Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-695/2025 09.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa sosial müavinətin təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2460/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.1987-ci il təvəllüdlü əlil övladı X4 8 yaşınadək tərbiyə etmiş anası İddiaçı yaşa görə müavinətin təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM.m.33.1) İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...30 iyul 1987-ci il təvəllüdlü övladı X8 uşaqlıqdan əlil olmuş, xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Uşaq anadan olandan vəfat edənədək onu tərbiyə edib ona qulluq etmişdir. O, cavabdeh orqana müraciət edərək yaşa görə müavinət təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan isə ilk dəfə xx.xx.2023-cü il tarixli imtina məktubundan yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını istəmiş, daha sonra isə həmin arayışı alıb təkrar müraciət etmiş, lakin sonuncu xx.xx.2023-cü il tarixli cavab məktubu ilə imtina edərək bildirmişdir ki, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışı və əlilliyin müəyyin edilməsi haqqında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müayinə aktından çıxarış təqdim olunmalıdır. İddia ərizəsinə əlavə olunan övladı mərhum X3 əlillik vəsiqəsindən görünür ki, o, uşaqlıqdan İİ qrup əlil olmuşdur. Cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Belə ki, iddia ərizəsinə əlavə olunan Xəzər RİH Başçısının Mərdəkan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 03 iyul 2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1987-ci il təvəllüdlü əlil övladı X4 8 yaşınadək tərbiyə etmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, imtinasına uyğun əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “... İddiaçı xx.xx.2023-cü il tarixdə yaşa görə müavinətin təyin olunması üçün ərizə ilə cavabdehə müraciət etmişdir. Qeyd olunan ərizəyə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-1/2-4/123909/2023 nömrəli zəruri sənədlərin təqdim edilməsi haqqında məktubla cavab verilmişdir. İddiaçı eyni məzmunlu ərizə ilə xx.xx.2023-cü il tarixdə yenidən cavabdehə müraciət etmişdir. Sözügedən ərizəyə xx.xx.2023-cü il 3-17-1/2-M188343/2023 nömrəli zəruri sənədlərin təqdim edilməsi haqqında məktubla cavab verilmişdir. Əlavə olaraq sözügedən məktubla iddiaçıya mərhum X6 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışını və onun əlilliyinin müəyyən edilməsi haqqında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müayinə aktından çıxarışı təqdim etməklə təkrar müraciəti əsasında onun güzəştli qaydada yaşa görə sosial müavinət hüququna qanunvericiliyə uyğun olaraq baxılacağı bildirilmişdir. İddiaçının mərhum oğlu X8 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Cavabdeh tərəfindən mərhum M.Məmmədovun əlilliyinin müəyyən edilməsi haqqında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin müayinə aktından çıxarışın əldə edilməsi məqsədilə sorğu ünvanlanmışdır. Müvafiq sorğuya cavab olaraq bildirilmişdir ki, “Əlillik” altsistemində və Tibbi-Sosial Ekspert Komissiyasının arxiv sənədlərində M.Məmmədovun ilkin əlillik təyinatına dair məlumat aşkar edilməmişdir. İddiaçı məhkəmə iclasında mərhum oğluna qulluq etdiyi üçün sosial ödəniş aldığını iddia etmişdir. Cavabdeh tərəfindən bu hal araşdırılmış, aidiyyəti üzrə sorğu ünvanlanmış və sorğuya cavab olaraq İddiaçı hər hansı sosial ödənişin təyin edilmədiyi və ödənilmədiyi bildirilmişdir. Odur ki, İddiaçı mərhum oğlu M.Məmmədova qulluq etməsi sübuta yetirilmədiyindən, cavabdehin imtinası qanuni olmuşdur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2460/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı xx.xx.1987-ci il təvəllüdlü əlil övladı X4 8 yaşınadək tərbiyə etdiyinə görə müavinətin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, məhkəmə icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmənin gəldiyi nəticədə is üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlasdırılmamış, qərarda göstərilmiş nəticələr isin hallarına uyqun gəlmir, icraat zamanı ciddi prosessual pozuntulara yol verilmişdir. Belə ki, iddiaçının mərhum oğlu X8 xx.xx.2011 -ci il tarixdə vəfat etmişdir. Cavabdeh tərəfindən mərhum M.Məmmədovun əlilliyinin müəyyən edilməsi haqqında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müayinə aktından çıxarışın əldə edilməsi məqsədilə sorğu ünvanlanmışdır. Müvafiq sorğuya cavab olaraq bildirilmişdir ki. "Əlillik" altsistemində və Tibbi-Sosial Ekspert Komissiyasının arxiv sənədlərində M.Məmmədovun ilkin əlillik təyinatına dair məlumat aşkar edilməmişdir. İddiaçı məhkəmə iclasında mərhum oğluna qulluq etdiyi üçün sosial ödəniş aldığını iddia etmişdir. Tərəfimizdən bu hal araşdırılmış, aidiyyəti üzrə sorğu ünvanlanmış və sorğuya cavab olaraq İddiaçı hər hansı sosial ödənişin təyin edilmədiyi və ödənilmədiyi bildirilmişdir.(sorğular iş materiallarına əlavə edilmişdir) İddiaçı mərhum oğlu M.Məmmədova qulluq etməsi sübuta yetirilmədiyindən, cavabdehin imtinası qanuni olmuşdur. Lakin birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq aşağıdakı nöqsanlara yol vermişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, iddiaçı isə onunla razılaşmamış, əlil övladına uşaqlıqdan qulluq etdiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdirlər. İİ. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin 8.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla, yaşa görə əmək pensiyası hüququ vardır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.2-ci maddəsinə əsasən müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxsdir. İddiaçının tələbindən göründüyü kimi xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.1987ci il təvəllüdlü əlil övladı X4 8 yaşınadək tərbiyə etmiş anası İddiaçı yaşa görə müavinətin təyin edilməsini tələb etmşdir. Belə ki, işə əlavə olunmuş, iddiaçının övladı - X1 XX-ЖГ 329200 nömrəli doğum haqqında şəhadətnaməsinə, 22 avqust 2005-ci il tarixli 189949 nömrəli vəsiqəsinə və . AZ-İ seriyalı, 488253 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən müəyən olunur ki, X12 - “xx.xx.1987-ci il tarixdə anadan olmuş, atası X9, anası isə iddiaçı X10r. Ona xx.xx.2004-cü il tarixdən, yəni, uşaqlıqdan, ömürlük ikinci dərəcə əllik təyin edilmiş və xx.xx.2011-ci il tarixdə isə ölmüşdür. Cavabdeh Filialın işə əlavə olunmuş 25 yanvar 2024-cü il tarixli məktubunda etiraf olunur ki, mərhum X7 xx.xx.2007-ci il tarixindən əlilliyə görə sosial müavinət təyin edilmiş və onun vəfatı ilə əlaqədar xx.xx.2011-ci il tarixində sosial müavinətin ödənişi dayandırılmışdır. Eyni zamanda, işə əlavə olunmuş, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 559 nömrəli, 03 iyul 2023cü il tarixli arayışına əsasən müəyyən olunur ki, İddiaçı həqiqətən - Mərdəkan qəsəbəsi, 28 may küçəsi, ev 68 ünvanında ailə üzvləri X9 (yoldaşı), X11 (oğlu), X8 ( xx.xx.2011-ci il tarixdə vəfat etmişdir) olmaqla qeydiyyatdadır; övladlarını 8 yaşınadək tərbiyə etmişdir. Tədqiq olunan sübutlarla xx.xx.1987-ci il tarixdə anadan olmuş,uşaqlıqdan ikinci dərəcə əlil olan və eyni ünvanda, qeydiyyat olmaqla, öldüyü xx.xx.2011-ci il tarixədək onunla birlikdə yaşayan ikinci qrup əlil övladı X5 qulluq etdiyi aydın görünür və cavabdeh tərəfindən bu halı təkzib edə bilən əsaslandırıcı sübutlar mövcud deyildir. Başqa sözlə, cavabdeh tərəfindən iddiaçınının əlil övladı X7 qulluq etməsinə dair sübutlar mövcud olmadığını mübahisələndirilən dəlilləri əsassızdır. Belə olan halda, “Əmək pensiyaları haqqında” Qanunun qeyd edilən, 8.2-ci və “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2-ci maddələrinin qeyd olunan tələbləri baxımından, iddiaçı, pensiya yaşına çatması, həmin anda onun əmək pensiya hüquq yaranmadığı və işləmədiyi nəzərə alınmaqla, əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etdiyindən, pensiya yaş həddi 5 il azaldılmaqla, yaşa görə müavinət almaq hüququ yaranmış olur (İddiaçının işə əlavə olunmuş ASAN 5 Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş ******** nömrəli saylı şəxsiyyət vəsiqəsindən görnür ki, xx.xx.1961-ci il tarixdə anadan olmuşdur). Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının yaşa görə müavinət təyin edilməsindən əsassız olaraq imtina olunmuş, bununla da onun qanunla qrunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın qismən təmin edilərək, İddiaçı xx.xx.1987-ci il təvəllüdlü əlil övladı X4 8 yaşınadək tərbiyə etdiyinə görə müavinətin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması qanuni və əsaslıdır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin məhəkəmə tərəfindən bütün faktiki halları aydınlaşdırılmadan, isin hallarına uyğun olmayan maddi və prosessual hüquq normalarının pozulması ilə qərar çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2460/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2460/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-695/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-695/2025
09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver