombinatı”nda sürücü vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2000-ci il tarixdən "xxxx" X14 Cəmiyyətinə 2ci dərəcəli sürücü vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2001-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. “Şəhərlərarası Sərnişindaşıma Avtokombinatı”nın sənədləri Nazirliyin Mərkəzi Arxivinə tam təhvil verilmədiyi üçün işdən azad edilmə barədə məlumatın təqdim edilməsi mümkün olmamışdır. Həmçinin "xxxx" ASC-nin arxiv sənədləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin arxivinə təhvil verilməmişdir. Beləliklə, imtina cavabı tam əsaslı və qanuni olmaqla iddiaçı X1 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 12 il sosial sığorta stajınının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun qanuni nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işin araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci ildə atası X9nun vəfat etməsi ilə əlaqədar görə ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, ailə başçısını itirməyə görə pensiya təyini üçün vəfat etmiş X9nun sığorta stajı qanunvericiliklə tələb olunan müddətdən azdır. Hazırkı iddiasında iddiaçı cavabdehin qeyd olunan imtinasını əsassız hesab edir və ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh hazırki iş üzrə cavabdehlik daşıyan inzibati orqandır. Belə ki, hazırkı mübahisə pensiya-hüquq münasibətlərindən irəli gəlmişdir. İddiaçının qaldırdığı iddia məcburetmə haqqında iddia növünə aiddir (İPM-2.2.2). Belə ki, əmək pensiyalarını tənzimləyən qanunvericiliyin maddi normativ tələblərini ödədiyi üçün yarandığı irəli sürülən əmək pensiyası hüququnun dövlət tərəfindən tanınması və bundan sonra həyata keçirilməsi məqsədilə qanunla səlahiyyət verilmiş inzibati orqanın inzibati akt qüvvəli hüquqi akt qəbul etməsi tələb olunur («Əmək pensiyaları haqqında» AR Qanununun 30-cu maddəsi). Yalnız bu qaydada qərar qəbul edildikdən sonra əmək pensiyası hüququ realizə edilə bilər. İddia mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: İddia tələbinin qanuni əsasını “Əmək pensiyaları haqqında” AR Qanununun 14.1-ci maddəsi təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1- ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: -14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: -14.1.1.1. 18 yaşına çatmamış; -14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; -14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; -14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; -14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Həmin Qanunun 17.1-ci maddəsinə görə ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Eyni Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.4.1-ci bəndinə görə vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olmuş və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi olmuş kömək alan) Qanunun 14-cü maddəsində göstərilən ailə üzvlərinin Qanunun 17-ci maddəsində nəzərdə tutulan şərtlərlə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qaydaların 4.4.2-ci bəndinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısının ölüm gününədək bu Qaydaların 4.3.2-ci yarımbəndinə uyğun olaraq əlillər üçün müəyyənləşdirilmiş sığorta stajı olduqda təyin edilir. Təyin edilmiş pensiyanın ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən az olduqda həmin məbləğə çatdırılmaqla ödənilir. Həmin Qaydaların 4.3.2-ci bəndinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Sadalanan normalardan müəyyən olunur ki, vəfat etmiş şəxsin övladına ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi üçün aşağıdakı şərtlərin olması tələb olunur: - yaşı 18-dən aşağı olmalı, - vəfat etmiş ailə başçısının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmalıdır. İddiaçının müəyyən olunmuş yaş həddində olması işin mübahisəsiz halıdır. Belə ki, İddiaçı xx.xx.2008-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan şəxsdir. İşin mübahisəli halı vəfat etmiş şəxsin tələb olunan sığorta stajına malik olması ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaların 4.3.2-ci yarımbəndinə uyğun olaraq ailə başçısını itirməyə görə görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.1969-cu il tarixdə doğulmuş və xx.xx.2020ci ildə vəfat etmiş 51 yaşlı sığortaolunan üçün 12 il (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (51 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 36) x 4 ay = 144 ay/12 = 12) sığorta stajı tələb olunur. Cavabdehin pensiya təyin edilməsindən imtinasının və apellyasiya şikayətinin əsas dəlili vəfat etmiş sığortaolunanın əmək kitabçasında qeyd edilən xx.xx.1993-cü il tarixindən xx.xx.1999- cu il tarixinədək işlədiyi “Şəhərlərarası Sərnişindaşıma Avtokombinatı”nın və xx.xx.2000- ci il tarixindən xx.xx.2001-ci il tarixinə kimi işlədiyi "xxxx" MMC-nin və xx.xx.2001-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək işlədiyi "xxxx" ASC-nin arxiv sənədlərinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin arxivinə təhvil verilmədiyindən qeyd edilən dövrlərin araşdırılması mümkün olmaması və bununla da həmin dövrlərin sığorta stajına daxil edilməməsidir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Məhkəmə kollegiyası vəfat etmiş şəxsin tələb olunan sığorta stajına malik olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək aşağıdakı sübutlara nəzər yetirir: İş materiallarında əlavə edilmiş mərhum T.Z.Soltanova məxsus hərbi bilet və əmək kitabçası qeydlərindən görünür ki, xx.xx.1987-xx.xx.1989-cu ilədək hərbi xidmət dövrü 02 il 25 gün, əmək faəliyyəti üzrə xx.xx.1990-xx.xx.1991-ci ilədək 10 ay 29 gün, xx.xx.1991xx.xx.1991-ci ilədək 02 ay 10 gün, xx.xx.1991-xx.xx.1992-ci ilədək 07 ay 27 gün, xx.xx.1992-xx.xx.1993-cü ilədək 09 ay 16 gün, xx.xx.1993-xx.xx.1999-cu ilədək 05 il 10 ay 04 gün, xx.xx.2000-xx.xx.2001-ci ilədək 01 il 05ay 21 gün, xx.xx.2001- xx.xx.2001-ci ilədək 03 ay 15 gün, xx.xx.2001-xx.xx.2005-ci ilədək 03 il 11 ay 25 gün olmaqla ümumilikdə 16 il 02 ay 22 gün təşkil edir. Birinci instansiya məhkəməsində araşdırma zamanı təqdim edilmiş Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2021-ci il tarixli, MA-190 və MA-191 nömrəli nömrəli arxiv arayışlarında T.Soltanovun həqiqətən xx.xx.1993-cü il tarixdən (xx.xx.1993-cü il tarixli, kş/84 №-li əmr) Şəhərlərarası Sərnişindaşıma Avtokombinatına sürücü vəzifəsinə işə qəbul edildiyi, 1993-cü il üzrə iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə əmək haqları ödənildiyi, xx.xx.2000ci il tarixdən (xx.xx.2000-ci il tarixli, kş/08 №-li əmr) "xxxx" X14 Cəmiyyətinə 2-ci dərəcəli sürücü vəzifəsinə işə qəbul edildiyi, 2000-ci il üzrə fevral, mart, aprel, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları; 2001-ci il üzrə yanvar, mart, aprel, may, iyun, iyul, avqust ayları üzrə əmək haqları ödənildiyi, xx.xx.2001-ci il tarixdən (xx.xx.2001-ci il tarixli, kş/68 №-li əmr) işdən azad edildiyi qeyd edilmişdir. Göründüyü kimi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin arxivinə təhvil verilmiş sənədlərdə Şəhərlərarası Sərnişindaşıma Avtokombinatı, "xxxx" X14 Cəmiyyəti kimi müəssisələrin mövcudluğu, həmin müəssisələrə işə girmə, işdən çıxma barədə əmrlərlə iddiaçının həmin müəssisələrdə əmək fəaliyyəti göstərmiş olduğu öz təsdiqini tapır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “Şəhərlərarası Sərnişindaşıma Avtokombinatı”nda işdən azad edilmə barədə əmrin, həmin müəssisədə, eləcə də "xxxx" MMC-də əmək haqqı cədvəllərinin arxivə tam təhvil verilmədiyinə görə təqdim edilməsinin mümkün olmaması iddiaçının ziyanına tətbiq və təfsir edilə bilməz. Mərhum T.Seyidovun xx.xx.2001-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək işlədiyi "xxxx" ASC-nin arxiv sənədlərinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin arxivinə təhvil verilməməsi də həmin dövrün vəfat etmiş şəxsin sığorta stajına daxil edilməsinə mane olmur. Belə ki, iş üzrə əldə edilmiş məhkəmə sorğularına cavablardan müəyyən olunur ki, Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 423 №-li sərəncamı ilə ləğv edilmiş “Azəravtonəqliyyat” Dövlət Konserninin 12 saylı Yük Avtonəqliyyat müəssisəsinin bazasında xx.xx.1997-ci il tarixdə "xxxx" X14 Cəmiyyəti təsis edilmiş, daha sonra xx.xx.2006-cı il tarixdə "xxxx" X14 Cəmiyyətinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Əmək kitabçası qeydlərinə əsasən mərhum X9 xx.xx.2001- ci il tarixdə "xxxx" ATSCnə sürücü vəzifəsinə təyin olunmuş, xx.xx.2005-ci il tarixində işdən azad olunmuşdur. Belə olan halda, 1997-ci ildə “Azəravtonəqliyyat” Dövlət Konserninin 12 saylı Yük Avtonəqliyyat müəssisəsi özəlləşdirilərkən həmin müəssisənin tərkibində yaradılmış özəlləşmə komissiyası tərəfindən tərtib edilmiş əmək kollektivi siyahısında X9nun adı qeyd olunmaması məntiqlidir. Bundan əlavə mərhum T.Soltanovun "xxxx" X14 Cəmiyyətində əmək fəaliyyəti ilə məşğul olmasını hazırda adı çəkilən hüquqi şəxsin bazasında yaradılmış, hüquqi varisi olan "xxxx" ASC rəhbərliyi məhkəmənin sorğusuna cavabla da bilavasitə təsdiq edir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Beləliklə, qeyd edilənlərə əsasən mübahisələndirilən xx.xx.2001-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrün də T.Seyidovun ümumi iş stajına hesablanması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası iş üzrə araşdırma nəticəsində hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1826/2022 saylı, 01 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlər Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1826/2022 saylı, 01 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Mirzə Tağızadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-691/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-691/2023
12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver