Məhkəmə qərarları › İş №2-1(103)-692/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-692/2023

16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-692/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı və cavabdeh Bakı şəhəri Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X3) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2-1(112)-9791/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq xx.xx.2018-ci il tarixli 312 nömrəli sərəncamın və həmin sərəncam əsasında DƏDRX-in Bakı Ərazi İdarəsində aparılmış qeydiyyatın ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı yuxarıda ünvanı göstərilən ünvan 1 binanın tərkib hissəsi olan və birinci mərtəbədə yerləşən iki otaqlı mənzil DƏDRX-nin 1 saylı Bakı Ərtazi iarəsi tərəfindən mülkiyyət hüququ ilə mənim adıma dövlət qeydiyyatına almışdır. Son zamanlar onun mənzilinin eyvanın qarşısında olan torpaq sahəsi məlum şəxslər tərəfindən zəbt edilmişdir və orada müxtəlif konstruksiyalı özbaşına tikililər inşa edilmişdir. Bu zaman balkonun qarşısında olan ağaclar qanunsuz olaraq kəsilmiş, yaşıllıq qazonu məhv edilmiş, hamı üçün müyyəssər olan torpaq sahələrinə daxil olmaq qadağan edilmişdir. Göstərilən şəxslər özbaşına inşa etdikləri bu tikililərdə qanunsuz fəaliyyətlə məşğul olmuşlar. İlkin olaraq orada avtomaşın yuma məntəqəsi açmışlar. Bundan sonra avtomobillərin və təzyiqlə vurulan suyun səs-küyündən daima narahat olmuşdur. O, bu özbaşınalığın qarşısının alınması üçün dəfələrlə Cavabdehə şikayət etmiş, lakin heç bir tədbir görülməmişdir, bundan sonra o dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma Arxitektura Komitəsinin Bakı şəhər İdarəsinə şikayətlər etmişdir. Bu şikayətlərin nəticəsi olaraq avtoyuma məntəqəsinin fəaliyyəti dayandırılmış və həmin obyekt sökülmüşdür. Lakin, qeyd edilən şəxslər öz qanunsuz əməllərindən əl çəkməmişlər, onlar fəaliyyət profilini dəyişdirib başqa işlərlə məşğul olmuşlar və bu zaman fəaliyyətlərini genişləndirərək qanunsuz olaraq əlavə torpaq sahələri zəbt edib əlavə tikililər inşa etmişlər. Məcbur olaraq göstərilən orqanlara yenidən müraciət edib bu özbaşnalığın dayandırılmasını, həmçinin bu qanunsuz tikililərin inşasına hansı icra orqanı tərəfindən və hansı əsasla icazə verildiyini izah etmələrini xahiş etmişdir. Bu vəsatətlərinə ətraflı məlumat verməsələr də, göstərilən dövlət orqanlarından aldığı cavablardan ona məlum olmuşdur ki, bu tikililər inşa edilərkən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən, Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən, Azərbaycan Respublikası FHN-nin X6 Xidmətinin X6 İdarəsindən, habelə Azərbaycan Respuiblikası Sanitar və Epidemiologiya Mərkəzindən icazə alınmamış və razılıq verilməmişdir. Bununla bərəbər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 12 mart 2019-cu il tarixli 03-Bİ/126 saylı məktubundan ona məlum olmuşdur ki, sözügedən Nərimanov rayonu, Aşıq Alı küçəsi 5 ünvanda qanunsuz zəbt edilmiş 0,01052 ha torpaq sahəsində 91.6 kv.metr-lik qeyriyaşayış binası mülkiyyət hüququ ilə üçüncü şəxs olan X1 adına qeydiyyata alınmışdır. Bundan sonra DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********75 saylı məktubundan ona məlum olmuşdur ki, sözügedən tikili cavabdeh Nərimanov RİH-nin xx.xx.2018-ci il tarixli 312 Sərəncamına əsasən mülkiyyət kimi üçüncü şəxs X1 adına qeydiyyata alınmışdır. Bundan sonra, cavabdehə müraciət edib Nərimanov RİH-nin xx.xx.2018-ci il tarixli 312 Sərəncamının və həmin sərəncamın qəbul edilməsinə əsas olan sənədlərin surətlərini cavabdehdən tələb etmiş və həmin Sərəncamın ləğv edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixli məktubla cavabdeh tələb edilən sənədləri ona təqdim etmişdir. Həmin sənədlərdən müəyyən olunur ki, Nərimanov RİH-nin xx.xx.2018-ci il tarixli 312 Sərəncamının qəbul edilməsi üçün heç bir qanuni əsas olmamışdır. Sərəncamın qəbul edilməsinə əsas Nərimanov rayonu 36 saylı MKİS-nin xx.xx.2018-ci il tarixli 235381 saylı arayışı olmuşdur. Həmin arayışda qeyd edilir ki, guya ki X3 uzun müddətdir ki, K.Rəhimov küçəsinin 2B nömrəli binanın ətrafında yerləşən qeyri-yaşayış sahəsindən uzun müddətdir ki, istifadə edir. Göründüyü kimi Nərimanov RİH-nin xx.xx.2018-cu il tarixli 312 saylı sərəncamının qəbul edilməsinə heç bir qanuni əsas olmamışdır, ona görə həmin sərəncam etibarsız sayılmalıdır. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddia tələbində qeyd edilən xüsusatlar işin faktiki hallarına uyğun olmamaqla yanaşı həm də ziddiyyət təşkil edir. Eləcə də ərizəsində sadalanan hüquq normalarının nə işin mahiyyətinə nə də tərəfələr arasındakı münasibətə heç bir aidiyyəti yoxdur. Belə ki, iddiaçının yaşadığı mənzilin arxa fasad tərəfindən qapalı balkonu ilə 3-cü şəxsin göstərdiyi mətbəx ləvazimatı malları və aptek ilə ən yaxın məsafəsi 15 metrdir və qeyri-yaşayış sahələrinin giriş qapıları əks küçəyə açılır. Həmin qeyri-yaşayış sahəsində 3-cü şəxs tərəfindən göstərilən fəaliyyət həmin ərazidə yaşayan sakinlərin, digər fiziki və hüquqi şəxslərin qanunla qorunan hər hansı bir marağını pozmur. Sözügedən qeyri-yaşayış sahəsində 3-cü şəxs tərəfindən avtomobillərin təmiri və ya digər xidmətlərin göstərilməsi üçün hər hansı bir fəaliyyət növü həyata keçirilmir. İddiaçı və onun ailə üzvləri onlara məxsus yaşayış sahəsindən sərbəst istifadə edir, onların girişçıxışına 3-cü şəxs tərəfindən hər hansı bir maneçilik törədilməmiş və heç bir maneələr yoxdur. Onların rahatlığını pozan hər hansı bir hallar mövcud deyildir. Mübahisəli ərazidə 3-cü şəxsin sahibliyində olan qeyri-yaşayış sahəsi onun tərəfindən təqdim edilmiş əraziyə və Plan sxemə əsasən Nərimanov RİH başçısının xx.xx.2018-ci il tarixli 312 nömrəli Sərəncamı ilə mövcud vəziyyətdə sənədləşdirilmiş və AR Əmlak Məsələləri Dövlət yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Bakı şəhər Ərazi ərəfindən X1 adına RX seriyalı ******* №-li çıxarışla rəsmiləşdirilmişdir. Digər tərəfdən hazırki iş üzrə İddiaçı xx.xx.2007-ci il tarixdə Nərimanov RİH-in başçısı A.Fərzəliyevin adına ərizə ilə müraciət edərək, K.Rəhimov 2B ünvanda yaşadığı 29 №-li mənzilin arxasında F.H.Mustafayevin qayınanası Səfurə qızı Cəfərova tərəfindən mübahisəli dəmir qarajın götürülərək yerində daş qarajın tikintisinə icazə verilməsinə etiraz etmədiyini bildirmişdir (ərizənin təsdiq edilmiş surəti işə əlavə olunur). Razılıq ərizəsinin müqabilində S.Ə.Cəfərovanın kürəkəni hazırki iş üzrə 3-cü şəxs F.H.Mustafayevdən hal şahidlərinin iştirakı ilə 5 min ABŞ dolları məbləğində pul məbləği alaraq yararlanmışdır. Hazırki iddia tələbini irəli sürməkdə iddiaçının əsas məqsədi qeyri-qanuni əsaslarla təhdid yolu ilə 3-cü şəxsdən pul məbləği qoparmaqdan ibarətdir. AR İPM-nin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsinə, yanlış iddia növlərinin münasibətləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Hüquqi mübahisənin bütün mərhələlərində iddianın mümkünlüyü məsələləri yoxlanılmalıdır. Belə ki, iddianın əsassızlığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Hazırki iddianın əsas və ilkin mümkünlük şərtlərindən biri inzibati orqan tərəfindən iddiaçının hüquq və azadlıqlarının pozulmasının əsaslandırılmasıdır. Yəni, qanunverici orqan yalnız bu halda iddiaçıya hüquqi müdafiə vasitəsi olaraq inzibati aktın qəbul edilməsi üçün məhkəmədə iddia qaldırmaq hüququ verir. Qeyd edilməlidir ki, hər bir inzibati iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi mümkün sayıla bilər. Bu iddiaların yolverilən olmasına dair mühüm şərtlərdən biridir, İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddiaçı hüquqların pozulmasında iddialı olsa da, bu pozuntuların nədən ibarət olması və nədə ifadə olunması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Digər tərəfdən “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına əlavələr və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 noyabr tarixli 650 nömrəli Fərmanın 2.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 sentyabr 2008-ci il tarixli 214 №-li qərarı ilə “l.ll və İİİ məsuliyyətli bina və qurğuların təsnifatı” təsdiq edilmişdir. İstismara yararsız olduğu halda, eləcə də dağılması zamanı müxtəlif miqyaslı iqtisadi, sosial və ekoloji nəticələrə səbəb olan bina və qurğuların məsuliyyət səviyyəsinin uçotu üçün üç səviyyə təyin olunur, yüksək, nomal və aşağı səviyyəli bina və qurğular. İ yüksək məsuliyyət səviyyəli; Tutumu 10000 kub metr və daha çox olan neft, neft və kimya məhsullarının saxlandığı çənlər 2. Su və istilik elektrik stansiyaları, həcmi 10 milyon kub metr və daha çox olan su anbarları 3. Neft, neft və kimya məhsulları, qaz, su, çirkab suları nəql edən magistral boru kəmərləri 4. Üstüörtülü tribunalı idman qurğuları, konsert sərgi salonları, kinoteatrlar, teatrlar, muzeylər, dövlət arxivləri 5. Metropoliten tunelləri və stansiyaları 6.uzunluğu 50 metr və daha çox olan körpülər və yol ötürücüləri 7. Hündürlüyü 100 metr və daha çox olan rabitə qurğuları 8. Hündürlüyü 100 metr və daha çox olan tüstü boruları

9. 24 metr və daha çox aşırımı olan üstüörtülü sənaye və ictimai obyektlər 10. Nadir (unikal) bina və qurğular. Bu təsnifat məsuliyyət səviyyəsinin uçotu digər normativ sənədlərlə müəyyənləşdirilən bina və qurğulara şamil olunmur. ll normal məsuliyyət səviyyəli bina və qurğular; 1.İ məsuliyyət səviyyəli bina və qurğular istisna olmaqla, digər bina və qurğular 2.Yaşayış evləri (12 metr hündürlüyədək yaşayış evləri istisna olmaqla) 3. Təhsil və səhiyyə obyektləri 4.Mədəni-məişət, sosial və infrastruktur təyinatlı obyektlər 5. İstehsalat, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üzrə binalar və qurğular. İll aşağı məsuliyyət səviyyəli bina və qurğular; 1. 12 metr hündürlüyədək fərdi yaşayış evləri

2. Parniklər, istixanalar, yay pavilyonları, kiçik anbarlar və buna oxşar tikililər; AR Prezidentinin xx.xx.2012-ci il tarixli 648 Ns-li Fərmanı ilə təsdiq edilmiş “Yerli hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.12-ci bəndi ilə Yerli icra hakimiyyətinə məsuliyyət səviyyəli binalar tikintisinə icazə vermək səlahiyyəti verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-1634/2020 nömrəli qərardadı ilə İddiaçı Cavabdehə qarşı “sərəncam və sərəncam əsasında aparılmış qeydiyyatın ləğv edilməsi” tələbi üzrə iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1347/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-1634/2020 nömrəli qərardadı ləğv edilmiş, iş baxılması üçün yenidən həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1347/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, şikayət təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1347/2020 saylı, 27 iyul 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və iş Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-299/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhər Cavabdehə qarşı (X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə) “Qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə vətəndaş F.H.Mustafayevin adına sənədləşdirilməsi haqqında” Bakı şəhəri Cavabdeh başçısının 24 iyul 2018-ci il tarixli 312 nömrəli sərəncamının ləğv olunması tələbinə dair iddiası təmin olunmamışdır. Həmin qərardan İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-468/2022 nömrəli qərarı ilə qismən təmin edilmiş; Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-299/2021 saylı 04 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş; İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərardadına müəyyən edilmişdir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının subyektiv hüquqa malik olması nəticəsinə gəlməmiş, yalnız onun belə hüquqa malik olmasını müəyyən etmək üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etmişdir. Yəni, apellyasiya instansiya məhkəməsi hesab etmişdi ki, iddiaçının iddia qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsi və “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 6-cı maddəsinin işığında araşdırılmamışdır. Buna baxmayaraq işə yenidən baxan birinci instansiya məhkəməsi yuxarı instansiya məhkəmələrinin iş üzrə hüquqi mövqeyini nəzərə almadan, ekspert qarşısında iddiaçının subyektiv hüququnun pozulması kimi qəbul edilə biləcək halların araşdırılması məqsədilə daha müvafiq sualları (məsələn: sərəncam verilən obyektin iddiaçının evinə işıq düşməsinin qarşısını alması, səs-küy yaratması və s.) qoymamış və tələsik iddianın mümkün sayılması qənaətinə gəlmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi iddianın mahiyyəti üzrə rədd edilməsi qənaətinə gələrkən iddiaçının tələbinin hüquqi əsası kimi nəyə istinad etdiyinə düzgün qiymət verməmişdir. Belə ki, iddia tələbi “sərəncamın ləğvi” ilə bağlı olsa da, iddiaçı tələbinin hüquqi əsası kimi İcra Hakimiyyəti başçısının belə sərəncam qəbul etməkdə səlahiyyətli olmadığına istinad etmişdir. Məhkəmə isə iddiaçının bu dəlilinin inzibati aktın ləğvi üçün deyil, onun etibarsızlığı üçün əsas yaratdığını, yəni “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində sadalanan əsaslardan birinə (“səlahiyyətli olmama” əsasına) uyğun olduğunu nəzərə almamışdır. Belə olan halda məhkəmə iddiaçıya hüquqi yardım göstərməklə tələbinin hüquqi əsası kimi çıxış edən dəlilə uyğun olaraq “sərəncamın etibarsızlığı” ilə bağlı tələbini dəqiqləşdirməyi təklif edə bilərdi.” İddiaçının ərizəsi əsasında iddia tələbi məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2018-ci il tarixli 312 nömrəli sərəncamının etibarsız hesab edilməsi kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2-1(112)-9791/2022 saylı qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadı ləğv edib, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X1 adına verilmiş çıxarışda göstərilmiş torpaq sahəsinin təyinatı sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqdır. Azərbaycan Respublikasının qanunvericiliyində sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi və yaxud onun üzərinə hər hansı bir tikinti işlərinin aparılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Lakin buna baxmayaraq Cavabdehin başçısı öz vəzifə borcunu yerinə yetirmək əvəzinə Bakı şəhəri K.Rəhimov küçəsi 2B saylı evin arxasıda yerləşən yaşıllıq zonasının ərazisində tikintiyə icazə vermiş, bunun nəticəsində orda olan yaşıllıq məhv edilmiş, onun ailəsi günəş işığından məhrum edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə kollegiyası onun iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün saymışdır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bakı şəhəri Nərimanov İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 312 nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi 2B saylı evin arxasında yerləşən qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun, mövcud vəziyyətdə vətəndaş F.H.Mustafayevin adına sənədləşdirilməsinə icazə verilmiş, vətəndaş F.H.Mustafayeva tapşırılsın ki, qeyri-yaşayış sahəsinin ətraf ərazisinin sanitariya vəziyyətinə nəzarəti təmin edilsin. Sözügedən mövcud qeyri-yaşayış sahəsinin müvafiq qaydada sənədləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilməsi vətəndaş F.H.Mustafayevə tövsiyyə olunmuşdur. Sərəncamın surətlərinin lazımi ünvanlara göndərilməsi sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən bildirilmişdir ki, Cavabdehin 312 nömrəli xx.xx.2018-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 5 nömrəli qeyriyaşayış sahəsi X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, təqdim edilən sənədlərdən göründüyü kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli çıxarışına əsasən ünvan 3 ünvanda istifadədə olan 0,01052 ha torpaq sahəsində yerləşən 91.6 kv.m-lik qeyri-yaşayış binası vət.X1 mülkiyyətindədir. Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli 200 nömrəli sərəncamı ilə K.Rəhimov küç. 2B nömrəli binanın həyətində yerləşən həmin tikiliyə bitişik 18 kv.m sahəsi olan dəmir qaraj 40-cı mənzildə yaşayan vət. A.M.Qafarovun adına Cavabdeh Başçısının xx.xx.2018ci il tarixli 307 nömrəli sərəncamı ilə isə həmin qaraja bitişik 35.67 kv.m sahəsi olan qeyriyaşayış tikilisi mövcud vəziyyətdə vət.C.Q.Qasımovanın adına sənədləşdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən hazırki iş üzrə verilmiş xx.xx.2021-ci il tarixli 10/20288 saylı ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı 14367770 №li Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən çıxarışa əsasən xx.xx.2018-ci il tarixdə **********6 qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə iş üzrə üçüncü şəxs X1 adına qeydə alınmış ünvan 4 ünvanında istifadə olunan 0,01052 ha torpaq sahəsində yerləşən 91,6 kv. metr qeyri-yaşayış binası ilə İddiaçı məxsus ünvan 5 ünvanının birinci mərtəbəsində yerləşən 29 nömrəli mənzil (mənzilin eyvanı) arasında məsafə 11,8 metr təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX serialı 14367770 №-li Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2018-ci il tarixdə **********6 qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə iş üzrə üçüncü şəxs X1 adına qeydə alınmış ünvan 4 ünvanında istifadə olunan 0,01052 ha torpaq sahəsində yerləşən 91,6 kv. metr qeyri-yaşayış binasının Şəhərsalma tikinti norma və qaydalarına uyğun inşa olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX serialı 14367770 №-li Hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2018-ci il tarixdə **********6 qeydiyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə iş üzrə üçüncü şəxs X1 adına qeydə alınmış ünvan 4 ünvanında istifadə olunan 0,01052 ha torpaq sahəsində yerləşən 91,6 kv. metr qeyri-yaşayış biası ilə İddiaçı məxsus ünvan 6 ünvanının birinci mərtəbəsində yerləşən 29 saylı mənzilin sakinlərinin həmin mənzildən istifadəsinə hər hansı maneələrin yaratmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən tərəflərin iştirakı ilə yerində müayinə zamanı müəyyən olunmuşdur ki (fotoşəkillər iş materiallarına əlavə olunmuşdur), ünvan 6, 29 saylı mənzilin arxasında hazırda mübahisələndirilən sərəncam əsasında inşa edilmiş qeyriyaşayış sahəsi aptek və çərəz satışı mağazası kimi istifadə olunur. Aptekdə və çərəz satışı mağazasında havalandırma sistemi mövcuddur, ətraf mühitə narahatlıq törədən səs müşahidə edilmir. Əksinə, iddiaçıya məxsus sözügedən mənzilin yaxınlığında - sağ tərəfində yerləşən otelə bitişik ərazidə yüksək səs tezliyi olan (yerində müayinə zamanı aşkar eşidilən) generator qurğusu quraşdırılmışdır. Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosialiqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin (bundan sonra vətəndaşların) hüquqları: 1.1. hər bir vətəndaş həyatı və sağlamlığı üçün əlverişli ətraf mühitin olması, onun vəziyyəti və vəziyyətinin yaxşılaşdırılması barədə tədbirlər haqqında dəqiq məlumat almaq; 1.2. ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində onların sağlamlığına və əmlakına vurulan zərərə görə ödənc almaq; 1.3. sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq; 1.4. müəyyən edilmiş qaydada təbii resurslardan istifadə etmək, onların mühafizəsi və bərpası üzrə tədbirləri həyata keçirmək, ətraf mühitin mühafizəsində və sağlamlaşdırılmasında iştirak etmək; 1.5. qanunvericilikdə müəyyən edilmiş qaydada ətraf mühitin mühafizəsinə aid yığıncaqlarda, mitinqlərdə, piketlərdə, yürüşlərdə və nümayişlərdə, referendumlarda iştirak etmək; 1.6. ətraf mühitin mühafizəsinə dair dövlət hakimiyyət orqanlarına və təşkilatlarına müraciət etmək; 1.7. ictimai ekoloji ekspertiza haqqında təkliflər vermək; 1.8. insan həyatına və ətraf mühitə mənfi təsir göstərən müəssisələrin, qurğuların və başqa ekoloji zərərli obyektlərin yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsi haqqında qərarların inzibati və ya məhkəmə qaydasında ləğv edilməsini və həmçinin fiziki və hüquqi şəxslərin fəaliyyətinin məhdudlaşdırılmasını, müvəqqəti dayandırılmasını və hüquqi şəxslərin ləğv edilməsini tələb etmək; 1.9. ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində təqsirkar təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların məsuliyyətə cəlb edilməsi barədə müvafiq orqanlar və məhkəmələr qarşısında iddialar qaldırmaq; 1.10. qanunvericilikdə nəzərdə tutulan başqa hüquqlarını müəyyən edilmiş qaydada həyata keçirmək. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin və “Ətraf mühitin qotunması haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri baxımından qeyd edilən sərəncamın (sərəncam əsasında inşa edilmiş əmlakın) fərdin maraqlarının qorunması baxımından iddiaçının həyatına, sağlamlığına, əmlakına təhlükə yaratmasını və ya zərər vurmasını əsaslandıran, eləcə də həmin sərəncama əsasən sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq hüququnu məhdudlaşdıran hallar müəyyən edilmir. Odur ki, iddiaçının həmin sərəncamın mübahisələndirməyə və ya etibarsızlığının tanınmasına subyektiv hüququ yoxdur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.1-ci bəndinə istinad etmişdir, belə ki, həmin bənddə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2-1(112)-9791/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Sədrlik edən Aida Hüseyn Hakimlər Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar