Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-693/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Cəfərov Namiq Şamil oğlu və X1 ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi tələbinə dair» inzibati iş üzrə cavabdehin Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10806/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından verdiyi apellyasiya şikayətini geri götürməsi barədə ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10806/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin iddiası təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 19 iyul 2022-ci il tarixli **********868400 saylı «Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə» qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin apellyasiya icraatı mərhələsində xx.xx.2022-ci il tarixdə, cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətindən imtina etdiyini bildirərək, apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı da (səlahiyyətli nümayəndəsi Vəkil) da vəsatətlə məhkəməyə cavabdehin cavabdehin apellyasiya şikayətinin geri götürülməsi ilə əlaqədar iş üzrə apellyasiya icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi İ.Abbasov apellyasiya şikayətindən imtina barədə ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiysı cavabdehin nümayəndəsini dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, ərizəsi təmin olunmalı, apellyasiya şikayətindən imtina qəbul edilməli, apellyasiya şikayəti geri qaytarılmalı və apellyasiya icraatına xitam verilməlidir. Belə ki, İPM-in 88.1-ci maddəsinin tələbinə görə şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi, apellyasiya şikayətini geri götürmək işdə iştirak edən şəxslərin qanunla müəyyən edilən hüququdur. İddiaçının vəsatətindən göründüyü kimi, cavabdeh tərəfindən apellyasiya şikayətinin geri götürülməsi ilə razıdır. Apellyesiya şikayətinin geri götürülməsi tərəflərin qarşılıqlı mənafeyin uyğundur və üçüncü şəxslərin hüquqlarını pozmur. Belə olan halda, İPM-in 86.4-cü maddəsinin mənasından görünür ki, şikayətin geri götürüldüyü hallarda, həmin şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 88.3-cü maddəsinin tələbi baxımından isə cavabdehə izah edilir ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Beləliklə də qeyd edilənlərə əsasən və İPM-in 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin apellyasiya şikayətindən imtinası qəbul edilsin. Apellyasiya şikayəti geri qaytarılsın və apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-693/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-693/2023
12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver