Məhkəmə qərarları › İş №2-1(103)-694/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-694/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-694/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Yusifov Cahangir Afər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X1, “xxxx” MMC-nin vəkili Vəkil1 və nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2-1(112)-4323/2018 saylı qərardadından “xxxx” MMC-nin direktoru A.Hüseynov tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 103 saylı mənzilin ilkin hüquqi qeydiyyata alınması və mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı ərizə təqdim edərək, ünvan 1 ünvanda yerləşən 108 saylı mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.11.2018-ci il tarixli 2-1(82)-4323/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim Z.Tağıyev). 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.11.2018-ci il tarixli 2-1(82)-4323/2018 saylı qərarı qə\rardan şikayət verilməmiş, qərar qanuni qüvvəyə minmiş və icra edilmədsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 26.04.2019-cu il tarixli **********23 saylı məktubdan görünür ki, qərar müvafiq olaraq ünvan 3 ünvana dair İddiaçı adına çıxarış (№ **********) hazırlanaraq təhvil verilmişdir. 13.02.2020-ci il tarixdə “xxxx” MMC məhkəməyə apellyasiya şikayəti ilə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.11.2018-ci il tarixli 2-1(82)- 4323/2018 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18.06.2020-ci il tarixli 2-1(103)-930/2020 saylı qərardadı ilə “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin apellyasiyası mümkün sayılmamışdır. 20.08.2020-ci il tarixdə “xxxx” MMC ərizə ilə məhkəməyə müraciət edərək, 3-cü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. “xxxx” MMC həmçinin məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək, ünvan 1 ünvanda yerləşən 108 saylı mənzilin üzərinə həbs qoyulması və hər hansı bir təmir-tikinti işlərinin aparılmasının İddiaçı qadağan edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2-1(112)-4323/2018 saylı qərardadı ilə “xxxx” MMC-nin 3-cü şəxs qismində işə cəlb edilməsi və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizələrinin təmin edilməməsi qərara alınmışdır (hakim F.Mədətli). Həmin qərardaddan narazı qalan “xxxx” MMC apellyasiya şikayəti vermişdir. “xxxx” MMC-nin vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, “xxxx” MMC qətnamənin mövcudluğunu yalnız İddiaçı “xxxx” MMC-yə qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edən zaman bilmişdir. Məhkəmənin 2(011)-5988/2019 saylı 02.09.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayıti verilmiş və eyni zamanda 2 saylı İİM-nin 02.11.2018-ci il tarixli 2-1(82)-3761/2018 saylı qərarından da şikayət verilmişdir. Göründüyü kimi “xxxx” MMC məhkəmə qərarlarından hüquqlarına toxunduğu üçün dərhal şikayət vermişdir. Belə ki, İddiaçı çıxarışın alınmasına səbəb olan alqı-satqı müqaviləsinin və maliyyə arayışının həqiqəti əks etdirmədiyini, verilmiş maliyyə arayışının saxta olmasını və tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi göstərilmişdir. Bundan əlavə DƏDRX-nin Bakı Ərazi İdarəsinə məktubla müraciət olunaraq konkret 103 və 108 saylı mənzillərə çıxarışın verilməməsi xahiş edilmişdir. Vəkil və nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. “xxxx” MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, vəkillə eyni məzmunlu izahat verərə, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, iş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-4323/2018 saylı 02.11.2018-ci il tarixli qərarı qanuni qüvvəsini almış və artıq icra olunmuşdur. Həmin qərarın icrası ilə bağlı ünvan 4 ünvana dair İddiaçı adına çıxarış (№**********) verilmişdir. İşdə olan «xxxx» MMC tərəfindən verilmiş 3-cü şəxs qismində cəlb edilmə barədə ərizədən isə görünür ki, həmin ərizə məhkəmənin dəftərxanasına 20.08.2019-cu il tarixdə daxil olmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ərizəçinin 3-cü şəxs kimi cəlb edilmə barədə ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən təmin edilə bilməz. Belə ki, həmin maddəyə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Yuxarıda göstərilən normanın tələbindən göründüyü kimi iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Lakin iş materialları ilə müəyyən edilir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4323/2018 saylı 02.11.2018-ci il tarixli qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 9 aya yaxın müddət keçdikdən sonra həmin iş üzrə üçüncü şəxs qismində cəlb olunmaq istəyən şəxs “xxxx” MMC ərizə ilə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarına əsasən, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Məhkəmə tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-4323/2018 saylı, 02.11.2018-ci il tarixli qərarının «xxxx» MMC-nin qanunla qorunan maraqlarına toxunduğu müəyyən edilməmişdir. Belə ki, ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Ximdəti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, ünvan 4 ünvanı iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 08.04.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Ərizəçi qeyd olunan məhkəmə qərarının onun qanunla qorunan maraqlarına toxunmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Nəticədə hazırki iş üzrə qəbul edilən qərarın onun maraqlarına toxunmasını müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, “xxxx” MMC tərəfindən 3-cü şəxsin cəlb edilməsi barədə ərizə təmin edilmədiyindən müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə ərizə də təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qərardadın ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: “xxxx” MMC-nin direktoru A.Hüseynov tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2-1(112)-4323/2018 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar