Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-693/2024 07.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X3 və X4 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3288/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayon Zirə Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 40 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zirə Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 09 saylı iclas protokolu ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanda yerləşən, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ******* saylı çıxarışla mülkiyyətində olan qeyri-yaşayış təyinatlı əmlakına və torpaq sahəsinə dair 7372,54 manat hesablanmış əmlak və torpaq vergisinin ondan tutularaq Zirə Bələdiyyəsinin hesabına ödənilməsi barədə Zirə Bələdiyyəsi 40 saylı qərar qəbul etmişdir. Bakı şəhər Xəzər rayon İcra Şöbəsinin Xəbərdarlıq məktubundan sonra ona məlum olmuşdur ki, barəsində sözügedən qərar qəbul edilmiş və icra olunmaq üçün əvvəlcə xx.xx.2021-ci il tarixində və sonra yenidən həmin qərara əsasən xx.xx.2021-ci il tarixində Xəzər rayon İcra Şöbəsinə əsasız olaraq iki eyni iş üzrə icra sənədi göndərmişdir. Xəzər rayon İcra şöbəsi həmin qanunsuz qərara əsasən xx.xx.2021-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul etmişdir. Lakin qərarın surətini rəsmi olaraq ona göndərməmişdir. İcra məmurunun çağırışından sonra məlumatı olmuşdur ki, barəsində Zirə Bələdiyyəsi sözügedən qərarı qəbul etmişdir. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanda yerləşən əmlak, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ******* saylı çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsi və sonradan orada inşa etdiyi daşınmaz əmlak Zirə Bələdiyyəsi olmamışdan əvvəl mülkiyyətinə keçmişdir. Həmin torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. O, vergi ödəyicisi kimi fəaliyyət göstərir. Vergi ödəyicisi kimi Dövlət Vergi Xidmətində qeydiyyatdadır. Mülkiyyətində olan torpaq sahəsinin və əmlakın Zirə Bələdiyyəsinə heç bir aidiyyəti olmadığından tələb olunan vergi borcu qanunsuz və əsassızdır, qəbul edilmiş qərar məhkəmə tərəfindən ləğv olunmalıdır. Bakı şəhəri ərazisində olan bələdiyyələrə dövlət tərəfindən torpaq sahəsi ayrılmamışdır və olmayan torpaq sahəsinə görə Zirə Bələdiyyəsinə mübahisəli torpaq sahəsinə dair heç bir çıxarış verilməmişdir. Mübahisəli torpaq sahəsi Zirə Bələdiyyəsinin mülkiyyətində deyil. X2 müraciət etsə də, mülkiyyətində olan torpaq sahəsinin Zirə Bələdiyyəsinin torpaqları olması barədə Zirə Bələdiyyəsi heç bir əsaslandırıcı sübut təqdim edə bilməmişdir. Zirə Bələdiyyəsi qanunsuz hərəkətləri ilə onun fəaliyyətinə və əmlakından bir mülkiyyətçi kimi istifadəsinə süni maneələr yaradır və ona öz qanunsuz hərəkətləri ilə maddi və mənəvi zərər vurur. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-3288/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Xəzər rayon Zirə Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 40 nömrəli qərarı ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı bələdiyyə orqanının qərarının ləğvi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsinin və əmlakın Zirə Bələdiyyəsinə heç bir aidiyyəti olmadığından tələb olunan vergi borcunun qanunsuz və əsassız olmasına istinad etmişdir. Əlavə olaraq qeyd edir ki, Bakı şəhəri ərazisində olan bələdiyyələrə dövlət tərəfindən torpaq sahəsi ayrılmamış və olmayan torpaq sahəsinə görə Zirə Bələdiyyəsinə mübahisəli torpaq sahəsinə dair heç bir çıxarış verilməmişdir. Mübahisəli torpaq sahəsi Zirə Bələdiyyəsinin mulkiyyətində deyil. X1 müraciət etsə də, mülkiyyətində olan torpaq sahəsinin Zirə Bələdiyyəsinin torpaqları olması barədə Zirə Bələdiyyəsi heç bir əsaslandırıcı sübut təqdim edə bilməmişdir. İddiaçı, həmçinin birinci instansiya məhkəməsi nəzərə almamışlar ki, Cavabdeh heç vaxt bildirməyib ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi və üzərindəki qeyri-yaşayış binası bələdiyyə mülkiyyətinə aiddir. Zirə Bələdiyyəsi yalnız vergi qanunverciliyi ilə öz səlahiyyətləri daxilində iddiaçının xüsusi mülkiyyətində olan topraq və daşınmaz əmlaka görə vergilərin ödənilməsini tələb etmişdir ki, bu zaman hər hansı formada qanun pozuntusuna yol verməmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi və üzərindəki tikililər daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda da qeyd edildiyi kimi məhz Zirə bələdiyyəsinin inzibati ərazi hüdudları daxilində yerləşir ki, iddiaçı həmin daşınmaz əmlakın digər bələdiyyənin inzibati ərazisində yerləşməsi ilə bağlı hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq bələdiyyə tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş RX seriyalı ******* saylı dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanında yerləşən qeyri-yaşayış (“Qızıl Balıq” istirahət turizm kompleksi) təyinatlı 1602,30 kv.m əmlaka əmlak vergisi hesablanaraq ödənilməsi tələb edilmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq, iddiaçının xüsusi mülkiyyətində olan 19934,20 kv.m torpaq sahəsinə görə torpaq vergisi hesablanmış, bu barədə xx.xx.2021-ci ildə tərtib edilmiş tədiyyə bildirişi həmin tarixli məktubla iddiaçıya göndərilmişdir. İddiaçı göstərilən müddət ərzində bildirişdə göstərilən vergiləri ödəmədiyinə görə Zirə bələdiyyəsinin 14 iyul 2021-ci il tarixli 09 saylı iclasında aparılmış müzakirənin nəticəsinə uyğun olaraq 14 iyul 2021-ci il tarixli 40 saylı qərar qəbul edilmişdir ki, bu zaman Zirə bələdiyyəsi tərəfindən hər hansı formada qanun pozuntusuna yol verilməmişdir. Hazırki mübahisələndirilən qərar əsasında Zirə Bələdiyyəsi tərəfindən İddiaçı Bələdiyyənin inzibati ərazisi daxilində yerləşən xx.xx.2013-cü il tarixdə verilmiş RX seriyalı ******* saylı dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olmaqla Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanında yerləşən qeyri-yaşayış (“Qızıl Balıq” istirahət turizm kompleksi) təyinatlı 1602,30 kv.m daşınmaz əmlakına və 19934,20 kv.m torpaq sahəsinə dair 7372,54 manat əmlak və torpaq vergisi hesablanmışdır ki, bu zaman bələdiyyə orqanı tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmiş, birinci instansiya məhkəməsi isə maddi hüquq nomalarını səhv təfsir etməklə əsassız qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsinin əsası kimi göstərmişdir ki, mübahisələndirilən qərar Bələdiyyənin sədri tərəfindən təkbaşına qəbul edilmiş, iddiaçıdan müvafiq məbləğdə borcun tələb edilməsinə yönələrək, bu qərar icraya yönəldilmişdir. Halbuki, Bələdiyyə tərəfindən iddiaya dair yazılı etirazda da konkret qeyd olunub ki, iddiaçı göstərilən müddət ərzində bildirişdə göstərilən vergiləri ödəmədiyinə görə, Zirə bələdiyyəsinin 14 iyul 2021-ci il tarixli 09 saylı iclasında aparılmış müzakirənin nəticəsinə uyğun olaraq 14 iyul 2021-ci il tarixli 40 saylı qərar qəbul edilmişdir ki, bu zaman Zirə bələdiyyəsi tərəfindən hər hansı formada qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa, mübahisələndirilən qərarın məzmunundan da müəyyən olunur ki, Zirə bələdiyyəsinin 14 iyul 2021-ci il tarixli 09 saylı iclasında aparılmış müzakirənin nəticəsinə uyğun olaraq 14 iyul 2021-ci il tarixli 40 saylı qərar qəbul edilmişdir. Bu hal onu sübut edir ki, qeyd olunan qərar Bələdiyyə sədri tərəfindən təkbaşına deyil, məhz həmin gün Bələdiyyənin iclasında iştirak edən 11 bələdiyyə üzvünün iştirakı ilə qəbul edilmişdir ki, bu zaman həmin 11 nəfər üzvün bələdiyə qərarını imzalamalarına ehtiyac yoxdur. İstinad olunan bu hal, mübahisələndirilən qərarın mətnində də açıq-aşkar qeyd edilmişdir ki, bu qərar Zirə bələdiyyəsinin 14 iyul 2021-ci il tarixli 09 saylı iclas protokoluna əsasən qərara alınmışdır. Qanunun tələbinə uyğun olaraq, iddiaçının xüsusi mülkiyyətində olan 19934,20 kv.m torpaq sahəsinə görə torpaq vergisi hesablanmış, bu barədə xx.xx.2021-ci ildə tərtib edilmiş tədiyyə bildirişi həmin tarixli məktubla iddiaçıya göndərilmişdir. İddiaçı göstərilən müddət ərzində bildirişdə göstərilən vergiləri ödəmədiyinə görə Zirə bələdiyyəsinin 14 iyul 2021-ci il tarixli 09 saylı iclasında aparılmış müzakirənin nəticəsinə uyğun olaraq 14 iyul 2021-ci il tarixli 40 saylı qərar qəbul edilmişdir ki, bu zaman Zirə bələdiyyəsi tərəfindən hər hansı formada qanun pozuntusuna yol verilməmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq Zirə bələdiyyəsinin öz səlahiyyətləri daxilində qərar qəbul etmək, o cümlədən vergi məsələləri barədə hazırki mübahisə predmeti üzrə qərar qəbul etmək və qərarın icrasının icra məmurları vasitəsilə təmin edilməsini tələb etmək hüququ vardır. İddiaçının mübahisələndirdiyi Cavabdeh 14 iyul 2021-ci il tarixli 40 saylı qərarı (09 saylı iclas protokol qərar) poçt vasitəsilə iddiaçının qeydiyyatda olduğu Zirə qəsəbəsindəki 38 saylı bağ evinə göndərilmiş və 29 iyul 2021-ci ildə rəsmi qaydada təqdim edilmişdir. İddiaçının həmin qərarı qeyd olunan vaxtda alması, onun Zirə bələdiyyəsinə ünvanladığı və 09 avqust 2021-ci ildə bələdiyyə daxil olmuş etirazdan da müəyyən olunur. Belə ki, həmin etirazda iddiaçı Zirə bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 40 saylı qərarına etiraz etmiş, sonda qanunsuz hərəkətlərə son qoyulmasını bələdiyyədən tələb etmiş, əks təqdirdə hüquq-mühafizə orqanlarına və məhkəməyə şikayət edəcəyini bildirmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddia ərizəsi ilə xx.xx.2021-ci ildə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, bu zaman qanunla nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüş, habelə müddətin üzrlü səbəbdən ötürülməsi ilə əlaqədar bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin təqdim etdiyi sübutlar tam və hərtərəfli araşdırımamış, məhkəmə ən azından qərarında istinad etdiyi iclas protokolunun olmamasını qeyd edirdisə, həmin protokolu itirmişdisə və ya həmin qərarın mövcud olmamasını bildiridisə də, ən azından rəsmi qaydada Zirə bələdiyyəsindən həmin iclas protokolunu təkrarən tələb edib, işin hallarını tam və obyektiv araşdıra və yekunda qanuni qərar qəbul edə bilərdi. Birinci instansiya məhkəməsi iş üzrə əsassız və qanunsuz qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübut yoxdur, məhkəmənin tələb etdiyi bütün sənədlər təqdim edilmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən sübutlara hüquqi qiymət verilməmişdir. Məhkəmənin istinad etdiyi 09 saylı iclas protokolu məhkəmə iclasında təqdim edilmiş, buna baxmayaraq, məhkəmə iddiaçının xeyrinə qərar qəbul edərkən, hər hansı qanuni əsas tapmadığını görüb yalnız iclas protokolunun təqdim edilməməsi əsası ilə iddianı təmin etmişdir. Halbuki, həmin iclas protokolunun mövcudluğu mübahisələndirilən qərarın məzmunundan da açıq-aşkar müəyyən olunur. İş üzrə iddiaçının hər hansı hüquqlarının pozulması halı müəyyən olunmur. Belə ki, iddiaçı tələbində Zirə bələdiyyəsi tərəfindən ümumiyyətlə ondan torpaq və əmlak vergisinin tələb olunmasının qanunsuz olmasına istinad edir. Birinci instansiya məhkəməsi isə tamamilə başqa əsasla, yəni Bələdiyyə sədrinin təkbaşına vergi məsələsi ilə bağlı qərar qəbul etməsinin prosessual pozuntu olması əsası ilə iddia tələbini təmin edir. Birinci instansiya məhkəməsi nəzərə almır ki, Bələdiyyənin adından qəbul edilmiş qərarlar ümumi iclasda müzakirə olunur, qebul edilmiş qərarlar yalnız Bələdiyyə sədrinin imzası və belədiyyənin möhürü ilə təsdiq edilir ki, hər bir qərarın imzalanmasında bələdiyyənin bütün üzvlərinin va ya hansısa şöbəsinin əməkdaşlarının bələdiyyə adından qəbul edilmiş qərarları imzalamaq səlahiyyəti yoxdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-328/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh Bakı şəhəri Xəzər rayon Zirə Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3288/2022 saylı 26 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1834/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 aprel 2023-cü il tarixli, 2-1(103)- 328/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh 14 iyul 2021-ci il tarixli, 09 saylı iclasının protokolunun təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfinədn verilmiş RX seriyalı, ******* nömərli, xx.xx.2013-cü il tarixli çıxarış əsasında xx.xx.1955-ci il təvəllüdlü İddiaçı mülkiyyətində olan qeyri-yaşayış təyinatlı 1602.30 kv.m əmlaka və 19934.20 kv.m torpaq sahəsinə görə müvafiq olaraq Vergi Məcəlləsinin 198.1.1-ci, 206.3-cü maddələrinə əsasən əmlak vergisi və torpaq vergisi, 59.1-ci maddəyə əsasən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün faiz məbləği ilə birlikdə hesablanmış 7372 (yeddi min üç yüz yetmiş iki) manat 54 (əlli dörd) qəpik vergi borcunun ondan tutularaq YVÖK 12081xxxxxxx kodu vasitəsilə Zirə Bələdiyyəsinin büdcəsinə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İclasda 11 nəfər bələdiyyə üzvü iştirak etmiş, səsvermə nəticəsində 11 nəfər leyhinə olmaqla təklifə səs vermiş, iclasın protokolu iclasın sədri və iclasın katibi tərəfindən imzalanmışdır. İş materiallarında olan Bakı şəhəri Zirə Bələdiyyəsinin 40 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Zirə bələdiyyəsinin 14 iyul 2021-ci il tarixli, 09 saylı iclasının protokoluna əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfinədn verilmiş RX seriyalı, ******* nömərli, xx.xx.2013-cü il tarixli çıxarış əsasında xx.xx.1955-ci il təvəllüdlü İddiaçı mülkiyyətində olan qeyri-yaşayış təyinatlı 1602.30 kv.m əmlaka və 19934.20 kv.m torpaq sahəsinə görə müvafiq olaraq Vergi Məcəlləsinin 198.1.1-ci, 206.3-cü maddələrinə əsasən əmlak vergisi və torpaq vergisi, 59.1-ci maddəyə əsasən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün faiz məbləği ilə birlikdə hesablanmış 7372 (yeddi min üç yüz yetmiş iki) manat 54 (əlli dörd) qəpik vergi borcunun ondan tutularaq YVÖK 12081xxxxxxx kodu vasitəsilə Zirə Bələdiyyəsinin büdcəsinə ödənilməsinin təmin edilməsi, qəbul edilmiş qərarla bağlı İddiaçı məlumat verilməsi və vətəndaş tərəfindən 10 gün müddətində icra edilmədikdə qərarın icra olunması üçün Xəzər rayon İcra Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli (protokol №09) qərarları inzibati icraat qaydasında qanunvericiliklə müəyyən olunmuş müddətdə baxılması üçün Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə təqdim edilmiş və həmin qərarlar qanunvericiliyin tələblərinə uyğun olduğundan işə alınmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 4.1. Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). 4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. 8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi; 8.1.4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.
204. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.
205. Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.8. Yerli vergilər (bələdiyyə vergiləri) - Azərbaycan Respublikasının Vergi Məcəlləsi və "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən və bələdiyyələrə ödənilən vergilərdir. 14.1. Bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, bu Qanuna və özlərinin nizamnamələrinə əsasən təşkil edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlarıdır. 16.1. Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. 16.5. Bələdiyyənin iclası bələdiyyənin sədri, sədr olmadıqda isə onun müavini tərəfindən aparılır. İclasın katibi bələdiyyə üzvləri sırasından seçilir. 16.6. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. 33.1. Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, ... daxildir. 43.1. Yerli vergiləri, ödənişləri, habelə onların ödənilməsi üzrə güzəştləri bələdiyyələr Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və qanunlarına uyğun müəyyənləşdirirlər. Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır. 43.3. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. 48.3. Bələdiyyənin öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar təşkilati-hüquqi formasından asılı olmayaraq, bələdiyyənin ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər tərəfindən hökmən icra edilməlidir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra - yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. 3.1. Yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. 3.2. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. 5.1. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. 7.1. Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. 7.2. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. 8.0. Yerli vergilərə aşağıdakılar aiddir: 8.0.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.0.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin əmlak vergisi; 8.0.4. bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”: 3.1. Bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: 3.1.1. yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; 3.1.2. yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir. 3.2. Bələdiyyə vergi xidməti orqanının aşağıdakı hüquqları vardır: 3.2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada fiziki şəxslərdən torpaq və əmlak vergilərini hesablamaq və hesablanmış məbləğin ödənilməsi üçün onlara tədiyə bildirişi göndərmək; 3.2.2. bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada kameral vergi yoxlamaları keçirmək; 3.2.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müəyyən edilmiş hallarda və qaydada yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, yerli (bələdiyyə) vergilər üzrə hesablanmış faizlərin alınması və yerli (bələdiyyə) vergilərin ödəyicilərinə maliyyə sanksiyalarının tətbiq olunması barədə məhkəmədə vəsatət qaldırılması üçün bələdiyyələrə müraciət etmək. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 56.1. Kollegial inzibati orqanın iclası haqqında aşağıdakı məlumatları özündə əks etdirən protokol tərtib olunur: 56.1.1. kollegial inzibati orqanın adı barədə; 56.1.2. iclasın keçirildiyi vaxt və yer barədə; 56.1.3. iclasın sədri və üzvləri haqqında; 56.1.4. müzakirənin predmeti barədə; 56.1.5. qəbul edilmiş qərar barədə. 56.2. İclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır. 81.1. İnzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. 81.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. 82.1. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: 6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.8. Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair 13 sentyabr 2011-ci il tarixli qərarında qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçının xüsusi mülkiyyətində olan əmlak və torpaq sahəsinə görə cavabdeh tərəfindən vergi hesablanmış, bu barədə xx.xx.2021-ci ildə tərtib edilmiş tədiyyə bildirişi həmin tarixli məktubla iddiaçıya göndərilmiş, iddiaçı göstərilən müddət ərzində vergiləri ödəmədiyinə görə Zirə bələdiyyəsinin 14 iyul 2021-ci il tarixli 09 saylı iclasında aparılmış müzakirənin nəticəsinə uyğun olaraq 14 iyul 2021-ci il tarixli 40 saylı qərar qəbul edilmişdir. Bakı şəhəri Zirə Bələdiyyəsinin 40 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı mülkiyyətində olan qeyri-yaşayış təyinatlı 1602.30 kv.m əmlaka və 19934.20 kv.m torpaq sahəsinə görə hesablanmış vergi borcunun ondan tutularaq Zirə Bələdiyyəsinin büdcəsinə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İddiaçı hazırda həmin qərarı mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-1834/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında qeyd olunan göstərişlərə əsasən aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Zirə bələdiyyəsinin 14 iyul 2021-ci il tarixdə iclası keçirilmiş (09 saylı iclas protokolu), həmin iclasda İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9cu km, 10 ünvanında yerləşən qeyri-yaşayış təyinatlı 1602.30 kv.m əmlaka və 19934.20 kv.m torpaq sahəsinə görə müvafiq olaraq Vergi Məcəlləsinin 198.1.1-ci, 206.3-cü maddələrinə əsasən əmlak vergisi və torpaq vergisi, 59.1-ci maddəyə əsasən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün faiz məbləği ilə birlikdə hesablanmış 7372,54 manat vergi borcunun ondan tutularaq Zirə Bələdiyyəsinin büdcəsinə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İclasda 11 nəfər bələdiyyə üzvü iştirak etmiş, səsvermə nəticəsində 11 nəfər leyhinə olmaqla təklifə səs vermiş, iclasın protokolu iclasın sədri və iclasın katibi tərəfindən imzalanmışdır. Həmin protokol əsasında Bakı şəhəri Zirə Bələdiyyəsinin 40 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı qəbul edilmişdir. Göründüyü kimi, mübahisələndirilən qərar bələdiyyə sədri tərəfindən təkbaşına deyil, bələdiyyə üzvləri tərəfindən kollegial şəkildə qəbul edilmişdir, iclas protokolu isə bələdiyyənin sədri və iclasın katibi tərəfindən imzalanmışdır. Yuxarıda qeyd olunan normalara əsasən iclas protokolunun təkcə bələdiyyənin sədri və iclasın katibi tərəfindən imzalanması qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, protokol iclasın sədri və katibi tərəfindən imzalanır. Beləliklə, sözügedən iclas protokolunun bələdiyyənin sədri və iclasın katibi tərəfindən imzalanmış olması qanunvericiliyin tələblərindən irəli gəlir və həmin hal müvafiq bələdiyyə qərarının bələdiyyə sədri tərəfindən təkbaşına qəbul edilmiş olması və bunun əsasında bələdiyyə qərarının qanunsuz olması qənaətinə gəlməyə əsas vermir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasında müəyyən edilmiş vergilərdən biri də yerli vergilərdir (bələdiyyə vergiləri). Yerli vergilər (bələdiyyə vergiləri) bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilərdir. Yerli vergilərə (bələdiyyə vergiləri) həmçinin Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi və Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi daxildir. “Bələdiyyələrin statusu haqqında” və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərindən də göründüyü kimi, yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir və yerli vergilər bələdiyyələrə ödənilən vergilərdir. Həmçinin yerli büdcənin vəsaiti yerli vergilər və ödənişlər hesabına formalaşır və bələdiyyə mülkiyyətinin tərkibinə daxildir. Bundan başqa, vergisi tələb olunan torpaq sahəsinin iddiaçının mülkiyyətində olması, cavabdehə aidiyyətinin olmaması və ona görə hər hansı bir vergi ödənişini tələb edə bilməməsi ilə əlaqədar iddiaçının dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının bu dəlili də əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən fiziki şəxslərin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri bələdiyyə vergilərinin vergitutma obyekti sayılır və həmin şəxslər torpaq vergisinin ödəyiciləridir. Məhkəmə kollegiyası vergi borcunun məhkəmə qaydasında tutulmalı olması ilə əlaqədar qeyd edir ki, inzibati orqan kimi bələdiyyələr tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Belə ki, “İnzibati icraat haqqında” və “İcra haqqında” Qanunların tələbinə əsasən bələdiyyə qərarları icra sənədi sayılır, habelə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir, bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Eyni zamanda, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeydən görünür ki, vergi orqanı (hazırkı halda cavabdeh) tərəfindən vergi öhdəliyi ilə bağlı o zaman məhkəmədə iddia qaldırılmalıdır ki, bu, vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması ilə əlaqədar olmuş olsun. Qanunvericiliyin tələblərindən aydın olur ki, vergi orqanı məhkəməyə yalnız siyahıya alınmış əmlakın açıq hərracda satılması ilə bağlı iddia ərizəsi ilə müraciət etmək hüququna malikdir. Digər hallarda vergi borcunun alınması qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmədən kənar həll olunur. Göründüyü kimi, mübahisələndirilən qərarla həm qeyri-yaşayış sahəsinə, həm də torpaq sahəsinə görə vergi borcunun tələb edilməsi qanunvericiliyinə tələblərinə uyğun olmuşdur. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3288/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.