Məhkəmə qərarları › İş №2-1(103)-694/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-694/2022

07.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-694/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil Məsum oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “əmrin verilməsi və s.” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4751/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddiaçının keçmiş AR Milli Təhlükəsizlik Nazirliyindən vəzifədən azad edilməsi barədə əmrin, iddiaçının hərbi rütbədən məhrum edilməsini təsdiq edən qərarın sürətlərinin iddiaçıya təqdim edilməsi və Əmrin verildiyi gün hansı səbəbdən axır haqq-hesab aparılmadığı və tibb fondu vəsaiti verilmədiyi haqqında məlumat verilməsi barədə hərəkətlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4751/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4751/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsini və işə yenidən baxılması və mahiyyəti üzrə qərar çıxarılması məqsədilə Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə baxılması üçün məhkəmə iclası təyin etmiş və icraatın iştirakçılarının dinlənilmə hüququnun təmin edilməsi üçün iddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinin protokoluna dair verdiyi qeydlərə baxılması üçün işin Bakı İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etdi. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının vəkili və nümayəndəsinin məhkəməyə daxil olmuş “protokollara dair qeydlər” barədə ərizəsinə baxılması üçün 2-1(112)-4751/2021 saylı inzibatı işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Qanunvericiliyin tələbinə görə məhkəmə iclas protokoluna dair qeydlərə onu imzalamış hakim tərəfindən baxılır. Odur ki, 2-1(112)-4751/2021 saylı inzibatı iş apellyasiya icraatından çıxarılmalı və iddiaçının vəkili və nümayəndəsi tərəfindən verilmiş “protokollara dair qeydlər” barədə ərizəsinə baxılması üçün həmin iş Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 274.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “əmrin verilməsi və s.” tələbinə dair 2-1(112)-4751/2021 saylı inzibatı iş apellyasiya icraatından çıxarılsın və iddiaçının vəkili və nümayəndəsinin “protokollara dair qeydlər” barədə ərizəsinə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar